BAŞQIRD

Başkart, baskart kimi işlədilib, mişar, başkərt (baş kəsən) kimi açıqlanıb. Görünür, onların igidliyi, asıb –kəsən olmaları ilə bağlı yaranmış sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BAŞQA
BAŞMAQ
OBASTAN VİKİ
Başqırd atı
Başqırd atı — at cinsi olaraq Başqırdıstanın endemik canlısıdır. == Görünüşü == Bu cins yerli meşə və çöl atlarının seleksiyasi nəticəsində meydana gəlmişdir. Atın formalaşmasında il boyu davam edən kontinental iqlim mühüm rol oynamışdır. Bel nahiyədi enli, boynu idə yoğun və qısadır. Hündürlüyü 142–145 sm təşkil edir. Diri çəkisi 450–470 kq-dır. == Tarixi == Başqırd atı xüsusi ilə XVII—XVIII əsrlərdə geniş yayılmışdı. Onlar Ufa və Orenburq quberniyalarında yetişdirilirdi. Əsas arealından kənarda isə Perm, Samara və Kazan quberniyalarında belə rast gəlinirdi. Onlardan əsasən Qərbi Sibirdə poçt daşımalarında istifadə edilirdi.
Başqırd balı
Başqırd balı (başq. Башҡорт балы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında istehsal olunan bal. == Ticarət nişanı == "Başqırd balı" adı qorunan ticarət nişanıdır. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Xüsusiyyəti == Başqırd balının dadı uzun müddətdir ki, məşhurdur və başqırdlar üçün qürur qaynağı olmuşdur. Əsl Başqırd balı olmadan, bir başqırd çayı düşünülə bilməz; üzərinə təzə kənd qaymağı və bal sürtülmüş çörək insan istehsalı olan digər bütün şirniyyatlara meydan oxuya bilər. == İstehsalı == Başqırdıstanda istehsal olunan illik bal miqdarı orta hesabla 5–6 min ton təşkil edir. == İxracı == Rusiya ərazisindən başqa Başqırd balı və ona aid olan məhsullar bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunur. 2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmışdır. 2014-cü ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.
Başqırd Uralı
«Başqırd Uralı» — kompleks biosfer qoruğu. Qoruq Başqırdıstan Respublikasının qərbində, Cənubi Ural silsiləsinin yamacında yerləşir. 2012-ci ilin 12 iyulunda yaradılmış qoruq UNESCO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsi kompleksinə daxildir. Rusiyanın sayca 41-ci biosfer qoruğudur. «Başqırd Uralı» biosfer qoruğuna daxildir: Şulqan Daş qoruğu,Başqırdıstan Milli Parkı, Muradımov vadisi, Altın-Solak və İkskiy yasaqlıqları. Kuqərsen, Mələuez, İşembay, Böryən və Yılayır rayonlarının ərazisində yerləşən biosfer qoruğunun ümumu sahəsi 346 min hektardır. Ərazi 3 hissəyə bölünür: özək sahə 48 min hektar, bufer zona 90 min hektar və keçid zona 207 min hektar. == Flora və faunası == Qoruq ərazisində 1800 bitki növü qeydiyyata alınmış və bunlardan 895 növ ali bitkilərdi. Ali bitkilərin 34 növü endemik, 30 növ isə reliktdir. Ümumən bitkilərin 56 növü Başqırdıstanın qırımızı kitabına, 12 növü isə Rusiyanın qırmızı kitabına daxil edilmişdir.
Başqırd Mərkəzi Şurası
Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb. == Tarixi == 1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər. Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi. Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi. 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular. Aprelin əvvəlində onlar Orenburqun başqırd və kazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular.
Başqırd Soda Şirkəti
Başqırd Soda Şirkəti (başq. Башҡортостан сода компанияһы) — Kalsium, ərzaq və kaustik soda, Polivinil xlorid, kabel birləşmələri istehsal edən Rusiya müəssisəsi. Müəssisə yeganə tereftaloil xlorid, rutenium-iridium örtüklü anodlar, katyonik polielektrolit flokulyant istehsalçısıdır. Sterlitamak şəhərində yerləşən iki əsas istehsaldan ibarətdir: Soda istehsalı və Kaustik istehsalı. Şirkətə Bereznikovski Soda Zavodu ASC (Berezniki) də daxildir. Hüquqi olaraq şirkət 2013-cü ildə "Kustik" və "Soda" açıq səhmdar cəmiyyətlərinin birləşməsi nəticəsində qurulmuşdur. "Başqırd Kimya" ASC-nin bir hissəsidir. Şirkətə iki kimyəvi istehsal müəssisəsi daxildir [3]: istehsal "Kostik" (Sterlitamak, Texniçeskaya Prospekti, 32) - kostik soda, süspansiyon polivinil xlorid, kabel birləşməsi, xlorid turşusu, dikloroetan, tereftaloil xlor, xlorlu parafinlər, polietilen poliaminlər və s. "Soda" istehsalı (Sterlitamak, Babuşkina k., 7) - kalsium dodası, sodium bikarbonat, kalsium xlorid, ağ his və s. == Tarix == Ötən əsrin 30-cu illərində ölkədə genişlənən genişmiqyaslı tikinti şəraitində soda külü və sementə təcili ehtiyac var idi.
Başqırd Müqavimət Komitəsi
Başqırd Müqavimət Komitəsi — Rusiyanın Başqırdıstan vilayətində fəaliyyət göstərən silahlı millətçi təşkilatdır. Əsas məqsədi Başqırdıstan üçün müstəqillik əldə etməkdir. 21 sentyabr 2022-ci ildə təsis edilmişdirr. Əsasən Rusiya hökumət binalarına və polis bölmələrinə kiçik yanğın hücumları edirlər. == Tarix == Başqırd Müqavimət Komitəsi 21 sentyabr 2022-ci ildə yaradılacaqdı. Bir neçə komissarlığa hücum ediləcəkdi. Rusiyanın qismən səfərbərliyindən sonra Başqırd müqaviməti elan edildi. "Nümayiş və etiraz yürüşlərinin vaxtı bitdi. Putin və müttəfiqləri indi güllə və Molotov kokteyli gözləyəbilər." Sentyabrın 24-də qrup “Vahid Rusiya”nın Salavatdakı ofislərini, oktyabrın 3-də isə Rusiya Federasiyası Kommunist Partiyasının şəhərdəki ofisini atəşə tutub. Rusiya rəsmiləri komitənin yaradılması və dəstəyinin arxasında başqırd mühacirlərinin tanınmış lideri Ruslan Qabbasovdan şübhələnirlər.
