Pika sindromu
Pika sindromu — torpaq, gil, təbaşir, kömür kimi qeyri-qida materialları ilə qidalanma meyli.
Adətən bədəndə dəmir, sink, kalsium əskikliyi pika sindromunun yaranmasına səbəb olur. Amma bu cür materialların qəbulu nəinki lazımi elementlər ilə təmir edir, həmçinin qəbizlik, bağırsaqlarda parazit, cinsi istək azalması, müxtəlif zəhərlənmələr və s. hallar ilə nəticələnir.
== İşarələr və simptomlar ==
Pika, sabun, alçıpan və ya boya kimi əhəmiyyətli qida dəyəri olmayan maddələrin istehlakıdır. Yeyilən maddəyə görə aşağıdakı növləri xarakterizə olunur:
Akufagiya (kəskin əşyalar)
Amilofagiya (qarğıdalı kimi təmizlənmiş nişasta)
Kautopireiofagiya (yanmış kibrit)
Koniofagiya (toz)
Koprofagiya (nəcis)
Emetofagiya (qusma)
Geomelofagiya (xam kartof)
Geofagiya (torpaq, qum, gil, təbaşir)
Hyalophagia (şüşə)
Liqnofagiya (ağac)
Litofagiya (daşlar)
Metallofagiya (metal)
Mukofagiya (selik)
Paqofagiya (buz)
Plumbofagiya (qurğuşun)
Trixofagiya (saç, yun və digər liflər)
Urofagiya (sidik)
Hematofagiya (vampirizm) (qan)
Ksilofagiya (ağac və ya kağız kimi ağac məhsulları)
Pika zamanı diaqnostik meyarına cavab vermək üçün bu yemək nümunəsi ən azı bir ay davam etməlidir.
== Səbəblər ==
Pika hazırda Psixi Pozğunluqların Diaqnostik və Statistik Təlimatı (DSM-5) tərəfindən psixi pozğunluq kimi tanınır. DSM-5-ə əsasən, mineral çatışmazlıqlar bəzən pika ilə əlaqələndirilir, lakin bioloji anormallıqlar nadir hallarda aşkar edilir. Geofagiya, paqofagiya və amilofagiya kimi pika formaları ilə məşğul olan insanlarda qan azlığı və ya aşağı hemoglobin konsentrasiyası, qırmızı qan hüceyrələrinin (hematokrit) və ya plazma sink səviyyəsinin aşağı olması ehtimalı daha yüksəkdir. Xüsusilə, geofagiya ilə məşğul olmaq daha çox anemiya və ya aşağı hemoglobin ilə əlaqələndirilir.