ADƏM

Qədim yəhudi dilində “insan” deməkdir. Bizə ərəb dilindən keçib. Türk alə­mində kişi sözü işlədilib.     

ADENOMA
ADƏMDƏN-XATƏMƏ
OBASTAN VİKİ
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Adəm Heydərov
Adəm Kılıççı
Adem Kılıççı (18 aprel 1986, Ağrı) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür. == Həyatı == Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur. Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib. Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib. == Survivor Macərası == Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub.
Adəm Seyfullayev
== Həyatı == Adəm İzzət oğlu Seyfullayev 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1941-ci ildə Şərəfə 7 illik orta məktəbi bitirib və həmin il Lənkəran pedaqoji texnikumuna daxil olur. 1943-cü ildə könüllü cəbhəyə yazılır. Buynaks şəhərinə hərbi hıssəyə göndərilir.(https://pamyat-naroda.ru/heroes/memorial-chelovek_vpp1983719989/?backurl=%2Fheroes%2F%3Fgroup%3Dall%26types%3Dpamyat_commander%3Anagrady_nagrad_doc%3Anagrady_uchet_kartoteka%3Anagrady_ubilein_kartoteka%3Apotery_doneseniya_o_poteryah%3Apotery_gospitali%3Apotery_utochenie_poter%3Apotery_spiski_zahoroneniy%3Apotery_voennoplen%3Apotery_iskluchenie_iz_spiskov%3Apotery_kartoteki%3Apotery_vpp%26page%3D2%26first_name%3D%D0%90%D0%B4%D0%B5%D0%BC%26middle_name%3D%D0%9E%D0%B3%D0%BB%D1%8B) 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qiyabi daxil olub. Masallı rayon partiya komitəsində şöbə müdiri, Şərəfə kənd orta məktəbin direktoru təyin edilir. Sonradan pedaqoji fəaliyyətini Masallı şəhərində davam etdirir. 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsindəkı uğurlarına görə SSRİ Maarif Nazirliyi və MAMEİHİ MK-nin fəxri fərmanına layiq görülür. 2006-cı ildə 3 saylı orta məktətədə üzün müddət işlədikdən sonra səhəti ilə əlaqədar pedaqoji fəaliyyətini dayandırır. 10 övladı var 2010-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == Şer və qəzəllərini Adəm İzzətoğlu və Adəm Qızılbaşlı təxəllüsü ilə yazmışdır.
Adəm Umalatov
Adəm Umalatov (27 avqust 1975, Xattuni[d], Çeçen-İnquş MSSR – 5 noyabr 2001) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Çeçenistan Respublikasında Birinci və İkinci müharibələrin və 1999-cu ildə çeçen mücahidlərinin Dağıstana təcavüzünün fəal iştirakçısı. İslam Batalyonu Əmirinin müavini (1994–1995), İslam Taburu Əmiri (1996), Cundullah İslam Briqadasının Hərbi Əmiri (1998–2001). Şamil Basayevin qərargahında kəşfiyyat və təxribat işlərindən məsuldur olan şəxs. == Bioqrafiyası == Adəm Umalatov 27 avqust 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Xattuni kəndində anadan olmuşdur. Milliyətinə görə çeçendir. Qafqazda silahlı toqquşmaların fəal iştirakçısı olur. Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı rütbəsinə qədər yüksəlir. "Tehran" və "Əmir Adəm" təxəllüsləri ilə tanınır. 1992–1993-cü illərdə Umalatov uşaqlıq dostu Şamil Basayevlə birlikdə Qafqaz dağ xalqları konfederasiyasının tərkibində gürcü-abxaz münaqişəsində iştirak edir. Abxaziyadan vətənə qayıdan Adam Umalatov 1994–1996-cı illərdə Birinci Çeçenistan müharibəsində fəal iştirak edir.
Adəm Vayqanlı
Adəm Vayqanlı və ya Vayqanlı Adam Azərbaycan şairlərindəndir ki Vayqanda dünyaya gəlmişdir.O, Azərbaycan dilində şeirlər yazıb. Ondan Vayqanlı Adam adlı kitab Məhəmməd Tağı Zehtabının səyi ilə 1980-ci ildə 60 səhifədə və Azərbaycan dilində çap olunub.