Başqırd ayrı süvari briqadası
Başqırd ayrı süvari briqadası (rus. Башкирская отдельная кавалерийская бригада; 1919—1921) — Rusiya vətəndaş müharibəsi dövründə başqırd birləşmələrinin hərbi quruluşu. == Tarixi == Başqırd ayrı süvari briqadası M. L. Murtazin tərəfindən 1919-cu ilin iyun ayında Başqırd korpusunun Əmir Karamışev adına 1-ci başqırd süvari alayının bazasında təşkil edilmişdir. Briqadaya 1-ci Başqırd süvari alayı, 2-ci Başqırd süvari alayı və piyada diviziyası daxil idi. 1920-ci ilin may ayında briqadanın tərkibinə 1-ci Başqırd süvari alayı əlavə olundu, hansı ki keçmiş Başqırd ayrı süvari diviziyasının hissəsi idi. Başqırd ayrı süvari briqadası Ağ Qvardiyanın Cənub Ordusunun tərkibində idi. 8 avqust 1919-cu ildə Başqırd ayrı süvari briqadası Ağ Qvardiya komandanlığının əmrlərinə əhəmiyyət vermədən müstəqil fəaliyyətə başladı. 18 avqust 1919-cu ildə ani hücum ilə 4-cü Orenburq Ordu Korpusunu məğlubiyyətə uğratdı. Başrevkom nümayəndəsi T. G. İmakovun köməyi ilə 23 avqust 1919-cu ildə Qırmızı Ordunun tərəfinə keçən briqada 1-ci Ordunun sıralarına daxil edildi. 1919-cu ilin sentyabrında briqada 1800 qılınc, iki silah aləti və səkkiz pulemyotu olan piyada batalyonuna sahib idi.
Başqırd
Başqırdlar və ya Başqurdlar — Türk xalqları qrupunun bulqar yarımqrupuna aiddir. Başqırdlar haqqında ilk tarixi məlumatlar IX-X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar «başkorf» və ya «başqırd» kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamışla Əmir Teymur arasında döyüş (1391-ci il-Gündüzcə döyüşü) meydanına çevrilmişdi. XV əsrdə Başqırdıstanın xeyli hissəsi Noqay Ordasının tərkibinə qatılmışdı.
Başqırd MSSR
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika. Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur. Bu həm də anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur. 11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir. Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir. == Təşəkkül tarixi == === Muxtariyyatın təşkili === Fevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır.
Başqırd dili
Başqırd dili (Башҡорт теле, Başqırdca tələffüz: [bɑʂ.ˈqʊɾt tɪ.ˈlɪ] ( dinlə)) — qıpçaq türklərinə daxil olan xalq. Əsas dialektləri — şimal-qərb, cənub (yurmatı) və şərq (kuvakan). Başqırdlar həmçinin Qazaxıstan və Özbəkistanda yaşayırlar. Tatar dilinə yaxındır, ondan fonetik cəhətcə, bir qədər də qrammatik və leksik cəhətcə fərqlənir.
Başqırd korpusu
Başqırd korpusu — 1919-cu ildə fəaliyyət göstərmiş və Başqırd hökumətinə tabe olan hərbi birləşmə. == Formalaşması və tarixi == Başqırd ordusunun komandanı Zəki Vəlidi Toğanın 26 yanvar 1919-cu il tarixli əmri ilə Orenburq qəzasının Yermolayevo kəndinin yaxınlığında IX Başqırd atıcı diviziyasının alaylarından Başqırd korpusuna daxil oldular: I Başqırd atıcı diviziyası (I, II, IV Başqırd atıcı diviziyaları) II Başqırd atıcı diviziyası (V, VI Başqırd atıcı və I, II Başqıdr süvari alayları). Başqırd korpusu Orenburq və Sterlitamak şəhərləri arasındakı cəbhə xəttini müdafiə edirdilər. Onların düşməni I Qırmızı Ordu idi. Başqırd Hökumətinin 16 fevral 1919-cu il qərarına əsasən Başqırd korpusu hissələrinin Qırmızı Orduya keçidi başlayır. Başqırd hissələri ilə Qırmızı Ordunun ağlara qarşı ortaq hərbi əməliyyatları başlayır. Lakin Qırmızı Orduya keçidi qəbul etməyib öz dəstələri ilə ağlara qoşulan başqırdlar da olur. Bunlar Musa Murtazin, Məhəmməd Qabdulxay Qurbanqaliyev, Qalimyan Taqan və digərləri idi. I Qırmızı Orduya keçid edəndə korpusun heyətində var idi: I Başqırd atıcı alayı - 800 nəfər II Başqırd atıcı alayı - 715 nəfər IV Başqırd atıcı alayı - 650 nəfər V Başqırd atıcı alayı - 720 nəfər VI Başqırd atıcı alayı - 650 nəfər I Başqırd süvari alayı - 540 nəfər II Başqırd süvari alayı - 1100 nəfər Başqırd ehtiyat alayı - 570 nəfər Xüsusi Userqansk süvari batalyonu - 210 nəfər Karvansaray komandası - 285 nəfər Komendant, qarovul, konvoy, etap, rabitə, istehkamçı əsgərlər və Başqırd hökumətinin yanında xüsusi komendant rotası - ümumi 6556 nəfər. 1919-cu ilin mart ayında Başqırd korpusu I Qırmızı Ordu komandanlığı tərəfindən ləğv edilib.
Başqırd mədəniyyəti
Başqırd mədəniyyəti — Başqırd xalqının, Başqırdıstanda yaşayan digər xalqların və Başqırdıstan Respublikasının xalqlarının mədəniyyətidir. == Tarixi == === Başqırd mədəniyyəti ХVII-XVIII əsrlərdə === ХVII-XVIII əsrlərdə başqırdlarda məktəblər, mədrəsələr və ibtidai xalq məktəbləri fəaliyyət göstərirdi. Dərslər ərəb dilində keçilir və əsasən də ərəb dilini və Quranı öyrədirdilər. XVIII əsrin birinci yarısında Başqırdıstanda yüzlərlə məktəb və mədrəsələr fəaliyyət göstərirdilər.
