BAĞ BELƏ, BOSTAN BELƏ
BAĞAYARPAĞI İLƏ QUZUQULAĞINI TANIMAMAQ
OBASTAN VİKİ
Ya istiqlal, ya ölüm
"Ya istiqlal, ya ölüm" — Mustafa Kamal Atatürkün Sivas konqresinə çıxışı zamanı istifadə etdiyi ifadə.
Ya Salam
“Ya Salam” (ərəbcə: يا سلام‎) ərəb pop ulduzu Nensi Ajramın 3-cü albomu olub, 2003-cü ildə buraxılmışdır. Albomun mahnıları 2002-2003-cü illərdə yazılıb. Bu, ona böyük uğur qazandıran albom hesab olunur. Janrı - ərəb popudur. Davamiyyəti – 39:00. İstehsalçı şirkət - Megastar / Relax-In. Prodüser – Jiji Lamara. == Mahnıların siyahısı: == "Akhasmak Ah" – 4:57/ Küsərəm, hə. "Nasseto Garho" – 4:39/ Yarasını unutdurdum "Yay (Sehr Oyouno)" – 4:23/ Wow (Gözlərinin sehri) "Inta W Bass" – 4:56/ Yalnız sən "Ya Salam" – 4:37/ Ah, necə əla "Ahla Jaw" – 3:54/ Ən yaxşı həyat "Eynann Tara" – 4:07 / Gözlər görür "Inta" – 4:14/ Sən "Ashkaraballi" – 3:13/ Açıq-aşkar bəlli == Sinqllar: == Sinqllar: Akhasmak Ah (10 həftə 1-ci oldu) Ya Salam Yay (Sehr Oyoono) (6 həftə 1-ci və 5 həftə 2-ci oldu) Ahla Jaw (2-ci pillə) == Albomun 2003-cü ildə Hit Paradlarda tutduğu yer: == == Klipləri: == “Akhasmak, ah” köhnə ərəb filmlərini xatırladan klipdir. Bu klipdə müğənni öz müştəriləri üçün oynayan kafe meneceri kimi nümayiş olunur.
Ya Tabtab
"Ya Tabtab" (Ərəbcə: "يا طبطب") Livan müğənnisi Nensi Ajramın 15 fevral 2006-cı ildə çıxmış 5-ci studiya albomudur. Bu albom Nensinin öncəki tərzi ilə davam edərək, 9 ənənəvi Misir və 2 Livan ruhlu mahnıdan ibarət idi. Onlardan biri də böyük uğur qazanmış "Lawn Oyounak" sinqlı idi. Yumoristik Misir ənənəvi abu havasından ilhamlanan “Ya tabtab” Nensinin karyerasında möhtəşəm dönüş idi. Bir müddət öncə Nensi haqqında "mahnılarını öz bədəni ilə oxuyur" tənqidi yayılmışdı. Bu mahnı, həmin tənqidlərə cavab olaraq buraxılan aparıcı sinql idi. Qəribədir ki, Nensi bu klipdə tamamilə məzhəkəçi kimi geyərək, ümumiyyətlə bədənini zərrə qədər göstərməmişdir. Bununla o, haqqında dolaşan şaiyələrin nə dərəcədə yanlış olduğunu göstərmiş oldu. Burada o enli paltarda onunla uşaqca və məsum davranmayan bir insan üçün mahnı oxuyur. == Hitləri və Klipləri: == Aparıcı mahnı olan “Ya Tabtab” 10 fevralda çıxmış və 3 həftə ərzində 1-ci pillədə olmuşdu.
Ya (kiril)
Ya (Яя; italic: Яя) ― kiril hərfi.
