ƏŞYAX
ƏTAF
OBASTAN VİKİ
Tərzibaşı Əta
Tərzibaşı Əta Ömər oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü. Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir.
Əta Tərzibaşı
Tərzibaşı Əta Ömər oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü. Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir.
Nəsrin Əta Ərbil
Nəsrin Əta Ərbil (1934, Ərbil mühafəzəsi, İraq Kürdüstanı) — ilk türkman şairəsi,[mənbə göstərin] Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001). Nəsrin Əta Ərbil 1934-cü ildə İraqın ən əski türkman şəhərlərindən biri olan Ərbildə doğulmuşdur. Yetişməsində atasının böyük rolu olmuşdur. Özünün qeyd etdiyi kimi, atasının "Sıcaq misraları arasında" böyümüş, onun zəngin kitabxanasından yararlanmışdır. Doğma türkman (Azərbaycan) dilindən başqa ərəb, ingilis, alman dillərini bilir. 60-cı illərdən başlayaraq İraq türkmanları arasında ən çox sevilən və məşhur şairlərdən biri olmuşdur. Bağdadda çıxan "Qardaşlıq" dərgisinin, demək olar ki, bütün saylarında onun şeirləri çap olunmuşdur. Nəsrin Ərbil 2001-ci ildə Qəzənfər Paşayevin sayəsində Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmişdir. Həmin ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vasil ibn Əta
Vasil İbn Əta ({{lang-ar|ابو حذيفة الغزال واصل ابن عطاء) — Ərəb ruhanisi, Mötəziliyyə təriqətinin banisi. Mötəzilənin banisi Vasil İbn Əta (700-749) qədərilikdə olduğu kimi tale kultunu təkzib edir, lakin qədərilikdən fərqli olaraq tale ideyasının əleyhinə şüurlu olaraq iradə azadlığını qoyurdu. Mötəzilədə şəhər mədəniyyətinin azadlıqsevərlik meylləri aşkar olaraq duyulur. Mötəzilə azad insan zəkasını hətta əxlaqın da ən yüksək meyarı hesab edirdi. Burada əxlaqın mənbəyi ilahi vəhydən daha çox, insanın iradə azadlığında axtarılır. Mötəzilədə əxlaqın ilahi mənşəyi əslində inkar edilir, insani zəka onun meyarı kimi qəbul olunur. İnsan davranışının əsası müqəddəs yazılarda deyil, dünyəvi prinsiplərdə axtarılır. Hətta Quranın əzəli olması belə inkar edilir. Mötəzilə tərəfdarları - mutazilitlər - dini ehkamların mütləqliyini qəbul etməyib, əksinə, zəkanın, ağlın qüdrətini etiraf etdiklərindən, yalnız zəkanın önəmliliyini tanıdıqlarından ilk müsəlman rasionalistləri kimi çıxış etmiş olurdular. Zəkanın qüdrətinə olan inam iki fəlsəfi cərəyanın əslində şərikli başlanğıcını təşkil edir.
Haşim əl-Ətasi
Haşim əl-Ətasi (ərəb. هاشم الأتاسي‎ Hāšim al-ʾAtāsī; 6 dekabr 1875, Homs – 5 dekabr 1960, Homs) — 1936–1939, 1949–1951 və 1954–1955-ci illərdə Suriya Respublikasının Prezidenti.
Həsən bəy Ətabi
Həsən bəy Ətabi (fars. حسن‌‌بیگ عتابی تکلو‎ doğ.1567 — ö.1616)—Azərbaycan şairi. == Həyatı == Həsən bəy 1567-ci ildə Herat şəhərində anadan olmuşdu. Qızılbaş tayfa ittifaqının Təkəli elindəndir. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Ətabi təxəlllüsü ilə şeir yazırdı. Həsən bəy Ətabi Qəzvin və Rey şəhərlərində yaşamışdı. Sonra I Şah Abbasa xidmət etmiş, İsfahana yollanmışdı. Həsən bəy Ətabi Nami Bəkri kimi tanınan və şair Mir Məhəmməd Məsum Bəkri ilə bərabər Böyük Moğollar imperiyasına, Sultan Cəlaləddin Əkbər şahın yanına elçi getmişdilər.
