ZAİRƏ
ZAKİRƏ
OBASTAN VİKİ
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi. Zakir Məmmədov Zakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professor Zakir Bəhmənov Zakir Rzayev Toponim Zakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Ali Zakir
Ali Zakir (6 noyabr 1944, Çittaqonq, Britaniya Hindistanı – 27 noyabr 2020, Dəkkə) — Banqladeş aktyoru, biznesmeni,rejissoru və yazıçısı. Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi. Zakir, 1971-ci ildə Banqladeş istiqlal müharibəsində azadlıq döyüşçüsü kimi xidmət etmişdi. == Həyatı == Ali Zakir 6 noyabr 1944-cü ildə Banqladeşin Çattoqram şəhərində anadan olmuşdur. Uşaqlığı Kuştiya şəhərində keçib. Dörduşaqlı ailənin üçüncü övladı idi. Atası Məhəmməd Tahir yüksək rütbəli məmur idi. O, müxtəlif-müxtəlif şəhərlərdə işə düzəldiyindən Zakir də həmin şəhərlərdə olurdu. Madaripura köçən və burada bir az qalan Zakir sonra Xulna şəhərinə köçdü. Axırda isə paytaxt olan Dəkkə şəhərinə köçdü.
Zakir (Miyanə)
Zakir (fars. ذاكر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (10 ailə).
Zakir Abdullayev
Abdullayev Zakir Bunyat oğlu (1937, Qaracəmirli, Şamxor rayonu) — geologiya-mineralogiya üzrə elmlər doktoru. Abdullayev Zakir Bunyat oğlu 1937-ci ildə Azərbaycanın Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1959-1962-ci illərdə Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Geologiya İdarəsində işləmişdir. 1962-ci ildə Azərbaycan SSR EA Kimya İnstitutunun aspiranturasına daxil olur və "Geokimya" İnstitutuna (Moskva ş.) göndərilir. 1968-ci ildə "Kiçik Qafqazın ultraəsasi süxurlarında dəmir fəsiləsi elementlərinin geokimyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən 2003-cü ilə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Nadir elementlərin geokimyası" sektoruna rəhbərlik etmişdir. 1992-ci ildə "Kiçik Qafqazın ofiolit assosiasiyasının, bazit-hiperbazit kompleksi" (petrokimya, geokimya və filizliliyin geokimyəvi kriteriləri) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, petrologiya və maqmatik proseslərin geokimyası sahəsində görkəmli mütəxəssisdir. Onun elmi fəaliyyəti ofiolit assosiasiyasının bazit-hiperbazit kompleksinin və onlardan törənən məhsulların petroloji-geokimyəvi xüsusiyyətlərinin və filizliliyinin tədqiqi ilə bağlıdır.
Zakir Ağayev
Zakir İsmayıl oğlu Ağayev — baletmeyster, Azərbaycanın əməkdar artisti (2017). Z.Ağayev 1973-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında rəqqas kimi fəaliyyətə başlayıb. 1994-cü ildə Moskvadakı Rusiya Dövlət Teatr Sənəti Akademiyası xoreoqrafiya sənəti kafedrasının baletmeyster fakültəsini bitirib. 1990-2000-ci illərdə Bakı Xoreoqrafiya məktəbində dünya xalq rəqsləri və Azərbaycan rəqsləri fənlərindən dərs deyib. 1995-1999-cu illərdə xoreoqrafiya məzunlarının buraxılış konsertlərini yüksək səviyyədə hazırlayıb. O, 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya tələbə və Gənclər festivalının diplomantıdır. Zakir Ağayev işgüzar, təşəbbüskar müəllim istedadlı rəqqas kimi fəaliyyətini get-gedə genişləndirib, milli rəqslərimizin təbliğində səmərəli xidmətlər göstərib. Quruluşçu-baletmeyster işlədiyi vaxtlarda 20-dən çox rəqsə quruluş verib, bu rəqslərin çoxu xarici ölkələrdə, o cümlədən İtaliyada, Hollandiyada, Yaponiyada, Hindistanda, İspaniyada, Avstriyada, İordaniyada, ümumiyyətlə 50-dən çox ölkədə tamaşaçıların böyük rəğbətini qazanmışdır. Z.Ağayevin «Bakı-Tiflis-Ceyhan» neft kəmərinin təbliğ qrupununun konsert proqramında çıxışları xüsusilə əlamətdar olub. Z.Ağayev həm də xoreoqrafiya əsaslarının nəzəri və praktiki elmi-tədqiqat işlərinin müəllifidir.
