XALIQVERDİ
XALİDDİN
OBASTAN VİKİ
Leyla Xalid
Leyla Xalid (9 aprel 1944, Hayfa, Britaniya Fələstini) — == Həyatı == 1944-cü ildə Britaniyanın idarəçiliyində olan Haifada anadan olmuşdur. 1947-ci ildə Ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Leyla Xalidin ailəsi 1948-ci ildə Livana köçdülər. 15 yaşında olan zaman Corc Habaş tərəfindən qurulan Fələstin Xalq Qurtuluş Təşkilatına qatıldı. Daha sonar Beyrut Amerikan Universitetində tibb ixtisası üzrə təhsil almağa başladı. 1967-ci ildə Altı Günlük müharibədən sonar Fələstin Xalq Qurtuluş Təşkilatında özünü göstərməyə başladı. Daha sonralar Küveytdə müəlliməlik fəaliyyəti ilə məşğul olmağa başladı. Qara Sentyabr hadisəsinin baş verən il üçü eyni zaman olmaq üzərə 4 təyyarə qaçırılma əməliyyatında iştirak etmişdir. 1969 və 1970-ci illərdə iştirak etdiyi, liderləri Wadi Haddad tərəfindən planlanan əməliyyatlarda diqqətləri üzərinə çəkdi. 29 avqust 1969-cu ildə Amerikaya məxsus təyyarəni qaçırdaraq Şam şəhərinə endirdi.
Xalid Ağcatəpə
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. == Həyatı == Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Xalid Gözəlov
Xalid Hassan
Xalid Huseyni
Xalid Hüseyni (ing. Khaled Hosseini, fars. خالد حسینی‎; 4 mart 1965[…], Kabil) — Əfqan əsilli ABŞ yazıçısı və həkimi. == Həyatı == Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olmuşdur. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya köçüb, daha sonra 1980-ci ildə ABŞ-dən siyasi sığınacaq alaraq ora köçmüşdür. Gənc yaşlarından Amerikanın Kaliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır. Evlidir, iki övladı var. Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. == Kitabları == Çərpələng uçuran (ing. The Kite Runner, 27 may 2003) Min möhtəşəm günəş (ing.
Xalid Kamranlı
Xalid Karsıalan
Xalid Karsıalan və ya Dəli Xalid Paşa — (1883, Beşiktaş, İstanbul ili – 14 fevral 1925, Türkiyə Böyük Millət Məclisi) General-mayor, TBMM-nin Ərdahandan seçilmiş millət vəkili. I Dünya müharibəsində Qafqaz cəbhəsində nailiyyətlər göstərmiş, Qurtuluş savaşının ilk illərində şərq cəbhəsində, Gümrü müqaviləsinin imzalanmasından sonra qərb cəbhəsində komandanlıq etmiş bir hərbiçidir. İkinci Böyük Millət Məclisinə Ərdahandan seçilmiş millət vəkili kimi iştirak edib, bir mübahisə sonra məclis dəhlizində vurularaq həlak olan Xalid Paşa, TBMM-də işlənən ilk cinayətin qurbanıdır. == Həyatı == 1883-cü ildə İstanbulda anadan olub. Atası Çərkəs Əhməd bəydir. 1901-ci ildə girdiyi Hərb məktəbini 1903-cü ildə leytenant rütbəsi ilə bitirib. 1908-ci ildə II Hökumətin (İkinci Meşrutiyet) elanından sonra Yəməndə yüzbaşı olaraq xidmətə başlayıb. Bundan sonrakı bütün həyatı cəbhələrdə keçmişdir. 1910-cu ilin iyun ayında Trablusgarp (Osmanlı-İtalyan müharibəsi 1911–1912) müharibəsinədə 3 ay döyüşlərdə iştirak etdi. Bu dövrdə eyni cəbhədə xidmət etdiyi zabit Ali Çetinkaya ("Keçəl Əli") ilə razılaşmadığı üçün Mustafa Kamal və Ənvər Paşanın birgə qərarı ilə vəzifə yerləri dəyişmək məcburiyyətində qalmışdı.
