YƏHUD

YƏHUD(İ)

ə. sami xalqlarından biri; cuhud.

YƏHTƏMİL
YƏHUDİ
OBASTAN VİKİ
Yəhud
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
Xeybər Xeybər ya yəhud
"Xeybər Xeybər ya yəhud, ceyş Muhəmməd səvfə yəud" (ərəb. خيبر خيبر يا يهود جيش محمد سوف يعود‎; "Xeybər Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdacaq") — ərəb dilində islam tərənnümü. Burada Məhəmmədin başçılıq etdiyi müsəlman qüvvələrinin indiki Səudiyyə Ərəbistanında Xeybər vahəsində yaşayan yəhudiləri məğlub etdiyi Xeybər döyüşünə istinad edilir. "PBS" və "Times of Israel" xəbər agentlikləri, Müsəlmanlar Antisemitizmə Qarşı və Antidiffamasiya Liqası təbliğat qrupları tərənnümü antisemitizm hesab edir. Bu şüar 1980-ci illərin sonlarında Birinci İntifada zamanı Fələstin islamçı HƏMAS təşkilatının qurucusu Əhməd Yasin tərəfindən irəli sürülmüşdür. O vaxtdan bu şüar islamçılar, islam ekstremistləri və antiisrail yaraqlıları tərəfindən daha geniş şəkildə qəbul edilmişdir. O, Qüds, İsveç, İngiltərə, Avstriya, Belçika, Niderland və Avstraliya daxil olmaqla, islam ekstremist və Fələstin tərəfdarı nümayişlərdə səsləndirilmişdir. Tərənnüm 2021-ci ildə İsrail–Fələstin böhranı və 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı olduğu kimi, İsraillə fələstinlilər arasında zorakılıq dövrlərində daha çox istifadə olunur.
Fars yəhudiləri
Fars Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "Fars Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). == Terminologiya == "Fars Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. == Tarix == Orta əsrlər boyu Fars Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda Fars Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-da (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.
Gizli Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Gürcüstan yəhudiləri
Gürcüstan yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "Gürcüstan yəhudiləri" deyil. === Tarixi === Rəvayətə görə, onlar Kartli və İberiyanın ərazisinə ilk dəfə e.ə. VII əsrdə köçmüşlər. Bu Birinci Qüds Məbədinin dağıdıldığı və yəhudilərin Babilistana sürgün olunduğu tarixə təsadüf edir. XIII əsrə aid "Kartlis tsxvoreba" ("Gürcüstanın həyatı") adlı əlyazmada bu barədə deyilir: "Çar Navuxodosonor Qüdsü zəbt etdi. Ordan qovularaq Kartliyə gələn yəhudilər, Mtsxeti hökmdarına bac söz verərək torpaq istədilər. Onlara Araqvi çayı yaxınlığında, Zanavi çay qolunun yanında məskunlaşmağa icazə verildi. Və onlar buna görə vergi verməyə başladılar". Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar.
Kripto Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Küveytdəki Yəhudilərin tarixi
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. == Fərqli xüsusiyyətlər == === Dil === Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. === Ənənələr === Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. == Tarix == XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Ortodoks yəhudilik
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.
Qüds Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).
Qüdsdə Yəhudi Universiteti
Yerusəlim Yəhudi Universiteti (ivr. ‏האוניברסיטה העברית בירושלים‏‎) — İsrailin ən böyük elm və təhsil mərkəzi, İsrailin ilk universiteti. yaranan gündən dərslər yəhudi dilində keçirilir. 1918-ci ildə yaranıb, dünyanın yüz ən yaxşı universitetlərindən sayılır. (2012-ci ildə 53-cü yer).
Qətərdəki Yəhudilərin tarixi
Rekonstruktiv yəhudilik
Rekonstruktiv yəhudilik (ivr. ‏יהדות רקונסטרוקציוניסטית‏‎; Romanizasiya: yahadút rekonstruktsyonistit) ya da (ivr. ‏יהדות מתחדשת‏‎; Romanizasiya: yahadút mitkhadéshet) Mordecai Kaplan tərəfindən yaradılmışdır. Bunlar daha əvvəllər mühafizəkar Yəhudilik içində iştirak etmişlər. Zamanla Kaplanın fikirləri digər Yəhudi məzhəblərinə də təsir etmişdir. Hərəkatın qurucusuna görə Yəhudilər də digər millətlər kimi bir millətdir. “Seçilmişlik” xüsusiyyəti yoxdur. Allah Yəhudiləri deyil, Yəhudilər Allaha seçmişlər. Bunlar yenidən dirilməyi və axirəti rədd edərlər. Tövrat Tanrı vəhyi deyil.
