Məhəmməd Sabah əl-Səlim əs-Sabah
Məhəmməd Sabah əl-Səlim əs-Sabah (10 oktyabr, 1955)—Küveytin xarici işlər naziri.
== Həyatı ==
10 oktyabr 1955-ci ildə Küveytdə anadan olub. 1978-ci il – Klaremont MKKenna kolleci, iqtisadiyyat fakültəsi, humanitar elmlər üzrə bakalavr dərəcəsini alıb. 1985-ci il – Harvard universiteti, iqtisadiyyat fakültəsi, fəlsəfə doktoru, humanitar elmlər üzrə magistrdir.
1987-93 – Ali Planlaşdırma Şurasının İqtisadi məsələlər üzrə Komitəsinin Sədri
1992 – Küveyt-ABŞ Cəmiyyətinin İcraiyyə Komitəsinin təsisçi-üzvü
yanvar 1993-cü il – Küveyt Dövlətinin ABŞ-də Səfiri
fevral 2001-ci il – Xarici İşlər üzrə Dövlət Naziri
iyul 2003-cü il – Xarici İşlər Naziri
fevral 2006-cı il – Baş Nazirin müavini, Xarici İşlər Naziri
Məhəmməd Sabah əl-Səlim əs-Sabah 28 may 2008-ci il – Baş Nazirin müavini və Xarici İşlər Naziri vəzifələrinə yenidən təyin edilmişdir. Evlidir, dörd övladı var. Ərəb və ingilis dillərini bilir.