Xalid Kazımov
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri. == Həyatı == Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org ) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Xalid Mecdunov
Xalid Məcdunov
Xalid Niyazov
Xalid Niyazov (16 mart 1962, Bakı) — Azərbaycanın əməkdar jurnalisti, Birinci Qarabağ müharibəsinin veteranı. == Fəaliyyəti == Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı — 91. xaricdə çıxmış elmi əsərlərinin sayı isə – 25. beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 5 İctimai Televiziya, "Media və Zaman", "Sözün zamanı" proqramlarının müəllif-aparıcısı === Əsas elmi fəaliyyəti === Azərbaycan siyasətşünaslıq elmində ilk dəfə olaraq Azərbaycanının dövlət informasiya siyasəti ilə bağlı fundamental siyasi-hüquqi məsələlər araşdırılıb. 2000-ci ildə təsis edilmiş Azərbaycan Müstəqil Jurnalistlər Liqasının sədri. 15 kitabın, o cümlədən beş monoqrafiyanın müəllifi. == Mükafatları == "Qızıl qələm mükafatı" "Həsən bəy Zərdabi mükafatı" Ali Media mükafatı Ölkə Prezidentinin 21 iyul 2005-ci il Sərəncamı ilə Azərbaycanın Əməkdar Jurnalisti fəxri adı ilə təltif olunub.
Xalid Nəciyev
Xalid Orucov
Xalid Oşayev
Xalid Dudayeviç Oşayev (çeç. Ошаев, Халид Дудаевич ; 20 dekabr 1897 (1 yanvar 1898), Terek vilayəti – 12 dekabr 1977 və ya 3 sentyabr 1977) — Çeçen yazıçısı, alimi və dramaturqu. == Həyatı == Xalid Oşayev 1897-ci ildə Vozdvijenskaya qəsəbəsində (indi mövcud deyil, müasir Çeçenistan ərazisində yerləşirdi) işçi ailəsində anadan olub. 1916-cı ildə Qroznı real məktəbini bitirmiş, sonra Petroqradda Meşəçilik İnstitutunda oxumuşdur. 1921–1922-ci illərdə Çeçen İnqilab Komitəsinə rəhbərlik edib. Sonra Vladiqafqazdakı Dağ Pedaqoji İnstitutunun direktoru oldu. 1925–1930-cu illərdə Oşayev Çeçenistanda vilayət xalq maarif şöbəsinin müdiri olmuşdu. Xalid Oşayevin ilk əsərləri 1926-cı ildə nəşr edilmişdir. Oşayev Rusiyada vətəndaş müharibəsindən bəhs edən "Odlu illər" ("Alun Şeraş") adlı dörd kitabda romanın müəllifidir. O, həm də qan davasına qarşı mübarizədən bəhs edən "Vendettanın ölümü" hekayəsinin həmmüəlliflərindən biridir.
Xalid Qasımov
Xalid Tanrıverdiyev
Xalid Kazım oğlu Tanrıverdiyev (15 yanvar 1936, Böyük Muğanlı, Marneuli rayonu – 29 may 2016, Gürcüstan) — coğrafiya elmləri doktoru. == Həyatı == Xalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan SSR-in Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə "Həkəri çayı hövzəsinin geomorfologiyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1994-cü ildə "Son Kaynazoyda Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru adına layiq görülmüşdür. Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur. Uzun müddət BDU-nun Fiziki coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri olmuşdur. Tanrıverdiyev Xalid Kazım oğlu 2016-cı il mayın 29-da vəfat etmişdir. == Əsas elmi nailiyyətləri == Azərbaycan Respublikasının ərazisinin geomorfoloji xəritəsi. Azərbaycanın paleogeomorfologiyası.
Xalid
Xalid — kişi adı və soyad.
Xalid Əhədov
Xalid Nurəddin oğlu Əhədov (4 fevral 1980) — Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi. == Həyatı == Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb. İngilis, rus, ispan və türk dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"-da (1999–2012), "Unibank"-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub. 2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib. 2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir. Azərbaycan Respublikasının İqtisadi Şurasının, "ABB" ASC-nin, "Azərbaycan Hava Yolları" QSC-nin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Müşahidə Şurasının üzvü, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının sədridir.
