AY

Bu planetin mənbələrdə başqa bir adı da var: yalçuq. Ay “fırlanma”, yalçuq isə “işıq” anlamı ilə bağlıdır. Əylənmək, Aydəmirov, əyirmək kimi sözlərin hamısı “fırlanma” mənasını verən ay kəlməsi zəminində əmələ gəlib. Quba dialektində aylan sözü indi də işlədilir. Rus dilindəki секира sözü bizdə aybalta kimi (dəyirmi balta) işlədilib və indi də işlədilməsi məsləhətdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AVTORİZASİYA
AYA
OBASTAN VİKİ
Ay
Ay — Yerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir.
Aban (ay)
Aban (fars. آبان‎) və ya Əban — İran və Əfqanıstanın rəsmi təqviminin səkkizinci ayı. Aban ayında 3o gün var. Bu ay oktyabr ayında başlayıb noyabr ayında sona çatır. Aban payızın ikinci ayıdır.
Ay (dəqiqləşdirmə)
Ay — Yerin yeganə daimi təbii peyki və Günəş sisteminin beşinci ən böyük təbii peyki. Ay həmçinin bu mənalara gələ bilər: Ay (zaman) — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. 1 ildə 12 ay var. Ay tutulması — Ayın tutulması.
Ay (vaxt)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Ay Ata
Ay Dədə ya da Ay Ata, altayların inancında Ay ilahı olaraq görülə biləcək bir müqəddəs varlıqdır və göy aləminin 6-cı yanında oturur. Bu inanca görə Ay Dədə insanların ilk babası və Gün Ana ilk nənəsidir. Ay, uşaqlara Ay Dədə olaraq tanıdılır. Yuxu vaxtının simvoludur. Uşağa, yatağına yatarsan, Ay Dədə sənə nağıl izah edəcək deyilir və uşağın yanında ya nağıl kitabı oxunur, ya da adam tərəfindən bilinən bir nağıl izah edilər. Memlüklər (Köləmənlər) dövründə misirdə yaşamış türk tarixçisi Aybek-üd Devâdârî'nin türklərin mənşəyi üzərinə izah etdiyi Ay Ata'nın əfsanəsində mağarada törəmə motivi iştirak edər. Bu əhvalata görə türklərin ilk atası olan Ay Ata, bir mağarada ortaya çıxmışdır. Bu mağara Ay Atanın doğumuna (Aybek-üd Devâdârî'nin ifadəsiylə) bir "ana rəhmi" vəzifəsi etmişdir. Bozqurd əfsanəsindəki qurdun yaralı türkü qaçırıb bəslədiyi mağara da belə bir Ata mağarasıdır və hər il bu mağarada mərasimlər edilərdi. Ata mağarası inancı və ənənəsi köhnə dövrlərdə türklər arasında çox geniş yayılmışdır.
Ay Fen
Ay Fen (çin. 艾芬; 1974) — Çində Uhan Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri. O, dünyada koronavirus epidemiyasının başlandığını elan edən ilk həkim olmuşdur. Çində nəşr edilən "People" jurnalı tərəfindən yayımlanan bir məqalədə ona "The whistle-giver" (发哨子的人) adı verilmişdi(发 哨子 的 人) (ilk həyəcan təbilini çalan). Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilmişdi. Lakin senzuranı keçmək üçün Çin internetində emoji, Morze əlifbası ilə tərcümə edilmiş repostlar şəklində saxlanılmışdır. Ay Fen Tonzi Tibb Kollecini (indi Xuaçjun Elm və Texnologiya Universitetinin bir hissəsi) bitirib və Uhan Mərkəzi Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsində çalışıb. 2010-cu ildən o, xəstəxananın təcili yardım şöbəsinə rəhbərlik etmişdir. Ay Fen 2019-cu il dekabrın 18-də ilk dəfə koronavirusa yoluxmuş xəstə ilə üzləşib. Belə ki, həmin gün Uhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib.
