Amrahbank
Amrahbank - Azərbaycanda 1993-cü ildə təsis edilmişdir. 2020-ci ildə müflis olaraq ləğv edilib.
Amrahbank aktivlərin (ROA) və kapitalın gəlirliliyi (ROE) göstəriciləri üzrə ölkənin ən gəlirli banklarından biri olmuşdur.
Amrahbank fəal tərzdə müfəssəl inkişaf strategiyasının həyata keçirilməsi işini aparır və bu işin tərkib hissələrindən biri Azərbaycanın bir çox bölgələrində filial şəbəkəsinin yaradılması və genişləndirilməsindən ibarətdir. Hazırda filialların sayına görə Amrahbank Azərbaycan bankları arasında on birinci yeri tutur. Bankın 26 filial və bölməsi var və bunlardan 19-u paytaxt Bakı şəhərində yerləşmişdir. Bankın 18000 müştərisinə 300 peşəkar və bacarıqlı əməkdaşı xidmət göstərir.
2008-ci ildə Bankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən "Beynəlxalq İnvestisiya Bankı"na ("BİB") 49% pay ilə satılması, Bankın tarixində mühüm bir mərhələ kimi qeyd olunur. Yaxın gələcək üçün Bankın strateji planları sırasına İslam və Şəriət prinsiplərinə uyğun gələn bankçılıq məhsullarını təqdim etməklə, bu sahədə Azərbaycan və ətraf ölkələrdəki geniş imkanlardan fayda görmək, Abu Dabi və Londonda nümayəndəliklər açmaq, beynəlxalq reytinq agentliklərindən reytinq almaq daxildir.
Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların da üzvüdür ki, bunların sırasına aşağıda qeyd olunanlar da daxildir:
- Azərbaycan Banklar Assosiasiyası
- Bakı Banklararası Valyuta Birjası
- VISA İnternational
- MasterCard
- Azericard
- SWIFT
- WesternUnion
- Sahibkarlığa Kömək Milli Fondu
- Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu və s.