Rusiya Yəhudi Konqresi
Rusiya Yəhudi Konqresi (RYK) — Rusiyanın ən böyük müasir yəhudi təşkilatı. 1996-cı ildə yaradılıb. Qeyri-kommersiya xeyriyyə fondu kimi fəaliyyət göstərir. Təşkilat Rusiyanın ən nüfuzlu və varlı yəhudilərini — yüksək rütbəli məmurları, iş adamlarını, elm və mədəniyyət xadimlərini özündə birləşdirir. RYK-nin rəhbər orqanları — rəyasət heyəti, direktorlar şurası və ictimai şuradır. Rəyasət heyətinin tərkibinə daxildir: Mixail Fridman, Leonard Blavatnik, Leonid Melemed, Boris Mints, German Zaxaryayev, Andrey Rappoport, David Yakobaşvili, Yevgeniya Albats, Yuli Qusman, Berl Lazar, Henri Reznik, Vladimir Solovyov, Gennadi Xazanov, Mixail Çlenov, Mixail Berger, Mixail Jvanetski, Qriqor Kroşner və s. Təşkilatın təftiş komissiyasına Rusiyanın keçmiş iqtisadiyyat naziri Yakov Urinson rəhbərlik edir.
Sarayevoda yəhudi qəbiristanlığı
Sarayevo yəhudi qəbiristanlığı — Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təxminən 500 illik bir qəbiristanlıqdır. Ərazi Trebeviç dağının yamacında, şəhərin cənub-qərb hissəsində yerləşir. Cənub-Şərqi Avropadakı ən böyük yəhudi qəbiristanlıqlarından biridir. Qəbiristanlıq 16-17-ci əsrin əvvəlindən 1966-cı ilə qədər istifadə edilmişdir. Osmanlı dövründə Səfərad yəhudiləri tərəfindən qurulan qəbiristanlıq 19-cu əsrin sonlarında Avstriya-Macarıstan İmperiyası ilə Sarayevoya gələn Aşkenazi yəhudiləri üçün dəfn yeri olmuşdur. Qəbiristanlıq 3850-dən çox məzar daşını ehtiva edir və 31160 kvadrat metr sahəni əhatə edir. Burada faşizmin qurbanlarına həsr olunmuş dörd qəbir: Jahiel Finci tərəfindən hazırlanan və 1952-ci ildə inşa edilən bir səfərad, iki Aşkenazi yəhudi və bir ustaşa qurbanına həsr olunmuş abidə var. Bosniya müharibəsi zamanı yəhudi qəbiristanlığı cəbhədə idi və Bosniya serbləri tərəfindən artilleriya mövqeyi kimi istifadə olunurdu. Beləliklə, partlayışlar və atəş nəticəsində qəbiristanlıq ciddi ziyan görmüşdü. Ayrıca ağır bir şəkildə minalanmış, lakin 1996-cı ildə tamamilə təmizlənmişdir.
Suriya yəhudiləri
Suriya yəhudiləri, eramızdan əvvəl VI əsrdə müasir Suriyanın ərazisində məskunlaşmış Yəhudilərinnəslidir. XV əsrin sonunda onlara Osmanlı Sultanının dəvəti ilə Suriyaya gələn İspaniyalı Səfərad yəhudiləri də qoşuldu. İspan və Yəhudi xalqının ənənəvi mədəni xüsusiyyətlərinin qarışığı nəticəsində ortaya çıxan inkişaf etmiş bir mədəniyyətə sahib idilər. İsrailin ayrı bir dini icması var. Qədim dövrlərdən bəri Yəhudilər Suriya cəmiyyətinin ən vacib təbəqələrindən biri olmuşlar. Yəhudilər Suriyada eramızdan əvvəl VI əsrdən məskunlaşmağa başlamışlar. Eramızdan əvvəl 539-cu ildən Əhəmənilər Fars sülaləsi tərəfindən idarə olunurdu. İosif Flaviyaya görə, Fars kralı Kserks, Ezra'ya Əhəmənilər imperatorluğu boyunca dini ədaləti tətbiq etmək üçün Yəhudi hakimlərini təyin etməsini əmr etdi. Eramızdan əvvəl 333-cü ildə Suriyanı Makedoniyalı İskəndər fəth etdi və Yəhudilərə yeni imtiyazlar verdi . Həmçinin əvvəlki hüquqlarını da təsdiqlədi.