Ay Tominaqa
Ay Tominaqa (冨永 愛, 1 avqust 1982, Saqamihara, Kanaqava prefekturası, Yaponiya) –Yaponiya modeli və aktrisası. Avropa podiumlarına çıxan ilk asiyalı qadın modellərdən biridir. Bon Image Corp (Tokio), Marilyn Agency (Paris), View Management (Barselona) kimi agentliklərlə əməkdaşlıq edir. "Vogue" (Yaponiya), "Harper's Bazaar" (Yaponiya, Çin, Sinqapur, Malayziya, İndoneziya), "Elle" (Yaponiya, Sinqapur, Honkonq), "Marie Claire" (Honkonq), "Madame Figaro" (Tayvan, Tailand) jurnallarının üzlüklərində görünmüşdür. Tominaqa Con Qalyano, Vivianna Tam, Anna Sui, Kristian Dior, Karl Lagerfeld, Maykl Kors, Ralf Loren, Eli Saab, Aleksandr Makkuin kimi dəb modelyerləri, Valentino, Dolce & Gabbana, Lanvin, Gucci, Givenchy kimi brendlər üçün podiuma çıxmışdır. "Vogue" (ABŞ, Fransa, Britaniya, Yaponiya), "Harper's Bazaar", "i-D" kimi jurnallarda tez-tez görünmüş, Enni Leybovitz, Nik Nayt, Stiven Mayzel, Ellen fon Unvert, Mert və Markus, Peter Lindberq kimi dəb fotoqrafları üçün pozalar vermişdir. Tominaqa Yves Saint Laurent, Gucci, Hermès, Tag Heuer, Banana Republic və Moschino brendlərinin kampaniyalarında iştirak etmişdir. 2004-cü ildə buraxılmış Pirelli təqvimində görünmüşdür. Hazırda Tokioda yaşayır və modelliklə yanaşı, televiziya, radio və başqa fəaliyyətlər ilə məşğul olur. 2004-cü ilə bir yapon aşpazla evlənmişdir və 2005-ci ildə oğlu olmuşdur.
Ay Tsin
Ay Tsin (çin. ənən. 艾青, sadə. Aì Qīng), əsl adı Tsyan Çjenxan (çin. ənən. 蔣正涵, sadə. Jiǎng Zhènghán; 27 mart 1910[…], Çzinxua[d], Çjetszyan – 5 may 1996[…], Pekin) — Çin şairi. O, vətənpərvərlik mövzusunda "Günə doğru" (1938), "Şimal" (1939), "Sübh xəbərləri" (1943), "Bahar" (1956), "Qayıdış nəğməsi" (1980) şeir və şeirlər toplularının, "Poeziya haqqında" (1940) kitabının müəllifidir. Ay Tsin sərbəst şeir nəzəriyyəsinə mühüm töhfə vermişdir. Ay Tsin 27 mart 1910-cu ildə Tsin imperiyası ərazisində, Çjetszyan əyalətinin Çzinxua mahalında anadan olmuşdur.
Ay Veyvey
Ay Veyvey (çin. 艾未未; ing. Ai Weiwei; d. 28 avqust, 1957, Pekin, Çin) — Çinli müasir incəsənət rəssamı və fəal. Ay Veyvey 1957-ci il avqustun 28-də Pekin şəhərində anadan olub. Rəssamın atası görkəmli Çin şairi Ay Qing, 1950-ci illərin sonuna kimi sürgündə olmuş və 1978-ci ildə reabilitasiyasına kimi çap edilməmişdir.
Ay Xanım
Ay Xanım (fars. آی‌خانم‎, özb. Oyxonim) — Əfqanıstanın şimalında, Pənc çayının sol sahilində, Kökçə çayının mənsəbində yerdə kənd. Ay Xanım yaxınlığında 1965–1978-ci illərdə aparılan qazıntılar nəticəsində Yunan-Baktriya şəhəri aşkar edilmişdir. Bu, həmin mədəniyyətə məxsus məlum olan ən qədim yaşayış məntəqəsidir. Alimlər buranın Oksiana İsgəndəriyyəsi (q.yun. Ἀλεξάνδρεια ἡ ἐπὶ τοῦ Ὄξου) olduğunu güman edir. Tarn, W. W. The Greeks in Bactria and India. Chicago: Ares. 1984.
Ay avtomobili
Ay avtomobili (ing. Lunar rover, tam adı ilə: Lunar Roving Vehicle (LRV)) — Ayda istifadə üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsidir. Apollon proqramındakı Ay modulları ilə Aya nəql edilmişdirlər. Ay avtomobili, Aydakı aşağı cazibə mühitində işləmək, Ay səthində hərəkət etmək və Apollon astronavtlarına daha geniş bir ərazini tədqiq etməyə imkan vermək üçün hazırlanmışdır. Apollon 15-də David Scott və James Irwin tərəfindən, Apollon 16-da John Young ve Charles Duke tərəfindən, Apollon 17-də Eugene Cernan ve Harrison Schmitt tərəfindən istifadə edilən üç ədəd ay maşını Ay səthində olmuşdur. Hər vasitə gündə bir dəfə olmaqla, 3 günlük missiya dövründə 3 ayrı gəzintidə istifadə olunmuşdur. Apollon 15-in Ay avtomobili 3 saat 2 dəqiqə ərzində ümumilikdə 27,8 km yol qət etmişdir. Maksimum bir dəfəyə 12,5 km məsafə qət edilmiş və Ay modulundan maksimum 5 km məsafədə uzaqlaşılmışdır. Apollon 16-da Ay maşını ilə 3 saat 26 dəqiqə ərzində 26,7 km məsafə qət edilmişdir. Ən uzun gəzinti 11,6 km olmuş, və Ay modulundan maksimum 4,5 km uzaq yol gedilmişdir.
