BAĞLAMA

is.
1.Bağlamaq”dan f.is.
2. İçi dolu və ağzı bağlı kisə; çuval və s. Nigarançılığım bir az da artdı, özümü itirdim.
Bağlamanın kəndirini dartıb qırdım. Mir Cəlal.
Nəhayət, [müəllimə] qazıdığı quyudan bir böyük bağlama çıxartdı. Ə.Məmmədxanlı.

// Düyünçə, bağlanmış şey, boğça.
İpək bağlamaya dayanıb oturan bu qadın, bizi görərkən ayağa qalxdı. M.S.Ordubadi.
[Göyüşoğlu] əlində tutduğu xırdaca bağlamanı dalında gizlətmişdi. M.Hüseyn.
Arvad tez bağlamanı götürüb açdı, nə idi? İki min manat pul. B.Talıblı.

// Bir yerə, yaxud üst-üstə yığılıb sarınmış şey.
Çamadanın dibində qaytanla sarıqlı bir bağlama kağız nəzərə gəldi. S.M.Qənizadə.

3. Bir yerə göndərilmək üçün qablanıb bağlanmış şey. Uşaqlar gənc və mehriban müəllimlərini unutmamışlar.
Məktəbdə … ona məktub və bağlamalar göndərməyi qərara almışdılar. Mir Cəlal.

4. Deyişmə zamanı aşıqların və keçmişdə şairlərin bir-birini bağlamaq (8-ci mənada) üçün söylədikləri müəmma, qıfılbənd, tapmaca və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAĞLAMA bağlama bax 1. boğça; 2. sovqat
  • BAĞLAMA deyişmə — qıfılbənd — tapmaca
  • BAĞLAMA sarıma — düyünləmə
  • BAĞLAMA kisə — çuval — düyünçə — boğça
  • BAĞLAMA qapama — qıfıllama — kilidləmə
  • BAĞLAMA düymələmə
  • BAĞLAMA birləşdirmə — yaxınlaşdırma
  • BAĞLAMA düzəltmə — qayırma — quraşdırma — tikmə
  • BAĞLAMA kəsmə — bəndləmə
  • BAĞLAMA taxma — asma — quraşdırma

Omonimlər

  • BAĞLAMA BAĞLAMA I is. Bağışlanmış şey, boğça. Qoltuğumda bağlama; Mən gedirəm ağlama! (B.Vahabzadə). BAĞLAMA II is
BAĞIŞLATMAQ
BAĞLAMAQ
OBASTAN VİKİ
Bağlama
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.

Digər lüğətlərdə