Yəhudi müharibəsi konspirasiya nəzəriyyəsi
Yəhudi müharibəsi konspirasiya nəzəriyyəsi — nasist təbliğatında irəli sürülən antisemit konspirasiya nəzəriyyəsi. Bu konspirasiya nəzəriyyəsində yəhudilərin Nasist Almaniyasına qarşı müharibə apardığı, onların vahid tarixi aktor kimi çıxış edərək İkinci Dünya müharibəsini başlatdığını və Almaniyanın məhv edilməsinə istiqamətində səy göstərdikləri iddia edilirdi. Müharibənin 1939-cu ildə Ümumdünya Sionist Təşkilatının prezidenti Xaim Veytsman tərəfindən elan edildiyini iddia edən nasistlər Almaniyanın nəzarəti altında yaşayan yəhudilərin təqibinə haqq qazandırmaq məqsədilə bu anlayışdan istifadə edərək Holokostun özünümüdafiə olduğunu əsas gətirmişdilər. İkinci Dünya müharibəsinin sonundan bəri bu konspirasiya nəzəriyyəsi neonasistlər və Holokostu inkar edənlər arasında populyardır.
Yəhudi terrorizmi
Türkiyədə yəhudilərin tarixi
Türkiyədə yəhudilərin tarixi — yəhudilərin Anadoluda olduğu vaxt təxminən 2400 ili əhatə edir. Anadoluda yəhudi icmaları ən azı e.ə.V əsrdən bəri mövcud olmuşdu və Əlhambra qanunnaməsi ilə XV əsrin sonlarına doğru İspaniyadan qovulan İspan və Portuqal yəhudilərinin (Səfərad yəhudiləri) çoxu Osmanlı imperatorluğuna qəbul edilərək, Osmanlı yəhudilərinin əksəriyyətini təşkil etmişlər. Türk yəhudilərinin böyük əksəriyyəti bu gün İsraildə yaşasa da, müasir Türkiyə yəhudi icmalarına ev sahibliyi etməkdə davam edir. Ege bölgəsindəki köhnə şəhər qazıntılarında tapılan bəzi xarabalıqlarda e.ə.IV əsrdə bölgədə yaşamış yəhudilərə aid məlumatlar və məskunlaşma yerlərinin mövcudluğu aşkar edilmişdir. Tarixçi Jozef Flavius məşhur mütəfəkkir Aristotelin "....Kiçik Asiyaya səyahətlərində fikir mübadiləsi apardığı yəhudilər haqqında ..." yazırdı. Anadolunun müxtəlif yerlərində, Ege bölgəsində (Sard, Afrodisias, Milet, Foça və s.), Bursa və Ankara ətrafında, Cənub-Şərqi Anadolu bölgəsində qədim yəhudi məskənlərinin qalıqları aşkar edilmişdir. İmperator Oktavian Avqust tərəfindən Kiçik Asiya yəhudilərinə verilən hüquqlar Ankara ətrafında tapılan tunc sütunun üzərində yazılmışdır. Tövrata görə Nuhun gəmisi Ağrı dağının zirvəsinə endi. Əhdi-Cədiyə görə, Anadoludakı yəhudi əhalisi coğrafiyanın hər tərəfinə yayılmışdılar: İkoniumda (Konya) sinaqoq (Həvarilərin işləri 14:1) və Efesdə sinaqoq var idi (Həvarilərin işləri 19:1). Qalatiyalılara məktublarda Anadoluda yaşayan yəhudilərin olduğu bildirilir.