Başqırd oxu
Başqırd oxu (rus. Башкирская стрела) – artefakt, Türingiyanın Şvarsa torpağında, Müqəddəs Laurensiya Lüteran kilsəsinin təpəsində ox. == Tarixi == Bu tarix 1813-1814-cü illər rus ordusunun xarici yürüşləriylə bağlıdır. 14 aprel 1814-cü il başqırd döyüşçüləri (o vaxtkı adları ilə desək şimal amurları) Şvarsburq-Rudolştadtın (Almaniya) imperator knyazlığının əraziləri vasitəsilə vətənə qayıdaraq, şahzadə Karl Hünterin (imperiya knyazı Qyuntera I Fridrixinin oğulu) dəvəti ilə Şvarsa kəndinə gəldi, harada ki, Müqəddəs Laurensiya kilsəsinin həyətində toplaşmış yerli sakinlər onları qarşıladılar. Karl Hünter Başqırd oxlarının döyüş qabiliyyətindən şübhələndi və Lüteran kilsəsi istiqamətində bir ox vurmağı təklif etdi. Başqırdlar məbədə ox vurmağa cəsarət etməyərək yerli kahinə təəccüblə baxdılar, ancaq o razılıqla başını salladı. Belə olduqda döyüşçülərdən biri gərilmiş yaya oxu qoydu, lüteran kilsəsinə tərəf atdı, ox damın metal tikməsini deşdi.. Taxta ox artıq çoxdan çürüyüb, amma almanlar, başqırd Batırlarının qoçaqlığını tarixə köçürmək üçün həmin oxun metal surətini hazırlamışdılar. Bu ox uzun illər Şvarsa şəhərciyində "Müqəddəs Laurensiya Kilsəsi" günbəzində nümayiş etdirilmişdir. Başqırd yazıçısı Yanıbaya Xammatovanın "Şimal Amurları" tarixi romanında 1812-1814-cü illərdə rus ordusunun Napoleon ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlarından bəhs olunur.
Başqırd qoruğu
Başqırd Dövlət Təbiət Qoruğu Başqırdıstan Respublikasının Cənubi Ural dağları razisində yerləşir. == Tarixi == Qoruq 11 iyul 1930-ci ildə təşkil edilmişdir. Qoruğun ərazisi 49 609 hektardır. 1951-ci ildə Başqırdıstan MSSR Nazirlər Sovetinin qərarı ilə qoruq ləğv edilir. Qoruğun ərazisi Lesxozlara verilir. Ərazisində meşə tədarük edilir. 1958-ci ilin noyabrında Başqırd qoruğu yenidən bərpa edilir. 1986-cı ilə qədər qoruq 3 hissədən ibarət olmuşdur: Ural-Tau, Cənubi Kraka və Pribel. 1986-ci ildə qoruğun bir hissəsində müstəqil Şulqan-Taş qoruğu təşkil edir. 2006-cı ildə Lomonosov adına Universitetin əməkdaşları və tələbələr tərəfindən qoruğun xəritəsi tərtib edilir == Coğrafiyası == Qoruq Başqırd Uralının mərkəzi hissəsində yerləşir.
Başqırd üsyanları
Başqırd üsyanı (1735 - 1740) — Başqırdların sayca dördüncü üsyanı. Başqırd üsyanı (1755 - 1756) — Başqırdların sayca beşinci üsyanı.
Başqırd şəcərəsi
Başqırd (şəcərə) (başq. şəcərə; ərəb. شجرة‎) — başqırd şəcərəsi, başqırd tayfa və nəsillərində, həmçinin başqa türk xalqlarında (camaatlarında) genealoji yazı. == Təsviri == === Sözün kökü === Başqırd dinində "şəcərə" sözünə sinonim kimi "nasabname", "nasapxat", "silsilya" və "tayra" kimi sözlərə də rast gəlinir. Başqırdlar islam dini qəbul edildikdən sonra nəsli tarixi ərəb dinində "şejere" adlanmağa başladı. Bu sözün mənası rus dilindən hərfi tərcümədə "ağac" bildirir, məna tərcümdə isə "nəsil" deməkdir. Başqırd şəcərəsinin ilk tədqiqatçılarından biri olmuş məşhur etnoqraf R. Q. Quziyevin "səcərəni" "genealoji salnamə" adlabdırmışdır. Şəcərənin salnamə olduğunu əsaslandıran Quziyev səcərə və salnamə eyni olmaqla yalnız hər hansı bir nəslin nümayəndələrinin adlarını və onların həyatının illərini özündə saxlamır, həm də əhəmiyyətli tarixi məlumatlarını özündə yaşadır === Şəcərənin növləri === Xarici tədqiqatçılar başqırd şəcərəsi əsas iki növə bölüşürlər: nominallar (sadələr) və narrativlər (mürəkkəblər). Birinci qrupa dadil olanlar xronoloji ardıcıllığında yerləşdirilmiş və bir ümumi kökə əsaslanan nəsilin başçılarının siyahısını təşkil edir. Əsasən çoxsaylı budaqlara bənzəyən ağacı xatırladır.
Başqırd-qazax münasibətləri
Başqırd-Qazax münasibətləri uzun əsrlik tarixə malikdir. XVIII əsrdə Kiçik juz Başqırd torpaqları ilə sərhədə malik idi. Uzun əsrlik qonşuluq öz növbəsində Başqırd mədəniyyətinə öz təsirini göstərmişdir. Bununla yanaşı iki xalq arasında sərhəd problemləri və toqquşmalar olmuşdur. Bizim günlərdə də Qazaxıstan və Başqırdıstan arasında isti iqtisadi, siyasi və mədəni əlaqələr qurulur. 1993-cü ildə iki respublika arasında ticari-iqtisadi əməkdaşlıq imzalanmışdır. 2003-cü ildə Qazaxıstan Başqırdıstandan 155.6 milyon dollar, əks istiqamətdə isə 80.8 milyon dollar dəyərində mal göndərilmişdir. 14 oktyabr 2004-cü ildə Astanada Başqırdıstan Respublikasının nümayəndəliyi açılmışdır. Nümayəndəlik ticari-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin möhkəmləndirilməsini hədəfləyirdi. 2016-ci nümayəndəlik Rusiyada baş verən ağır iqtisadi durum səbəbindən bağlanmışdır.
Başqırd döyüşçüləri abidəsi
Başqırd döyüşçüləri abidəsi – Almaniyanın Drezden şəhərində Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında döyüşmüş başqırd döyüşçüləri xatirəsinə qoyulmuş abidə. Drezden yaxınlığındakı döyüşə həsr olunmuş abidə. == Abidənin tarixçəsi == Abidə təxminən 80 santimetr hündürlükdə qaya parçası formasından və ona bərkidilmiş tunc lövhəcikdən ibarətdir. Tunc lövhəcikdə ox və kamanla silahlandırılmış və at çapan başqırd döyüşçüsü təsvir edilmişdir. Lövhəcikdəki mətndə almanca, başqırdca və rusca belə qeyd olunub: "1813-cü ildə Drezden yaxınlığında döyüşdə Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında xidmət edən başqırd xalqının oğullarının xatirəsinə". Abidə 26 avqust 2006-cı il tarixində Leypsiq yaxınlığındakı döyüşün 190 illiyi şərəfinə qoyulub. Abidə İrek Bayşevin və məşhur alman rejissor və jurnalist Nasur Yuruşbayevin şəxsi vəsaiti hesabına yaradılıb.1812-ci il vətən müharibəsində və rus ordusunun 1813-1814-cü illərdə sərhəddən kənar yürüşlərində 28 başqırd alay iştirak edib. Birinci başqırd alay Drezden şəhəri yaxınlığında 1813-cü ilin martın 2-də, 4-cü və 5-ci başqırd alayları isə 1813-cü ilin sentyabr və noyabr aylarında baş verən döyüşlərdə iştirak etmişdir. == Ədəbiyyat == Набиева Э.А. Памятник башкирским воинам. Военная история башкир: энциклопедия/ гл.