Ay cəngavəri
Ay cəngavəri (ing. Moon Knight) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman. İlk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxucuların qarşısına çıxmışdır. "Ay cəngavəri" adı altında ilk komiks isə 1980-ci ilin noyabrında nəşr olunmağa başlamışdır. İlk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxucuların qarşısına çıxmışdır. Duqlas Monç və Don Perlin tərəfindən yaradılan bu personaj bu komiksdə bir qurdadamını tutub Komitə adlı mafiyaya təhvil vermişdir. Daha sonra bu personaj tərəf dəyişdirmişdir və məlum olmuşdur ki, bununla mafiya haqqında gizli məlumatları əldə etmək üçün etmişdir. Az görsənsə də, oxuyucular tərəfindən sevilmişdir. 1980-ci illərə qədər Ay cəngavəri ancaq "Marvel Spotlight" komiksinin 28 və 29-cu saylarında görünmüşdür. Bundan başqa oxuyucular onunla "Möhtəşəm Hörümçək-adam" jurnalının 22 və 23-cü buraxılışlarında, "Halk", "MK", "Müdafiəçilər", "Marvel Preview" komikslərində də qarşılaşmışdırlar.
Ay erası
Yerdə sıxılma nəticəsində ilkin nüvədə və mantiyada yüksək təzyiq yaranmışdır. Bunun nəticəsində radiaktiv elementlərin (uran, radium, torium, plutonium) zəncirvari parçalanma reaksiyaları baş vermişdir ki, bunun da nəticəsində temperatur qalxmışdır. Yerin daxilində olan mantiya əriyərək odlu kütləyə çevrilmişdir. Ərinti maddələri bərl yer qabığı olmadığından rahatlıqla səthə qalxmışdır. Beləliklə, yer səthini tamamiylə lava axınları tutmuşdur. Ayda da belə bir püskürmələr baş verdiyi üçün bu mərhələ Ay erası adını almışdır. Hazırda Ayın səthində soyumuş lavalar, nəhəng vulkan kraterləri və konusları qalmaqdadır.
Ay fırıldağı
Ay fırıldağı — Bir qrup insan tərəfindən irəli sürülmüş bir iddiadır. Apollon Layihəsi ilə insanlığın Aya ayaq basmadığını, əslində bütün layihənin bir yalandan ibarət olduğu iddiaları ictimaiyyət də əhəmiyyətli dərəcədə tərəfdar toplamışdır. Bu iddialar tarixçilər və kosmik araşdırmaçıları tərəfindən qəbul edilmir və bu əsilsiz iddianı təsdiq edən çoxlu sayda elmi dəlillər mövcud olduğu üçün bu fakt, elmi ictimaiyyətdə şübhə doğurmur. Ay fırıldağı iddialarının ABŞ əleyhdarı olan ölkələr, toplumlar və şəxslər ilə yaxından əlaqəsi vardır. Çünki Apollon Layihəsi, Soyuq Müharibə illərində ABŞ ilə SSRİ-nin girişdiyi Kosmik yarışın bir parçası idi və ABŞ-nin qələbəsi ilə nəticələnmişdi. Xüsusilə siyasi olaraq müxalif və ABŞ xaricindəki milliyyətçi iqtidara meylli kəslər, Apollon Layihəsini ABŞ-nin qlobal təhkiminin bir simvolu olaraq görməkdədir. Bu kəslərin ABŞ əleyhdarı duyğuları, Aya insanın getməsi fikrinin gətirdiyi qeyri-mümkünlük hissiylə birləşincə Ay fırıldağı inancına səbəb olmuşdur. Ay enişlərinin saxtakarlıq olduğunu müdafiə edənlər, bu iddialarını müxtəlif konkret dəlillərlə dəstəkləməyə çalışır. Ancaq indiyə qədər iddiaların etibarlılığının qəti bir dəlili ortaya qoyulmamışdır. 2000-ci illərin sonlarından bu yana, Apollon proqramının Ay üzərindəki izləri LROC kosmik gəmisi tərəfindən yüksək keyfiyyətli fotoşəkillərlə göstərilmişdir.