Lüəyy əl-Ətasi
Lüəyy əl-Ətasi (ərəb. لؤيّ الأتاسي‎ Luʾayy al-ʾAtāsī; 1926, Homs – 24 noyabr 2003, Homs) — Suriya hərbçisi, 1963-cü ilin mart ayının 9-dən iyul ayının 27-ə qədər Suriya prezidenti.
Nasir Ətapur
Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir. Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir. 1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir.
Nurəddin əl-Ətasi
Nurəddin əl-Ətasi (ərəb. نور الدّين الأتاسي‎ Nūr ad-Dīn al-ʾAtāsī; 1929[…], Homs – 2 dekabr 1992[…], Nöyi-sür-Sen[…]) — 1966-cı ilin fevralından 1970-ci ilin noyabrına qədər Suriya prezidenti.
Saleh Ətayi
Saleh Ətayi (1967, Ərdəbil) – Güney Azərbaycanlı yazıçı və şair. 1967-ci ildə Ərdəbildə anadan olub. 1998-ci ildə "Bəlkə daha deyənmədim" adli şeir toplusu işıq üzü görüb.
Ədalət Ətayi
Ədalət Ətayi (15 avqust 1951, Naftalan) — Fizika Riyaziyyat elmləri namizədi, Planetlər atmosferi və komet fizikası sahəsində mütəxəssis, AMEA ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri. Ətayi Ədalət Əbülfət oğlu 1951-ci ilin 15 avqust tarixində Goranboy (Qasım İsmayılov) rayonunun Naftalan qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Naftalan orta məktəbini bitirmiş və elə həmin ildə də BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetini bitirmiş və Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika rəsədxanasına təyinatla göndərilmiş, Planetlər fizikası laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1975-ci ildə AMEA-nın aspiranturasına qəbul olunmuş və adı Mars planetinin xəritəsindəki kraterlərdən birində əbədiləşdirilmiş Nadir İbrahimovun rəhbərliyi altında Günəş sistemi planetlərinin atmosferlərinin tədqiqi ilə məşğul olmağa başlamışdır. N. İbrahimovun vəfatından sonra elmi tədqiqatlarımı davam etdirmək üçün Alma-Ata Astrofizika İnstitutunda görkəmli astrofizik prof. V. Q. Teyfelin rəhbərliyi altında işləmiş və 1981-ci ilin fevralında Kiyev şəhərindəki Baş Astronomiya Rəsədxanasının İxtisaslaşmış Elmi Şurasında "Uran, Neptun və nəhəng planetlərin parlaq peyklərinin spektrofotometriyası" mövzüsunda dissertasiya müdafiə edərək fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 60-dan çox elmi məqalənin və 100-ə yaxın elmi kütləvi məqalələrin müəllifidir. Orta məktəb dərsliyi olan "Astronomiya" kitabının müəlliflərindən biridir. Avropa astronomiya cəmiyyətinin üzvüdür.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Ətalət Naviqasiya Sistemi
INS (Inertial Navigation System; Ətalət Naviqasiya Sistemi) sürətölçən və bucaqölçən sensorlarından istifadə edərək hərəkət edən bir nəqliyyat vasitəsinin (təyyarə, raket, sualtı qayıq və s.) mütləq mövqeyini təyin edir. Tamamilə müstəqil olmaq xüsusiyyətinə malikdir və heç bir elektromaqnit şüa yaratmadan işləyir. Əməliyyat prinsipi istinad olan bir başlanğıc nöqtəsindən etibarən (ilk məlum/müəyyən edilmiş mövqedən) davamlı sürət, sürətləndirmə və bucaq hərəkətlərini ölçməklə əldə edilən nöqtədəki mövqeyi müəyyənləşdirir. Ümumiyyətlə yerləşmə (GPS) sisteminlərini dəstəkləmək üçün istifadə olunur. Çox dəqiq nəticələr verir.