Başqırd süvariləri abidəsi
Başqırd süvariləri abidəsi — Ukraynanın Luqansk vilayətinin Petrovskoye şəhərində "Başqırd atlıları meydanında" "112-ci Başqırd Atlı Divizyası"nın xatirəsinə tikilmiş bir abidədir. 2009-cu ildə şəhər mərkəzində Petrovskoy şəhər şurasının qərarı ilə parkın yaradılması və yaddaqalan abidənin quraşdırılması üçün xüsusi qərar qəbul etdi. Abidə 2009-cu il oktyabrın 3-də 112-ci Başqırd süvarilərilərinin vəfat etmiş əsgərlərinin xatirəsini və M.M.Şaimuratovun 110 illik yubileyini xatırlamaq üçün aksiya çərçivəsində açılmışdır. 112-ci Başqırd süvari alayı, 1941-ci ilin dekabrında Ufa şəhərində Böyük Vətən Müharibəsinə qatılmaq üçün milli və regional bir xarakter əsasında qurulmuşdur. == İstinadlar == == Mənbə == Башкирским конникам памятник. Военная история башкир: энциклопедия/ гл. Ред. А.З.Асфандияров. –Уфа: Башкирская энциклопедия, 2013. -432 с.;ил., карты ISBN 978-5-88185-076-0 Башкирских конников сквер.
Başqırd əlvan ördəkləri
Başqırd işləri üzrə komissiya
Başqırd işləri üzrə komissiya — 1735-1740-cı illərdə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Rusiyada formalaşdırılmış dövlət qurumu. == Haqqında == 1735-ci ildə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Başqırd işləri üzrə komissiya yaradılır. Qraf, rus diplomatı, general-mayor A.İ.Rumyantsev komissiyanın başçısı təyin edilir və abeçiliyinə üç ordu hissəsi, 500 rus kazakı və 3000 kalmık muzdlusu verilir. Cəza dəstələrinin ümumi sayı 20 000 nəfərə çatır. Komissiyaya sonradan 1736-1737-ci illərdə M.Xruşov, 1737-1742-ci illərdə isə L.Soymonov rəhbərlik edib. Komissiyanın baş qərargahı isə Menzelinsk şəhərində yerləşirdi. Mərkəzi Ufada yerləşən Orenburq komissiyası ilə Başqırd komissiyası fövqəladə hadisələrdə koalisyon hökumət rolunu oynamalı idilər. Bundan başqa komissiya inzibati, diplomatik, hərbi və maliyyə-siyasi funksiyaları da yerinə yetirməli idi. 11 fevral 1736-cı ildə verilmiş qərara əsasən bölgənin rus əhalisinin siyahıyaalınması baş tutub. Həmçinin başqırd əhalisini də siyahıyaalmağa cəhd göstərirdilər.14 iyul 1737-ci ildə Başqırd komissiyası ilə Orenburq ekspedisiyasının ortaq iclasında Başqırdıstanın idarəetməsi ilə bağlı islahatların keçirilməsi qərarı verildi.
Başqırd üsyanı (1662–1664)
Başqırd üsyanı — XVII əsrin II yarısında baş verən başqırdların ilk böyük üsyanlarından biri. == Səbəbi == 16-cı əsrin ortalarından başlayaraq Başqırdlar Rusiya Tsardomunun vassalı idilər. Üsyanın əsas səbəbi, Rusiyanın dahada genişlənməsi və sərhədlərinin böyüməsi nəticəsində Rusiyaya qoşulma şərtləri ilə alınan torpaqlara vətəndaşlıq hüquqlarını itirmək qorxusu idi. Başqırdlar da Ufa qubernatorunun özbaşınalığından narazı qaldılar və yığımlar zamanı məmurlar tərəfindən artan vergi və sui-istifadə hallarından şikayətləndilər. == Qiyam yeri == Üsyanın şərqdə Miet çayının ortasında, qərbdə Kama çayının orta axınında, cənubdakı Yaik çayından (indiki Urals) çayın Çusovoi çayının şimlına qədər yayılması. == Mübarizə == 1662-ci ilin yayında Uralda qiyam başladı. Sarah Mergena, Uraslanbek Bakkin və digər rəhbərlərin başçılığı Kataysky həbsxanasına, Dalmatia Nev'yansky, Aramilsky, Irbitskoi, Belosludskuyu, Murzinskoe və digər qəsəbələrə hücum edərək bəzilərini ələ keçirməyə müvəffəq oldu. Üsyançılarla mübarizə aparmaq üçün kral hökuməti böyük bir hərbi qüvvə göndərdi. İrtyaş gölünün yaxınlığında böyük bir döyüş keçirdilər. Digər bir mübarizə sahəsi üsyançıların Kungur şəhərini, Stepanovski həbsxanasını, Vozdvizhenski ələ keçirdiyi və Silva çayı boyunca Rus kəndlərini, monastırlarını və şəhərlərini dağıtdığı Şimali Başqırdıstan idi.
Başqırd üsyanı (1681 — 1684)
Başqırd üsyanı— 1681−1684 illər (Seitovskiy qiyamı) (başq. башҡорт ихтилалы; rus. Башкирское восстание) — XVII əsrin ikinci yarısının ən böyük başqırd üsyanlarından biri. == Üsyanın səbəbləri == Üsyana əsas səbəb çar hökumətinin başqırdların zorakı xristianlaşdırılması barədə 16 may 1681-ci ildə dərc edilmiş Fərmanı idi. == Üsyanın baş verdiyi yer == Üsyan şərqdə İset çayının orta axınından qərbdə Volqaya qədər, cənubda Yaik (hal-hazırda Ural çayı) çayının yuxarısından şimalda Kamanın və Çusovayanın orta axınına qədər böyük bir ərazini tuturdu. == Hərbi əməliyyatların gedişi == Üsyançıların əsas gücləri başqırdlar idi onların başlarında tanınmış başqırd nəslindən olan Seit-Batırdan dururdu. İlk çıxışlar 1681-ci ilin yayında Noqay və Sibir ərazilərində başlanmışdır. 1682-ci ilin yazında kütləvi mübarizə başlandı: Kazan daruqisi üsyançıları Zakamski qalasına hücum etdilər, Osinski daruqesindən əsas zərbə Kunqura, qalalara və Stroqanovlar tərəfindən tutulmuş başqırd torpaqlarına yönəldilmişdi . Üsyançıların çoxsaylı dəstələri Ufanı mühasirəyə aldı, Qırmızı Uçurumu, Lovaşnoe və başqa əraziləri, qərbdə — Sərxoş Meşə, Karakulino və başqa yerləri tutdu. Mayda üsyan bütün ərazini əhatə edirid.
