YATMAQ

f.
1. Yuxu halında olmaq; yuxulamaq. Bərk yatmaq. Uzanıb yatmaq. Yatıb dincini almaq. Yatdığı yerdə (yorğan-döşəkdə, yuxuda olduğu zaman).
– Gecəni yatdıq ki, səhər duraq, Məşədi Qulamhüseyn ilə bahəm Naxçıvana gedək. C.Məmmədquluzadə.
Xüsusən ev qulluqçuları, gədə, Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. N.Nərimanov.

□ Yatıb qalmaq – vaxtında ayılmamaq.
Yatıb durmamaq – ölmək.
// məc. Əbədi istirahətgahda olmaq, dəfn olunmaq. Qəbirdə yatanlar (ölülər). Bu qəbirdə kim yatır?
// Yuxulamaq üçün yatağa girmək. Saat neçədə yatırsınız? O, çox tez yatır.
– Mirzə iştahasız nahar yeyib yatmaq istədi, hərçi çalışdı, yuxusu gəlmədi. Ə.Haqverdiyev.

// Uzanmaq, uzanmış vəziyyət almaq.
Tutdular bərəni, eyləməyib ləng; Yatdılar səngərə o iki pələng. H.K.Sanılı.

// Gecəni keçirmək. Gecəni harada yatırdınız?
2. Xəstə olmaq, xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək (bəzən “xəstə” sözü ilə). Düz iki ay yatdım. Çoxdandır yatır.
– Bir aya qədər Rəştdə xəstə yatdım. S.Hüseyn.
Nəhayət, Almaz xeyli sozaldı, bir gün durdu, o biri gün yatdı, axırıncı dəfə yıxıldığı yerindən qalxmadı. S.Rəhimov.
Şərəf ölümcül halda hospitalda yatırkən döyüşdən göz açmayan Rüstəm onu unuda bilmirdi. M.İbrahimov.

3. Uçulmaq, düşmək, süqut etmək, dağılmaq.
Toplar guruldadı, saraylar yatdı; Bunları insanın əli yaratdı. S.Vurğun.

// Çökmək, enmək. Suyun bulanlıq olmağına səbəb onun içində üzən xırda torpaqdır.
Belə saxlanan zaman onlar suyun dibinə yatdığına görə su durulur. H.Zərdabi.
Maşın düşərgəyə doğru irəlilədikcə təkərin altından çıxan toz bulud kimi qalxıb otların üstünə yatırdı. M.İbrahimov.

4. Bir işin, hadisənin təsiri azalmaq, zəifləmək, sakitləşmək, dayanmaq, qurtarmaq. Külək yatdı. İstilər bir az yatdı. Hirsi yatdı. Ehtiraslar yatdı.
– Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi; Qar bitdi, külək yatdı, soyuq axıra yetdi. A.Səhhət.
[Çiçək xanım:] A Fatma xanım, dincəldinmi? Nasın-pasın yatdımı? N.Vəzirov.
Dava təzə şey deyil.
Mən bu altmış yaşımda davanın yatdığını görməmişəm. Mir Cəlal.

5. məc. Qəflət etmək, qəflətdə olmaq, arxayın olmaq, xəbərsiz olmaq, heç bir hərəkət göstərməmək. Yatmaq vaxtı deyil! Yatanları oyatmaq (qəflətdə olanları ayıltmaq). Yatmısan, heç nədən xəbərin yoxdur.
– İndi isbatihünər, sidqü sədaqət vaxtıdır! Yatmayın, huşyar olun, iş vaxtı, qeyrət vaxtıdır! M.Ə.Sabir.
…Qorxuram İranın hürriyyətinə ümidvar olub yenə yatasınız. C.Məmmədquluzadə.

6. məc. Dayanmaq, işləməmək, fəaliyyətdən qalmaq. İş yatıb qalıb.
– Qəzetənin həmişəlik yatmağı bu qərar ilə əmələ gəldi. C.Məmmədquluzadə.
Qış-yay elə bir gün olmamışdır ki, Musanın dəyirmanı yatsın. İ.Əfəndiyev.

7. Keyimək, uyuşmaq, yuxulamaq. Ayaqlarım yatıb.
8. Yığılıb qalmaq, işə getməmək, satılmamaq (bu mənada adətən “yatıb-qalmaq” şəklində işlənir). Dükanlarda mal yatıb qalıb.
9. Həbsxanada olmaq, həbsdə olmaq, məhbus (dustaq) olmaq.
Hərif neçə il yatıb? – [Müəllim] zənn etdi ki, Tellinin əri ölmüşdür və ya bir cinayət yapmış da, həbsxanada yatır. S.Hüseyn.

10. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ürəyinə yatmaq, könlünə yatmaq, ağlına yatmaq, dilinə yatmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YATMAQ yuxulamaq — uymaq
  • YATMAQ keyimək — uyuşmaq — yuxulamaq
  • YATMAQ dayanmaq — durmaq
  • YATMAQ xəstələnmək — azarlamaq
  • YATMAQ uçulmaq — dağılmaq
  • YATMAQ azalmaq — zəifləmək — sakitləşmək
  • YATMAQ 1. YATMAQ Anası da. yatmışdı, qardaşı da yatmışdı (Elçin); BAŞINI YERƏ ATMAQ (fr.v.) [Kərbəlayı:] ..sübh tezdən durub gedirəm kooperativə, axşam da yo

Omonimlər

  • YATMAQ YATMAQ I f. Yuxulamaq. Bütün ailələr səhər məlumatını dinləməmiş evdən çıxmır və gecə məlumatını dinləməmiş yatmırdılar (S

Antonimlər (əks mənalı sözlər)

  • YATMAQ YATMAQ – AYILMAQ Qədir sanki yatmışdı, yuxudan ayıldı (Mir Cəlal). YATMAQ – DURMAQ Günəşdən tez durar, aydan sonra yatardı, gününü tövlədə və samanlıq

Etimologiya

  • YATMAQ Yastı sözü ilə qohumdur, “yuxulamaq” yox, “uzanmaq” (yastılanmaq, yas­lanmaq) deməkdir. (Bəşir Əhmədov
YATMA
YATMALI
OBASTAN VİKİ
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yatmaq Vaxtıdır (1984)
Cizgi filmi uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır. Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir. Cizgi filmi körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?.. Ssenari müəllifi: Dinarə Seyidova Rejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Nataliya Nuriyeva (Natalya Nuriyeva kimi) Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Vahid Talıbov, Arifə Hatəmi, Nigar Nərimanbəyova Assistent: Z. Rəhimova, Ziya Xəqani, Elman Mirzəyev Montaj edən: Nailə Dadaşova Redaktor: Çingiz Qaryağdı, A. Vəliyeva Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Yatmaq vaxtıdır (film, 1984)

Yatmaq vaxtıdır (cizgi filmi, 1984)

Digər lüğətlərdə