Xalid Əlimirzəyev
Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu – 30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor. == Həyatı == Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. "Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
Xalid Əliyev
Xalid Əli Ağa oğlu Əliyev (7 fevral 1949, Əmircan – 2 dekabr 2019)— AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya elmləri doktoru. == Həyatı == Xalid Əli Ağa oğlu Əliyev 1949-cu ildə Bakı səhəri Əmircan qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və 1973-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1973–1975-ci illərdə Sovet Ordusu sıralarında vzvod komandiri vəzifəsində leytenant rütbəsində xidmətdə olmuşdur. 1975-ci ildən AMEA Zoologiya İnstitutunda işləyir. 1977-ci ildə "Entomologiya" ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1986-cı ildə "Azərbaycanın Kiçik Qafqaz biogeosenozlarının arıkimilərii" mövzusunda namizədlik dissertasiyasını (Bakı), 2013-cü ildə isə "Azərbaycanın arıkimiləriı" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1980–1986-cı illərdə "Entomologiya" laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi, 1987–1993-cü Zoologiya institutun elmi katibi olmuş, 1993-cü ildən hal-hazıra qədər Araxnologiya laboratoriyası müdiri vəzifəsində işləyir. == Elmi fəaliyyəti == X. Ə. Əliyev institutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramlarına daxil olan bir neçə elmi tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onun tərəfindən Azərbaycanın əksər qoruğlarının sancan pərdəqanadlıları və laboratoriya əməkdaşları ilə hörümçəkkimiləri tədqiq olunmuşdur. Azərbaycan faunası üçün 642 növ arıkimi müəyyən edilib ki, onlardan 154 növ Qafqaz, 88 növ Cənubi Qafqaz və 64 növ Azərbaycan faunası üçün yenidir.
Xalid Ərgənc
Xalid Ərgənc (türk. Halit Ergenç; 30 aprel 1970, İstanbul, Türkiyə)— Türkiyə aktyoru. == Həyatı == Xalid Ərgənc Beşiktaş Atatürk Məktəbinin məzunudur. 1989-cu ildə İstanbul Texniki Universitetinin Gəmi İnşaatı və Dəniz Elmləri fakültəsində təhsil alarkən, təhsilini ikinci kursdan yarımçıq qoymuş, elə həmin il Memar Sinan Universitetinin Opera və Musiqili Teatr Aktyorluğu fakültəsinə daxil olmuşdur. == Filmləri == Xoş sərsərilər Qara mələk Beləmi olacaq?
Xalid Əsgərov
Xalid Şamil oğlu Əsgərov (d. 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı fotoqraf. == Həyatı == Xalid Şamil oğlu Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini əvvəlcə Bakı Slavyan Universitetində, daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasında almışdır. == Fəaliyyəti == Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda "Reuters" xəbər agentliyinin fotomüxbiri olaraq işləmişdir. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkmişdir. Hazırda Kanadada yaşayır. Qarabağ müharibəsi ilə bağlı fotoları hazırda Azərbaycan Fotoqrafları Birliyinin arxivindədir. == İstinadlar == == Xarici keçidlər == Kəlbəcərin işğalı zamanı çəkdiyi şəkillər.
Xalid (müğənni)
Xalid Donnel Robinson (ing. Khalid Donnel Robinson; 11 fevral 1998, Fort Stüart[d], Corciya) — amerikalı müğənni və mahnı yazarı. O, Right Hand Music Group və RCA Records şirkəti ilə müqavilə bağlayıb. Xalid 2017-ci ildə buraxdığı ilk studiya albomu "American Teen" ilə tanınma qazanıb. Bu albom RIAA tərəfindən 4 dəfə platin sertifikata layiq görülüb.
Xalid Hrub
Xalid Hrub (ərəb. خالد الحروب‎; 2 aprel 1964) — Fələstin akademiki, İslam Araşdırmaları Mərkəzinin baş elmi işçisi və Kembric Universitetində Kembric Ərəb Media Layihəsinin (CAMP) koordinatoru. O, həmçinin Qətərdə yerləşən Şimal-Qərb Universitetində Yaxın Şərqşünaslıq professorudur.