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Adəm körpüsü
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt. Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır. Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar.
Adəm peyğəmbər
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Adəm Şoqensukov
Adəm Şoqensukov (31 avqust (13 sentyabr) 1916, Baksan, Terek vilayəti – 5 may 1995 və ya 1995, Baksan, Kabardin-Balkariya) — Kabardin şairi, nasir, dramaturq və publisist. Kabardin-Balkar MSSR xalq şairi (1969). Əsərlərini Kabardin və rus dillərində yazmışdır. == Bioqrafiyası == Adəm Şoqentsukov 1916-cı il avqustun 31-də Rusiya İmperiyasının Terek vilayətinin Nalçik dairəsinin Kuçmazukino (indiki Baksan şəhəri) kəndində anadan olmuşdur. İbtidai kənd məktəbində təhsil alır. 1940-cı ildə Kabardin-Balkar Universitetinin dil və ədəbiyyat fakültəsini bitirir. O, 1938-ci ildə ilk əsərlərini nəşr etdirir. 1939-cu ildə şeirlər silsiləsinə SSRİ Yazıçılar İttifaqına qəbul olunur. 1941-ci ilin noyabrından müharibənin sonuna kimi Adəm Şoqensukov Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuş, Qafqazdan Praqa, Budapeşt və Vyanaya yürüş etmişdir. Tərxis olunduqdan sonra Adəm Şoqentsukov Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Adəm Əliyev
Adəm Əmirov
Adəm Günəş
Adəm Günəş(türk. Adem Güneş;1969, Ankara) — Türkiyənin tanınmış yazıçısı, pedaqoqu. 1969-cu ildə Ankarada anadan olub. Rotterdam Universitetinin Pedaqogika fakültəsini bitirib. Onun 22 türk, 2 ingilis dilində çap olunmuş əsəri var. Adəm Günəş, Türkiyədə ən çox kitabları satılan 16-cı yazardır.
Adəm (ad)
Adəm — ad. Adəm — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Adəm Günəş — Türkiyənin tanınmış yazıçısı, pedaqoqu. Adəm Umalatov — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı. Adəm Şoqensukov — Kabardin şairi, nasir, dramaturq və publisist. Adəm Seyfullayev — şair.
Adəmdərəsi
Adəmdərəsi-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Adəmdərəsi-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Adəmdərəsi-i Süfla (Germi)
Adəmdərəsi-i Süfla (fars. ادام دره سي سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 35 nəfər yaşayır (10 ailə).
Adəmdərəsi-i Ülya (Germi)
Adəmdərəsi-i Ülya (fars. ادام دره سي عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Əngut kəndistanında, Germi qəsəbəsindən 30 km şimal-qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 22 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (24 ailə).
Adəmilər
Adəmilər — Adəmin yaradılış zamanı içində olduğu məsumluq vəziyyətinə qayıdış haqqında xristian bidət təliminin davamçıları. Onlar məclislərinə çılpaq şəkildə gəlir, ailə və evlilik anlayışlarını rədd edir, təbiətin günahsız olduğunu iddia edirdilər. Sodomit nudist icmalar II əsrdə Şimali Afrika qnostikləri arasında, XIV–XV əsrlərdə Bolqarıstanda, Husçular hərəkatı dövründə Çexiyada geniş yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Adəmilər ilə əlaqəli mediafayllar var.
Adəmin yaradılması
Adəmin yaradılışı və ya Adəmin yaradılması (it. La creazione di Adamo) — təxminən 1511–1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. "Adəmin yaradılması" əsəri Sikstin kapellasının fresko panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə müqayisə edilə bilər. Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" və Mikelancelonun "Adəmin yaradılması" freskoları bütün zamanlarda ən çox replikası işlənmiş dini rəsmlərdir. == Təsvir == Tanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilmişdir. Tanrının sağ əli Adəmə həyat qığılcımı vermək üçün bir qədər irəli çıxır, onun qarşısında isə Tanrının güzgüdə əksi təəssüratı yaradan formada Adəmin əli qabağa uzanır. Bu Yaradılış kitabından aşağıdakı ayəni əks etdirir: Başqa bir mövqeyə görə isə Tanrı və Adəmin barmaqları toqquşmur.