Zakir Aşurov
Zakir Məcid oğlu Aşurov (1958, Qazax – 9 may 2008, Moskva) — Azərbaycanlı alim, tibb elmləri doktoru, Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunun professoru. Zakir Aşurov 1958-ci ildə Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almışdır. 1981-ci ildə institutu bitirib 3 il Çeçenistanın Qroznı şəhərində mərkəzləşdirilmiş LOR şöbəsində internadan keçmişdir. 1985-ci ildə Moskva Dövlət Tibb İnstitutunun Klinik Ordinaturasına qəbul olmuşdur. Ordinaturanı bitirdikdən sonra 1 saylı Moskva Klinik Xəstəxanasında həkim işləmişdir. 1988-ci ildən ömrünün axırına qədər Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunda baş elmi işçi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1994-cü ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Zakir Aşurova professor elmi rütbəsi verilmişdir. Onun rəhbərliyi ilə bir neçə tibb elmləri namizədi yetişmişdir.
Zakir Bağırov
Zakir Bağırov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960)
Zakir Axtılı
Zakir Axtılı (d. XVIII əsr; Axtı, Şirvan bəylərbəyliyi, Səfəvi imperiyası - ö. XVIII əsr; Quba xanlığı) — ləzgi kökənli olmasına baxmayaraq, Azərbaycan türkcəsində şeirlər yazan şair. Doğum tarihi dəqiq bilinməməkdədir, lakin XVIII əsrdə Səfəvi imperiyasında dünyaya gəldiyi məlumdur. Ən məşhur əsəri "Parçalanmış ciyər" şeiridir.Şairin hisslərinin təsvir edildiyi bu şeirdə Molla Pənah Vaqifin təsiri hiss edilməkdədir.Zakirin əsərləri psixoloji çərçivə ilə ayırd edilir. Şerləri lirik qəhrəmanın vəziyyətini açıqlaması ilə başlayır və bitir. Şairin "Gəlin" müxəmməsində də belə nümunəyə rast gəlinməkdədir. Ağababa Zühuri ‎ С. А. Бедирханов. Азербайджаноязычная лезгинская поэзия XVIII-XIX веков. Махачкала.
Əli Zakir
Ali Zakir (6 noyabr 1944, Çittaqonq, Britaniya Hindistanı – 27 noyabr 2020, Dəkkə) — Banqladeş aktyoru, biznesmeni,rejissoru və yazıçısı. Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi. Zakir, 1971-ci ildə Banqladeş istiqlal müharibəsində azadlıq döyüşçüsü kimi xidmət etmişdi. Ali Zakir 6 noyabr 1944-cü ildə Banqladeşin Çattoqram şəhərində anadan olmuşdur. Uşaqlığı Kuştiya şəhərində keçib. Dörduşaqlı ailənin üçüncü övladı idi. Atası Məhəmməd Tahir yüksək rütbəli məmur idi. O, müxtəlif-müxtəlif şəhərlərdə işə düzəldiyindən Zakir də həmin şəhərlərdə olurdu. Madaripura köçən və burada bir az qalan Zakir sonra Xulna şəhərinə köçdü. Axırda isə paytaxt olan Dəkkə şəhərinə köçdü.
Zakir Bəhmənov
Zakir Cabbarov
Zakir Cabbar oğlu Cabbarov — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (9 dekabr 1992 - 6 aprel 1994). Cabbarov Zakir Cabbar oğlu 22 dekabr 1937-ci ildə Laçın rayonunun Xırmanlar kəndində ziyalı ailəsində anadan olmuşdur. 7 illik kənd məktəbini, sonra isə Laçın şəhərində tam orta məktəbin 10-cu sinfi bitirib. 1964-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1969-cu ildə Universiteti bitirərək Azərbaycan dili və Ədəbiyyatı müəllimi ixtisası almışdır. 1969-cu ildə Laçın rayon Xırmanlar kənd orta məktəbində müəllim işləmiş, bir müddət sonra isə direktoru təyin edilmişdir. 1975-ci ildə Laçın rayon Təhsil Şöbəsinə hərbi metodist təyin edilmişdir. Eyni zamanda Laçın rayonu üzrə Təbiəti Mühafizə idarəsinin sədri vəzifəsində işləmişdir. 1990-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə yaxından iştirak etmişdir. 9 dekabr 1992-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş və 6 aprel 1994-cü ilə qədər bu vəzifədə çalışmışdir.
