Yanşaq
Yanşaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kənd inzibati ərazi dairəsində kənd.
Yanşaq kəndi Murovdağ silsiləsinin yamacındadir. Əhalisi Ayrım tayfasından gəlmədir.{{mənbə yoxdur|22|12|17}} (Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür.) — Oğuz xaqan dastanına görə 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk kitabına görə 24 oğuz boyunun 11-si.
"Yanşaq" qədim türk dillərində və Azərbaycan dilinin dialektlərində "aşıq" dəməkdir. Yanşaq kənd icra nümayəndəliyine Yanşaq, Zallar, Yanşaqbinə kəndləri daxildirlər. Yanşaq kəndinin ərazisindən eyniadlı çay axır.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
1994-cü ilin fevral ayında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olub.