Adəmin yaranması (film, 1993)
Adəmin yaranması filmi rejissor Yuri Pavlov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Kinopovest ilahi məhəbbət haqqındadır. Film "Cavanşir Kamandar" kinostudiyası (Borçalı) və "Neva" kinostudiyası (Sankt-Peterburq) tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Saulyus Balandis, Sergey Vinoqradov, İrina Metlitskaya, Anjelika Nevolina, Aleksandr Strijenov, Yuri Ovsyanko, İlya Şakunov və Aleksey Palçek ifa edirlər. == Məzmun == Film Andreylə onun qoruyucu mələyi Filippin münasibətlərindən bəhs edir. Andrey Filippin mələk olduğunu bildikdə ona inanmır və ondan qaçır. Sonda mələk həmişəlik yoxa çıxır. Film ilahi məhəbbət haqqındadır. == Festival və mükafatlar == 1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kinofestivalı filmə kino tənqidçilərinin Prizi verilmişdir. 1994-cü ildə ABŞ-nin San-Fransisko şəhərində "Tamaşaçı prizi" almışdır.
Firudin Adəmiyyət
Firudin Abbasqulu xan oğlu Adəmiyyət (1920–2008) — İran tarixçisi. == Həyatı == Abbasqulu xan Qəzvinin oğlu olan Firudin xan 1920-ci ildə Tehranda doğulmuşdu. Əslən Qəzvinlidir. İran İslam inqilabından sonra fəaliyyətinə və kitablarının çapına məhdudiyyət qoyulan, hətta İran Xarici İşlər Nazirliyindən aldığı təqaüdü kəsilən alim son 29 ildə Tehranın Yusifabad məhəlləsindəki evində sakit və tənha bir ömür sürmək məcburiyyətində qalıb. Bu müddətdə onun evinin qapısı bəzi yaxın dost-tanışlarından, tanıdığı yazıçı, şair və jurnalistlərdən savayı heç kimin üzünə açıq olmayıb. F.Adəmiyyət ömrünün böyük hissəsini müasir İran tarixi, xüsuilə Məşrutə inqilabı, bu inqilabın məzmun, hədəf və ideyaları, onda iştirak etmiş şəxsiyyətlərin fəaliyyəti barədə tədqiqatlara həsr edib. O, "İran Məşrutə hərəkatında ictimai demokratiya təfəkkürü", "Mirzə Fətəli Axundovun düşüncələri", "Talıbov düşüncələri", "Mirzə Ağaxan Kirmaninin düşüncələri", "Tarixi məqalələr toplusu", "Şeyx Fəzlullah Nurinin əqidə və düşüncələri", "İranda tarixçiliyin tənəzzülə uğraması" və s. kitabların müəllifidir. ABŞ-nin Stenford Universitetinin siyasi elmlər üzrə müəllimi Abbas Milani "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında F.Adəmiyyəti müasir İran tarixini araşdıran ən böyük və etibarlı tarixçilərdən olduğunu deyib: "Mən tam qətiyyətlə deyə bilərəm ki, Əhməd Kəsrəvidən sonra heç kəs Məşrutə tarixini Firudin Adəmiyyət qədər işıqlandırmayıb".
Adəmin yaradılışı
Adəmin yaradılışı və ya Adəmin yaradılması (it. La creazione di Adamo) — təxminən 1511–1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. "Adəmin yaradılması" əsəri Sikstin kapellasının fresko panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə müqayisə edilə bilər. Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" və Mikelancelonun "Adəmin yaradılması" freskoları bütün zamanlarda ən çox replikası işlənmiş dini rəsmlərdir. == Təsvir == Tanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilmişdir. Tanrının sağ əli Adəmə həyat qığılcımı vermək üçün bir qədər irəli çıxır, onun qarşısında isə Tanrının güzgüdə əksi təəssüratı yaradan formada Adəmin əli qabağa uzanır. Bu Yaradılış kitabından aşağıdakı ayəni əks etdirir: Başqa bir mövqeyə görə isə Tanrı və Adəmin barmaqları toqquşmur.

Значение слова в других словарях