Ay hesabı
Ay hesabı və ya dəhşətli hesab — normal hesab qaydalarına əsaslanmayan, sadəcə vurma və toplama əməllərinin olduğu hesab sistemi. Ay hesabında toplama alt-alta şəkildə yerinə yetirilir. Ədədlərin mərtəbə dəyərlərindən ən böyük olanı götürülür. Məsələn: 17 {\displaystyle 17} + {\displaystyle +} 25 {\displaystyle 25} = 27 {\displaystyle =27} Bu hesab əməlində hər iki ədədin təklik mərtəbəsinin dəyərləri müqayisə edilir. 17-in təklik mərtəbəsi 7, 25-in isə 5-dir. Cəmin təklik mərtəbəsinə böyük olan 7 yazılır. Sonra isə onluq mərtəbəsinə keçilir. 1 < 2 {\displaystyle 1<2} olduğu üçün cəmin onluq mərtəbəsinə 2 yazılır və cəm 27 olur. Vurma əməlini yerinə yetirərkən toplamanın əksinə olaraq mərtəbə dəyərlərindən kiçik olan götürülür. Məsələn: 17 {\displaystyle 17} ∗ 25 {\displaystyle *25} 15 {\displaystyle 15} + 12 {\displaystyle +12} 125 {\displaystyle 125} Əvvəlcə ikinci ədədin təklik mərtəbəsi birinci ədədin mərtəbələrinə sıra ilə vurulur, sonra isə eyni əməl ikinci ədədin onluqlar mərtəbəsinə də tətbiq edilir.
Azər (ay)
Azər (fars. آذر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin doqquzuncu ayı. Azər ayında 30 gün var. Bu ay 22 noyabrda başlayıb 21 dekabrda sona çatır. Azər payızın üçüncü ayıdır.
Boz ay
Boz ay (az-əbcəd. بوز آی‎) və ya Boz Çillə – azərbaycanlıların keçmiş adət-ənənəsinə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayı. Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya "yazın qırxlı çağı" da deyilir. Boz ay 22 fevralda başlayıb ilin qısa və uzun olması ilə bağlı olaraq 20–22 marta qədər davam edir. Bu ay hərəsi 7 gün olmaqla 4 kiçik çilləyə (çilləbeçəyə) bölünür. Kiçik Çillənin qurtarmasından Novruz bayramına, qarayaz ayına qədər davam edir. Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir.
Bəhmən (ay)
Bəhmən (fars. بهمن‎) — İran və Əfqanıstanın rəsmi təqviminin on birinci ayı. Bəhmən ayında 30 gün var. Bəhmən qışın ikinci ayıdır.
Qara Ay
Qara Ay (ブラックムーン一族, Burakku Mūn Ichizoku) və ya Qara Ay klanı — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında düşmən qrup. Qara Ay manqa seriyasının ikinci arkının, orijinal animenin ikinci mövsümünün və ikinci animenin 15-26-cı seriyalarının əsas düşmən qrupudur. Buna görə də seriyanın ikinci arkı "Qara Ay" adlanır. DiC ingilis adaptasiyasında qrup Neqamun soyu adlanır. Qara Ayın üzvləri Günəş sistemində yerləşən uydurma Nemesis planetindəndirlər. Planet "mənfi enerjinin planeti" kimi təsvir olunur, gözlə görünmür və ancaq Rentgen şüaları ilə tapıla bilir. Qara Ayın üzvlərinin hamısının alınlarının ortasında aşağı doğru yönəlmiş qara aypara işarəsi vardır. Bundan başqa Qara Ayın üzvləri onlara teleportasiya bacarığını verən Qara Kristaldan hazırlanmış xüsusi sırğalar taxırlar. Ölüm fantomu (デス・ファントム, Desu Fantomu) və ya Müdrik adam (ワイズマン, Waizuman) — Xaosun gələcəkdən gəlmiş ölümsüz forması. Seriya başlamazdan əvvəl o Kristal Tokio şəhərində adi insan kimi yaşayırdı.