Ya Qarabağ, Ya Ölüm (mahnı)
Ya Qarabağ, ya ölüm — 1999-cu il tarixində video kimi təqdim olunmuş, Dəyirmanın sayca ikinci olan Qurd albomundan olan mahnı. Mahnının sözləri Ozan Arifə, musiqisi və aranjimanı Aytən İsmixanovaya aiddir. == Klip == Mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
Ya istiqlal, ya ölüm (serial)
Ya İstiqlal Ya Ölüm — Yasin Uslunun rejissorluq etdiyi, ssenari müəllifi Ercan Mehmet Erdem olan, Türkiyə istehsalı tarixi mini televiziya serialıdır. Serialda İstanbulun işğalı və 16 mart 1920-ci ildə Parlamentin dağıdılması, Mim Mim qrupunun işğal altında olan İstanbulda mübarizəsi, Mustafa Kamal Paşanın liderliyində təcəssüm olunan Kuvâ-yi Milliyə hərəkatı və yeni hadisələr yer alır. Ankarada 23 aprel 1920-ci ildə parlamentin açılışı ilə birlikdə qurulma prosesi izah edilir. Serial 20 aprel 2020-ci ildə 12-ci seriyası ilə finala çıxdı.
Ya Qarabağ, ya ölüm (mahnı)
Ya Qarabağ, ya ölüm — 1999-cu il tarixində video kimi təqdim olunmuş, Dəyirmanın sayca ikinci olan Qurd albomundan olan mahnı. Mahnının sözləri Ozan Arifə, musiqisi və aranjimanı Aytən İsmixanovaya aiddir. == Klip == Mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
Ya Qarabağ, ya ölüm (film, 2013)
Ya Qarabağ, Ya Ölüm — 2013-cü ildə çəkilən Azərbaycan sənədli filmi. == Məzmun == Filmdə yaradıcı heyət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bu gün düşmən tapdağında olduğunu hər kadrda donə-donə xatırlamağa, unutmamağa səsləyir. == Haqqında == Çəkilişlər Xocavənd rayonunun Nərgiztəpə ərazisində, Bakı, Şamaxı və İsmayıllı rayonlarında aparılıb. Film Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi və təşəbbüsü ilə çəkilib. Filmin ideya müəllifi yaşadığı həyatda Qarabağ faciəsinin acısını təmamilə dadmış, vətən uçün qardaşları ilə birgə vuruşmuş Xocavənd RİH-nin başçısı Eyvaz Huseynovdur. Filmin iştirakçıları da bu gün türk dunyasının qəbul etdiyi, tanıdığı insanlardır: yazıçı-publisist, sənətçi Ahmet Şafak, xalq artisti Mənsum İbrahimov, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı, Muğam Müsabiqəsinin iştirakçısı Səadət Cavadova. Çağdaş ədəbiyyatımızda öz imzası və istedadı ilə seçilən, Vətən, Yurd, Qarabağ mövzusunda əsərlərin müəllifi Sona Vəliyevanın filmdə səslənən şeirləri bizi düşmən tapdağında qalan torpaqlarımıza səsləyir… == Təqdimatı == 10 iyun 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə çəkilmiş "Ya Qarabağ, Ya Ölüm" filminin Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilmişdir.
Davam Ya Tamam
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Yon Ya-Yun
Yon Ya-Yun (5 fevral 1983) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yon Ya-Yun Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub.
Çoy Eun-ya
Qanso Naqahama-ya
Qanso Naqahama-ya (元祖長浜屋, hərf. "Orijinal Naqahama dükkanı") – Yaponiyanın Fukuoka şəhərində yerləşən ramen dükkanı. == Tarixi == "Naqahama-ya" 1952-ci ildə yemək yeməyə çox vaxt ayıra bilməyən yerli balıqçıların ehtiyacını qarşılamaq məqsədilə yaradılmışdır. Dükkan Fukuokanın mərkəzində yerləşən Naqahama məhəlləsində yerləşdiyi üçün bu adı almışdır. Dükkanın təklif etdiyi nazik əriştə və donuz sümüyü bulyonundan ibarət olan ramen populyar olmuş və Naqahama rameni kimi tanınmağa başlamışdır. Fukuoka şəhərində orijinal dükkanın köhnə işçiləri tərəfindən yaradılmış bir çox Naqahama-ya ramen dükkanı yerləşir. Onlardan bəziləri özlərini "qanso" (orijinal) dükkanı adlandırırlar. 2008-ci ildə orijinal dükkan müvəqqəti olaraq bağlanmış və sadəcə rəsmi filialı fəaliyyət göstərməyə davam etmişdir. 2010-cu ildə orijinal dükkan yeni bir məkanda açılmış və filial bağlanmışdır. == Xüsusiyyətlər == Orijinal dükkanın yerləşdiyi keçmiş məkanda dükkanın yeni yerini göstərən neon lövhələr, oxlar və bannerlər quraşdırılmışdır. Keçmiş yer tarixi yer hesab olunur.