Başqırd üsyanı (1681−1684)
Başqırd üsyanı— 1681−1684 illər (Seitovskiy qiyamı) (başq. башҡорт ихтилалы; rus. Башкирское восстание) — XVII əsrin ikinci yarısının ən böyük başqırd üsyanlarından biri. == Üsyanın səbəbləri == Üsyana əsas səbəb çar hökumətinin başqırdların zorakı xristianlaşdırılması barədə 16 may 1681-ci ildə dərc edilmiş Fərmanı idi. == Üsyanın baş verdiyi yer == Üsyan şərqdə İset çayının orta axınından qərbdə Volqaya qədər, cənubda Yaik (hal-hazırda Ural çayı) çayının yuxarısından şimalda Kamanın və Çusovayanın orta axınına qədər böyük bir ərazini tuturdu. == Hərbi əməliyyatların gedişi == Üsyançıların əsas gücləri başqırdlar idi onların başlarında tanınmış başqırd nəslindən olan Seit-Batırdan dururdu. İlk çıxışlar 1681-ci ilin yayında Noqay və Sibir ərazilərində başlanmışdır. 1682-ci ilin yazında kütləvi mübarizə başlandı: Kazan daruqisi üsyançıları Zakamski qalasına hücum etdilər, Osinski daruqesindən əsas zərbə Kunqura, qalalara və Stroqanovlar tərəfindən tutulmuş başqırd torpaqlarına yönəldilmişdi . Üsyançıların çoxsaylı dəstələri Ufanı mühasirəyə aldı, Qırmızı Uçurumu, Lovaşnoe və başqa əraziləri, qərbdə — Sərxoş Meşə, Karakulino və başqa yerləri tutdu. Mayda üsyan bütün ərazini əhatə edirid.
Başqırd üsyanı (1704-1711)
Başqırd üsyanı — 1704-1711-ci illər arasında davam edən başqırdların 18 və 19-cu əsrlərdə Çar Rusiyasına qarşı ən uzun davam edən silahlı mübarizəsidir. == Səbəbləri == 1704-cü ildə Başqırdıstandakı vergiyığanlar yeni bir fərman ilə çıxış etdilər. Yeni fərmanda 72 yeni vergi öz yerini almışdı. Bu vergilər isə əsasən mollalara,məscidlərə və ibadət üçün məscidə gələnlərə şamil olunurdu. Bundan başqa, fərmanda yeni məscidlərin artıq kilsə formasında tikilməsi və yaxudda kilsənin nəzdində yerləşməsi nəzərdə tutulmuşdu. Bu isə çarlıq tərəfindən ərazinin dini tərkibini dəyişmək məqsədi ilə atılan addım adlandırılırdı. Ruslar həmçinin Şimal müharibəsi üçün 20,000 at və 4,000 piyada istəmişdi. == Üsyanın başlanması == Üsyan 1704-cü ilin yayında başlandı. 1705-ci ilin başlanğıcından etibarən fərmandakı tələbləri yerinə gətirmək üçün Sergeyev çarlıq tərəfindən Ufaya göndərildi. O, bura gələn kimi atları tələb etməyə başladı.
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi
Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi (rus. Башкирский научно-исследовательский центр по пчеловодству и апитерапии) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində arıçılıq və apiterapiya üzrə elmi-tədqiqat işlərinin təşəbbüskarıdır. Baş direktoru Amir İşemqulovdur. == Tarixi == Mərkəzin əsası 8 iyul 1998-ci ildə Başqırdıstan Respublikasının Prezidenti tərəfindən qoyulmuşdur. Mərkəz qeyri-kommersiya təşkilatıdır və Başqırdıstanın dövlət mülkiyyəti kimi təsnif edilir. == Kontingenti == 2016-cı ildə bu mərkəzin 145 nəfər əməkdaşı olmuşdur. == Ticarət nişanları == Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, qorunan ticarət nişanı olan "Başqırd balı" məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir. == Mükafatları == Mərkəz bir çox beynəlxalq tədbirlərdə müxtəlif mükafatlar qazanmışdır ki, bu uğurların əldə olunması məhz Başqırd balının təqdimatı sayəsində olmuşdur.
Azərbaycan–Başqırdıstan münasibətləri
Azərbaycan–Başqırdıstan münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Rusiya münasibətlərinin tərkib hissəsidir. == Tarixi == Hər iki respublikanın ərazisi bir müddət Rusiya imperiyasının tərkibində idi. Daha sonra isə Azərbaycan müttəfiq respublika kimi, Başqırdıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Xüsusilə həmin dövrdə əsasən əsasən neft sahəsində inkişaf etmişdir. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Azərbaycan müstəqil dövlət kimi Rusiyanın subyekti olan Başqırdıstanla bir sıra mədəni, təhsil və s. əlaqələrə malikdir. == Diaspora == === Başqırdıstan azərbaycanlıları === Başqırdıstan Respublikasında Azərbaycan diasporu vardır.
Başqırd Muxtar Sovet Sosialist Respublikası bayrağı
Başqırd Muxtar Sovet Sosialist Respublikası bayrağı — 1954-cü ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası tərəfindən qəbul edilmiş bayraq. Əsas xüsusiyyətlərinə görə Rusiya Sovet Federativ Sosialist Respublikasının bayrağı ilə eynidir. Dizayneri Valentin Petroviç Viktorovdur.