Savaş Ay
Savaş Ay (26 mart 1954, İstanbul – 9 noyabr 2013, İstanbul) — Türkiyəli məşhur televiziya və qəzet müxbiri. Savaş Ay Marmara Ticari Elmlər Akademiyasında təhsil alıb. Jurnalistikaya 1974-cü ildə "Dünya" qəzetində müxbir olaraq başlayıb. "Tərcüman", "Vətən", "Milliyyət", "Sabah" qəzetlərində və "Akajans"da çalışıb. ATV, TGRT, Kanal D, Kanal 6, Show TV, Flash TV, təkrar ATV, Star TV və Kanal 1-də "A Takımı" adlı müzakirə proqramı aparıb. İngiliscə bilən jurnalist 2000-ci ildə "Dansöz" adlı filmin rejissorluğunu və ssenaristi olub. 2 uşağı olan Savaş Ay proqramlar təşkil edərək yoxsullara yardım edirdi. Savaş Aya xərçəng diaqnozu təsadüfən qoyulub.1998-ci ildə proqramdan dərhal sonra zəng edən həkim tamaşaçısı "qırtlağınızı bir yoxlatdırın, xərçəng ola bilərsiniz" deyib. Bu xəbərdarlığın ardından xəstəxanaya gedən Savaş Ay testlərdən sonra xərçəng olduğunu öyrənib. Diaqnozdan sonra dərhal müalicələrə başlanıb və məcburən siqareti tərgidib.
Super Ay
Super ay — Bu, Ayın yer planeti ətrafında fırlandığı elliptik orbitlə bağlıdır. Bu fenomen sayəsində Yerdən Ay diskinin adi haldan daha böyük ölçüsünü görə bilərsiniz. "Superay" termini astroloji mənşəlidir və dəqiq astronomik tərifi yoxdur. Bu hadisəni Ay illüziyası ilə qarışdırmaq olmaz ki, burada Ay üfüqdən aşağı bir mövqedə vizual olaraq daha yüksək yerdən daha böyük ölçüdə görünür. Super Ayın əksi mikroay və ya mikroay adlanır, baxmayaraq ki, əvvəlkindən fərqli olaraq bu termin o qədər də geniş istifadə olunmur. Rus dilində "supermoon" termini ilk dəfə 1979-cu ildə Dell Publishing tərəfindən nəşr olunan ulduz falı jurnalında istifadə edilmiş ingiliscə super ay terminindən gəlir. İldə 12 və ya 13 tam aydan 3 və ya 4-ü super ay kimi təsnif edilə bilər. Sonuncu ən böyük super ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bundan sonra növbəti dəfə belə təsir 28 ildən sonra təkrarlanacaq. Və sonuncu dəfə belə təsir 1948-ci ildə müşahidə olundu, o zaman Ay Yerə daha 50 kilometrə yaxındır., 27-28 sentyabr 2015-ci il tarixlərində super ay da qeydə alınıb, o, Rusiyanın Avropa hissəsində də görünən tam Ay tutulması ilə üst-üstə düşdü.
Tefida (ay)
Tefida və ya Saturn III, Saturn planetinin diametri 1,060 kilometr (660 mil) olan peykidir. Peyki 1684-cü ildə C.D. Kassini kəşf edib və ona Yunan mifologiyasının titanı Tefidanın adını verib.
Tir (ay)
Tir (fars. تیر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin dördüncü ayı. Tir ayında 31 gün var. Bu ay iyun ayında başlayıb iyul ayında sona çatır. Tir yayın ilk ayıdır.
Ay brilliant
Ay brilliant tammetrajlı bədii filmi rejissor Kənan Mahmudov tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Azad Azərbaycan TV və İlk medianın istehsalıdır. Filmdə hadisələr "Bozbash Pictures"dən tanıdığımız 5 əsas qəhrəmanın ətrafında cərəyan edir. Əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, Şamil Süleymanov və Pərvin Abıyeva ifa edirlər. Filmdə hadisələr "Bozbash Pictures"dən tanıdığımız 5 əsas qəhrəmanın ətrafında cərəyan edir. Filmin qəhrəmanlarından olan Şirin (Nicat Rəhimov) təsadüfən mafiyadan oğurlanmış medalyon əhvalatının qurbanına çevrilir. Nəticədə məsələni həll etmək istəyən Şirinin dostları — qohumları Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov) və Şirinin özü Hacı (Şamil Süleymanov) adlı mafiya başçısının əsiri olurlar. Bütün bu hadisələrin fonunda Topal (Sərdar İsgəndərov) adlı başqa mafiya başçısı da məsələyə qarışır.