Həqiqət ya cəsarət
Həqiqət ya cəsarət və ya Ölənə qədər oyna (ing. Truth or Dare) — rejissor Robert Hitin çəkdiyi Britaniya triller filmidir. Filmin premyerası 6 avqust 2011-ci ildə bütün dünyada baş tutmuşdur. Filmin Rusiyada premyerası isə 29 mart 2012-ci ildə baş tutmuşdur. == Rollarda == Devid Okus — Castin Tom Keyn — Feliks Liam Boyl — Pol Cek Qordon — Kris Florens Holl — Cemm Cenni Jak — Eleonor Aleksandr Vlahos — Luk Ceyson Maza — Cinsi Devid Stern — Vudbric == Rəylər == The Daily Telegraph qəzeti filmi "faktiki olaraqsadist pornonun yumşaq versiyası" adlandırmışdır. HorrorNews.net saytı film haqqında müsbət fikirlər bildirmiş, bu filmi öz janrının ən yaxşı ənənələrini özündə birləşdirən psixoloji hekayə adlandırmış və Alfred Hiçkokun özünün bu film ilə fəxr edəcəyini qeyd etmişdir.
Do Ya Do Ya (Wanna Please Me)
Do Ya Do Ya (Wanna Please Me) – Samanta Foks tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Fön və ya fyon
Harmattan və ya Hamattan
Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir. Sinif Növlər == Ümumi xarakteristikası == Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
Manqrlar və ya Manqrovlar
Manqrovlar — Əsasən 25° şimal en dairəsi və 25° cənub en dairəsi arasında tropik və tropik altı şorakət sahildə çöküntü yetişmə mühitiində yetişən və sıx meşələr təşkil edən müxtəlif orta hündürlükdə ağac növləri, kollara və onların meydana gətirdikləri meşələrə verilən addır. == Həmçinin bax == Tuqay meşələri == Ədəbiyyatı == Hogarth, P. J., 1999: The Biology of Mangroves, Oxford University Press (ISBN 0-19-850222-2). Thanikaimoni, G., 1986: Mangrove Palynology, UNDP/UNESCO and the French Institute of Pondicherry, ISSN 0073-8336 (E). Tomlinson, P. B., 1986: The Botany of Mangroves, Cambridge University Press. Jayatissa, L. P., Dahdouh-Guebas, F. & Koedam, N. (2002). A review of the floral composition and distribution of mangroves in Sri Lanka. Botanical Journal of the Linnean Society 138: 29–43.
Olum ya ölüm (mahnı)
Olum ya Ölüm — Azərbaycanın repçisi Hüseyn Dərya tərəfindən yazılan dini mahnıdır. Mahnı 2012-ci ildə "Youtube" portalına yerləşdirilib. 60 min baxış sayına yüksəlib. == Mahnının yaradıcıları == Söz: Hüseyn Dərya Musiqi: Hüseyn Dərya Rejissor: Hüseyn Dərya Operator: Hakim Ağayev Montaj: Samir Xəttab Ney: Vüqar Hüseynov == Siyahı == Hüseyn Dəryanın "Sus" albomunun bir hissəsidir. Dini məzmunda olan repdir. Vaxtı 4 dəqiqə 28 saniyədir. 2012-ci ildə buraxılıb.
Toyuq və ya yumurta
Toyuq və ya yumurta — səbəbiyyət dilemması ki, adətən bu şəkildə ifadə olunur: "“toyuqmu, ya yumurtamı əvvəl olub?".Qədim filosoflara, ilk toyuqmu və ya yumurtamı sualı, ,ümumiyyətlə həyat və kainatın necə başlandığı suallarını doğurmuş.
