ADNA FARS
AFƏT ƏRƏB
OBASTAN VİKİ
Afat Qurbanov
Afad Qurbanov (azərb. Afad Məmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd, Aleksandropol qəzası – 26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). == Həyatı == Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib. O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır. XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Afatli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. == Toponomik izahı == Qədim türkmənşəli Avest tayfasının adındandır. Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix rayonunda) XIX əsrdə Şimali Qafqazda üc Avat adlı dağ və xarabalıq vardı. == Tarixi == Rusiya İmperiyasının siyahıyaalma sənədi olan "Qafqaz təqvimi"nin 1913-cü ilə aid qeydlərində "Afatlu" kəndi Yelizavetpol quberniyasının Şuşa qəzasının Afatlu kənd icmasında göstərilib. XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir.

Digər lüğətlərdə