Dünya Başqırdlar Qurultayı
Dünya Başqırdlar Qurultayı (başq. Бөтә донъя башҡорттары ҡоролтайы) — başqırdların birliyi; ictimai qurumların etnik və mədəni inkişafını qarşılamaq və problemləri gündəmə gətirmək üçün hazırlanmış beynəlxalq qurumlarla əməkdaşlıq quran bir təşkilat. Baş qərargahı Ufa şəhərində yerləşir. == Bütün qurultaylar == İndiyə kimi 4 Qurultay keçirilmişdir. === I Dünya Başqırdlar Qurultayı === I Dünya Başqırdlar Qurultayı 1-2 iyun 1995-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 28 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir. Qurultay 10 bölmə üzrə keçirilmişdir. Qurultayda Başqırdıstan dövlətçiliyinin gücləndirilməsi və konstitusiya məsələləri, Başqırdıstan və Başqırdıstanın sosial-iqtisadi, siyasi və milli-mədəni inkişafı, respublikanın hüdudlarından kənarda yaşayan başqaları ilə əlaqələr qurmaq və inkişaf etdirmək və sair məsələlər müzakirə olunmuş, beynəlxalq təşkilatlara müraciətlər qəbul edilmişdir. === II Dünya Başqırdlar Qurultayı === II Dünya Başqırdlar Qurultayı 14-15 iyun 2002-ci ildə Ufada keçirilmişdir. Həmin qurultayda Başqırdstandan, Rusiya Federasiyasının 33 subyektindən və 19 xarici ölkədən ümumilikdə təxminən 800 nümayəndə iştirak etmişdir.
Fyodorovka rayonu (Başqırdıstan)
Fyodorovka (başq. Фёдоровка районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Fyodorovka kəndidir. == Coğrafiyası == Rayon Başqırdıstan Respublikasının cənub-qərbində, Uralın quraq çöl zonasında yerləşir. Qərbdən Orenburq vilayətinin Şarlıkski rayonu ilə, şimaldan Sterlibaş ilə, cənubdan Köyörqəze ilə, şərqdən Mələeuz rayonları ilə həmsərhəddir. Rayonun ümumi sahəsi 1693 km² -dir. Regional mərkəz Ufadan 230 km məsafədə yerləşir. == Əhalisi == Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə: 2024 - 15,99 min nəfər. 2035 - 13,68 min nəfər. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: tatarlar - 31,9 %, ruslar - 23,1 %, başqırdlar - 20 %, çuvaşlar - 12,2 %, mordvalar — 10,4 %, digər millətlərdən olanlar - 2,4 %.
Knyazevski adası (Başqırdıstan)
Knyazevski — Ufa çayının yatağında, dəmir yolu körpüsünün aşağı axınının altındakı Şakşa mikrorayonunun (Ufa) yaxınlığında yerləşən ada. Maksimovski adası ilə üzbəüz yerləşir. Ondan bir qədər aşağıda Knyazevski adlı daha böyük bir yaşayış olan var. Daşqın zamanı ada su altında qalır. Meşə ilə örtülmüşdür (əsməqovaq, qovaq, ağcaqayın).
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitet
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti (başq. М. Аҡмулла исемендәге Башҡорт дәүләт педагогия университеты (М. Аҡмулла исемендәге БДПУ)) — dövlət tabeliyində olan ali təhsil mərkəzi. Bugünkü gündə Başqırdıstan Dövlət Pedaqoji Universiteti 5 institut, 7 fakültə, 43 kafedraya sahibdir.. Başqırdıstan Dövlət Pedaqoji Universiteti öz mövcudluğu dönəmində 40 mindən çox mütəxəsis yetişdirmişdir. Ölkənin 20 ən yaxşı ali təhsil mərkəzlərindən biridir. Universitet "Auditoriya" qəzeti və "Başqırdıstan pedaqoji jurnalı" buraxır. == Tarixi == M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti 9 yanvar 1967-ci ildə institut olaraq təşkil edilmişdir. Ölkədə ilk müəllimlər institutu 1909-cu ildə təşkil edilmişdir. 1919-cu ildə həmin tədris ocağı Xalq Təhsili İnstitutuna çevrilir. Onun tərkibinə sosial-tarix, biologiya-coğrafiya, fizika-riyaziyyat və dil-ədəbiyyat fakültələri daxil idi.
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti
M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti (başq. М. Аҡмулла исемендәге Башҡорт дәүләт педагогия университеты (М. Аҡмулла исемендәге БДПУ)) — dövlət tabeliyində olan ali təhsil mərkəzi. Bugünkü gündə Başqırdıstan Dövlət Pedaqoji Universiteti 5 institut, 7 fakültə, 43 kafedraya sahibdir.. Başqırdıstan Dövlət Pedaqoji Universiteti öz mövcudluğu dönəmində 40 mindən çox mütəxəsis yetişdirmişdir. Ölkənin 20 ən yaxşı ali təhsil mərkəzlərindən biridir. Universitet "Auditoriya" qəzeti və "Başqırdıstan pedaqoji jurnalı" buraxır. == Tarixi == M. Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti 9 yanvar 1967-ci ildə institut olaraq təşkil edilmişdir. Ölkədə ilk müəllimlər institutu 1909-cu ildə təşkil edilmişdir. 1919-cu ildə həmin tədris ocağı Xalq Təhsili İnstitutuna çevrilir. Onun tərkibinə sosial-tarix, biologiya-coğrafiya, fizika-riyaziyyat və dil-ədəbiyyat fakültələri daxil idi.
Mədəniyyət Nazirliyi (Başqırdıstan)
Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi — Respublikanın ərazisində mədəni irs obyektlərinin (mədəniyyət, incəsənət, kinematoqrafiya) qorunması, istifadəsi, təbliğ edilməsi və dövlət nəzarəti sahəsində dövlət mədəniyyət siyasəti və idarəetməsini həyata keçirən Başqırdıstan Respublikasının icra orqanıdır. Mədəniyyət Nazirliyi dövlətin mədəniyyət siyasətini həyata keçirir. Başqırdıstan Respublikasının hökumətinə mədəniyyət sahəsində qanunvericilik aktları və digər normativ hüquqi aktların hazırlanması üçün təkliflər hazırlayır və təqdim edir və həmçinin Respublikanın fəaliyyət sahəsindəki federal proqramlara iştirakı haqqında təkliflər verir. Teatr, musiqi, xoreoqrafiya və vizual incəsənət, kitabxana və muzey biznesinin, kinematoqrafiyanın, xalq sənətinin inkişafını təmin edir və tənzimləyir. 2012-ci ildə Başqırdıstan Respublikasının büdcəsindən mədəniyyətə yönəldilmiş vəsaitin miqdarı 2.135,7 milyon rubl / (2011-ci ildə 1,853 milyon rubl) təşkil edir. Peşəkar incəsənət Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyinin əsas və mühüm işlərindən biridir. 2013-cü ildə peşə sənətinin inkişafı və mədəniyyət və incəsənət müəssisələrinə kadrların hazırlanması üçün 100 milyon rubl ayrılmışdır.