Ayşə Sultan (I Əhmədin qızı)
Aişə Sultan (1605, Konstantinopol – 1660, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. Aişə Sultan 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, bacısı Gövhər Sultan kimi, Aişə Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. İlk nigahı 7 yaşında ikən - 1612-ci ilin fevralında şeyxülislam Xocazadə Mehmed Əfəndi tərəfindən sədrəzəm Nasuh Paşayla bağlandı. Bu şənliklər əsnasında bacısı Gövhər Sultan da kaptan-ı dərya Mehmed Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Belə ki, o əsnada sədrəzəm şərq cəbhəsində Səfəvi şahı Şah Abbasla sülh müzakirələrini davam etdirməkdə idi. Səfəvilərlə bağlanan İstanbul sülhünün ardından 1612-ci ilin dekabrında cütlüyün toy mərasimi keçirildi və mərasimin ardından azyaşlı sultan Nasuh Paşanın Atmeydanındakı sarayına (İbrahim Paşa sarayı) göndərildi. Ancaq yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Aişə Sultanın həddi-buluğa çatması gözlənildi.
Ayşə Xatun
Ayşə Xatun (1476, Bağçasaray – 1539, Konstantinopol) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Krım xanı Məngli Gərayın qızı. Həyatı haqqında yetərli məlumat yoxdur. Atası Məngli Gəray həm Krımdakı səltənətini gücləndirmək, həm də Osmanlıda davam edən taxt mübarizəsində yer almaq məqsədilə şahzadələrdən birinə yaxınlaşmaq niyyətində idi. İlk seçimi Sultan Bəyazidin ən kiçik oğlu və Krım yaxınlığındakı Kəfədə sancaqbəyi olan Şahzadə Mehmed oldu. Gəlinən qarşılıqlı razılığa əsasən, Ayşə Xatun 1504-cü ildə Şahzadə Mehmedlə nikahlandı. Bəzi mənbələrə görə, şahzadənin Fatma xanım Sultan (ö. 1566) adlı yeganə övladı məhz bu nikahdan dünyaya gəlmişdir. Ancaq taxt mübarizəsinin qızğın ərəfəsində ikən Şahzadə Mehmed 1507-ci ildə anidən vəfat etdi. Üstəlik onun taxt mübarizəsini davam etdirəcək bir oğlu da yox idi. Bu səbəblə yeni evlilik sazişi bağlananadək Ayşə Xatun Krıma geri qaytarıldı.
Ayşəgül Aldinç
Ayşəgül Aldinç (türk. Ayşegül Aldinç; 28 sentyabr 1957, İstanbul) — Türkiyə müğənnisi və aktrisası. Ayşəgül Aldinç 28 sentyabr 1957-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, jurnalist və idman yazıçısı Orxan Aldinç ilə rəssamlıq üzrə müəllim Süheyla Aldinçin qızıdır. Onun ata tərəfi boşnak mənşəlidir. İstanbulun Cahangir məhəlləsində böyüyən Aldinç orta təhsilini anasının təyinatları səbəbilə Taksim, Qocamustafapaşa və Fəriköy rayonlarındakı məktəblərdə keçirmişdir. O, orta məktəbi Sultanəhməd Oğlan İncəsənət Məktəbində bitirmişdir. Aldinç bundan sonra Tətbiqi İncəsənət Akademiyasının (indiki Mərmərə Universiteti tərkibində) Keramika fakültəsini bitirmişdir. O, məzun olduqdan qısa müddət sonra Anafartalar orta məktəbində rəssamlıq üzrə müəllim olmuş, İstanbul Akaretler orta məktəbində isə musiqi müəllimi kimi işləmişdir. Aldinç 1978-ci ildə Mehmet Teoman ilə professional musiqi karyerasına başlamışdır.
Ayşəgül Ağdəmir
Ayşegül Akdemir (23 may 1979, İstanbul) Türkiyənin İstanbul şəhərində anadan olub. Bir müddət Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsində oxuduqdan sonra baletə davam edib. Həmçinin bundan başqa İstanbul Akademiya İncəsənət Mərkəzində dekorasiya kostyum təhsili də alıb. Teatra Müjdat Gəzən Sənət Mərkəzi Aktyor studiyasında başlayıb və Ayla Algandan teatr bədən dili və plastik makiyaj təhsili alıb. Məzuniyyətdən sonra BKM-nin açdığı imtahan ilə seminar oyunçuları arasına qatılıb. Müxtəlif televiziya serialları, reklam və teatr oyunlarında oynayıb.
