FON

[ fr. fond – zəmin, əsas]
1. Üzərində şəkil çəkilən, naxış salınan əsas rəng; zəmin, ton. Açıq fon. Şəkil mənzərəli bir fonda çəkilmişdir.
– Firidunun dostları və tanışları ilə çiçəklik fonunda çəkdirdiyi şəkil ortada idi. M.Hüseyn.

// Üzərində naxış salınan şey; yer (parça, xalça və s. haqqında). Xalçanın göy fonu.
2. Bax zəmin 3-cü mənada.
Dramatik konflikt müəyyən dərəcədə dövrün ziddiyyətləri fonunda inkişaf etdiyindən sərtdir, kəskindir. M.İbrahimov.
fon [ yun. ] Bəzi mürəkkəb sözlərin “səs, səslənmə” mənasını verən ikinci tərkib hissəsi; məs.: meqafon, saksafon, telefon, diktofon.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FON mühit — şərait — zəmin — əsas
FOLKLORŞÜNASLIQ
FOND
OBASTAN VİKİ
Fon emalı
Fon emalı – əsas (öncəlikli) məsələnin emalı zamanı yaranan qısamüddətli fasilələrdə bəzi əməliyyatların yerinə yetirilməsidir. Fon emalına misal olaraq sənədin çapı əməliyyatını göstərmək olar. Fon proqramı fon rejimində yerinə yetirilən, yaxud yerinə yetirilə bilən proqramdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Emil fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Erix fon Manşteyn
Erix fon Manşteyn (alm. Fritz Erich Georg Eduard von Lewinski‎; 24 noyabr 1887[…], Berlin – 10 iyun 1973[…] və ya 9 iyun 1973) — alman feldmarşal, Üçüncü Reyxin ən məşhur generallarından biri. Berlində prussiyalı bir aristokrat olan topçu general Edvard fon Levinskinin ailəsində anadan olmuşdur. Onun kiçik xalası general-mayor Georq fon Manşteynlə evli idi və uşaqları olmurdu. Buna görə də, anadan olacaq uşağın xalasına övladlıq verilməsinə qərar verildi. Beləcə, kiçik Erix həyata bir Manşteyn olaraq başladı. Erix fon Manşteynin hər iki babası və dayısı da Prussiya generalları idi və keçmiş Almaniya prezidenti Paul fon Hindenburqla da yaxın qohumluq əlaqələri vardı. Beləliklə, onun Prussiya ordusundakı karyerası daha əvvəldən təsdiqlənmişdi. O, 1907-ci ildə leytenant rütbəsini almış və 1913-cü ildə Hərbi Akademiyaya daxil olmuşdur. Birinci dünya müharibəsi illərində Qərb və Şərq cəbhələrində xidmət etmişdir.
Ervin fon Vitsleben
Ervin fon Vitsleben (alm. Job-Wilhelm Georg Erdmann "Erwin" von Witzleben‎; 4 dekabr 1881, Vrotslav, Prussiya – 8 avqust 1944, Plyötsenzee həbsxanası[d]) — alman hərb xadimi, general-feldmarşal (1940). Antinasist müxalifətinin görkəmli nümayəndəsi olan Vitsleben 20 iyul sui-qəsdində iştirak etdiyi üçün edam edilmişdir.
Eynar fon Şuler
Eynar fon Şuler (alm. Einar von Schuler‎; 28 oktyabr 1930, Leypsiq, Prussiya[d] – 14 fevral 1990) — Almaniya şərqşünası. Eynar fon Şuler 28 oktyabr 1930-cu ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. O, Leypsiqdəki Tomas məktəbində təhsil almışdır. Şuler daha sonra Leypsiq Universitetində və Azad Berlin Universitetində İohann Fridrixin rəhbərliyi altında qədim Yaxın Şərq (xüsusilə hetologiya) üzrə təhsil almışdır. O, 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Şuler daha sonra Heydelberq və Münster Universitetlərində Adam Falkenşteynin köməkçisi olmuşdur. O, Berlinə qayıdaraq habilitasiya təcrübəsindən keçmişdir. Şuler 1963-cü ildə Azad Berlin Universitetində qədim şərq filologiyası üzrə professor olmuşdur. O, 1969-cu ildə Suriyada Həbubə Qəbirə və Təll Munbəqat qazıntılarına rəhbərlik etmişdir.
