AĞBABA

böyük baba (Ata tərəfdən babaya müraciət forması).
AĞAZƏR
AĞBALA
OBASTAN VİKİ
Ağbaba
Ağbaba mahalı — Qərbi Azərbaycan ərazisində mahal. Ağbaba — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Ağbaba dağı — Qars vilayətinin Qars qəzasında, Ağbaba — Şörəyöl bölgəsində, indi Qızılqoç (Qukasyan) rayonu ərazisində dağ. Ağbaba — Kəlbəcər rayonunun şərq hissəsində, Qarabağ silsiləsində dağ.
Amasiya (Ağbaba)
Amasiya — Amasiya rayonununda kənd və eyniadlı rayonun mərkəzi.
Avtandil Ağbaba
Ağbaba (dağ)
Ağbaba — İrəvan xanlığının Türkiyə ilə sərhəd bölgəsində dağ adı. (yüksəkliyi 2040 metr) == Toponim == Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Aqbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Kəçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Ağbaba dağ beli və Azərbaycanda Ağbaba (Kəlbəcər) dağ adları ilə mənaca eynidir. 1728-ci ilə aid türkcə mənbədə Tiflis əyalətində də bir kəndin Ağbaba adlandığı qeyd olunmuşdur. Əxi baba adından təhrifdir. Bax: Ağabaş.
Ağbaba dağı

Ağbaba mahalı
Ağbaba nahiyəsi — XIV əsr — 1930 əsr-XIX əsrlərdə inzibati nahiyə. Şərqi Anadolunun bölgələrindən biri. Adı Ağbaba (dağ)ndandır. Ermənistan ərazisində mahal. == Tarixi == 1593-cü ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Arpalı sancağının nahiyəsi Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi,1877–1878-ci illərdə Çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılıb.SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyyəsi adlanmış,Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə SSRİ-Türkiyə sərhədləri dəqiqləşdirilərkən Ağbaba mahalının Köhnə İbiş və Bəzirkan kəndləri Türkiyə ərazisində qalmışdır. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir. 1914–1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır.
Ağbaba nahiyəsi

