balk1
n 1. əngəl, çətinlik; maneə; to proceed without ~s maneəsiz hərəkət etmək; 2. səhv, xəta, yanlışlıq; nöqsan; to make a ~ xəta etmək, nöqsan buraxmaq; 3. məğlubiyyət; to meet with a ~ məğlub olmaq, məğlubiyyətə uğramaq; to have a sad ~ bərk məyus olmaq;
◊ to make a ~ of good ground əlverişli imkanı əldən vermək
balk2
v 1. mane olmaq, maneçilik törətmək; to ~ progress tərəqqiyə mane olmaq; 2. əldən vermək, ötürmək; yan keçmək; diqqət verməmək; to ~ an opportunity imkanı əldən vermək; to ~ one’s turn növbəsini buraxmaq; Death balks no creature Ölüm heç bir canlıdan yan keçmir; 3. rədd etmək, razı olmamaq, qəbul etməmək; boyun qaçırmaq; to ~ an unpleasant duty xoşagəlməz vəzifədən boyun qaçırmaq; 4. inad / tərslik etmək; qəfildən dayanmaq; tərsliyi tutmaq; The horse balked a leap At maneəni dəf etməyə tərslik etdi