Yəhudi məhəlləsi (Bakı)
Yəhudi məhəlləsi və ya Cuhudlar məhəlləsi — Bakının Sabunçu rayonunda yerləşən məhəllə, Bəhruz Kəngərli küçəsinin ənənəvi adı. Məhəllənin salınması Rusiya imperiyası dövrünə, XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda neft bumu zamanı baş tutan "yəhudi köçü"ndə Bakıya gələn yəhudilər üçün salınmışdır. Əhalisi ivritdilli idi. 1991–1992-ci illərdə SSRİ-nin süqutunun ardınca məhəllədəki yəhudi əhalisi kəskin səviyyədə azalmışdır. Azərbaycan yəhudilərinin əksəriyyəti iqtisadi problemlərə görə İsrailə, qismən də Rusiyaya kütləvi olaraq köçmüşdü. Burada bir neçə yaşlı yəhudi yaşayır. İndi məhəllədə əsasən məcburi köçkünlər, rayonlardan gələn kirayəçilərdir. Memarlığı Bakının "Sovetski" və "Kubinka" məhələllərinə, həmçinin İçərişəhərə oxşadılmışdır. Məhəllədəki evlərin çoxu baxımsız, köhnədir.
Yəhudi-Malayalam dili
Yəhudi-Malayalam Hindistanın cənubundakı Keraladan olan Koçin Yəhudilərinin (həmçinin Malabar Yəhudiləri adlanır) ənənəvi dili idi və bu gün İsraildə bir neçə onlarla insan tərəfindən danışılır və Hindistanda ehtimal ki, 25-dən azdır.
İqbo yəhudiləri
İqbo yəhudiləri — Nigeriyanın İqbo xalqının iudaizmə etiqad edən nümayəndələri. Yəhudi həyatı Nigeriyanın bəzi yerlərində müstəmləkəçilikdən əvvəlki dövrdən bəri sənədləşdirilmişdir, lakin iqbo xalqının İsrail mənşəli olduğunu iddia etdiyi və ya müstəmləkəçilik dövründən əvvəl iudaizmə etiqad etdiyi məlum deyil. 1967–1970-ci illərdə Biafran müharibəsi zamanı və ondan sonra İqbo xalqı arasında yəhudilərlə identifikasiya daha geniş yayılmışdır. Regionda heç bir rəsmi siyahıyaalma aparılmamışdır və Nigeriyada İqbo əhalisinin hansı hissəsinin iudaizmə etirad etdiyinin dəqiq sayı məlum deyil. 2008-ci ildə ən azı 26 müxtəlif ölçülü sinaqoqa malik olan İqbo xalqının təxminən 30,000 nümayəndəsinin iudaizmin hansısa formasını tətbiq etdiyi bildirilir 2021-ci ildə Nigeriyada təxminən 70 fəal icmadan ibarət təxminən 12,000–15,000 nəfər əsas İqbo yəhudisinin olduğu bildirilmişdir. Bundan başqa, bu istiqamətdə 2,000–3,000 və ən çox 5,000 nəfər kimi daha mühafizəkar statistikalar da verilmişdir. Xristian təhsili almış və azad edilmiş kölə olan iqboəsilli Olauda Ekvianonun geniş təsir əldə etmiş ifadəsində iqbo xalqının mənşəyinin yəhudi köçərilərindən olduğu iddia edilmişdir. 1789-cu ildə yazılmış avtobioqrafiyasında qeyd edilmişdir:Mənim həmvətənlərimin və yəhudilərin "Yaradılış"da təsvir olunduğu kimi, vəd edilmiş ölkəsinə çatmazdan əvvəl, hələ pastoral vəziyyət olduqları dövrdə davranış və adətlərində, xüsusən də patriarxlar haqqında üstünlük təşkil edən güclü bənzətmə məni bu xalqın digərindən törədiyini düşünməyə vadar etmişdir.Tənqidi tarixçilər Qərbi Afrika ilə bağlı XIX əsrdə və XX əsrin əvvəllərində nəşr olunmuş ədəbiyyatı nəzərdən keçirmişdilər. Onlar bu cür tarixi narrativlərin müstəmləkə və postmüstəmləkə keçmişində müxtəlif dövrlərdə onları təklif edən yazıçılar üçün hansı müxtəlif funksiyaları yerinə yetirdiyini aydınlaşdırmışdılar. B.e.