XALLI

sif.
1. Üzündə xalı olan.
İki övlad anası, xallı … xanım vaxtilə demişdi ki, siz Cəmilə xanım, bizim sənətkarı dərk edin. S.Rəhimov.
Nərminə göyçək idi.
Qara xallı, girdə çəhrayı sifətindən təbəssüm əskik olmazdı. B.Bayramov.

2. Bəzi zooloji adların tərkib hissəsi. Xallı böcək. Xallı pələng.
– Gah xışıldardı xallı, parlaq ilan; O qara daşların arasından. A.Səhhət.
Burada çiçək-çiçəyə qarışır, böcəklər burunlarını göstərir, ağlı-qırmızılı, xallı kəpənəklər uçuşurdular. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XALLI xallı bax çil
XALLANMAQ
XALLICA
OBASTAN VİKİ
Xallı acıçiçək
Xallı acıçiçək (lat. Gentiana punctata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Xallı arnebiya
Xallı arnebiya (lat. Arnebia guttata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin arnebiya cinsinə aid bitki növü.
Xallı badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Xallı bağrıqara
Xallı bağrıqara (lat. Pterocles burchelli) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Xallı danaayağı
Xallı danaayağı (lat. Arum maculatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Xallı kaftar
Xallı kaftar (lat.
Xallı maral
Xallı maral (lat. Cervus nippon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Xallı maral Şərqi Asiyanın-Rusiyanın dənizqırağından şimali Vyetnama və Yaponiyada yayılmışdır. Bu ərazilərdə təxminən 10 yarımnövü yaşayır. Hal hazırda Xallı Marallara İngiltərədə, Yeni Zellandiyada rast gəlmək olur. Erkəklərinin buynuzu 80 santimetrə çatır. Xallı Maralların çəkisi 80-130 kiloqrama çatır. Uzaq Şərqdə xallı Marallar enliyarpaq palıd meşələrində yaşayır. Onların hamiləlik dövrü 7.5 ay çəkir. Xallı marallar bir bala doğurlar.
Xallı qaratoyuq
Turdus pilaris (lat. Turdus pilaris) — qaratoyuq cinsinə aid heyvan növü.
Xallı qartal
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Xallı qonurqanad
Xallı qonurqanad, Boz qonurqanad, Qızılxallı qonurqanad (lat. Pluvialis squatarola) — Çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Xallı semiadaliya
Xallı semiadaliya (lat. Semiadalia notata Zalich.)-Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Bunlarda aydın görülən baş hissə yastılaşmış, azacıq da köndələn durmuşdur, qara mürəkkəb fasetli gözləri aydın görünür, alın hissə bir gözün həcmi böyüklüyündədir. Özünün isə böyüklüyü 4,5–5 mm-dir. Azərbaycanda sərt ekoloji stansiyalarda, təbii biosenozlarda və yoncalıqlarda yayılıb, müxtəlif növ mənənələrlə qidalanır. Şirvan, Gəncə, Qazax və Naxçıvan təbii zonalarında daha çox fərdləri var. Təbii biosenozlarda, eləcə də aqresenozlarda bunlara ən çox mayın sonu və iyunun axırında rast gəlinir. Yay və qış diapauzasını qidalandığı biosenozlarda, bükülmüş yarpaqların arasında və bəzən də ağacların çürümüş hissələrində keçirirlər. Qərbi Avropada, Qafqazda yayılmışdır.
Xallı südləyən
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Xallı sünbülqıran
Xallı sünbülqıran və ya xallı torpaq dələsi (Spermophilus suslicus) — Şərqi Avropada yaşayan sincablar ailəsindən gəmirici növüdür. Yaşayış yerini itirməklə təhdid olunur. Xallı sünbülqıran, kürəyində ağ ləkələri və qısa, nazik bir quyruğu olan tünd-qəhvəyi xəzli sünbülqıran növüdür. Ölçüləri 25 santimetrə, çəkisi isə 280 qrama qədər olur. Diş formulu 1.0.2.3 1.0.1.3-dür. Sünbülqıran cinsinin bir çox digər növlərindən daha kiçik və daha az sosialdır. Belarus, Moldova, Polşa, Avropa Rusiyası və Ukraynada rast gəlinir. Təbii yaşayış yeri mülayim çöllər və becərilən yerlərdir. Yaşayış yerinin itirilməsi və parçalanması ilə təhdid olunur. Yaşayış sahələrinin itirilməsinə səbəb kənd təsərrüfatının və meşə təsərrüfatının genişlənməsi, otlaq sahələrinin azalması, şəhərlərin inkişafı və böyüməsi və sənaye inkişafıdır.