Perm başqırdları
Perm başqırdları (başq. Пермь башҡорттары)— Perm diyarının ərazisində yaşayan başqırdların etnik qrupu. Onlar bölgənin yerli xalqlarından biridir. Bu etnik qrup nümayəndələrinin dili Başqırd dilinin şimal-qərb dialektinə aiddir. Antropologiyanın mövcud məlumatlarına görə, Samoed qəbilələri Başqırdların fiziki tipinin formalaşmasında böyük rol oynamışdır. Tulva çayının toponimiyası Başqırdıstanın şimal-qərbi ilə paraleldir. Burada yerləşən Xarin tayfaları Samoed substratını təhdid etdikdən sonra Kuşnarenkov və Çili tərəfindən möhkəmləndirildi. Bu proses bölgənin hidronimlərindəki izlənilə bilər. Məsələn Samoyed sözü "bu" ("su") və Bui çayı adı, habelə hidronimlər XVIII-XIX əsrin sənədlərində saxlanılır. Bəzi alimlərin fikrincə, türk tayfaları bu bölgələrə 9-cu əsrin əvvəllərində daxil olmamışdır.
Qızıl Başqırdıstan (Əbyəlil)
Qızıl Başqırdıstan kəndi (başq. Ҡыҙыл Башҡортостан) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qızıl Başqırdıstan kənd sovetliyinə daxil olan kənd. 10 sentyabr 2007-ci ilə qədər «Qızıl Başqırdıstan» Mərkəzi bağlar kolxozu adlanırdı. Kombaynerov Lenin, K. Marks, Qaqarin, Oktyabr, Mir, T. Kusimov, Puşkin, S. Yalayev, Nekrasov, Stroitel, Sadovaya, Sentralnaya, Energetiki, Magistralnaya, Molodyojnaya, Suvorov, R. Davletov, Mirsayanov, Xidiyatov, Kirov, Kraynaya, A. Karna, Qələbənin 50 illiyi, Vayeva. Məsafələr: rayon mərkəzindən (Askorovo): 26 km., ən yaxın dəmiryol stansiyasından (Qızıl Başqırdıstan stansiyası): 72 km, ən yaxın hava limanı (Maqnitaqorsk) 3 km., ən yaxın şəhər (Maqnitaqorsk) 6 km. Совет муниципальных образований Республики Башкортостан.
Tarixi Başqırdıstan
Başqırdıstan (başq. Башҡортостан) — tarixi və coğrafi bölgə, hansı ki Ufa qəzasının başqırdların məskunlaşdığı Ufa əyaltətinə çevrilməsi nəticəsində yaranmışdır. Hal-hazırda bu ərazidə Başqırdıstan Respublikası, Orenburq və Çelyabinsk vilayətləri, Tatarıstan Respublikasının şərq hissəsi, Udmurtiyanın cənub-şərq hissəsi, Perm diyarının cənub hissəsi, Sverdlovskun cənub-qərb hissəsi, Kurqannın qərb hissəsi, Samaranın şimal-şərq hissəsi, Saratovun şərq hissəsi yerləşir. Tarixi, etnoqrafik, linqvistik və digər tədqiqatlarda tarixin müxtəlif dövrlərində başqırd tayfaları və başqırd etnik qrupunun yerləşdikləri ərazini təyin etmək üçün Tarixi Başqırdıstan termini istifadə olunur. İrek Akmanovun fikirlərinə görə, termin ilk dəfə 1930-cu illərdə Matvey Lübavski tərəfindən istifadə olunmuşdur. Keçmişdə başqırdların məskunlaşdığı bütün ərazilər Başqırd eli (başq. Башҡорт иле) adlanırdı. Terminin sinonimi kimi ərazi adının əvvəlki variantlarını göstərmək olar: Başqurd, Başgirdlər, Başgird, Baskardiya, Başgirdiya, Başqırd çölləri, Bastarklar ölkəsi, Başqırd, Başcardlar, Başgiriya. XII–XIV əsrlərdə yaşamış Fəzlullah Rəşidəddinin Oğuznamə əsərində Başqurd adlı ərazi qeyd olunmuşdur. Misal üçün, Tarixi Başqırdıstan anlayışı Böyük Macarıstan (Major Hungaria, Magna Hungaria) anlayışına uyğundur, hansı ki XIII əsr fransisk rahibi Covanni Karpininin səyahət hesabatında qeyd etdiyi macarların hipotetik ilk yurdudur.
Təhsil Nazirliyi (Başqırdıstan)
Başqırdıstan Respublikası Təhsil Nazirliyi — Təhsil Nazirliyi Başqırdıstan hökumətinin İcra şöbəsinə daxildir. Nazirlik Başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır. 2000-ci ildən etibarən Təhsil Nazirliyi nəzdində Respublika Təhsil İnstitutunun muzeyi yerləşir.. Ümumi təhsil və dövlətin yekun attestasiyası şöbəsi; Orta ixtisas təhsili şöbəsi; Ali peşə təhsili şöbəsi; Təhsilin informasiyalaşdırılması sektoru; Uşaqlar üçün istirahət və sağlamlıq, təhsil və əlavə təhsil şöbəsi.
Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası
Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası (başq. Х.Әхмәтов исемендәге Башҡорт дәүләт филармонияһы) — Başqırdıstan Respublikasının Ufa şəhərində konsert kompleksi. Filarmoniya Bəstəkar Xusayin Faizulloviç Axmetovun adını daşıyır. Filarmoniya Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 20 yanvar 1939-cu il tarixli fərmanı ilə açılmışdır. Filarmoniyanın yaradılmasının rəsmi məqsədi Başqırd Muxtar Sovet Sosialist Respublikası əhalisinin səhnə, musiqi və xoreoqrafiya sənətlərinə olan ehtiyaclarının formalaşması və ödənilməsi idi. Filarmoniya cəmiyyətə Rus və Avropa musiqi və ədəbi klassiklərinin təbliğinə, Başqırd Muxtar Sovet Sosialist Respublikası əhalisinin musiqisinin, xalq yaradıcılığının və çağdaş bəstəkar və yazıçıların əsərlərinin inkişafına təkan vermək məqsədilə yaradılmışdı. 1930–1940-cı illərdə Başqırdıstan Dövlət Filarmoniyasının yaranması Diana Nurmuxametova, Xabir Qalimov, Banu Valiyeva, Qabdraxman Xabibullin kimi adlarla yaxından əlaqəlidir. Filarmoniyanın çiçəkləndiyi dövrdə Fəridə Kudaşeva, Maqfira Qaleyeva, Bəxti Qaysin, İlfak Smakov, Süleyman Abdullin, Ramazan Yanbekov kimi estrada ulduzları mahnı ifa etmişdilər. Filarmoniyada müxtəlif ansambllar — Fayzi Qaskarov adına Xalq Rəqsləri Ansamblı, musiqili və ədəbi mühazirə salonu, xor və kuraistlər ansamblı, iki orkestr, operetta və sirk qrupu yaradıcılığını inkişaf etdirmişdir. 1948-ci ildə 1986-cı ildə Alman firmasının "Sauer" orqanının qurulduğu Konsert Zalı (indiki Kiçik Zal) açılmışdır.