Ayşən Bayramova
Ayşən Bayramova (24 dekabr 1998) — gimnast. 24 dekabr 1998-ci ildə Rusiyanın Çita şəhərində anadan olmuşdur. Azərbaycanlı bədii gimnastdır. Azərbaycanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. Müxtəlif illərdə çox saylı Dünya Kubokları və Grand Prix mükafatçısı. 2018-ci ildə Avropa çempionatı bürünc mükafatçısı. 2019-cu il Bakı şəhərində təşkil olunmuş Dünya Çempionatında Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanmışdır. Ayşən Bayramova 24 dekabr 1998-ci ildə Rusiyanın Çita şəhərində anadan olmuşdur. 2007-ci ildən bədii gimnastika ilə məşğul olur. Bakı şəhəri 145 nömrəli tam orta məktəbi bitirib.
Ayşən Mehdiyeva
Ayşən Qruda
Ayşən Qruda (22 avqust 1944, Yeşilköy[d], İstanbul ili – 23 yanvar 2019, İstanbul) — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı. 23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü. Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir. Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır. Bacıları Ayben Erman və Ayten Erman da onun kimi aktyor olacaqdı. Televiziya skitlərindən birində canlandırdığı "Pomidor Gözəli Nahide Şerbet" obrazından sonra ləqəbi "Pomidor Gözəli" olaraq qaldı.
Ayşən Əbdüləzimova
Ayşən Əbdüləzimova (11 aprel 1993, Şəki) — Azərbaycan qadın milli voleybol komandasının kapitanı.
Ayşət Maqomayeva
Ayşət Maqomayeva (qızlıq soyadı və səhnə təxəllüsü: Kinjalova; 19 noyabr 1921, Şenji[d], Şimali Qafqaz diyarı[d] – 23 avqust 2003, Murmansk) — sovet teatr aktrisası. Stalin təqaüdçüsü (1941). SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin anası. Ayşət Maqomayeva 1921-ci il noyabrın 19-da Maykop şəhərində anadan olub.. Onun əsli haqqında oğlu Müslüm Maqomayev yazırdı ki, onun atası milliyyətcə türk, anası isə yarı adıgey, yarı rus olub. 1936-cı ildə Krasnodar Pedaqoji Məktəbini, 1941-ci ildə isə Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Bir müddət Bakıda yaşayıb. Onun teatr karyerasının əsas hissəsi Çimkənd Rus Dram Teatrında keçib. Burada o, "Şahzadə Turandot", "Həlim" və "Qara qızılgül" kimi bir çox tamaşalarda oynayıb. 1971-ci ildən 1978-ci ilədək Murmansk Vilayət Dram Teatrında işləyib.
Ayə
Ayə (ərəb. آية‎‎‎ – əlamət, işarə) — Quranda mətnin bölündüyü kiçik həcmli parçalar. Ayələr daha böyük parça olan surələrin tərkib hissələri kimi çıxış edir. Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır. Qurandakı ayələrin sayı mübahisəlidir. Nafiyə görə onların sayı 6235, Şeybəyə görə 6236, kufəlilərə görə 6236, misirlilərə görə 6236, müfəssir Zəməxşəriyə görə isə ayələrin 6236-dır.
Ayəsk
Ayəsk və ya Ayaz — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,023 nəfər və 1,399 ailədən ibarət idi.
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Ayətul-kursi
Ayətul-kursi - Bəqərə surəsinin 255-ci ayəsi. أَللّٰهُ لَا إِلٰهَ إِلَّا هُوَ ٱلْحَيُّ ٱلْقَيُّومُ ---- لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ---- لَهُ مَا فِي ٱلسَّمَوَاتِ وَمَا فِي ٱلْأَرْضِ ---- مَنْ ذَا ٱلَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ---- يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ---- وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ---- وَسِعَ كُرْسِيُهُ ٱلسَّمَوَاتِ وَٱلْأَرْضَ ---- وَلَا يَؤُدُهُ حِفْظُهُمَا وَهُوَ ٱلْعَلِيُّ ٱلْعَظِيمُ Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.
Ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır. Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Ayətullah Behcət
Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır. Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir. Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü. İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön altı yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür.
Ayətullah Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə baxmayaraq dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Ayətullah Bürucərdi
Seyid Hüseyn Təbatəbai Bürucirdi — İslam alimi. Tarix boyu İslam dünyasında məzhəblərarası münasibətləri yumşaltmağa çalışan bir sıra görkəmli alimlər olmuşdur. Bu mühüm vəzifəni yerinə yetirməyə çalışanlardan biri də XX əsrin məşhur alimi Seyid Hüseyn Bürucirdidir. Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi 1875-ci ildə İranın Luristan əyalətinin Bürucird şəhərində doğulmuşdur. Xeyli elm adamı yetişdirən tanınmış ailəyə mənsubdur. Kiçik yaşlarından dini elmlərə böyük həvəs göstərmiş, ilk təhsilini Nurbəxş mədrəsəsində almışdır. Bu dövrdə əsas müəllimi atası Seyid Əli olmuşdur. Sonra isə biliyini artırmaq üçün İsfahana yollanmışdır. Orada Seyid Məhəmməd Bağır Dərcayi, Əbul-Məali Kəlbasi, Məhəmməd Tağı Müdərrisi, Məhəmməd əl-Kaşani, Molla Məhəmməd Kaşi və Mirzə Cahangir xan Qaşqay kimi tanınmış alimlərdən təhsil almışdır. İyirmi iki yaşında ikən atasının təkidilə doğma şəhərinə qayıdaraq ailə həyatı qurmuş və bir neçə ay burada qaldıqdan sonra həyat yoldaşı ilə birgə yenidən İsfahana dönmüş və təhsilini davam etdirmişdir.
