XUR

f. bax xurşid. Xuri-taban parlaq günəş.

XUNRİZ
XURAFAT
OBASTAN VİKİ
Xur
Xur — İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,370 nəfər və 1,360 ailədən ibarət idi.
Xur (İsfahan)
Xur — İranın İsfahan ostanının şəhərlərindən və Xur və Biyabanək şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,126 nəfər və 1,754 ailədən ibarət idi.
Xur və Biyabanək şəhristanı
Xur və Biyabanək şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,488 nəfər və 4,924 ailədən ibarət idi.
Kristobal Qonsales-Aller Xurado
Kristobal Qonsales-Aller Xurado — İspaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Meşə xurma palması
Afrika və Asiyanın tropiklərində yayılmışdır, qədim, mədəni bitki vadilərinin şahzadəsi adlanır. Hündürlüyü 2–3 m-ə çatır.Gövdəsi nazik, düzdür, üzərində keçənilki yarpaqların saplaqlarının qalıqları qalır. Şaxələnmiş çətirinin diametri 2 m-dir.Gövdənin ucunda yerləşən yarpaqları göyümtül-yaşıl rəngdə, uzun, ensiz, lələkvari, əyilmiş qövsvari olub, saplaqlarda yerləşir. Lələkvari yarpağın xırda yarpaqcıqları ucundan iki yerə bölünmüşdür. Çəyirdəyi çox möhkəmdir. İşıq, rütubətsevən bitkidir.Çox quru havada finikdə yarpaqların ucları qonurlaşır və onlarda tor gənəsi əmələ gəlir.Tez – tez yuyulma palmanın yarpaqlarını qurumadan və zərərvericilərin hücumundan qoruyur.Aprel- may aylarında köçürülməsi ( cavan palmalar hər il. Iriləri 3-4 ildən bir, ancaq hər il torpağın üst qatı dəyişməlidir) məqsədyönlüdür. Çimli, yarpaqlı, çürüntülü və qumlu torpaqlarda yaxşı bitir.Bu növ finik xloroz xəstəliyinə məruz qalır, bu da onun boy artımının zəifləməsinə və yarpaqda qonur xalların əmələ gəlməsinə səbəb olur. Mərdəkan dendrarisinə 2008-ci ildə introduksiya olunmuşdu. Meşə finik palması son dövrlərdə Bakı da, Gəncə də, Suymqayıt da, lənkəran - Astara bölgələsində və s.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Mədinə xurması
Xurma latın dilindən tərcümədə xurma “allahın qidası” deməkdir. İqlimi tropikdir. Misir, Əlcəzair, Tunis, Səudi Ərəbistan, Suriya, İraq, Pakistan, İran kimi Şərq və Cənub Qərb ölkələrində bol miqdarda yetişdirilməkdədir. Tünd qəhvəyi çalarda xurmanın təzə halda rəngi (növündən asılı olaraq) əsasən qırmızıdır. Xurma qlükoza, A və C vitaminləri, alma və limon turşusu, dəmir, kalsium, mis, maqnezium və digər vitaminlərlə də zəngindir. Beyni gücləndirir Xurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır.
Nazir Xurşudov
Nazir Müxənnət oğlu Xurşudov (1 fevral 1985; Xaçmaz rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Nazir Xurşudov 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nazir Xurşudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazir Xurşudov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nazir Xurşudov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qafqaz xurması
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Virginiya xurması
Virciniya xurması (lat. Diospyros virginiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. ABŞ-nin şərq hissəsində bitir. Növün arealı şimaldan İngiltərəyə, cənubdan Floridaya, şərqdən Atlantika okeanına və qərbdən Texasa, Kanzasa və Oklahomaya qədər uzanır. Hündürlüyü 15–17 m-ə çatan, ikievli, və ya birevli, yarpağıtökülən ağacdır. 100-150 il yaşayır. Çətiri cavanlıqda piramidal, sonra oval olur. Bitki ikievlidir. Yarpaqarı iri, uzunluğu 8-14 sm, dərili, yumurtavarı və ya oval formalı, üst tərəfdən tünd-yaşıl, bünövrəsi ürəkşəkilli və ucu bizdir. Yarpaqları payızda sarı və qırmızı rəng alır.