Fon-de-Qom
Fon-de-Qom (fr. Font-de-Gaume) — Fransada ((fr. Les Eyzies-de-Tayac-Sireuil) şəhəri, Dordon departamenti) Son Paleolit ​​dövrünə aid heyvanların divar rəsmləri olan bir mağaradır. Fon-de-Qom qrottu mağara sənətinin ən yaxşı nümunələrindən biridir. Bizon, vəhşi at, mamont, şimal maralı və digər heyvanların çoxsaylı təsvirləri qara və qırmızı boya ilə çəkilmiş ən qədim xətti rəsmlərdən Madlen dövrünə (e.ə. 15.000 - 11.000) aid ən möhtəşəm polixrom kompozisiyalara qədər müxtəlif üsullarla hazırlanmışdır. 1912-ci ildə Henri Beqan Fransa Pireneylərində Tyuk d'Oduber mağarasının divarlarında bizon təsvirlərini aşkar etdikdən sonra rəsmin qədimliyi və həqiqiliyinə dair şübhələr nəhayət aradan qaldırıldı. Onlar stalaktit təbəqəsi altında idilər, onların yaşı 10.000 ildən çox idi. Onların altında zubr heykəlləri tapılıb. Fon-de-Qom qrotu 1901-ci ildə Deni Peroyni tərəfindən kəşf edilmişdir.
Fon Neyman arxitekturası
Fon Neyman arxitekturası (Von Neumann architecture) – mikrokompüterlər də daxil olmaqla adi kompüterlərin konstruksiyasının xarakteristikası. 1945-ci ildə əslən macar olan Amerika alimi Con fon Neyman (John von Neumann) tərəfindən "First Draft of a Report on the EDVAC" hesabatında təklif olunmuşdur. Ancaq Fon Neyman arxitekturasının müəlliflik hüququ ona deyil, həmin dövrdə son dərəcə məxfi olan ENIAC kompüterinin gəlişdiriciləri Con Mauçli (J. Mauchly) və Con Ekkertə (J. Eckert) məxsusdur. Ona görə də çox zaman bu arxitekturanı Mauçli və Ekkertin işlədikləri universitetin adına görə Priston arxitekturası (PRINCETON ARCHITECTURE) adlandırırlar. Fon Neyman arxitekturası kompüterin yaddaşında komandaların və verilənlərin birgə saxlanması prinsipinə əsaslanır. Eyni zamanda, bu yanaşma prosessor modulunun proqram və verilənlərin saxlanması qurğularından fiziki ayrılmasını nəzərdə tutur. Komandaların və verilənlərin bir yaddaşda saxlanmasının bir sıra çatışmazlıqları olduğundan Harvard arxitekturası (HARVARD ARCHITECTURE) meydana çıxmışdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vindovs Fon
Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile və Zune-un əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb. Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi. Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi. 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi. 2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi.
Dita fon Tiz
Dita fon Tiz (ing. Dita von Teese; 28 sentyabr 1972) doğum adı Hizer Rene Suit ing. Heather Reene Sweet) — amerikalı aktrisa, müğənni və fotomodel. Dita fon Tiz dünyada ən çox burlesk səhnə ifasına görə tanınır, pressada onu tez-tez "Burlesk kraliçası" da adlandırırlar. Dita burlesk üslubunu 1992-ci ildən rəqqasələr qrupu ilə başlamışdı, bu da burlesk janrının dirçəlişinə səbəb olmuşdu. O özünün unikal üslubunu Anna Pyacci, Luiza Kazati və İzabella Blou kimi eksentrik qadınlardan ilham almışdı. Dita iki şəhərdə — Los-Anceles və Parisdə yaşayır. Dita çini qabların kolleksiyası ilə məşğuldur. Dita açıq olaraq öz əməliyyatları haqqında danışır: belə ki, o döş cərrahiyəsi və üzündə tatuaj edib.
Evald fon Kleyst
Paul Lüdviq Evald fon Kleyst (alm. Paul Ludwig Ewald von Kleist‎; 8 avqust 1881[…], Braunfels[d], Reyn əyaləti[d], Prussiya – 13 noyabr 1954, Vladimir mərkəzi həbsxanası[d]) — alman hərb xadimi, general-feldmarşal. Sovet əsirliyində ölən yeganə alman feldmarşalıdır.
Ferdinand fon Rixthofen
Baron Ferdinand Paul Vilqelm fon Rixthifen (5 may 1833[…] – 6 oktyabr 1905[…], Berlin) — alman geoloq, coğrafiyaşünas və səyyah, geomorfoloq, Berlin Coğrafiya Cəmiyyətinin prezidenti. Onun əmisi Manfreda fon Rixthofen ("Qırmızı baron") Birinci Dünya müharibəsinin ən yaxşı əsgəri olub. Berlin Universitetini qurtarıb. 1856-cı ildə Tirolya və Karpat dağlarının geologiyasını öyrənib. 1860–1867-ci illərdə Yaponiyada, Çində, Siamda, Maniluda, Hindistanda, Yava adasının bir hissəsində olub. Həmçinin Banqkoka səyahət edib. Benqal körfəzindən Amerikaya gedib, Kaliforniyada və Serra-neveda dağlarının geologiyasını öyrənib. 1868-ci ildə Şərqi Asiyaya qayıdıb və 1872-ci ilə qədər Çində araşdırma aparıb. 13 və 18 Çin qəbiləsini gəzib. Bu zaman onun coğrafiyaya da marağı artıb.
