ZİDDİYYƏT

is. [ ər. ]
1. İki şey (fikir, hərəkət və s.) arasında olan tam uyğunsuzluq, əkslik, çox kəskin fərq, uyuşmazlıq. Fikirlər arasında ziddiyyət. Əqli əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qaldırılması.
– Cəlil Məmmədquluzadə varlığa realist münasibət bəsləyən, həyatı dərindən görən, onu ziddiyyətləri, çarpışmaları və rəzalətləri ilə dərk edən bir sənətkar idi. M.İbrahimov.

// Uyğunsuzluq.
Onun sözlərindəki məntiqsizlik, fikirlərindəki ziddiyyət … haqqında olan fikrimi tamamilə dəyişdirmişdi. A.Şaiq.
[Dilənçinin] təbii gözəlliyi ilə geydiyi paltar arasındakı ziddiyyət o qədər böyük idi ki, insan ona baxarkən palçığa düşmüş bir dürr və ya gövhər gördüyünü zənn edirdi. Ə.Sadıq.

2. Öz keyfiyyətləri, xassələri etibarilə başqası ilə uyğun olmayan, düz gəlməyən.
İri cüssəli və gur səsi etibarilə arvadı ilə tam bir ziddiyyət təşkil edən İsa ona məsləhət verirdi. Ə.Əbülhəsən.

3. Ədavət, düşmənçilik. Aralarında ziddiyyət var.
4. fəls. Təbiət və cəmiyyətin əşya və hadisələrinə daxilən xas olan əksliklər münasibəti; təzad. Sinfi ziddiyyətlər. Əmək ilə kapital arasında ziddiyyətlər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZİDDİYYƏT uyğunsuzluq — əksilik — fərq
  • ZİDDİYYƏT düşmənçilik — ədavət
  • ZİDDİYYƏT 1. ZİDDİYYƏT C.Məmmədquluzadə varlığa realist münasibət bəsləyən, həyatı dərindən görən, onun ziddiyyətləri, çırpıntıları və rəzalətləri ilə dərk edən
ZİDDİNƏ
ZİDDİYYƏTLİ
OBASTAN VİKİ
Ziddiyyət qanunu
Ziddiyyət qanunu — məntiq qanunudur və bu qanuna görə bir-birini inkar edən iki təklif eyni vaxtda həqiqi ola bilməz. Ziddiyyət qanununun ilk ifadəsini Aristotel vermişdir. Ziddiyyət qanununu belə də ifadə etmək olur; təklif eyni vaxtda həqiqi və yalan ola bilməz. Formal ziddiyyətlərin düşüncəyə və ya elmi nəzəriyyəyə daxil olması, nüfuz etməsi onları əsassız edir. Ziddiyyət qanunu obyektlərin keyfiyyət müəyyənliyinin təfəkkürdə əks olunmasıdır. Belə bir sadə faktın təfəkkürdə əksidir; əgər obyektin dəyişməsindən sərf-nəzər etdikdə o, eyni vaxtda qarşılıqlı bir-birini istisna edən xassələrə malik ola bilməz.

Digər lüğətlərdə