Xalid Hüseyni
Xalid Hüseyni (ing. Khaled Hosseini, fars. خالد حسینی‎; 4 mart 1965[…], Kabil) — Əfqan əsilli ABŞ yazıçısı və həkimi. == Həyatı == Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olmuşdur. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya köçüb, daha sonra 1980-ci ildə ABŞ-dən siyasi sığınacaq alaraq ora köçmüşdür. Gənc yaşlarından Amerikanın Kaliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır. Evlidir, iki övladı var. Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. == Kitabları == Çərpələng uçuran (ing. The Kite Runner, 27 may 2003) Min möhtəşəm günəş (ing.
Heysam ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. == Fəaliyyəti == Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Heysəm ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. == Fəaliyyəti == Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Malik Merac Xalid
Malik Merac Xalid (urdu ملک معراج خالد‎; 20 sentyabr 1916, Lahor, Britaniya Hindistanı – 13 iyun 2003, Lahor) — Pakistan İslam Respublikasının 14-cü baş naziri.
Məhəmməd ibn Xalid
Məhəmməd ibn Xalid – Ərəb Xilafətinin təyin etdiyi Ərməniyyə və Azərbaycan valisi, Şirvanşahlar dövlətinin əsasını qoymuş Heysam ibn Xalidin qardaşı. == Fəaliyyəti == Xalid ibn Yezidin ölümündən sonra Xəlifə Vasiq onun böyük oğlu Məhəmmədi Azərbaycan, Ərminiyyə və Arrana vali qoydu və Tiflisdə üsyan qaldırmış İshaqın üzərinə getməyi əmr etdi. H.230 (844)-cu ildə hakimiyyətə başlayan Məhəmməd İshaqla müharibədə məğlubiyyətə uğradı və elə həmin il Dərbənddə Buğa əş-Şərabi tərəfindən devrildi. Xəlifə Mütəvəkkil Dərbənd şəhərini və onun həndəvərindəki torpaqları iqta kimi Məhəmməd ibn Xalidə verdi. Sonralar Şirvanşahlar, xəlifənin hədiyyəsi kimi, daim Dərbənd torpaqlarının iddiasında olmuşlar. Xəlifənin əmri ilə Məhəmməd türk Əbu Musa ilə birgə İshaqın üzərinə yürüdü. Çoxlu vuruşmalardan sonra İshaq məğlub edildi və öldürüldü. Məhəmməd Dərbəndə qayıtdı. Onun sonrakı fəaliyyəti Dərbəndin qonşuluğunda və Sünikdə yaşayan "gavurlara" (xristian albanlara)qarşı yürüşlərlə bağlı olmuşdur. H.242 (846)-ci ildə o, Buğa əl-Kəbirin köməyilə yenidən Azərbaycan, Ərminiyyə və Arranın valiliyinə qaytarılmışdır.
Qurban Əli Xalidi
Qurban Əli Xalidi (tam adı: Qurban Əli Xalidi Al-Ayağuzi Al-Cavcaqi) çoxlu doğu qıpçaq çölünə görə olan tarix kitablarının yazıçısıdır . Qurban Əli Xalidinin tarix yazıları Qazaxıstan ilə Şərqi Türkistan tarixinin böyük mənbələrindəndir. == Həyatı == Qurban Əli 1846-cı ildə Ayağuz şəhərində anadan oldu. Ayağuz nayman qazaxların topraqlarındandır (naymanlar Qazaxıstanın orta yüzünün böyük boylarındandırlar). Qurban Əli Çala qazaxlardan idi, mənisi budur ki anası qazax amma atası orta asiya tatarlar , başqurdlar ya türkmənlərindən idi. Qurban Əli öz yazılarının birində öz şəcərəsin türkmən baba adlı bir kişiyə yetirir ki Əbülğazı Bahadurxan çağında xivədən sarda şəhrinə köçüpdür. Türkmən babanın o şəhərdə üç oğlu olubdur: Bay Murad qul Mühəmməd Qadir qul Bəykbav Bikbav Ornaş Baş adlı kəndin yaxınlığında otrağ edib usman adlı oğlu oldı. Qurban Əlinin atası, Xalid, Usmanın nəvəsi (Bəyk Qulun oğlu). Qurban Əlinin anası, Əfifə də Türkmən babanın oğlu Mühəmməd qadir qulun oşaqlarından idi.