Frans fon Ştuk
Frans fon Ştuk (doğum 23 fevral 1863, Tettenvays — ölüm 30 avqust 1928) — alman simvolist və art-nevü rəssamı, heykəltaraş, qravüraçı və memarı. Ştuk Bavariya Krallığında Tettenvays bölgəsində anadan olmuşdur. Erkən yaşlarından qrafika və karikaturaya maraq göstərmişdir. O, rəssamlıq təhsilinə başlamaq üçün 1878-ci ildə Münhenə köçür. 1881-ci ildən 1885-ci ilə kimi Münhen Rəssamlıq Akademiyasında təhsil alır. O, əvvəlcə "Fliegende Blatter" jurnalı üçün işlədiyi karikaturalar, kitab bəzəkləri və proqramlar üçün dizaynlarla tanınır. 1889-cu ildə o özünün ilk rəsmlərini Münhen Şüşə Sarayında sərgilədi. Burada o, Cənnətin gözətçisi (The Guardian of Paradise) əsəri ilə qızıl medal qazanır. 1892-ci ildə Ştuk Münhen Sessiyasının həmtəsisçilərindən biri olmuşdur və həmçinin özünün ilk heykəltaraşlıq nümunəsi olan Atleti tamamlamışdır. Növbəti il o, indi onun ən məşhur əsəri sayılan Günah (The Sin) ilə önəmli və ictimai uğur qazandı.
Fridrix Fon Vizer
Fridrix fon Vizer (alm. Friedrich von Wieser‎; 10 iyul 1851[…], Vyana – 22 iyul 1926) —Avstriya iqtisadçısı. Avstriya məktəbinin görkəmli nümayəndələrindən biri də Fridrix Fon Vizer olmuşdur. Vizerin son faydalılıqla bağlı fikirləri onun "İqtisadi qiymətliliyin mənşəyi və əsas qanunları" (1884), "Təbii qiymətlilik" (1899) və "İctimai təsərrüfat nəzəriyyəsi" (1914) əsərlərində tədqiq olunmuşlar. Avstriya məktəbi nümayəndələri arasında ilk dəfə Vizer "qossen qanunları", "son faydalıq", "əvəzetmə" kimi anlayışları işlətmişdir. Bundan əlavə, o ilk dəfə olaraq məcmu faydalığın müəyyən edilməsi üsulunu axtarıb tapmağa cəhd etmişdir. Bu məqsədlə sərvətin son faydalığını həmcins sərvətlərin kəmiyyətinə hasili kimi hesablamağı təklif edir ki, bu da iqtisad elmində məcmu faydalığın müəyyən edilməsinin multiplikativ üsulu adlanır. Bu barədə Vizer belə yazır: "Faydalığın hesablanmasının əsas qanunu göstərir ki, məhsulun hər bir vahidi son faydalığa uyğun olaraq müəyyən edilir. Bu qanunu biz son faydalıq qanunu və yaxud daha qısa desək son qanun adlandıracağıq". Vizer göstərir ki, məhsulların dəyəri istehsal xərclərinin dəyəri ilə, istehsal xərclərinin dəyəri isə son sərvətin faydalığı ilə müəyyən edilir.
Fridrix fon Hayek
Fridrix fon Hayek (ing. Friedrich August von Hayek; 8 may 1899[…], Vyana, Avstriya-Macarıstan – 23 mart 1992[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) — Avstriya iqtisad məktəbinin yetirməsi olan iqtisadçı və siyasətçi. Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. Eyni zamanda hüquq və epistemologiyaya da önəmli xidmətləri olmuşdur. 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşdü. Təbiət üzrə elm xadimlərinin çoxluq təşkil etdiyi bir ailədə böyüməsinə baxmayaraq topçu zabiti olaraq iştirak etdiyi Birinci Dünya Müharibəsindən sonra sosial elmlərə istiqamətlənmişdir. Vyana Universitetində 1921-ci ildə hüquq, 1923-cü ildə isə siyasi elm üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. 1924-cü ildə ABŞ-dən geri döndükdən sonra sosializmə meyllənərkən Ludviq fon Misesin kitabından təsirlənmiş və düşüncəsini dəyişdirmişdir. Bundan sonra liberal fəlsəfəni iqtisadiyyat, siyasət və başqa sahələrdə uğurla müdafiə etmişdir. Hayek bazar iqtisadiyyatının fəlsəfi müdafiəçilərindəndi.