Ya devuşka vostoçnaya (konsert)
Ya-Dranq vadisi döyüşü
Ya-Dranq vadisi döyüşü və ya Dranq çayı vadisi döyüşü — 1965-ci ildə Vyetnam müharibəsinin əvvəllərində Çu-Ponq massivinin şərq ətəyində aparılan Pleyku kampaniyası çərçivəsində ABŞ ordusu və Vyetnam Respublikası Ordusu (VRO) ilə Vyetnam Xalq Ordusu (VXO) arasında ilk böyükmiqyaslı döyüş. Ya-Dranq vadisi döyüşü iki vertolyot eniş meydançasında (EM) mərkəzləşdirilmiş iki əsas tapşırıqdan ibarət idi. Onlardan birincisi İks-Rey EM-si kimi tanınan, ardınca isə Ya-Dranq vadisindən daha şimalda yerləşən Albani EM-si idi. Bu, Vyetnam müharibəsinin ən şiddətli, qanlı və tez-tez xatırlanan döyüşlərindən biridir. Bu, ilk dəfə irimiqyaslı vertolyot ilə hava hücumu və həmçinin "Boeing B-52 Stratofortress" strateji bombardmançılarının taktiki dəstək rolunda istifadə edilməsi ilə tanınır. Bu döyüş Vyetnam müharibəsinin planını təyin etmişdi. ABŞ tərəfi hava hərəkətliliyinə, artilleriya atəşinə və yaxın hava dəstəyinə güvənirdi, VXO isə Amerika qüvvələri ilə çox yaxın məsafədən tez bir zamanda münaqişəyə girərək bu atəş gücünü zərərsizləşdirirdi. Birinci tapşırıq 14–16 noyabr tarixlərində İks-Rey EM-sində baş tutmuşdur. Mühasirəyə alınan və sayca üstün bir qüvvənin şiddətli atəşi altında qalan Amerika qüvvələri Şimali Vyetnam qüvvələrini üç gün ərzində, əsasən, hava qüvvələrinin dəstəyi və ağır artilleriya bombardmanı sayəsində geri çəkə bilmişdi. Amerikalılar 10:1 öldürmə nisbətinə istinad edərək İks-Rey EM-sini taktiki qələbə kimi qəbul etmişdilər.
Seç ya da öl
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
Xeybər Xeybər ya yəhud
"Xeybər Xeybər ya yəhud, ceyş Muhəmməd səvfə yəud" (ərəb. خيبر خيبر يا يهود جيش محمد سوف يعود‎; "Xeybər Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdacaq") — ərəb dilində islam tərənnümü. Burada Məhəmmədin başçılıq etdiyi müsəlman qüvvələrinin indiki Səudiyyə Ərəbistanında Xeybər vahəsində yaşayan yəhudiləri məğlub etdiyi Xeybər döyüşünə istinad edilir. "PBS" və "Times of Israel" xəbər agentlikləri, Müsəlmanlar Antisemitizmə Qarşı və Antidiffamasiya Liqası təbliğat qrupları tərənnümü antisemitizm hesab edir. == Zəmin == Bu şüar 1980-ci illərin sonlarında Birinci İntifada zamanı Fələstin islamçı HƏMAS təşkilatının qurucusu Əhməd Yasin tərəfindən irəli sürülmüşdür. O vaxtdan bu şüar islamçılar, islam ekstremistləri və antiisrail yaraqlıları tərəfindən daha geniş şəkildə qəbul edilmişdir. O, Qüds, İsveç, İngiltərə, Avstriya, Belçika, Niderland və Avstraliya daxil olmaqla, islam ekstremist və Fələstin tərəfdarı nümayişlərdə səsləndirilmişdir. Tərənnüm 2021-ci ildə İsrail–Fələstin böhranı və 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı olduğu kimi, İsraillə fələstinlilər arasında zorakılıq dövrlərində daha çox istifadə olunur.
Qoşul ya da öl
Qoşul ya da öl (ing. Join, or Die) — On üç koloniyadakı parçalanmanı göstərən siyasi karikatura. Bencamin Franklinə məxsus original karikatura 9 may 1754-cü ildə "The Pennsylvania Gazette" tərəfindən nəşr olunmuşdur.