Baytar (Ağbaba)
Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir. Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir.
Bağçalı (Ağbaba)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Başköy (Ağbaba)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «böyük, əsas, yuxarı» mənasında işlənən baş sözü ilə, türk dilində «kənd» mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1830 - cu ilə kimi qarapapaqlar yaşamışdır. 1830 - cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Düzkənd (Ağbaba)
Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur. == Tarixi == Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü ilə qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.
Güllübulaq (Ağbaba)
Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. == Tarixi == Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. == Toponimi == Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir.
Kefli (Ağbaba)
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, sonra Basar-Keçər rayonunda. indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Ssoveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kakavasar qoyulmuşdur. İkinci Qoşabulaq və Qırxbulaq da adlanmışdır. 1978-ci ildə kənd ermənicə Kanasavar adlandırılmışdır. Əsli Kavlı.
Korbulaq (Ağbaba)
Korbulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki. Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni dilinə kalka edilərək Korağbyur (Korbulaq) formasında mənbələrdə işlədilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Saxkaşen, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Tsizavet qoyulmuşdur. == Toponimi == Toponim Azərbaycan dilində "gözü görünməyən, suyun çıxdığı yer görünməyən", "yarıda quruyan", "yerin səthinə başqa yerdən çıxan" mənasında işlənən kor sözü ilə bulaq sözündən əmələ gəlmişdir. Kəndin adı ərazidəki eyni adlı bulağın adından götürülmüşdür. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qarabulaq (Ağbaba)
Qarabulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Arpagölün qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1728-ci ildən mə'lumdur . 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı Ağbaba 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində adı çəkilir Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur. Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır.
Qazançı (Ağbaba)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erməni mənbələrində, Azərbaycan tədqiqatlarında Qayı Qulu Qazançı kimi də qeyd edilir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli bulqar tayfasından biri olan qazan etnoniminə -çı mənsubluq bildirən şəkilçinin artırılmasından əmələ gələn qazançı etnonimindən düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Sultanabad (Ağbaba)
Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hal-hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir. Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen» mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur. 1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib. Kəndin sakinləri azərbaycanlılar olmuşdur.
Vəli Ağbaba
Vəli Ağbaba (türk. Veli Ağbaba; 3 aprel 1968) — TBMM 24, 25, 26, 27-ci çağırış millət vəkili, Türk siyasətçi və Cümhuriyyət Xalq Partiyasının sədr müavini. Vəli Ağbaba 3 aprel 1968-ci ildə Malatya şəhərinin Qaraca kəndində anadan olmuşdur. Turan Əməksiz liseyini bitirdikdən sonra, Əskişəhərdə yerləşən Anadolu Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsini 1989-cu ildə bitirmişdir. Vəli Ağbaba universitet illərində Anadolu Universiteti Tələbə Dərnəyinin rəhbəri vəzifəsini yerinə yetirmiş və Əskişəhər Xalq Evinə üzv olaraq tələbə gənclik hərəkatında yer almışdır. Vəli Ağbaba əsgərlikdən sonra 1993-cü ildə Sosial-demokrat Xalqçı Partiyasına qatıldı və 1994-cü il seçkilərində Malatya Bələdiyyə Məclis üzvü seçilərək bələdiyyələrdəki ən gənc fraksiya sədri oldu. Vəli Ağbaba 18 fevral 1995-ci il tarixində toplanan qurultayda Cümhuriyyət Xalq Partiyası ilə Sosyaldemokrat Xalqçı Partiyasının birləşmə qurultayında qurultay sədri vəzifəsini icra etmişdir. 1998-ci ildə keçirilən şəhər konqresində Cümhuriyyət Xalq Partiyası Malatya Şəhər Təşkilatının sədri seçildiyində 30 yaşında olan Vəli Ağbaba 1999-cu il seçkilərində Cümhuriyyət Xalq Partiyasının şəhər təşkilatının sədri seçilmişdir. Vəli Ağbaba 2002-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizəd, 2007-ci il seçkilərində isə Malatya millət vəkilli namizədliyinə namizəd olmuşdur. 2003–2005-ci illərdə Cümhuriyyət Xalq Partiyasının Nizam-intizam Komitəsinin üzvü, 2004-cü ildə isə Cümhuriyyət Xalq Partiyasının Seçki Komitəsinin sədri olmuşdur.
Çaybasar (Ağbaba)
İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ilanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilir. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqla azərbaycanlı xalqını ifadə etmişdir.
İlanlı (Ağbaba)

Ağbaba (Qars)
Ağbaba — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 558 nəfərdir (2022).
Ağbaba Milli Şurası
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. == Haqqında == Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
Aşıq İsgəndər Ağbabalı
Aşıq İsgəndər Ağbabalı (1925, Ellərkənd – 1992, Şəmkir) — Ağbabanın sonuncu azman aşığı. == Həyatı == Aşıq İsgəndər 1925-ci ildə Ağbaba bölgəsinin Ellərkənd kəndində, Bəxtiyar kişinin ailəsində dünyaya gəlmişdir. Aşıq İsgəndər Ağbabalı tanınmış güllüoğlular tayfasındandır. Bu tayfanın el şairləri (Qasım Əfəndi, Heydər Xoca, Güllüoğlu İsgəndər, Daşdan Daşdanov və b.) az deyil. İsgəndər hələ uşaq yaşlarından saza-sözə könül vermişdir. Bir gün Aşıq Nəsib Ellərkəndə gələndə onun sədasını eşidib İsgəndəri yanına çağırtdırır. Aşıq İsgəndər Ağbabalı bu hadisəni öz xatirəsində belə verir: "Qorxa-qorxa yanına getdim. Maa demişdilər. Aşıq Nəsif çox hersdi adamdı, elə buna görə də qorxurdum. Həyə, getdim yanına salam verdim.