Fridrix fon Loqau
Fridrix fon Loqau (yanvar 1605 – 24 iyul 1655[…]) — alman şairi. Loqau XVII əsr alman klassisizminin ən görkəmli şairlərindən biridir. O, alman ədəbiyyatında möhkəm yer tutan epiqram janrının banisidir. Loqau Sileziyada Brokhut malikanəsində anadan olmuş, Frankfurt-Oderdə hüququ öyrənmişdir. Briqdə hersoqun müşaviri olmuşdur. Liqnistsdə ölmüşdür. 1638-ci ildə o, "İki yüz alman aforizmi", 1654-cü ildə isə "Üç min alman epiqramı" kitablarını nəşr etdirir. Onun əsərlərində dövrün hadisə və əxlaqı kəskin tənqidi əksini tapır. Şair xalqa çoxlu fəlakətlər gətirən dini fanatizmi, zadəganların tüfeyliliyini, saray adamlarının riyakarlığını satirik bir üsulla qələmə alır. Loqaunun poeziyası ciddi, realist bir üsluba malikdir.
Fyodor fon Bok
Fyodor fon Bok (alm. Fedor von Bock‎; 3 dekabr 1880[…], Kostşin-nad-Odra[d], Prussiya – 4 may 1945[…], Oldenburq[d], Şlezviq-Holşteyn) — alman hərb xadimi, general-feldmarşal, Almaniyanın SSRİ-yə hücumu zamanı "Mərkəz" qoşunlarının komandanı olmuşdur. 1941-ci ilin payızında Moskvaya hücuma komandanlıq etmişdir.
Georq fon Hertlinq
Georg fon Hertlinq (alm. Georg Friedrich Karl Freiherr von Hertling‎, 1914-cü ildən Qraf Hertlinq) (31 avqust 1843 - 4 yanvar 1919) — Katolik Mərkəz Partiyasından alman siyasətçisi idi. O, Bavariyanın xarici işlər naziri və baş naziri sonra Almaniya İmperiyasının kansleri və 1 noyabr 1917-ci ildən 30 sentyabr 1918-ci ilə qədər Prussiyanın baş naziri idi. O, iki vəzifəni tutan ilk partiya siyasətçisi idi; qalanların hamısı partiyasız idi. Hertlinqin katolikliyi onun həm akademik, həm də siyasi həyatında mühüm rol oynamışdır. O, Mərkəz partiyasının mühafizəkar qanadına mənsub idi və hökuməti imperatordan çox parlamentin iradəsindən asılı vəziyyətə gətirmək istiqamətində hərəkətlərə müqavimət göstərirdi, bu, Birinci Dünya Müharibəsinin son aylarında öz hökumətinin devrilməsinə səbəb oldu.
Georq fon Küxler
Georq Karl Fridrix Vilhelm fon Küxler (30 may 1881 – 25 may 1968, Qarmiş-Partenkirhen, Bavariya) — alman hərbi xadimi, feldmarşal (1942), İkinci Dünya Müharibəsi iştirakçısı. Polşa kampaniyası və Fransa kampaniyasında iştirak etmiş, 17 yanvar 1942-ci ildən "Şimal" Ordu Qrupuna və Leninqradın mühasirəsinə rəhbərlik etmişdir; hərbi cinayətkar kimi məhkum edilmişdir. Küxler Filipsrue qəsrində (Hessen-Nassau, Hanau yaxınlığında) köhnə Prussiya kadet ailəsində anadan olub və kadet korpusunda təhsil alıb. 1900-cü ilin martında Küxler Fanen Junker (zabit namizədi) rütbəsi ilə İmperator Ordusunun 25-ci Sahə Artilleriya Alayına qatıldı. 1901-ci ilin avqustunda ona leytenant rütbəsi verilir. 1907-ci ilə qədər alayda xidmət etdi, sonra Hannoverdəki süvari məktəbinə köçürüldü. 1910-1913-cü illərdə baş leytenant Küxler Baş Qərargah Akademiyasında təhsil almışdır. Akademiyanı bitirdikdən sonra Baş Qərargahın topoqrafik şöbəsində xidmət edib. Polşa kampaniyası başladıqdan sonra Küxlerin komandanlığı altında olan qoşunlar 3-cü orduya (8 diviziya, o cümlədən 1 motorlu SS diviziyası) yığıldı. Şərqi Prussiyada yerləşən orduya Narev-Qərbi Buq sektorunda müdafiəni yarmaq və Varşavaya doğru irəliləmək tapşırıldı, bundan sonra 10-cu ordu ilə birlikdə şimal-qərbdə yerləşən Polşa birləşmələrini mühasirəyə aldı.
