İFAÇI

is. Hər hansı bir incəsənət (dram, ədəbi, musiqi) əsərini ifa etmək üçün çıxış edən adam. Musiqi ifaçılarının müsabiqəsi. Gözəl ifaçı. Müxtəlif rolların ifaçısı.
– Xalq çalğı alətlərində çalan ifaçıların 1939-cu ildə birinci ümumittifaq baxışı təşkil olunmuşdu. Ə.Bədəlbəyli.

İFA
İFAÇILIQ
OBASTAN VİKİ
Sandra (ifaçı)
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. == Həyatı == Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Shana (ifaçı)
Şana (ing. Shana Petrone) - rəqs və kantri musiqi janrlarında ifa edən Floridalı ABŞ ifaçısıdır. İlk albomu olan "I Want You" albomu, 1989-cu ildə "Vision Records" leyblı tərəfindən istehsal edilmiş və ABŞ-nin Billboard Hot 100 hit-paradında 165-ci mövqe tutmuşdur.
Samanta Foks (ifaçı)
Samanta Foks (ing. Samantha Fox 15 aprel 1966) – Böyük Britaniya fotomodeli və ifaçısıdır. == Həyatı == Samanta Foks 15 aprel 1966-cı ildə London şəhərində Patrik Con və Kerol Enn Foksun ailəsində anadan olmuşdu. Onun Kiçik bacısı Vanessa və atasının ikinci evliliyindən Frederik adlı ögey qardaşı vardır. İlk dəfə ekrana 3 yaşında çıxmış və televiziya karyerasına başlamışdır. 1980-cı illərin əvvəlində Samanta Foksun anası Kerol Foks onun şəklini çəkərək, «Face and Shape of 1983» adlı modelləri hazırlaşdıran "The People" qəzetinin müxbirlərinə göndərir. Müxbirlər Samantanın şəklini bəyənirlər və onu modelyerlik karyerasını başlamağı dəvət edirlər. Onun şəkli "The Sun" qəzetinin 3-cü səhifəsində 1984, 1985 və 1986-cı illərdə qələbə qazanır. Həmçinin, bu müddətdə musiqi karyerasına başlayır. Samanta Foks 1986-cı ildə Touch Me (I Want Your Body) mahnısını ifa edərək böyük populyarlıq qazanır.
Avro disko ifaçılarının siyahısı
Avro disko ifaçılarının siyahısı - bu siyahıda Avro disko janrında ifa edən bütün ifaçıları və onların hit mahnıları vardır.
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti — Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
Bəhruz Zeynalov (klarnet ifaçısı)
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin] == Haqqında == Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır. Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur. == Mükafatları == Azərbaycan SSR Əməkdar Artisti (1982) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh.
Muğam ifaçılığında idiofonlu alətlər
Sabir Əliyev (violonçel ifaçısı)
Sabir Hüseynəli oğlu Əliyev (10 may 1928, Bakı – 26 oktyabr 1983, Bakı) — violonçel ifaçısı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Əliyev Sabir Hüseynəli oğlu 1928-ci il may ayının 10-da Bakıda, qaynaqçı ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinə daxil olmuşdur. Musiqi məktəbini müvəffəqiyyətlə bitirən Sabir Əliyev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olmuş, L.Rostropoviçin tələbəsi İsaak Turiçinin sinfində təhsil almışdır. 1951-ci ildə simli alətlər fakültəsini bitirmişdir. İlk dəfə 1950-ci ildə Bakı Dövlət Filarmoniyasında Sabir Əliyev (violonçel), Tofiq Bakıxanov (skripka), E.Əliyeva (piano) triosu ilə çıxış etmişdir. Təhsil aldığı ilk illər ərzində o, Sovet bəstəkarlarının klassik repertuarını müvəffəqiyyətlə mənimsəmiş, həmçinin bir çox konsert proqramlarında və Azərbaycan Dövlət Radiosunda çıxışlar etmişdir. 1950-ci ildə hələ tələbə ikən M. Rostropoviç, D. Şafran, Lesko kimi görkəmli sənətkarlarla birgə Yanoş Viqan adına Beynəlxalq müsabiqədə iştirak etmiş və Fəxri fərmana layiq görülmüşdür. Konservatoriyanı müvəffəqiyyətlə bitirən Sabir Əliyev orada müəllim kimi saxlanılmış və eyni zamanda Bülbül adına Musiqi Məktəbinin Simli alətlər şöbəsinin müdiri kimi çalışmışdır. Müslüm Maqomayev adına ADF-nın solisti, 1955-ci ilə qədər Üzeyir Hacıbəyov adına Simfonik orkestrin konsertmeysteri, Azərbaycan Dövlət Trio və Dövlət Kvartetinin üzvü, xalq mahnı və rəqslərinin təmsilçisi, milli bəstəkarların violonçel üçün bir çox kompozisiyaların ilk ifaçısı, respublikanın ilk simli kamera kollektivinin iştirakçısı və bir neçə illər ərzində kollektivin bədii rəhbəri olmuşdur.
Hayla ifaçılığı və haylaçılar

Digər lüğətlərdə