Xurafat
Xurafat ərəbcə huruf (hərflər) sözündən törəmədir və çox güman ki, hürufilik üsulları ilə məna çıxarmalarını bildirib. Ancaq sonradan mahiyyəti dəyişmişdir. Xurafatı miflə də əlaqələndirmək olar. Belə ki, insanlıq uşaqlıq dövründə dünyaya mif vasitəsilə baxıb. Qədim Yunan filosofu Aristotel özünün Metafizika kitabında bir problemin fərqinə varıb heyrətə düşmək insana özünün biliksizliyini fərq etdirir deyərək aşağıdakı ifadələri bildirir; "Bu səbəbdəndir ki, philo-mythos bir tərəfiylə də philo-sophosdur, çünki məhz miflər (xurafatlar) heyrət verici şeylərdən təşkil olunur." Xurafat ilə əlaqədar filosof Dücanə Cündioğlunun aşağıdakı fikirləri mühüm əhəmiyyət kəsb edir. "Bu gün xurafə-pərəstliyin dəyəri bilinmir, çünki xurafə-pərəstliyin bir imkan olaraq dərk olunması bir tərəfə dursun həqiqət-pərəstliyin tam əksi zənn edildiyindən həyatın bütün sahələrində xurafatlar qəhr olduqca həqiqətin özü də qəhr olub durur.
Xurama
Xurama — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. Xurama kəndi Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmış və köhnə yaşayış məntəqəsinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xıram "qumlu yer" mənasında işlənir. Oykonimin həmin sözlə bağlılığı güman edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Xuraman (1978)
Bu, Azərbaycanın adlı-sanlı əmək qəhrəmanı, Ağdam bölgəsində olan kolxoz sədri Xuraman Abbasova barəsində sənədli kino hekayətdir. 1) 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Film Qran-Pri Mükafatına layiq görülmüşdür.
Xuraman (film, 1978)
Bu, Azərbaycanın adlı-sanlı əmək qəhrəmanı, Ağdam bölgəsində olan kolxoz sədri Xuraman Abbasova barəsində sənədli kino hekayətdir. 1) 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Film Qran-Pri Mükafatına layiq görülmüşdür.
Xuraman Abbasova
Xuraman Zeynal qızı Abbasova (31 dekabr 1927, İsmayılbəyli, Ağdam rayonu – 26 yanvar 1998, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən başlamış, rayonun Əli Bayramov adına sovxozunda çalışmış, gənc yaşlarından əmək fəaliyyəti ilə yanaşı təhsilini də davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir. Xuraman Abbasova yaşını üç il qabağa çəkdirmiş, Kommunist Partiyasına qəbul olunmuşdur. Sessiyaların birində "ermənilərin Qarabağa qonaq gəlməsini" söyləməsindən, Xudu Məmmədovun dəfnində fəal iştirakından dolayı partiya rəhbərliyi ilə aralarında narazılıq olmuşdu. O dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. Onun barəsində 2 seriyalı sənədli film çəkilmişdir. Xuraman Abbasova 1998-ci ilin 26 yanvarında ölmüşdür. Qəbri Fəxri xiyabandadır. Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat etmişdir.
Xuraman Canıbəyova
Canibəyova Xuraman Əkbər qızı (26 avqust 1957) — alim. 1957-ci il 26 avqust – Hacıqabul (keçmiş Qazıməmməd) şəhərində anadan olmuşdur. 1973-cü il – şəhər 6 (indiki 3) saylı səkkizillik məktəbdə natamam orta təhsil almışdır. 1975-cü il – şəhər 5 (indiki 1) saylı orta ümumtəhsil məktəbi bitirmişdir. 1980 – Dövlət Pedaqoji İnstitutun kimya fakultəsində ali təhsil alaraq, kimya müəllimi ixtisası əldə etmişdir. 1980-1982-ci illər – orta məktəbdə kimya müəllimi vəzifəsində işləmişdir. 1982-1985-ci illər – Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunun aspiranturasında əyani təhsil almışdır. İnstitutun "Səth hadisələri və səthi-aktiv maddələr" laboratoriyasında "Səthi-aktiv maddələrin metal və lay süxurları səthində adsorbsiyanın tədqiqi"nə dair elmi-tədqiqat işləri aparmağa başlamış, aldığı tədqiqat nəticələri ilə respublika, ümumittifaq və beynəlxalq konfranslarda dəfələrlə çıxış etmiş, məqalələri dövri ədəbiyyatda – "Azərbaycan Neft Təsərrüfatı" jurnalında və elmi-tədqiqat toplularında dərc olunmuşdur. 1985-1995-ci illər - Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunda mühəndis, Kimya Texnologiyasının Nəzəri Problemləri Elmi – Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifələrində işləmişdir. 1995-ci ildən – Neft hasilatının artırılması istiqamətində apardığı elmi tədqiqatlarını Neft-Qaz Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda davam etdirmişdir.
Xuraman Hacıyeva
Xuraman Abdulla qızı Hacıyeva (7 mart 1945, Bakı – 15 fevral 2005, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1999). Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb.