Gerd fon Rundştedt
Gerd fon Rundştedt (alm. Gerd von Rundstedt‎ ; 12 dekabr 1875, Aşersleben[d] – 24 fevral 1953, Hannover) — alman hərb xadimi, general-feldmarşal. Rundşedt Almaniyanın SSRİ-yə hücumu zamanı tərkibində 6-cı, 17-ci, 11-ci alman, 3-cü və 4-cü rumın orduları, 1-ci tank və hərəkətli macar korpusu olmaqla 57 diviziya və 13 briqadadan ibarət "Cənub" qoşunları qrupunun komandanı olmuşdur. Barbarossa planına əsasən, onun ordular qrupu 4-cü hava donanması və rumın aviasiyasının dəstəyi ilə sovet qoşunlarını sağ sahilboyu Ukraynada darmadağın etməli, Dneprə çıxmalı və Şərqə hucumunu başlamalı idi. Norveç və Finlandiya ərazisində almanların Norveç ordusu və 2 fın ordusu - cəmi 21 diviziya və 3 briqada, 5-ci alman hava donanması və fin aviasiyasının dəstəyi altında yerləşmişdi.
Günter fon Klüge
Hans Günter Adolf Ferdinandfon Klüge (alm. Hans Günther Adolf Ferdinand von Kluge‎; 30 oktyabr 1882[…], Poznan, Prussiya – 17 avqust 1944 və ya 19 avqust 1944, Dombasl-an-Arqonn[d]) — alman hərb xadimi, general-feldmarşal (1940).
Hans fon Aaxen
Hans fon Aaxen (1552-4 mart 1615) — Alman rəssamı. Hans fon Aaxen 1552-ci ildə dünyaya gəlib. Hələ kiçik yaşlarından sənətin incəliklərini duyub, müxtəlif cızmaqaralar etməyə başlayıb. Hansın ilk müəllimi Jerrigh olub. Bir müddət rəssamlığın incəliklərini öyrəndikdən sonra müəlliminin məsləhətiylə 1574-cü ildə təhsilini davam etdirmək üçün İtaliyaya gedib. Roma və Florensiyanı gəzib, ancaq sonunda Venesiyaya yerləşib. Əvvəl Kaspar Remsin şagirdi olub. Daha sonra, o zamanlar almaniyalı sənətkarlar Bartholomeus Spranger və Hendrick Goltziusun tərzindən də təsirlənərək öz Maniyerist texnikasını inkişaf etdirmək üçün Tintoretto və Michelangelo janrında işləməyə başlayıb. 1588-ci ildə Almaniyaya geri qayıdır. Burda zadəganların portretini çəkən məşhur bir rəssam kimi tanınmağa başlayır.
Hans fon Bülov
Hans Qvido fon Bülov (8.1.1830, Drezden – 12.2.1894, Qahirə) — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı. F. Vik (fp.), M. Ebervayn (musiqi nəzəriyyəsi) və M. Hauptmandan (kontrapunkt) dərs almışdır. Musiqi təhsilini F. Listin (1851–53, Veymar) yanında bitirmiş, tezliklə onunla qohum olmuşdur (1857–69 illərdə Listin qızı Kozima ilə evli idi). 1853-cü ildə ilk dəfə pianoçu kimi çıxış etmişdir. Bütün həyatı boyu Avropa ölkələrində və ABŞ-də (1875–76 illərdə burada 139 konsert vermişdir) qastrol səfərlərində olmuşdur. R. Vaqner musiqisinin pərəstişkarı idi: Münxendə II Lüdovikin sarayında işləyərkən (1864–69) ilk dəfə onun “Tristan və İzolda” (1865), “Nürnberq meysterzingerləri” (1868) musiqili dramlarını tamaşaya qoymuşdur. 1877–80-ci illərdə Hannoverdə saray kapelmeysteri olmuşdur. Vyana klassiklərinin və Vaqnerin əsərləri ilə yanaşı Bülovun repertuarında fəal surətdə təbliğ etdiyi İ. Bramsın musiqisi də mühüm yer tuturdu (ilk dəfə 1885-ci ildə onun 4-cü simfoniyasını ifa etmişdir). Novatorçu dirijor olan Bülov ilk dəfə partiturasız dirijorluq etmiş, orkestrə 5-simli kontrabas və pedallı litavralar daxil etmişdir; Mayningendə saray orkestrinin rəhbəri (1880–85) olarkən musiqiçilərə ayaq üstə və nota baxmadan çalmağı məsləhət görmüşdü. U. Şekspirin “Yuli Sezar” faciəsinə yazılmış musiqinin (1867), “Nirvana” simfonik poemasının (1866), “Müğənninin qaçışı” orkestr balladasının (1863) müəllifidir.