Xalid Fəxri Ozansoy
Xalid Fəxri Ozansoy(1891–1971)—Türkiyə şairi. == Həyatı == Bu dövrdə nəşr etdirdiyi şeir kitabları bunlardır: "Paravan" (1929), "Balkonda saatlar" (1931), "Sulara dalan gözlər" (1936). Xalid Fəxri əfsanə və nağıllardan, Şərq və Qərb mifologiyasından da yararlanmış, ümumiyyətlə, fərdi mövzulara, ekzotizmə, ölüm düşüncəsinə üstünlük vermişdir. Ancaq bununla yanaşı, vətənpərvər şeirləri də vardır.
Xalid Səid Xocayev
Xalid Səid Xocayev (1888 – 13 oktyabr 1937, Bakı) – çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri, Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərinin Azərbaycan dilinə ilk tərcüməçisi, repressiya qurbanı. == Həyatının erkən dövrü == Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd yaxınlığında olan Koş-Kurqan kəndində anadan olub. İlk təhsilini Daşkənddə yerləşən mədrəsədə alıb. 1914-cü ildə İstanbul Universitetində tibb fakültəsinə daxil olub. 2 il burada təhsil aldıqdan sonra ixtisasını tarix-filologiyaya dəyişib və universiteti 1918-ci ildə bitirib. === Azərbaycana gəlişi === İstanbul Universitetindəki təhsilini bitirdikdən sonra Qafqaz Türk İslam Ordusunun əsgərləri ilə birgə Azərbaycana gəlmiş, Bakı və Gəncə kimi şəhərlərdə orta və ali məktəblərdə dərs demişdir. === Fəaliyyəti === ==== "Divani lüğətit-türk" əsəri ==== SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. 1988-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Zərifə Budaqova akademik-katib Bəkir Nəbiyevə yazdığı məktubda bildirirdi ki, "Divanü Lüğat-it-Türk" SSRİ-də ilk dəfə Xalid Səid tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Xalid Səid isə Kaşqarlı "Divan"ının sadəcə ərəb dilindən Azərbaycan türkcəsinə tərcüməsini gerçəkləşdirməklə kifayətlənməyib, türkologiyanın çağdaş prinsipləri baxımından əsərin ilk izahlı, elmi tərcüməsini yaradıb.
Xalid Xürrəm Səbribəyzadə
Xalid Xürrəm Səbribəyzadə görkəmli alim, şair və jurnalist Bakıda nəşr olunan Şəlalə (jurnal)nın redaktoru
Xalid Ziya Uşaklıgil
Xalid Ziya Uşaklıgil (türk. Halit Ziya Uşaklıgil; (12 fevral 1865, Konstantinopol və ya İstanbul – 27 mart 1945, İstanbul) — Servet-i Fünunun demək olar ki, roman və həkayə yazarlarından ən məşhurudur. Ağır bir dili və üslubu vardır. Qərbli anlamdakı ilk romanları o yazmışdır. Realizmdən təsirlənmişdir. == Roman üslubu == Romanlarında aydın bir şəkildə, təmiz insanları anladır. "Mai ve Siyah" əsərindəki Ahmet Cemil, Servet-i Fünun sənətçisinin təmsilçisidir. Qəhrəmanları yaşadıqları çevrəyə uyğun anladır və ruh təhlillərinə önəm verir. Hər xarakteri daha dərin anlatmağa çalışır və hadisələrə daha dərin nüfuz edir.. Hekayələrində Anadolu həyatına, eləcə də: kənd və qəsəbə yaşayışına, romanlarında isə yalnız İstanbula yer verir.

Digər lüğətlərdə