Zakir Cahangirli
Zakir Ağasoltan oğlu Cahangirli (10 noyabr 1960, Bakı) — AMEA Fizika İnstitutunun alimi.[mənbə göstərin] Zakir Cahangirli 10 noyabr 1960-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. 1978 –ci ildə 5 № -li kimya-biologiya təmayüllü internat məktəbi qızıl medalla bitirmişdir.1985 –ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1985 –ci ildən 1997 –ci ilə qədər Kosmik Tədqiqatlar İnstitutunda elmi işçi kimi fəailiyyət göstərmişdir. 1987 –ci ildən 1989 –cu ilədək Rusiya Elmlər Akademiyasının Fizika İnstitunun “Nəzəri fizika” şöbəsində elmi tədqiqatlar aparmışdır. Hazırda AMEA Fizika İnstitutunun “Spektroskopik ellipsometriya” laboratoriyasının müdiri vəzifəsini icra edir. Eyni zamanda 0.5 ştatla Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının professorudur. AMEA Fizika İnstitutunun Elmi şurasının üzvüdür. Bakı Dövlət Universitetinin nəzdindəki D.02.012 doktorluq dissertasiya şurasının üzvüdür.Əsas elmi fəaliyyəti ən müasir metodlardan istifadə etməklə kondensə olunmuş maddələrin enerji spektrlərinin, optik xassələrinin, elektrik və maqnit xassələrinin tədqiqinə yönəlmişdir. Chibo Texnoloji İnstitutu (Yaponiya) və Institute for Advanced Simulation (Almaniya) ilə birgə elmi tədqiqatlar aparır. 110 elmi əsərin müəllifidir.
Zakir Canahgirli
Zakir Ağasoltan oğlu Cahangirli (10 noyabr 1960, Bakı) — AMEA Fizika İnstitutunun alimi.[mənbə göstərin] Zakir Cahangirli 10 noyabr 1960-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. 1978 –ci ildə 5 № -li kimya-biologiya təmayüllü internat məktəbi qızıl medalla bitirmişdir.1985 –ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1985 –ci ildən 1997 –ci ilə qədər Kosmik Tədqiqatlar İnstitutunda elmi işçi kimi fəailiyyət göstərmişdir. 1987 –ci ildən 1989 –cu ilədək Rusiya Elmlər Akademiyasının Fizika İnstitunun “Nəzəri fizika” şöbəsində elmi tədqiqatlar aparmışdır. Hazırda AMEA Fizika İnstitutunun “Spektroskopik ellipsometriya” laboratoriyasının müdiri vəzifəsini icra edir. Eyni zamanda 0.5 ştatla Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının professorudur. AMEA Fizika İnstitutunun Elmi şurasının üzvüdür. Bakı Dövlət Universitetinin nəzdindəki D.02.012 doktorluq dissertasiya şurasının üzvüdür.Əsas elmi fəaliyyəti ən müasir metodlardan istifadə etməklə kondensə olunmuş maddələrin enerji spektrlərinin, optik xassələrinin, elektrik və maqnit xassələrinin tədqiqinə yönəlmişdir. Chibo Texnoloji İnstitutu (Yaponiya) və Institute for Advanced Simulation (Almaniya) ilə birgə elmi tədqiqatlar aparır. 110 elmi əsərin müəllifidir.