Xallı səhləb
Xallı tinamu
Xallı tinamu (lat. Nothura maculosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü. N. m. maculosa(Temminck, 1815) N. m. major (Spix, 1825) N. m. nigroguttata(Salvadori, 1895) N. m. cearensis(Naumburg, 1932) N. m. paludivaga(Conover, 1950) N. m. annectens(Conover, 1950) N. m. submontana(Conover, 1950) N. m.
Xallı zeytun
Bitki təbii halda əsasən Aralıq dənizi ölkələrində, Asiya, Hindistan, Avstraliya, Afrika, Pakistan, Hindistan, Himalay və s. ölkələrdə subtropik, enliyarpaqlı meşələrdə bitir. Hündürlüyü 15 m-ə çatan həmişəyaşıl koldur. Budaqları və onun üzərində olan tək-tək tikanları qara xallıdır. Ellips formalı, nisbətən kiçik və gümüşü rəngli yarpaqlara malikdir. Yarpaqları əks, düz bucaq altında kəsişən və bütöv, uzunluğu 3-dən 7 sm-dək və eni 0,8-dən 2,5 sm-dir; apeksi iti, kiçik nöqtəli, bünövrəsi klinşəkillidir. Yarpağın kənarı bütöv və əyilmiş, yuxarı tərəfi boz-yaşıl, aşağı tərəfi möhkəm üzlü, gümüşü, qızılı və ya qonur pulcuqludur. Saplağının uzunluğu 10 mm-dir. Kasacığı dörd pərli, uzunluğu təxminən 1 mm-dir. Çiçək tacı yaşılımtıl-ağ və ya açıq sarıdır; borucuğun uzunluğu 1-dən 2 mm-dək; qulaqcıqların uzunluğu təxminən 3 mm-dir.
Xallı zirehli
Xallı zirehli (lat. Lepisosteus oculatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinin kayman balığı cinsinə aid heyvan növü.
Xallı zəngçiçəyi
Xallı zəngçiçəyi (lat. Campanula punctata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. Campanula punctata var. hondoensis (Kitam.) Ohwi ex T.Shimizu Campanula punctata var.
Xallı boşləçək
Xallı boşləçək (lat. Dactylorhiza maculata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Dactylorchis maculata (L.) Verm. Orchis basilica L. ex Klinge Orchis basilica subsp.
Xallı qızılquş
Xallı qızılquş (lat. Falco moluccensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Kiçik xallı qartal
Kiçik xallı qartal (lat. Clanga pomarina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü.
Xallı dazı sovkası
Xallı fitçalan ördək
Xallı fitçalan ördək (lat. Dendrocygna guttata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Xallı kürən pişik
Xallı kürən pişik (lat. Prionailurus rubiginosus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. Benqal pişiyinin yaxın qohumu. Asiyada pişik ailəsinin ən kiçik nümayəndəsi (Afrikada qara ayaqlı pişik dünyada pişik ailəsinin ən kiçik nümayəndəsi adına iddia edir). Yalnız Hindistan və Şri Lankada tapılır. Növün nəsli kəsilməkdə olan 10.000-dən az yetkin üzvü var və təbii yaşayış mühitindəki dəyişikliklər səbəbindən daimi azalma müşahidə olunur. Paslı pişiyin bədən uzunluğu 35 ilə 48 sm arasında, quyruğun uzunluğu 15 ilə 30 sm arasındadır, yetkin heyvanların çəkisi cəmi 0,9-1,6 kq-dır. Beləliklə, vəhşi pişiklərin ən kiçik növlərindən biridir. Xarici olaraq, Bengal pişiyinə çox bənzəyir, lakin ləkələr daha az aydındır və qeyri-müəyyən təəssürat yaradır. Pişik bütün uzunluğu boyunca qısa tüklərlə örtülmüşdür.
Xallı əzvay
Xallı əzvay (lat. Aloe maculata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. Aloe commutata Tod. Aloe commutata var. bicolor A.Berger Aloe disticha Mill. [Illegitimate] Aloe gasterioides Baker Aloe grahamii Schönland Aloe latifolia (Haw.) Haw. Aloe leptophylla N.E.Br. ex Baker Aloe leptophylla var. stenophylla Baker Aloe macracantha Baker Aloe maculosa Lam. Aloe obscura Mill.
Xallı xortumlu itciyəz
Xallı xortumlu itciyəz (lat. Rhynchocyon cirnei) — xortumlu itciyəc cinsinə aid heyvan növü.

Digər lüğətlərdə