Ətalət hesablama sistemi
Ətalət hesablama sistemi — Nyutonun mexanika qanunlarının ödənildiyi hesablama sistemi. Bu sistemə nəzərən düzxətli bərabərsürətli irəliləmə hərəkəti edən hesablama sistemi də ətalət hesablama sistemidir. Bu səbəbdən sonsuz sayda ətalət hesablama sistemi ola bilər. Nyutonun ikinci qanunu, hərəkət miqdarının saxlanması, hərəkət miqdarı momenti və ətalət mərkəzinin hərəkət qanunları xarici təsirlərə məruz qalmayan ixtiyari ətalət hesablama sistemində doğrudur. Hesablama sistemi həmişə bir cisim (məsələn, Yer, gəmi, təyyarə) ilə bağlanır. Belə sistem müəyyən xəta ilə ətalət hesablama sistemi qəbul edilə bilər. Oxları üç ulduza yönəldilmiş və başlanğıcı Günəşdə yerləşən sistem dəqiq ətalət hesablama sistemidir. Bu, göy mexanikası və kosmonavtikada işlədilir. Bir çox texniki məsələnin həllində yüksək dəqiqlik tələb olunarsa, başlanğıcı Yerin mərkəzində yerləşən, oxları isə üç ulduza yönəldilmiş ətalət hesablama sistemindən istifadə edilir. Bir ətalət hesablama sistemindən digərinə keçdikdə koordinatlar və zaman fəzası üçün Nyutonun klassik mexanikasında Qaliley çevirmələrindən, relyativist mexanikada isə Lorents çevirmələrindən istifadə olunur.
Ətasi
Ətasi (ərəb. أتاسي‎) — soyad.
Ətaullah əfəndi Şanızadə
Mehmed Ətaullah əfəndi Şanızadə (d.1771-ö.1826)—Osmanlı tarixçisi və modern tibbin öncüsü, şair. Mehmed Ətaullah əfəndi Şanızadə 1771-ci ildə İstanbulda dünyaya gəlmişdi. Doğum tarixi tam olaraq dəqiq deyilsə də əsasən 1771-ci ildə doğulduğu qəbul edilir. Ancaq qaynaqlar, Şanizadənin 18 məhərrəm 1200-cü ildə (21 noyabr 1785) tədris icazənaməsini alıb müdərris olduğunu qeyd etdiyinə və on dörd-on beş yaşları müdərrislik üçün biraz erkən sayılacağına görə doğum tarixinin bundan bir neçə il daha geriyə getdiği söylənə bilər. Özəlliklə fiqh sahəsindəki bilgisiylə tanınan atası Hacı Mehmet Sadıq Əfəndi müdərrisliklərdə olmuş, Mədinə qazılığı sırasında vəfat etmiş (1791), bir çox risaləsi yanında məhkəmələrdə mötəbər bir əsər olaraq qəbul görən "Bədayius-sukuk"ü (Sakk-i Şanizadə, Şanizadə Sakki [İstanbul, 1284]) yazmışdır. Ailənin Şanizadə deyə anılması babasının atası Əhməd Əfəndinin “Daraqçı” ləqəbiylə tanınmasındandır. Kəlimə daha sonra Farsca qarşılığı olan “Şani” biçiminə dönmüşdür. Şanızadə, elmiyə məsləyinə intisap etdikdən sonra Halıcıoğlu Mühəndisxanəsi və Süleymaniyə Tibb Mədrəsəsində təhsilini davam etdirdi. Daha öncə öyrəndiyi Ərəb və Fars dilləri ilə bərabər İtalyanca, Fransızca və Rumcanı da öyrəndi. Özəlliklə Latıncanı çox yaxşı bildiyi söylənir.
Ətayə Əliyeva
Ətayə Qulam qızı Əliyeva (2 may 1920, Poltoratsk, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 6 aprel 1995, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). Azərbaycanda çəkilmiş onlarla filmdə rol alıb. Ətayə Əliyeva 1920-ci il mayın 2-də Poltoratskda anadan olub. Səhnə fəaliyyətinə həvəskar kimi başlayıb. İlk dəfə 1933-cü ildə Rza Əfqanlının Aşqabad musiqili dram teatrında tamaşaya qoyduğu "Aşıq Qərib" tamaşasında Qəribin bacısı rolunu oynayıb. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. Burada Fatma Qədrinin təşəbbüsü ilə dram dərnəyində bir neçə rollarda çıxış edib. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvana gedir və burada İrəvan Dövlət Azərbaycan Dram Teatrı on il işləyir. O, İrəvan teatrında həm milli, həm də xarici əsərlərinin tamaşasında onlarla səhnə obrazları yaradır.
Ətağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.

Digər lüğətlərdə