Hans fon Sekt
Hans fon Sekt (alm. Hans von Seeckt‎; 22 aprel 1866[…], Şlezviq[d], Şlezviq-Holşteyn – 27 dekabr 1936[…], Berlin) — Almaniya generalı. Birinci Dünya müharibəsi illərində General Avqust von Mackensen ilə şərq cəbhəsindəki Alman hərəkətlərinin planlaşdırılmasında mühüm rol oynamışdır. 1919-1920-ci illər arasında Baş Qərargahın rəhbərliyi altında olan Hərbi Büro rəisi vəzifəsini icra etmişdir. Atası Pozenin hərbi qubernatoru vəzifəsindən pensiyaya çıxarkən Alman ordusunda əhəmiyyətli bir general idi. 1885-ci ildə Prussiya Ordusuna qoşuldu. Elit Kaiser Alexander, Qvardiya Bombardmançıları bölməsində xidmət etmişdir. 1897-ci ildə Prussiya Baş Qərargahına daxil oldu. 1913-cü ildə Berlində yerləşən 3-cü korpusun qərargah rəisi oldu. 1914-cü ilin avqustunda Birinci Dünya müharibəsinin başlamasından və səfərbərlik elan edildikdən sonra qərargah rəisi olduğu 3-cü korpus Şlieffen planına uyğun olaraq Qərb Cəbhəsinə hücum üçün 1-ci Ordunun sağ qanadına göndərildi.
Herbert fon Karayan
Herbert fon Karayan (alm. Herbert von Karajan‎; 5 aprel 1908, Zaltsburq, Avstriya-Macarıstan - 16 iyul 1989, Anif, Avstriya) — avstriyalı dirijor. 35 il müddətinə Berlin Filarmonik Orkestri ilə çalışmışdır. Özündən sonra ən geniş diskoqrafiyalardan birini miras qoymuşdur. Karayanlar nəsli yunan-makedon və ya Devid Binderin iddiasına görə arumın mənşəlidir və Makedoniyadan gəlmişlər. Herbert fon Karayanın babası Georgios Yohannes Karayannis Osmanlı imperiyasının Rumeliya vilayətinin (indiki Yunanıstan ərazisi) Kozani şəhərində doğulmuş və 1767-ci ildə Vyanaya, sonradan isə Saksoniyanın Xemnits şəhərinə köçmüşdür. O və qardaşı Saksoniyada parça sənayesinin inkişafında böyük rol oynamış və xidmətləri qarşılığında Fridrix III Avqust tərəfindən 1 iyun 1792-ci ildə hər ikisinə əsilzadə titulu verilmişdir. Soyadlarındakı "fon" hissəciyi bundan irəli gəlir. Karayannis soyadı isə Karayan şəklinə düşmüşdür. Herbert fon Karayan 1980-ci illərdə yeni yaranan kompakt-disk texnologiyası əsasında rəqəmsal səs yazılarının məşhurlaşmasında mühüm rol oynamışdır.
Huqo fon Ritqen
Yozef Mariya Huqo fon Ritqen (alm. Hugo von Ritgen‎; 3 mart 1811 – 31 iyul 1889, Gissen, Hessen) — alman memar və bərpaçı. Fəlsəfə doktoru. Eyzenax şəhərinin Fəxri Vətəndaşı. Həkim, botanik və zooloq Ferdinand Avqust fon Ritqenin oğlu. 1828-ci ildən Gissen Universitetində tibb təhsili aldı, ancaq dörd semestrdən sonra özünü memarlığa həsr etməyə qərar verdi və Darmstadtda Qeorq Moller ilə oxumağa getdi, burada təsviri sənətlərlə yanaşı riyaziyyat və memarlıq ixtisasında da təhsil almışdır. 1833-cü ildə doktorluq dərəcəsini almış və 1833-cü ilin sentyabrından 1834-cü ilin mayına qədər Belçikada və Fransanın şimalında təhsil turuna çıxmış, Parisdə olmuşdur. 1838-ci ildə Gissen Universitetində təsvir həndəsi və rəsm mövzusunda mühazirələr oxumağa başladı. Elə həmin il — Memarlıq üzrə professor. 1838-1874-cü illərdə — Gissen Universitetinin Memarlıq və mühəndislik kafedrasının müdiri.
