ARIQ

ARIQ Uzunboy, arıq zabit möhkəm geyinmişsə də dişi dişinə dəyir və şaqqıldayıb (S.Rəhimov); CANSIZ (dan.) Emma cansız, arıq, nazik, lətif bir alman qadını idi (E.Sultanov); CILIZ (dan.) Şahpələng nə düşündüsə dilənçi qızı içəri çağırdı, bu, qaraçı uşağına oxşar balacaboylu, cılız, qarayanız bir qız uşağı idi (M.İbrahimov); ÇƏLİMSİZ (dan.) [Vahid:] Həncəri, xanım, deyəsən geyimin necədirsə, tərpənişin də elədir; çəlimsiz, yaraşıqsız (M.İbrahimov); ƏTSİZ Quş ..qarının ətsiz barmaqları ara sından çıxa bilmədi (M.Hüseyn); QAYIŞBALDIR (qıçları nazik) Mən də o meydanlarda vuruşanlardan biri; Mən də o ölməzlərin qayışbaldır şairi (S.Rüstəm); SISQA (dan.) Qəndab: Onların yanında doğrudan da sısqa uşağa oxşayırdım (B.Bayramov); SKELET (məc.) Analar skeletdir aclıqdan! Dözə bilməz bu dərdə hor insan (S.Rüstəm); SÜDDƏN YANIQ Gülo üç aylıqdan anasını itirmiş və süddən yanıq qalmışdı (S.Rəhimov); ZƏİF (xəstəlikdən arıq) Hacı Mehdi: And olsun Allaha, vuraram, zəif, cansız canın çıxar (Ə.Haqverdiyev).

ARI
ARIQLAMAQ
OBASTAN VİKİ
Arıq (Məlikan)
Arıq (fars. اروق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.566 nəfər yaşayır (902 ailə).
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219–1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Abıca arıquş
Arıqdam
Arıqdam — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Gədəbəy çayının (Şəmkir çayının qolu) sol sahilindən bir qədər aralı, Şəkərbəy dağının ətəyindədir. Kənd XVIII əsrin axırlarında yaranmışdır. Hazırda həmin rayonun Hacılar kəndinin bir hissəsi də Arıqpəyə adlanır. Xalq etimologiyasına görə, toponim Arıq Alı adlı şəxsin adı ilə bağlıdır. Qədim türk dillərində arık/erik "kanal, arx, su hövzəsi", dam "mal saxlanan yer, yaşayış yeri" mənalarını ifadə edir. Oykonim "su, çay sahilində yaşayış yeri" kimi izah olunur. Gürcüstan ərazisində Arıxdam, Qazaxıstanda Arıkbalık yer adları da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2653 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arıqdam bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Arıqlı (Sisyan)
Arıqlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Ariklu formasında qeyd edilmişdir. Toponim türk mənşəli arıq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 60 nəfər, 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 88 nəfər, 1908-ci ildə 126 nəfər, 1914 - cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş və kənd dağılıb xarabalığa çevrilmişdir.
Arıqlı (Xoy)
Arıqlı (fars. اريگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (29 ailə).
Arıquş
Arıquşlar
Arıqıran
Arıqıran (əvvəlki adı: Çiçəkli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Gədəbəy rayonunun Çiçəkli kəndinin tarixi adı özünə qaytarılaraq Arıqıran kəndi adlandırılmışdır. == Toponimikası == Arıqıran/Arqıran/Arıqran kəndi Çətindərə çayının (Zəyəmçayın qolu) sağ sahilində, Haçaqaya dağının (Şahdağ silsiləsi) ətəyindədir. Güman edirlər ki, oykonim həmin ərazidə yaşayan və əsasən həşəratlarla qidalanan arıqıran adlı kiçik quşun adı ilə bağlıdır. 1991-ci ildən Çiçəkli adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2437 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eyvaz İsgəndərov — ADAU Maşın mühəndisliyi və Standartlaşdırılma kafedrası dosenti, elmlər namizədi. Valeh Cəfərov — kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). Mahmud Rüstəmov — tibb elmləri doktoru, professor. === Şəhidləri === Abbasov Zülfüqar Bayram oğlu (1995–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Arıqıran bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hirkan arıquşu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. == Qısa təsviri == Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Kəkilli arıquş
Kəkilli arıquşu
Kəkilli arıquşu (lat. Lophophanes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Qaraca arıquş
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Talış arıquşu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
İri arıquş
Adi göy arıquşu
Adi göy arıquşu (lat. Cyanistes caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin göy arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Papağı, qanadları və quyruğu mavi rəngdə, beli yaşıl, alnı və yanaqları ağ, döşü və qarın hissəsi ağdır. Dişi fərdlər erkəklərdən bir qədər kiçikdir. == Kateqoriyası və statusu == Çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kür-Araz ovalığında, dağ–meşə qurşağında, ağac və kolluqlarda, bağlarda yayılıb. == Növdaxili müxtəlifliyi == Politipik növdür. Dünyada 15, Azərbaycanda isə 2 yarımnövü (P. с. caeruleus, Linn, 1758; P.c.
Adi kəkilli arıquşu
Adi kəkilli arıquşu (lat. Lophophanes cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin kəkilli arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Başında qar lələklərdən ibarət ucu sivri və ağ haşiyəli kəkili var. Dimdiyindən göz və qulaq lələklərinə qədər nazik qar zolaq uzanır. Erkək dişiyə nisbətən azca iridir . == Kateqoriyası və statusu == Qismən çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kiçik və Böyük Qafqaz dağlarının dağətəyi hissəsində və Talışda yayılıb. == Növdaxili müxtəlifliyi == Dünyada 5, Azərbaycanda isə 1 yarımnövü (P.с. cristatus Linn, 1758) yaşayır.
Arıquşları
Arıquşları (lat. Paridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Arıquşu
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Göy arıquşu
Göy arıquşu (lat. Cyanistes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
İri arıquşu
İri arıquşu (lat. Parus major) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin arıquşu cinsinə aid heyvan növü.
Hirkan arıquşusu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. == Qısa təsviri == Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.

Digər lüğətlərdə