Xuraman Hümmətova
Xuraman Bəhmən qızı Hümmətova — AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Filologiya elmlər doktoru. Xuraman Bəhmən qızı Hümmətova Neftçala rayonunda Həsənabad kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1983-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda işləyir. 1998-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yunus Əmrənin lirikası" namizədlik işini, 2018-ci ildə "Klassik Azərbaycan şeirində təsəvvüf (XII- XVI əsrlər)" mövzusunda doktorluq işini müdafiə etmişdir. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışır. Xuraman Hümmətova 2024-cü ildə Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib. Mir Həmzə Seyid Nigari yaradıcılığında Qarabağın vəsfi Şeyx Qalibin "Hüsn və Eşq" əsərində eşqin təsəvvüfi seyri. Tarixin taddaşında yaşayan sənətkar" 175 Abay Kunanbayev. Nizami Ganjevi’s masnavi (poem)"yeddi gözel" "seven beautıes" in tasavvuf context` Nəsimi şeirində milli koloritin poetik inikasi Nəsimi şeirində sözün informativ yükü "Kırkkız efsanesi" ve "kırklar meclisi" nin oluşturulmasında halk inançlarının qarşılıklı ilişkisi.
Xuraman Qasımova
Xuraman Əkrəm qızı Qasımova (6 iyun 1951, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Azərbaycan SSR xalq artisti (1986), Azərbaycan SSR Dövlət mükafatı, "Şöhrət" və "Şərəf", "İstiqlal" ordenləri laureatı. Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M. Quliyev), Sevil və Dilbər ("Sevil", F. Əmirov), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C. Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C. Verdi), Tatyana ("Yevgeni Onegin", P. Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M. Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P. Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.
Xuraman Vəfa
Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə. Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. İki övladı var. Qızı — ali təhsilli hüquqşünas, Oğlu — ali təhsilli iqtisadçı və hüquqşünasdır. Eyni zamanda Polis Akademiyasını bitirib.
Xuraman İsmayılova
Xuraman İsbi qızı İsmayılova (5 oktyabr 1958, Mollalı, Bərdə rayonu) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008), Azərbaycan Yazıçılar Birliyinin (2002) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998), kitabxanaçı-biblioqraf. Xuraman İsmayılova 5 oktyabr 1958-ci ildə Bərdə rayonunun Mollalı kəndində müəllim ailəsində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra təyinatla M.F.Axundzadə adına Azərbaycan Milli kitabxanasına göndərilib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı-biblioqraf, bölmə müdiri və şöbə müdiri vəzifələrində işləyib. 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. AMEA Mərkəzi Elmi Kitabxanasında bölmə rəhbəri vəzifəsində çalışıb. 3 iyun 2020-ci ildə Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub. "Həsrət" (1998), "Qəribəm bu dünyada" (2000) "Dünya mənsiz darıxacaq" (2001) "Tənha yollar yolçusu" (2002) "Duyğuların üsyanı" (2002) "Qarabağım qəm ocağım" (2004) "Könlüm Qarabağdadı" (2006) "Yaddan çıxmaz Qarabağ.Metodik tövsiyə" (2007) "Sətirlərdə bitən ömür" (2018) "Anasız qalan dünyam" (2008) "Ürəyimdən keçənlər" (2011) "Bərdə və bərdəlilər. Biblioqrafik məlumat kitabı" (2010) "Quba və qubalılar.
Xuraman Şuşalı
Hüseynova Xuraman Qələndər qızı (2 fevral 1983, Şuşa, DQMV) — Azərbaycanlı müğənni Hüseynova Xuraman Qələndər qızı 1983-cü ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini 1988–92-ci illərdə Şuşa şəhəri 4 saylı orta məktəbdə alıb. Həmin ildə Şuşa şəhər Niyazi adına musiqi məkəbinə (Solo ifaçılıq sinfinə) daxil olub. 1992-ci ildə Şuşa şəhərinin işğal olunması ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Təhsilini 1993–1999-cu illərdə Respublika İncəsənət Gimnaziyasında davam etdirib. Gimnaziyada təhsil aldığı illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının solisti olub. Həmin illərdə Dövlət Televiziyası və İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə səhnələşdirilmiş Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında "Telli" (rej. Tofiq Tağızadə), Nizami Gəncəvinin "Xeyir və Şər" operasında Şahzadə (bəstəkar Oqtay Rəcəbov), S. Vurğunun "Fərhad və Şirin" (poeması əsasında) tamaşasında "Şirin" (rej. Məmmədkamal Kazımov), Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında "Minnət xanım", S. Rüstəmin "Qaçaq Nəbi" poemasında "Həcər" və s. tamaşalarda müxtəlif obrazlar yaratmışdır.
Yapon xurması
Xirnik, kaki xurması (yap. 柿; lat. Diospyros kaki), yapon xurması, Çin xurması, Türkiyədə isə Trabzon xurması (türk. Trabzon hurması) və ya cənnət xurması (türk. cennet hurması) - xurma cinsinə aid bitki növü. Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik. Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır.
Yuxarı Qışlaq Xuraşa (Vərziqan)
Yuxarı Qışlaq Xuraşa (fars. قشلاق خورشاعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (11 ailə).
İdir Xurta
İdir Xurta (26 iyul 1986) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. İdir Xurta Əlcəzairi 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.