Zakir Cəfərov
Zakir Eminov
Eminov Zakir Namin oğlu (1 fevral 1967, Yuxarı Qaramanlı, Neftçala rayonu) — Azərbaycan coğrafiyaçısı, demoqraf, AR Elm və Təhsil Nazirliyi akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent, professor. Zakir Eminov 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. Ailəlidir, iki oğlu vardır. 1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini bitirib. 1991–1995-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasında oxuyub. 1991-ci ildə Coğrafiya İnstitutunun "Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası" şöbəsində işləyib; Baş laborant, sonra kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 2001-ci ildən aparıcı elmi işçi, 2015-ci ildən baş elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən İnstitutun "İnsan coğrafiyası" istiqamətinə rəhbər, yeni yaradılmış "Tibbi coğrafiya" şöbəsinə müdir təyin edilib. 2021-ci ildə Z. N. Eminov AMEA Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsinə təyin olunmuşdur. "Azərbaycan Respublikasında əhalinin vahid məskunlaşması sisteminin (VMS) formalaşması və inkişafı" (Gəncə iqtisadi rayonunun timsalında) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Zakir Fərəcov
Zakir Fərəc oğlu Fərəcov (3 fevral 1954, Qazıdərə, Laçın rayonu) — Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı. Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur. 1975-ci ildə D. Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-ci ildə həmin institutu bitirmişdir. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var. Nazim Fərəcovun qardaşıdır.
Zakir Fəxri
Sabitov Zakir Mirsadıx oğlu — şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Zakir Fəxri 1948-ci il aprelin 3-də Ağdam şəhərində anadan olmuşdur. Yevlax 1 saylı şəhər orta məktəbində səkkizinci sinfi, 2 saylı şəhər orta məktəbinin axşam fəhlə-gənclər şöbəsini gümüş medalla bitirmişdir (1955-1966). Əmək fəaliyyətinə çilingər kimi başlamışdır (1963-1965). Azərbaycan Dövlət Politexnik İnstitutunun nəqliyyat fakültəsinə daxil olmuş, institutu bitirdikdən sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ştatdankənar müxbir işləmişdir (1972-1973). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1985-1989), Azərbaycan Tərcümə Mərkəzi sədrinin müavini (1989-1991), əlaqələr şöbəsinin müdiri olmuşdur (1991-1992). Hazırda "Xəzər" jurnalının tərtibatçılarından biridir. "Azərbaycan gəncləri" qəzetində 1972-ci ildə çıxan "Unutmaram", "Yollar" şerlərindən sonra dövri mətbuatda müntəzəm çıxış edir. Şeirlərinə mahnılar bəstələnmişdir. "Xatirə çiçəyi", "Bir ömrün tarixi" kimi irihəcmli kitabların müəllifidir.
Zakir Hüseyn
Zakir Hüseyn (Hindcə: ज़ाकिर हुसैन, Urdu: زاکِر حسین), 9 mart 1951, Bombey) — Hindistanlı tabla ustası, özü kimi bir tabla ustası olan Üstad Allah Rakhanın oğlu, Hindistanın ən tanınmış klassik tabla musiqiçisi.
Zakir Hüseynov
Zakir Ağaxan oğlu Hüseynov (23 sentyabr 1961 – 31 oktyabr 2010) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. Hüseynov Zakir Ağaxan oğlu 1961-ci il sentyabr 23-də Bakının Əmircan kəndində anadan olmuşdur. Uşaq yaşlarından rəsm dərnəyində İslam Müzəffərovdan sənətin sirlərini öyrənən Zakir Hüseynovda rəssamlığa böyük maraq yaranmışdır. Zakir Hüseynov Əmircan kəndindəki 226 saylı orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə (indiki İncəsənət Kolleci) daxil olmuş, burada toxuculuq şöbəsində (1979–1985) təhsil almışdır. Onun sənət müəllimi Şairə Ələsgərova və Böyükağa Salahov olmuşdur. Zakir Hüseynov məktəbi bitirdikdən sonra toxuculuq kombinatına təyinat alsa da, oraya getməmiş, rəssamlıq sənəti ilə məşğul olmuşdur. Həmçinin Bakı yod zavodunda (1985–1986), Bədii Fondun İstehsalat Yaradıcılıq Kombinatında (1986–1991) tərtibatçı rəssam işləmişdir. 1988-ci ildən Bakı İncəsənət Mərkəzinin, 1996–2003-cü illərdə "Labirint" İncəsənət Xadimləri Cəmiyyətinin, 2006–2010-cu illərdə "Bakı" qalereyasında fəaliyyət göstərən yaradıcı qrupun, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Zakir Hüseynov 2010-cu il oktyabrın 31-də uzun sürən xəstəlikdən sonra 49 yaşında vəfat etmişdir. O özünü Azərbaycan rəssamlığının "tənha döyüşçüsü" adlandırırdı.
