Azərbaycan dilinin izahlı lüğəti

  • KÜLƏŞLƏNMƏK

    məch. Küləşlə örtülmək, üstünə küləş salınmaq, küləş döşənmək. Daxmanın damı küləşlənib

    Tam oxu »
  • KÜLƏŞLƏTMƏ

    “Küləşlətmək”dən f.is

    Tam oxu »
  • KÜLƏŞLƏTMƏK

    f. Üstünü küləşlə örtdürmək, üstünə küləş saldırmaq (döşətmək). Damı küləşlətmək

    Tam oxu »
  • KÜLƏŞLİ

    sif. 1. Küləşi olan. Hətəm dayı … küləşli taxıl yerlərinə baxırdı. Mir Cəlal. 2. Küləşlə örtülmüş, küləş qoyulmuş yaxud küləşlə doldurulmuş

    Tam oxu »
  • KÜLƏŞLİK

    is. Küləş olan yer, küləş, tökülmüş yer; kövşənlik. Biçilmiş tarlaların küləşliyindən bildirçinlərin … səsləri gəlirdi

    Tam oxu »
  • KÜLFƏ

    is. İşıq düşmək üçün tikilinin (əsasən, dəyənin) damında baca, işıq yeri; işıqlıq

    Tam oxu »
  • KÜLFƏT

    is. [ər.] 1. bax ailə 1-ci mənada. Bir külfətdə dörd nəfər uşaq var… C.Məmmədquluzadə. [Qafar:] Pinəçilik edib yeddi baş külfətin ruzisini bir tövr il

    Tam oxu »
  • KÜLFƏTARASI

    sif. Ailə daxilində baş verən, ailədə olan. Külfətarası söhbət

    Tam oxu »
  • KÜLFƏTLİ

    sif. Külfəti olan, arvad-uşağı olan; ailəli. Külfətli adam

    Tam oxu »
  • KÜLFƏTLİKLƏ

    zərf Bütün ailə birlikdə, bütün külfət bir yerdə; ailəliklə. Külfətliklə gəzməyə getmək

    Tam oxu »
  • KÜLFƏTSİZ

    sif. Külfəti, ailəsi olmayan, arvad-uşağı olmayan, evli olmayan; ailəsiz

    Tam oxu »
  • KÜLFƏTSİZLİK

    is. Külfəti, ailəsi, arvaduşağı olmama; külfəti olmayan adamın halı

    Tam oxu »
  • KÜLXAN

    is. [fars.] köhn. 1. Odunla qızdırılan hamamın odluğu, ocağı. Külxanı təmizləmək. – Bir yetim tifildi baldırı açıq, başı keçəl; Mənzili şamü-səhər köh

    Tam oxu »
  • KÜLXANA

    [fars.] bax külxan 1-ci mənada. Ata-ana sözünə baxmayan külxanada yatar. (Ata. sözü)

    Tam oxu »
  • KÜLXANAÇI

    bax külxançı. Yaşıllaşmaqda olan düzlükdən ara-sıra ötən qatarlar tüstülü kösöv gəzdirən külxanaçılara bənzəyirdi

    Tam oxu »
  • KÜLXANÇI

    is. köhn. Külxanada işləyən adam, hamam ocaqçısı

    Tam oxu »
  • KÜLQABI

    is. Papiros külünü və kötüyünü tökmək üçün xüsusi qab. Yusif papirosu axıra qədər sümürüb külqabıya atdı

    Tam oxu »
  • KÜLL

    [ər.] 1. Bütün, cümlə, cəmi; bütöv, tam halda; ümum, ümumiyyətlə. Bir küll halında. – Bəli, biz burada Mozalan kəndinin xəstəliyi olan sümük azarından

    Tam oxu »
  • KÜLLƏMƏ

    1. “Külləmək”dən f.is. 2. sif. Qaynar kül içərisində bişirilmiş. Külləmə kartof

    Tam oxu »
  • KÜLLƏMƏK

    f. 1. Kül tökmək, kül sərmək. Ləkləri külləmək. Ağacların dibini külləmək. 2. Lavaşı yandırmamaq üçün saca, hisdən qorumaq üçün qazana və s

    Tam oxu »
  • KÜLLƏNMƏ

    “Küllənmək”dən f.is

    Tam oxu »
  • KÜLLƏNMƏK

    məch. 1. Üstünə kül tökülmək, külə batmaq, küllə dolmaq. Xörək küllənmişdi. 2. qayıd. Külə dönmək, kül olmaq

