Ardıcıl tərcümə
1. Dinlənildikdən və bütün məlumat sona çatdıqdan sonra onun bir dildən digər dilə şifahi tərcümə olunması, həmsöhbətin, natiqin, radioməlumatın və s. tam deyilməsi; səsli nitqin qavrayışını və çıxış məlumatının şifahi şəkildə formalaşdırılmasını nəzərdə tutur. 2. Dinlənildikdən sonra mətnin şifahi tərcüməsi. Aşağıdakı ardıcıl tərcümə növləri fərqləndirilir: yazılı və abzascümlə tərcüməsi və eləcə də birtərəfli tərcümə və ikitərəfli tərcümə. Əksər hallarda ardıcıl tərcüməni eşitmə ilə peşəkar tərcümə fəaliyyətinin növü kimi şifahi tərcümə adlandırırlar. 3. İlkin mətn səsləndiriləndən sonra aparılan şifahi tərcümə növü. 4. Eşitməyə görə aparılan şifahi tərcümə. O, beləliklə, səs nitqinin qavrayışına, çıxan, göndərilən məlumatın şifahi nitqdə formalaşdırılmasını nəzərdə tutur. Ardııl tərcümənin əsas xüsusiyyəti ilkin və göndərilən məlumatın zaman kəsiyində qırıq-qırıq verilməsidir. Bu, zaman baxımından kəsik-kəsik zaman kəmiyyəti ilə ilkin məlumatın danışana verməsi ilə bağlı zəruri olan uzunluqdur ki, onun uzunluğu daha çox ola bilər. Bu amil tərcüməçinin işini xeyli çətinləşdirir. Çünki o, yaddaşında informasiyanın həcmini bu zaman kəsiyində saxlamalıdır ki, əksər hallarda o yaddaşın operativ imkanlarını dəfələrlə ötür, üstələyir. Bu vəzifəni yerinə yetirmək üçün tərcüməçinin yaddaşını həddən artıq yükləməmək məqsədi ilə (qismən) xüsusi yazma sistemindən istifadə olunur. 5. Dinlənildikdən sonra mətndə pauzalarda müəllif mətninin müəyyən hissəsinin yerinə yetirilməsi. 6. Dinlənildikdən sonra mətnin digər dilin vasitələri ilə verilməsi.