Zakir Həsənov
Zakir Əsgər oğlu Həsənov (6 iyun 1959, Astara rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki. Azərbaycan Respublikasının müdafiə naziri (2013-cü ildən). Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib. 1980–1985-ci illərdə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir. 1985–1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993–2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır.
Zakir Kərimov
Zakir Mahmudov
Zakir Mahmudov (Mahmudov Zakir Əli oğlu; d. 1947. Arıxdam, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru. A.İ.Yevdokimov adına Moskva Dövlət Tibbi Stomatologiya Universitetinin insan anatomiyası kafedrasının professoru. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. Mahmudov Zakir Əli oğlu 1947-ci il dekabrın 31-də Gədəbəy rayonunun Arıxdam kəndində, kəndli ailəsində anadan olub. 1971-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1971-1976-cı illərdə kənd sahə xəstəxanasında pediatr, uşaq cərrahı, baş həkim vəzifələrində çalışıb. 1976-1979-cu illərdə Z.Mahmudov İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin insan anatomiyası kafedrası nəzdində aspiranturada oxuyub. 1981-ci ildə “Yaşlı insanda mezenteriumlu üst limfatik düyünlərin anatomiya və topoqrafiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Zakir Mehdiyev
Zakir Tahir oğlu Mehdiyev (4 oktyabr 1948, Kirovabad) — Azərbaycan heykəltaraş və rəssamı, pedaqoq, SSRİ Rəssamlar İttifaqının üzvü (1979), Azərbaycan Respublikasının əməkdar rəssamı (2021). Zakir Mehtiyev 1948-ci il 4 oktyabrda Gəncə şəhərində dünyaya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və 1969-cu ildə bitirmişdir. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirmişdir. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. 1978-ci ildə bu institutun heykəltaraşlıq fakültəsini bitirdikdən sonra Mehdiyev Bakıya dönüb. 1983–2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində heykəltaraşlıq tədris etmişdir. 2000–2016-cı illərdə Türkiyədə M.K. Atatürk Universitetində dosent və kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişdir Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə,İsveçrə,Yaponiya, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştrakçısı olmuşdur. Qəbələdə (İsmayıl bəy Qutqaşınlının) Bakıda (Şah İsmayil Xətainin) və Antakyada Mustafa Kamal Atatürkün xatirələrinə ucaldılmış abidələrin, "Atatürk ve Cumhuriyet" barelyefının müəllifidir.
Zakir Mirzəyev
Mirzəyev Zakir Qulam oğlu 1943-cü il 16 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə, atası Qulam Mirzəyev işi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Xaçmaz şəhərinə köçmüşdür. Zakir Mirzəyev 7 yaşında birinci sinifə getmiş və həmin ildən qarmon ifaçiliğı sənətini öyrənməyə başlamışdır. 1953–1957-ci illərdə Bakıda keçirilən baxış və olimpiadaların iştirakçısı olmuşdur. Qazandığı uğurlu çıxışlarına görə birinci dərəcəli medal və fəxri fərmanlarla təltif olunmuşdur. 1959-cu ildə Moskva şəhərində keçirilən "Azərbaycan Mədəniyyətinin Ongünlüyü Dekadası"na hazırlıq məqsədi ilə keçirilən festival baxışında iştirak etmək üçün Bakıya dəvət olunmuş, uğurlu çıxışlarına görə festivalın laureatına nail olmuşdır. Bu festivalda ifa etdiyi iki musiqi nömrəsi, Teyyub Dəmirovun "Bayati-Şiraz Dəramədi" və "Bakı rəqsi"ni radioda lentə yazaraq "Qızıl Fond"a daxil edildi. Azərbaycan Respublikasının xalq Artistləri Əfrasiyab Bədəlbəyli, Əhməd Bakıxanov, Cahangir Cahangirov, Gəmbər Hüseynli, Nazim Əliverdibəyov və Tofik Quliyev kimi böyük musiqi xadimləri atasına və Xaçmaz şəhər Mədəniyyət şöbəsinin müdiri Ə. Şirinova məktub yazaraq Zakirin Bakıya daimi göndərilməsini xahiş etdilər. O, 1960-cı ildə Bakıya gələrək anadan olduğu babasıgilin mülkünə daimi qeydiyyata düşür. 1962-ci ildə Bakı şəhəri 36 №li orta məktəbi bitirib Azərbaycan İncəsənət İnstituna daxil olur.
