ÇƏRƏN
ÇƏRXƏKİ FARS
OBASTAN VİKİ
Yaqub əl-Çərxi
Yaqub ibn Osman bin Mahmud əl-Qəznəvi əl-Çərxi (1359, Qəzni və ya Əfqanıstan – 22 aprel 1447, Düşənbə və ya Tacikistan) — Nəqşibəndi şeyxi. Yaqub ibn Osman bin Mahmud Əfqanıstanın Lugərd vilayətinin Çərx kəndindəndir. Atası təqva sahibi bir kişiydi və babaları Çərx yaxınlarında Sərrəz kəndində yaşamışdılar. Gəncliyində röyasında Xızırı gördüyünü və onun tövsiyəsiylə elm təhsilinə başladığını söyləyən Çərxi bir müddət Heratda dini təhsil gördü. 1380-ci ildə Buxaraya gedib təfsir və fiqh oxudu, fətva vermə icazəsi aldı. Bir müddət sonra Misirə getdi və Şəhabəddin əs-Sayraminin tələbəsi oldu. Zeyniyyə təriqətının piri Zeynəddin əl-Xafi bu dönəmdə onun dərs arxadaşlarındandı. Çərxi Buxaraya döndüyündə Bahaəddin Nəqşibəndə intisab etdi. Onun vəfatına görə on bir il xəlifəsi Əlaəddin Əttarın söhbətlərinə davam etdi.Əlaəddin Əttarın vəfatının (1400) ardından Hisarı-Şadman (bu gün Tacikistanın paytaxtı Düşənbə) yaxınlarındakı Hülgatu kəndində qurduğu təkkədə irşad fəaliyətinə başladı. Ən önəmli müridi Nəqşibəndiyyənin yayılmasında böyük xidməti olan Ubeydullah Əhrardır.
Çərxi-gül xalçaları
Çərxi-gül xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Çərxçi
Çərxçi — orta əsrlərdə Azərbaycanda, habelə bəzi qonşu Şərq ölkələrində xüsusi hərbçi süvari dəstəsinin döyüşçüsü. Çərxçi dəstələri ən təcrübəli və cəsur döyüşçülərdən təşkil olunurdu. Döyüş, adətən, çərxçibaşının rəhbərliyi altında öz dəstəsi ilə meydana girməsi ilə başlanılırdı. Çərxçilərə rəhbərlik görkəmli əmirlərə etibar edilmişdir. XVI əsrin bir sıra yazılı mənbələrində, Çərxçi qoşunun önündə gedən, döyüş zamanında meydana öncə çıxarılan dəstə olmuşdur. Çərxçi qoşunu əsasən, Səfəvilər dövründə mövcud olmuşdur.1507-ci ildə I Şah İsmayılın əmirlərindən Xan Məhəmməd Ustaclu öz qardaşı Qara bəyi 600 nəfər süvarinin çərxçisi vəzifəsinə təyin etmişdir. Çərxçi vəzifəsi qoruqçu vəzifəsindən daha yüksək hesab edilərək qorçubaşı ilə eyni səviyyədə idi. Çərxçilərə rəhbərlik edən şəxs çərxçibaşı adlanırdı. I Şah İsmayıl 1514-cü ildə Osmanlı Sultanı I Səlimlə müharibə zamanı qorçu vəzifəsində olan Sarı Pir Ustaclunu çərxçi təyin edir. Sonra çərxçi vəzifəsində olan Sarı Pir Ustaclu bir dəstə çərxçi ilə birlikdə cəsarətlə Osmanlı ordusu üzərinə hücum etmşdir.

Digər lüğətlərdə