    Tam oxu »
  • KÜLLƏŞMƏ

    “Külləşmək”dən f.is

    Tam oxu »
  • KÜLLƏŞMƏK

    f. Yanıb külə dönmək, yanıb kül olmaq. Köz külləşdi

    Tam oxu »
  • KÜLLİ

    sif. [ər.] Saysız-hesabsız, çoxlu, çox. Külli zərər. Külli məbləğ. Külli miqdar. Külli qoşun

    Tam oxu »
  • KÜLLİYYAT

    is. [ər.] Bir yazıçı və ya alimin çap edilmiş bütün əsərlərinin toplusu. M.F.Axundzadənin külliyyatı

    Tam oxu »
  • KÜLLÜ

    sif. 1. Külə bulaşmış, külə batmış, içində kül olan. Küllü çörək. 2. Tərkibində kül olan. Bitkiləri küllü su ilə dezinfeksiya etmək

    Tam oxu »
  • KÜLLÜK

    is. 1. Kül tökülən yer. Toyuqlar küllükdə eşələnir. – Külü küllükdən götür. (Ata. sözü). Zibil təpə olsa, küllük dağ olmaz; Yel əsəndə alçaqlara endir

    Tam oxu »
  • KÜLMƏ₁

    is. zool. Siyənək fəsiləsindən yeyilən balıq

    Tam oxu »
  • KÜLMƏ₂

    is. məh. Yaş baramanı sıxıb qurutmaq üçün çən

    Tam oxu »
  • KÜLRƏNGİ

    sif. Kül rəngində olan; boz

    Tam oxu »
  • KÜLTƏMİZLƏYƏN

    sif. xüs. Külü təmizləməyə xidmət edən. Kömür tökülən baca, kültəmizləyən bacadan bir qədər hündürdə olur

    Tam oxu »
  • KÜLÜ

    sif. 1. k.t. Bozumtul-ağ. Külü torpaq. 2. Kül rəngində olan, kül rənginə çalan; boz, külrəngi. Külü parça

    Tam oxu »
  • KÜLÜF

    is. Dağ, qaya dibində oyuq yer, balaca mağara. Ay Pası, kafir çoxdan bizim yuxarı qayanın külüfündə yaşayır

    Tam oxu »
  • KÜLÜNG

    is. Daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət. Külünglə yer qazımaq

    Tam oxu »
  • KÜLÜNGÇÜ

    is. Külünglə işləyən, külüng işlədən, torpaq qazıyan fəhlə. Külüngçülər başladılar minarənin dibini qazımağa

    Tam oxu »
  • KÜLÜNGLƏMƏ

    “Külüngləmək”dən f.is

    Tam oxu »
  • KÜLÜNGLƏMƏK

    f. Külünglə qazımaq, külünglə əzmək (torpağı, kəsəyi və s.-ni). [Qadir] …bir az o yanda torpaq qazıyanlara yaxınlaşıb yeri külüngləməyə başladı

    Tam oxu »
  • KÜLÜNGLƏNMƏ

    “Külünglənmək”dən f.is

    Tam oxu »
  • KÜLÜNGLƏNMƏK

    məch. Külünglə qazılmaq, külünglə əzilmək (torpaq, kəsək və s.). Bağ külünglənmişdi

    Tam oxu »
  • KÜM

    is. dan. Barama, barama qurdu

    Tam oxu »
  • KÜMBƏD

    bax künbəz. Bu fikirdə ikən gözümə bir kümbəd dəydi. S.S.Axundov

    Tam oxu »
  • KÜMBƏDLİ

    bax künbəzli. Tamam üstü kümbədli bir köhnə məzar tapır və içində gizlənir. S.S.Axundov

    Tam oxu »
  • KÜMBƏZ

    bax künbəz. Bu fikirdə ikən gözümə bir kümbəd dəydi. S.S.Axundov

    Tam oxu »
  • KÜMBƏZLİ

    bax künbəzli. Tamam üstü kümbədli bir köhnə məzar tapır və içində gizlənir. S.S.Axundov

    Tam oxu »
  • KÜMÇÜ

    məh. bax baramaçı 1-ci mənada. [Heydər bəy:] Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görünməyib

    Tam oxu »
  • KÜMÇÜLÜK

    bax baramaçılıq. Kümçülüklə məşğul olmaq

    Tam oxu »
  • KÜMDAR

    bax kümçü

    Tam oxu »
  • KÜMDARLIQ

    bax kümçülük

    Tam oxu »
  • KÜMXANA

    is. Küm saxlamaq üçün qarğıdan, ağacdan və s.-dən düzəldilmiş qəfəsəli yer, tikili. Kümxananı qaydaya salmaq

    Tam oxu »