Zakir Məcidov
Zakir Məcidov (26 iyun 1956, Həsənabad, Neftçala rayonu – 6 avqust 1992, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963–73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə (1982) təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmışdır. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir.
Elvin Zakirov
Fərrux Zakirov
Fərrux Kərim oğlu Zakirov (özb. Farrux Zokirov Karim oʻgʻli; 16 aprel 1946, Daşkənd) — özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru. Yalla qrupunun qurucusu. Özbəkistanın Dövlət mükafatı laureatı. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri. Azərbaycan (2024) Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının xalq artisti.. == Həyatı == Fərrux Zakirov, 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlmişdir. Onun atası Özbəkistan SSR xalq artisti (1939), Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirov olmuşdur. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Mukimi adına Musiqili Komediya və Dram Teatrının solisti olmuşdur. Onlar, Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tanış olublar.
Jurinea zakirovii
Jurinea zakirovii (lat. Jurinea zakirovii) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Müqəddəs Tanrı anası kilsəsi (Zakirli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Zakirli kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə ərazisində ən qədim tarix xaçdaşlardan biri üzərində yazılmış və "1198-ci ilin yayı"na aiddir. Kilsə timpanndakı kitabədə XII əsrdə burada artıq monastırın fəaliyyət göstərdiyini deməyə əsas verir. Kitabədə qeyd edilir ki, vardapet Yakov 1682-ci ildə köhnə kilsəni bərpa etdirmişdir. Müqəddəs Tanrı anası kilsəsi Zakirli kəndinin mərkəzində, alma və armud bağlarının arasında yerləşir. Vaxtilə burada mövcud olmuş qədim monastır kompleksindən dövrümüzə yalnız əsas kilsə binası çatmışdır. Kilsə xaricdən düzbucaqlı, daxildən isə günbəzli bazilikal formaya malikdir. Kilsə divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Tağlar, nişlər və altar karnizlərinin inşasında yaxşı yonulmuş mavi tonlu daşlar, digər divar hörgüsündə isə kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir.
Nəqi Zakirov
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru. Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır. 15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
Qasım bəy Zakir
Qasım bəy Əli bəy oğlu Zakir (1784, Şuşa – 1857, Şuşa)— azərbaycanlı şair. Abdulla bəy Asi, İbrahim bəy Azər və Xudadat bəy Poladovun babasıdır. Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdir.
Qasım bəy Zakirin evi
Qasım bəy Zakirin evi — XVIII əsrdə tikilmişdir
Qasım bəy Zakirin evi (Ağdam)
Qasım bəy Zakirin evi — 1815-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində inşa olunan bu binada bu günə qədər uşaq musiqi məktəbi fəaliyyət göstərirdi. Son günlərədək musiqi məktəbi kimi istifadə olunan bina 1830-cu ildə, Xurşudbanu Natəvanın atası Mehtiqulu xan tərəfində Qasım bəy Zakirə hədiyyə edilib. O vaxtlar bir mərtəbədən ibarət olan evin ikinci qatı 1904-cü ildə əlavə olunub. Sovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıbSovet hakimiyyəti illərində, tikili anbar, xəstəxana, məktəb və ən nəhayət musiqi məktəbi rolunu oynayıb. Yaşı iki əsrə yaxın olan bəy evi son illər təhlükəli vəziyyətə düşdüyündən onun yenisi ilə əvəzlənməsi nəzərdə tutulub. Qəzalı vəziyyətdə olan tarixi binanın yerində yeni musiqi məktəbi tikilib. Ağdam Rayon Mədəniyyət şöbəsi binanın təmiri üçün binaya baxış keçirən mütəxəssisləri təmir məqsədilə müdaxiləni məqbul hesab etməyiblər. Ona görə də, bina sökülüb. Həmin ərazidə yeni məktəb məktəb binası inşa edilib. Evin damında iki daş kitabə var.
Qasım bəy Zakirin evi (Şuşa)
Qasım bəy Zakirin evi — XVIII əsrdə tikilmişdir
Qasım bəy Zakirin qəbirüstü abidəsi
Qasım bəy Zakirin qəbirüstü abidəsi — 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında mütəfəkkir Qasım bəy Zakirin qəbirüstündə ucaldılmış abidə. Abidə Şuşa şəhəri işğal edilən zaman erməni vandalizminin qurbanı olmuşdur. Görkəmli şair Qasım bəy Zakirin anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında onun qəbirüstündə abidə ucaldılmışdır. Əvvəllər şairin qəbirinin üzərində türbə olmuş sonra isə qəbirüstü abidəsi qoyulmuşdur. Qasım bəy Zakirin qəbirüstü abidəsinin müəllifi Əməkdar rəssam, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Namiq Dadaşov olmuşdur. Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə - Cavanşir nəslinə mənsub olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrdə yaşamış tanınmış şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı. Qəbirüstü abidə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıdılmışdır. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
Zakir Bağırov (bəstəkar)
Zakir Cavad oğlu Bağırov (16 (29) mart 1916, Şuşa – 8 yanvar 1996, Bakı) — azərbaycanlı bəstəkar, pedaqoq, professor (1978), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960). Zakir Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olub. O, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərindəki N.Nərimanov adına 8 saylı uşaq evində yaşayıb. Bu, 1924-1929-cu illəri əhatə edib. 1929-cu ildən etibarən isə böyük qardaşının himayəsində yaşayıb. O, ilk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Fəhlə fakültəsində alıb. Həmin fakültənin fortepiano sinfini bitirib. Daha sonra təhsilini davam etdirmək üçün 1935-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumuna göndərilib. Zakir Bağırov Musiqi Texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Avstriya, Macarıstan, Rumıniya, Finlandiya və Mancuriyada xidmət edib.
Zakir Bağırov (mədəniyyət xadimi)
Zakir Nəriman oğlu Bağırov (27 noyabr 1929, Şuşa, DQMV – 30 mart 1989, Bakı) — Azərbaycanın mədəniyyət və elm xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1971–1988), Azərbaycan SSR Ali Sovetinin deputatı. Zakir Bağırov Moskva Aviasiya İnstitutunda təhsil alan ilk azərbaycanlı gənclərdən biri olub. Lakin, idman zamanı ayağının sınması ona karyerasını pilot kimi davam etdirməyə mane olur. Moskvadan Bakıya qayıtdıqdan sonra səhhəti ilə bağlı uzun müddətli müalicələrdən sonra yenidən təhsilini davam etdirmək qərarına gəlir. Azərbaycan Dövlət Universitetinə qəbul olur. 1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib və Fəlsəfə kafedrasında saxlanılıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmə olan marağı onu o vaxtkı SSRİ EA-nın Fəlsəfə İnstitutunun aspiranturasına aparıb. Nəhayət, Zakir Bağırov təhsilini başa vurub yenidən Azərbaycana qayıdıb. Azərbaycan Elmlər Akademiyasında fəlsəfə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Professor Gülrux Əlibəyli Zakir Bağırov haqqında yazıb: Zakir Bağırov göstərdiyi fəaliyyətlər nəticəsində 42 yaşında Azərbaycanın mədəniyyət naziri vəzifəsinə layiq görülür.
Zakir Bağırov (nazir)
Zakir Nəriman oğlu Bağırov (27 noyabr 1929, Şuşa, DQMV – 30 mart 1989, Bakı) — Azərbaycanın mədəniyyət və elm xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1971–1988), Azərbaycan SSR Ali Sovetinin deputatı. Zakir Bağırov Moskva Aviasiya İnstitutunda təhsil alan ilk azərbaycanlı gənclərdən biri olub. Lakin, idman zamanı ayağının sınması ona karyerasını pilot kimi davam etdirməyə mane olur. Moskvadan Bakıya qayıtdıqdan sonra səhhəti ilə bağlı uzun müddətli müalicələrdən sonra yenidən təhsilini davam etdirmək qərarına gəlir. Azərbaycan Dövlət Universitetinə qəbul olur. 1953-cü ildə bu ali məktəbi əla qiymətlərlə bitirib və Fəlsəfə kafedrasında saxlanılıb. Pedaqoji fəaliyyətlə yanaşı, elmə olan marağı onu o vaxtkı SSRİ EA-nın Fəlsəfə İnstitutunun aspiranturasına aparıb. Nəhayət, Zakir Bağırov təhsilini başa vurub yenidən Azərbaycana qayıdıb. Azərbaycan Elmlər Akademiyasında fəlsəfə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Professor Gülrux Əlibəyli Zakir Bağırov haqqında yazıb: Zakir Bağırov göstərdiyi fəaliyyətlər nəticəsində 42 yaşında Azərbaycanın mədəniyyət naziri vəzifəsinə layiq görülür.
