XİRİD

is. [ fars. ] Satınalma, alma (mal, şey).
□ Xirid eləmək (etmək)1) satın almaq, pulla almaq (mal, şey və s.).
[Əsgər bəy:] Təbrizdə sən bizə də, özünə də xirid elə. M.F.Axundzadə.
[Ağa Qurban:] Keçən il getmişdim Nijni yarmarkasına, mal xirid eləyib yola saldıqdan sonra bir neçə gün istirahət üçün qalmaq xəyalına düşdüm. Ə.Haqverdiyev;

2) dan. satıb başdan eləmək.
XİRƏLƏMƏK
XİRİDAR

Digər lüğətlərdə