İqtisadi İnkişaf Nazirliyi (Başqırdıstan)
Başqırdıstan Respublikasının İqtisadi İnkişaf Nazirliyi — İqtisadiyyat, investisiya və xarici iqtisadi fəaliyyətin formalaşdırılması və koordinasiyası, kiçik və orta biznesin inkişafı və dəstəklənməsi sahəsində sektorlararası koordinasiya, planlaşdırma və funksional tənzimləmə, regionlararası münasibətlərin inkişafı sahəsində dövlət idarəetməsini həyata keçirən respublika icra hakimiyyəti orqanıdır. Başqırdıstan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ölkədə sosial-iqtisadi proseslərin proqnozlaşdırılması və monitorinqini həyata keçirir, sosial və iqtisadi inkişafın prioritetlərini müəyyənləşdirir, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı, balanslaşdırılmış, inteqrasiya olunmuş, səmərəli istismar və davamlılığı təmin edən iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas istiqamətləri və tədbirlərini təşkil edir. Nazirlik 2013-cü ildə Başqırdıstan Respublikasının sosial-iqtisadi inkişafının proqnozunu və 2015-ci ilədək, Başqırdıstan Respublikasının 2012-ci il üçün sosial-iqtisadi inkişafının yekun nəticələrini hazırlayıb.
Başqırdıstanda etirazlar (2024)
2024-cü ildə Başqırdıstanda etirazlar — 15–19 yanvar 2024-cü il tarixlərində Rusiya daxilində Başqırdıstan Respublikasında keçirilən etiraz aksiyaları. Buna hakimiyyətin başqırd ekoloji fəalı Fail Alsınova qarşı cinayət işi başlatması səbəb olmuşdur. Alsınov daha sonra 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu, Baymak şəhərində nümayişlərə səbəb olmuş və burada ən azı 1,000 nəfər başqırd etirazçı toplanmışdır. Etiraz aksiyaları çevik qüvvə ilə toqquşmalarla nəticələnmişdir. Buna cavab olaraq polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etmişdir. Etirazlar 19 yanvarda regionun paytaxtı Ufaya yayılmış və nəticədə 10 nəfər həbs edilmişdir. Başqırdıstanda artan etirazlara görə, Moskva, Kazan, Nijni Novqorod və Sankt-Peterburq kimi böyük şəhərlərdən istifadəçilərin göndərdiyi mesajlar çatdırıla bilmədiyi üçün "WhatsApp" və "Telegram" mesajlaşma xidmətləri regionda bloklandığı iddia edilmişdir. "Downdetector" xidmətinin verdiyi məlumatlara görə, uğursuz mesajların əksəriyyəti Ufa şəhərindən olmuşdur ki, bu da ölkədəki bütün mesajların 22%-ni təşkil edir.
Başqırdıstanda aclıq (1921–1922)
1921-1922 illərin arasında baş vermiş Başqırdıstanda aclıq, müasir Başqırdıstan ərazisində Rusiya vətəndaş müharibəsi vaxtı baş vermiş. == Səbəbləri == Uzun müddət ərzində, vətəndaş müharibəsinin cəbhəsi Başqırdıstan ərazisində keçirdi. Cəbhənin hər iki tərəfi ölüsoyanlıq, oğurlama və dinc əhalinə qarşı başqa cinayyətlər törədirdi. Misal üçün, hökumət komissiyasının hesabatına görə, ancaq üç kantonda (Tamyan-Qatay, Böryən-Tüngəüer və Qıpçaq-Ete ırıu) 100 həyət zərər çəkmiş, 5377 ev sahibliyi yox edilmiş, 2826 yaşayış yeri tamamilə dağıdılmış və 50 min adamın çöreyi yox idi. Müharibə ərzində mal qaranın böyük hissəsi ya müsadirə olunub ya quru 1920-ci ildə acından ölüb. 1918 ildə aparılmış meşələrin millətləşdirilməsi isə sənayənə zərər vurub. Kənd təsərrüfatının sənayə güvvətləri məhv edilib. 1918-1920 illərin arasında aparılan prodrazvörstkanın nəticəsində, Başqırdıstandan faktiki olaraq qida resursları alınırdı, özəlliklə əhalinin əksəriyyəti əksinqilabi elan olunan başqırdlar olduğu rayonlardan. 1920-ci ilin yayında Başqırd MSSR-də hökumətə gələnlər ölkənin başqa hissələrindən idilər. Onlar apardığı prodrazvörstka vaxtı bütün biçin və hətta toxumlar alınırdı.
Yaponiya tatarları və başqırdları
Yaponiya tatarları və başqırdıları – 1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində Çar Rusiyasının devrilməsindən sonra əvvəlcə Mancuriyaya, daha sonra Yaponiyaya miqrasiya etmiş türklər. 1920-ci illərdən etibarən Əbdürrəşid İbrahimovun fəaliyyəti nəticəsində bir çox tatar və başqırd daha yaxşı həyat və iş imkanları tapmaq ümidi ilə Yaponiyaya köçməyə başlamışdır. Onlar əsasən Tokio, Yokohama, Kobe, Naqoya kimi şəhərlərdə məskunlaşmışdırlar. Muhammed Abdulhay Kurbanaliyev və Ayaz İshaki kimi şəxslər Yaponiyada yaşayan tatar icmasına rəhbərlik etmiş əsas şəxslər olmuşdurlar. 1953-cü ildən etibarən Yaponiya tatarlarının böyük qismi Türkiyə vətəndaşlığına keçmiş və başqa ölkələrə miqrasiya etmişdirlər. Hazırda Yaponiyada tatarəsilli 10–15 ailə yaşayır. Rusiyadan Yaponiyaya miqrasiya etmiş tatarların və başqırdların ümumi milli kimlik məsələsi mübahisəli mövzudur. Onları bildirmək üçün "İdil-Ural türkləri", "türk-tatarlar" və ya sadəcə "tatarlar" adlarından istifadə olunur. 1930-cu illərə qədər Yaponiya hökuməti onları "keçmiş rusiyalılar" və ya "rusiyalı müsəlmanlar" adlandırmışdır. Özlərini Kazan tatarları kimi hesab edib "türk-tatar" adlandırsalar da, aralarında mişər, başqırd, özbək, uyğur, azərbaycanlılar da olmuşdur.

Значение слова в других словарях