Ayətullah Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Ayətullah Kazım Şəriətmədari
Seyid Məhəmməd Kazım Şəriətmədari (az-əbcəd. سید محمد کاظیم شریتمداری‎; fars. محمد کاظم شریعتمداری‎), həmçinin Şəriət-Madari (6 yanvar 1906, Təbriz – 3 aprel 1986, Tehran) — İranın böyük ayətullahı. Əslən İran azərbaycanlılarındandır. O, din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi və ABŞ-ın Tehrandakı səfirliyində diplomatların girov götürülməsini pisləyən Ali Rəhbər Ruhullah Xomeynini tənqid edirdi. 1906-cı ildə Təbrizdə azərbaycanlı (türk) ailəsində anadan olan Şəriətmədari İran və İraqda on ikilik şiələrinin ən yüksək səviyyəli ruhanilərindən biri olub, uzaqgörənliyi və liberal baxışları ilə tanınıb. 1961-ci ildə Ali və Böyük Ayətullah Bürücirdinin (Mərcə' Mutlaq) vəfatından sonra İran, Pakistan, Hindistan, Livan, Küveyt və Fars körfəzinin cənubundakı dövlətlərdə ardıcılları ilə aparıcı mərcələrdən birinə çevrilib. 1963-cü ildə o, şahın Ayətullah Xomeynini Böyük Ayətullah kimi tanıyaraq onu edam etməsinə mane oldu, çünki İran konstitusiyasına görə bir Mərcə edam edilə bilməzdi. Bunun əvəzinə Xomeyni sürgün edildi. Aparıcı müctəhid kimi o, Xomeyninin gəlişinə qədər Qum seminariyasının rəhbəri idi.
Ayətullah Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ayətullah Meşkini
Əliəkbər Meşkini (2 dekabr 1922, Meşginşəhr, Ərdəbil ostanı – 30 iyul 2007, Tehran) — müctəhid, İslam alimi. Feyz Alni (Meşkini) Əliəkbər Əli oğlu 1921-ci ildə Meşkin şəhərinin ətraf kəndlərinin birində anadan olmuşdur. Rəhbərliyin Xübrəqan Məclisinin 1-ci, 2-ci və 3-cü məclislərinin sədri, Qum Elmi Hövzəsinin Müəllimlər birliyinin üzvü, Xuzestan İslam İnqilabı məhkəmələrinin şəri hakimi, Konstitusiyaya yenidən baxan şuranın sədridir. Uşaqlıq illərində Nəcəf şəhərində - atası dini elmləri öyrənmək üçün orada idi – təqribən 4 il ibtidai təhsil alıb. Sonra atası ilə birlikdə doğma vətənə qayıdıb və dini elmlərin müqəddimə dərslərini ondan öyrənib. Atası vəfat etdikdə onun dini elmlər sahəsində təhsili davam etdirmək barədə təkidli tövsiyəsinə əməl etmək üçün Ərdəbil şəhərinə gedib. Orada bir neçə ay ərəb dilinin qrammatikası dərslərini oxuduqdan sonra pəhrizkar bir alimlə görüşü həyatında dəyişilik yaradıb. Bu, Rza xan Pəhləvinin əmri ilə hücuma məruz qalmış Məşhəd şəhərinin Gövhərşad məscidində ölən və yaralanların arasından sağ çıxmış bir şəxs idi. Əliəkbər onunla tanış olduqdan sonra təhsilini davam etdirmək üçün Ərdəbil tələbələri ilə birlikdə Qum şəhərinə getməyi qərara alıb. Rza xan hakimiyyətinin sonuncu illəri idi.
Ayətullah Mirzə İbrahim Badkubeyi
Ayətullah Məhəmməd Fazil Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ayətullah Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Ayətullah Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.

Значение слова в других словарях