is. Heç bir şeydən xəbəri olmama; xəbərsizlik
sif. Gözdən yaş axmasına səbəb olan, gözü yaşardan. Gözyaşardıcı qazlar
is. Gözyaşardıcı şeyin xassəsi. Qazın gözyaşardıcılıq xüsusiyyəti
sif. Yeknəsəqliyi, rənglərinin uyğunsuzluğu və s.-yə görə gözü yoran, çox baxmaq mümkün olmayan. Gözyorucu boz səhra
is. Gözü yoran şeyin xassəsi; gözü yorma
təql. Bir şey düşərək bir yerə dəydikdə hasil olan boğuq səs. Gum-gum gumbuldamaq. – …Yağmur alaçığın keçələrini gum-gum qamçılayırdı
təql. İçiboş bir şeyi vurduqda çıxan səs
“Gumbuldamaq”dan f.is
f. Gumbultu səsi çıxarmaq, gumb eləmək. Çəllək yerə düşüb gumbuldadı. – Qalxan gumbuldayar, şəmşirlər oynar
“Gumbuldatmaq”dan f.is
f. Gumbultu səsi çıxarmasına səbəb və ya vasitə olmaq. Ləyəni yerə salıb gumbuldatmaq. Ayaqları ilə döşəməni gumbuldatmaq
təql. Ağır bir şey düşdükdə, yaxud bir şeyə dəydikdə çıxan çox bərk, boğuq səs. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü
bax gum-gum. Gumur-gumur gumurlanmaq
“Gumurlanmaq”dan f.is
f. Gumur-gumur səs çıxartmaq. Qoç Koroğlu naləsindən; Dağlar gumur-gumurlanır. “Koroğlu”
təql. Yuxarıdan düşən ağır şeyin çıxardığı səs. □ Ürəyi gup eləmək – ansızın pis bir hadisədən, xəbərdən qorxmaq, ürəyi düşmək
təql. 1. Ayağın yerə tez-tez dəyməsindən hasil olan səs. Bir fincan çay içəriçməz pilləkənləri gup-gup başıaşağı endim
bax gup-gup. Ürəyi guppagup döyünür
“Guppuldamaq”dan f.is
f. Guppultu səsi çıxarmaq
“Guppuldatmaq”dan f.is
icb. Guppultu səsi çıxarmasına səbəb olmaq. Çaydanı yerə salıb guppuldatmaq
is. 1. Gup-gup səsi. Eşitdilər birdən at hənirtisi; Silah şaqqıltısı, guppultu səsi. H.K.Sanılı. Kompressor stansiyasından gələn yeknəsəq guppultunun
“Gupsamaq”dan f.is
f. Birdən şiddətlə vurmaq, ilişdirmək. Nəriman … daşı var gücü ilə Robertin başına gupsadı… Mir Cəlal
sif. 1. Güclü, qüvvətli, şiddətli. Günəşin gur şüaları. – Ocağı gur (z.) qaladı; Günortaya hazır oldu çığırtma
zərf 1) gurultu ilə, bol və güclü çıxan və ya axan suyun çıxardığı səs haqqında. Çay gur-gur axır; 2) alışaraq, şiddətlə
zərf 1. Şiddətlə, gurultu ilə. Mart ayının əvvəlləri olmasına baxmayaraq, dəmir soba gurhagur yanırdı
“Gurlamaq”dan f.is
f. 1. Bərkdən səslənmək, gurultu qoparmaq, guruldamaq. Hiddət ilə ruzigar gurlar; Qar parçaları səmaya fırlar
“Gurlanmaq”dan f.is
f. Şiddətlənmək, güclənmək. Ocaq daha da gurlandı
“Gurlaşmaq”dan f.is
f. 1. Daha da gurultulu olmaq, əvvəlkindən gur səslənmək. Səsi daha da gurlaşırdı. 2. Şiddətlənmək, artmaq, güclənmək
sif. Gurultu səsi çıxaran, gurlayan
təql. Ağır bir şey düşdükdə çıxan səs. ◊ Ürəyi gurp eləmək – bax ürəyi gup eləmək (“gup”da)
zərf Guppultu ilə, birdən, nagahani. Gurpadan düşmək
sif. Saçı gur olan, qalınsaç. Gursaçlı qız
is. Qalınsaç(lı)lıq
sif. Səsi gur olan, gur səs çıxaran. Gursəs(li) kişi
is. Səsi gur olma
sif. Çox bərk və sürətlə yağan. …Gurşad yağmur ehtiyatsız yolçuları islanmış cücəyə döndərir. M.Rzaquluzadə
təql. Ocaqda, sobada odun, kömür, qaz yanarkən çıxan səs. Ocaq gurtagurt saldı
“Guruldamaq”dan f.is
bax gurlamaq. Yağmasa da guruldayır. (Məsəl). Dərin darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar