QABA

sif.
1. Kobud, sərt, cod. Qaba yun. Qaba parça. Qaba mahud. Qaba yem.
2. Qeyri-mədəni, ədəbsiz, nəzakətsiz, kobud; tərbiyəyə zidd. Qaba söz. Qaba zarafat. Qaba hərəkət. Qaba rəftar. Qaba (z.) danışmaq.
[Feldşer] çox uzunçu, lağlağı, həm də qaba bir adam idi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABA qaba bax 1. kobud; 2. qanacaqsız, mədəniyyətsiz
  • QABA ədəbsiz — nəzakətsiz — kobud
  • QABA kobud — sərt — cod

Antonimlər (əks mənalı sözlər)

  • QABA QABA – ZƏRİF Çox uzun lağlağı, həm də qaba bir adam idi (M.Hüseyn); Məktubu oxuyarkən əlindən çıxardığı zərif yun əlcəkləri paltosunun cibinə soxdu (Ə

Etimologiya

  • QABA İlkin mənası “yoğun” demək olub, indi həm də “kobud” anlamında işlədilir. Ehtimal etmək olar ki, qabar sözü ilə qohumdur
QAB-QAZAN
QABAĞARDAN

Digər lüğətlərdə