Güzel Zakirova
Güzel Zakirova — (25 yanvar 1989) — azərbaycanlı peşəkar qadın futbolçu. Rusiyanın "Ryazan" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A Milli yığmasının keçmiş futbolçusu == Həyatı və Karyerası == 2006-2007-ci il futbol mövsümündə "Gömrükçü" klubunun formasını geyinmişdir. Müdafiəçi çıxış edən futbolçu 2007 ildə "Ruslan-93" klubunda çıxış etmişdir. Həmin sezon Rusiyanın "Ryazan" klubuna icarə əsasında keçid etmişdir. Arxiv məlumatlarında daha sonraki karyerası barədə məlumat yoxdur == Milli Karyerası == Azərbaycanın qadınlardan ibarət A Milli komandasında çıxış etmişdir.
Zakir Əliyev (professor)
Zakir Məmməd oğlu Əliyev (7 iyun 1944, Qasım İsmayılov rayonu – 14 oktyabr 2024) — Azərbaycan tibb alimi, nevropatoloq. Tibb elmləri doktoru (1987), professor (1989). == Həyatı == 1944-cü il 7 iyun tarixində Gornaboy rayonunda dünyaya gəlib.1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1977–89-cu illərdə II nevrologiya və tibbi genetika kafedrasında dosent, 1989–92-ci illərdə prof., 1992–2011 illərədə uşaq nevrologiyası kafedrasında müdir vəzifəsində çalışmışdır. 2011-ci ildən ATU nun II Nevrologiya və Tibbi Genetika kafedrasının professoru idi. 2 metodiki tövsiyənin və 85 elmi əsərin müəllifidir. Azərbaycan Nevroloqlar Assosiasiyasının vitse — prezidenti idi. 2021-ci ildə pasiyentləri təhqir etməsi ilə bağlı iddia gündəmə gəlmişdi. 14 oktyabr 2024-cü ildə vəfat etmişdir.
Zakir Əliyev (xanəndə)
Zakir Əlisahib oğlu Əliyev — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Zakir Əliyev 22 may 1968-ci ildə, Neftçala rayonunun Xolqarabucaq kəndində, qulluqçu ailəsində doğulmuşdur. 1975-ci ildə 1-ci sinifə öz kənd məktəbində daxil olmuş və 8-ci sinifə qədər həmin məktəbdə təhsilini davam etdirib.1983-cü ildə "Gənclərin və tələbələrin III respublika baxış" müsabiqəsinin qalibi olmuş və Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuşdur. Həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbində professor Arif Babayevin sinifində muğam təhsili alıb. 1986-cı ilə qədər həmin məktəbdə təhsilini davam etdimişdir. Və bu illər ərzində bütün dövlət tədbirlərində iştirak etmişdir. Zakir Əliyevin ən böyük uğurlarından biri isə 1985-ci ildə Moskvada keçirilən "Gənclərin və tələbələrin XII ümumdünya festivalı"-nın diplomantı olmağıdır. 1985-ci ildə Heydər Əliyev sarayında Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbirdə "Leyli və Məcnun" əsərini ifa etmişdir. Həmin dövr üçün böyük uğurlardan biri də Zakir Əliyevin "Leyli və Məcnun" əsərini Moskvada Bolşoy teatrda da ifa etməsi olmuşdur. 1986-cı ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin, Mədəni maarif fakültəsinin, özfəaliyyət teatr kollektivi rejjisoru ixtisasında təhsil alıb, 1987-ci ildə hərbi xidmətə yollanıb ordu sıralarında qulluq etmişdir.

Digər lüğətlərdə