Crucifera fontana
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Denis Fonvizin
Denis İvanoviç Fonvizin (rus. Денис Ива́нович Фонви́зин, 14.4.1745-12.12.1792) — Rusiya ədibi. Rus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi kimi tanınan, milli komediyanın banisi Fonvizin Denis İvanoviç 14 aprel 1745-ci ildə zadəgan ailəsində anadan olmuşdur. 1755-1762-ci illərdə Moskva Universitetinin nəzdində gimnaziyada oxumuşdur. 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. “Xəzinədar tülkü” (1762) təmsilində və “Nökərlərimə məktublar”ında (1764-1766) təhkimçiliyə tənqidi münasibət öz əksini tapmışdır. Onun ”Briqadir” (1768-1769) məişət komediyasında əcnəbi mədəniyyətə sitayiş masqaraya qoyulur. “Nadan övlad” (nəşri 1783, tamaşası 1782) satirik komediyasında təhkimçilik, zadəgan əxlaqı, hakim təbəqələrin kütbeyinliyi ifşa olunur. Fonvizinin publisistik məqalələri, xatirələri var. Yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Deodoru da Fonseka
Deodoru da Fonseka (5 avqust 1827, Alaqoas, Braziliya İmperiyası — 23 avqust 1892, Rio-de-Janeyro, Braziliya) — Braziliya generalə və dövlət adamı; İmperator II Pedronu devirən inqilabın lideri və Braziliya Respublikasının ilk prezidenti. Hərbçi ailəsində dünyaya gələn Fonseka Paraqvay müharibəsində (1864–1870) göstərdiyi xidmətlərə görə mayor rütbəsinə yüksəldi. Siyasi cəhətdən mühafizəkar olan Fonseka imperatora bağlı bir əsgər idi. Ancaq imperator hökumətinin apardığı siyasətlə heç cürə barışmırdı. Rio-Qrande-du-Sul ştatına icra başçısı ikən zabitlərə siyasi söz azadlığının verilməsi barədə yazılan bir ərizəyə qol çəkdi. Bu səbəbdən II Pedro tərəfindən vətən xaini elan olundu və 15 noyabr 1889-cu ildəki inqilaba öndərlik etməyə başladı. İnqilabın sonunda imperator II Pedro taxtdan endirildi və 1891-ci ilin fevral ayına qədər ölkəni idarə edən müvəqqəti hökumətin başına Deodoru da Fonseka gətirildi. 1891-ci ilin fevral ayında isə bir çox generalın dəstəyi ilə hakimiyyətə gəldi. Ancaq güclü bir ölkə başçısı ola bilmədi. Bir tərəfdən hökumətdəki müxalifətin güclənməsi, digər tərəfdən keçmiş imperatorun qızı Kontez İzabellanın xalq arasında hökumətə qarşı çıxışlar etməsi ölkəyə yeni bir vətəndaş müharibəsinin toxumlarını səpdi.
Diderix Frans Leonard fon Şlextendal
Diderix Frans Leonard fon Şlextendal (alm. Diederich Franz Leonhard von Schlechtendal‎, 27 noyabr 1794, Ksanten – 12 oktyabr 1866, Halle, Saksoniya[d]) — Alman botaniki. Animadversiones botanicae in Ranunculaceas. Berlin, 1819—1820. Flora berolinensis. Berlin, 1823—1824. Adumbrationes plantarum, 1825—1832. Flora von Deutschland. 24 Bände mit 2400 Tafeln, Yena, 1840—1873 (zusammen mit Christian Eduard Langethal und Ernst Schenk), 5. Auflage in 30 Bänden von Ernst Hans Hallier 1880—1887.
Elm Fondu (Azərbaycan)
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb. Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E. S. Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M. N. İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
Elmin İnkişafı Fondu

Elmin İnkişafı Fondu (Azərbaycan)

Emil Adolf fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Emil Byurle fondunun kolleksiyası
Emile Byurle fondunun kolleksiyası ( alm. Stiftung Sammlung E. G. Bührle‎ ) - Sürixdə yerləşən şəxsi incəsənət muzeyidir. Sürixli sənayeçi Emil Georq Byurlenin (1890-1956) geniş sənət əsərləri kolleksiyası, 1960-cı ildə fonda çevrilmişdi. Həmin andan bəri kolleksiya, Byurlenin Sürixdə, Tsollikerştrasse (alm. Zollikerstrasse‎) küçəsindəki köhnə evinin yanında yerləşən villada sərgilənir. Sərgi çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri saat 14.00-17.00 arasında ziyarətçilər üçün açıqdır. Ekspozisiyaya aşağıdakılar daxildir: antik eksponatlar; orta əsrə aid heykəllər; qədim sənətkarların rəsmləri: Tintoretto, El Qreko, Rubens, Van Deyk, Rembrandt, Frans Hals, Tyepolo, Kanaletto, Qoyya, Enqr, Koro; impressionistlərin rəsmləri: Mane, Deqa, Renuar, Mone, Pissarro, Sisley, Tuluz-Lotrek, Syora, Sezan, Van Qoq, Qogen; modernistlərin rəsmləri: Bonnar, Vyuyar, Vlamink, Raul Dyufi, Modilyani, Utrillo, Şaqal, Korint, Matiss, Qris, Brak, Pikasso . 1941-ci ildən bu yana Byurle kolleksiyasında olan Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası" tablosunun yayımlanmasından sonra onun əldə edilməsinin şəffaflığı ilə bağlı şübhələr ortaya çıxmışdı: 1940-1941-ci illərdə bu tablo, Emil Byurle ilə Cənubi Amerikaya mühacirət edən yəhudi tacir Maks Emden arasında şübhəli ticarətlə əlaqəli ola bilərdi. 10 Fevral 2008-ci il tarixində silahlı bir soyğun nəticəsində, ümumi dəyəri 180 milyon İsveçrə frankı olan dörd rəsm əsəri oğurlandı. Kurator Lukas Qloorun sözlərinə əsasən, söhbət Pol Sezanın "Qırmızı jiletli oğlan", Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası", Vinsent Van Qoqun "Çiçəklənən şabalıd budaqları" və Edqar Deqanın "Qraf Lepikin qızları ilə portreti" əsərlərindən gedirdi.
Fonbet
Fonbet (rus. Фонбе́т) — Rusiyada Bukmeyker fəaliyyəti göstərən şirkət. Şirkət 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılıb. "Fonbet" şirkətinin mərc qəbulu məntəqələri şəbəkəsinin Moskvada 100-dən çox klubu və Rusiyanın 82 bölgəsində 1000-dən çox filialı var. "Fonbet" bukmeker şirkəti ilk dəfə "F.ON." adı altında, 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılır. Maçulksi hələ Sovet dövründə şahmatçılar arasında, qumar oyunlarının böyük bir bilicisi sayılırdı. Şirkətin ilk mərc qəbul etmə nöqtəsi "Ulitsa 1905 qoda" metro stansiyası yaxınlığında açılır. 1995-ci ildə şirkətin məntəqə sayı 5-ə yüksəlir. Şirkətdə mərclərin qəbulu və işlənməsi prosesi kompürləşdirilir. 1997-ci ildə şirkət rəsmi veb saytını açır və 1998-ci ildə internet üzərindən mərc qəbul etməyə başlayır.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Fondamant
Fondamant (fr. Fondamente, oks. Fondamenta) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12155. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 140 km şərqdə, Rodezdən isə 70 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 298 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 167 nəfər (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 50 nəfər hərəkətsizdir (fəaliyyət göstəricisi - 70.1%, 1999-cu ildə 65.9%).
Fondlaşdırma
Fondlaşdırma (ing. funding) – Hər hansı ehtiyac, proqram və ya layihəni maliyyələşdirmək üçün qaynaqların təminatı. Əksərən pul şəklində olsa da bir sıra hallarda, təşkilat və ya şirkətin intellektual yaxud instutional resurs tələbatı şəklində də təzahür edə bilər.
Fondlaşdırılmış borc
Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır.
Fonetik təhlil
Fonetik təhlil — Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə. Fonetik təhlil aşağıdakı kimi aparılır: Sözün səs və hərf tərkibi göstərilir. Sait səslər növlərinə görə (dodaqlanan və dodaqlanmayan,qalın və incə,açıq və qapalı) təhlil olunur. Samit səslər növlərinə görə (kar və cingiltili) təhlil olunur. Ahəng qanununa tabe olub-olmaması təhlil olunur. Sözün hecaları və vurğusu göstərilir. Fonetik təhlil zamanı sözdəki səslərin növlərə görə (samit və sait ) təhlili onun tələffüz şəkli, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır. Fonetik təhlil sözlərin yazılışı əsasında deyil,tələffüzü əsasında aparılır.Təhlil zamanı sözdəki vurğu sözün hecalarının birinin digərinə nisbətən qüvvətli olan hecasının üzərinə düşür.Vurğu yazıda hecanın üzərində apostrof ilə(') işarə olunur. Neftçi— [nefçi], 6 hərf, 5 səsdən ibarətdir. Səs hərf tərkibi müxtəlifdir və ahəng qanununa tabedir.

Digər lüğətlərdə