BARAMAQURDU
BARBAR
OBASTAN VİKİ
Baran Xan
Baran Xan - türk və altay mifologiyalarında ev ilahı. Evləri qoruyan ruhdur. Çox güclü olaraq təsvir edilir. Türklərdə ev anlayışı çadır və otağları də ehtiva etdiyi üçün içərisində barınılan hər məkan ev olaraq qəbul edilə bilər. Bu məzmunda sığınacaq tanrısı demək daha doğru olacaq. == Etimologiya == (Bar) kökündən törəmişdir. Barınmaq (sığınmaq) kökündən törəmiş bir sözdür. Barımaq isə güclənmək mənasını verər. Bundan başqa bağça və əkilən yer mənası da vardır. Barun Monqol dilində sağ əl mənasını verər.
Baran adası
Baran adası — Oxot dənizinə aid olan Şelixov körfəzinin cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Maqadan vilayəti ərazisinə daxildir. Yam adalarında ikinci ən böyük adadır. == Coğrafiya == Pyaqin yarımadasından və Udaça körfəzindən təxminən 6,2 kilometr şərqdə yerləşir. 3,2 kilometr qərbdə Yam adalarından olan Katemalyo adası qəraralaşır. Barana eniş praktiki olaraq mümkün deyil. Ən yüksək yeri 193 metrdir. Qonşu akvatoriyasının dərinliyi 58–65 metrdir. Adada təxminən 2.000 cüt ağılsız, 2.000 cüt üçbarmaqlı qağayı , 20.000 cüt Uria lomvia və Uria aalge yuva qurur. Maqadan Təbiət Qoruğunun Yam adaları bölməsinin bir hissəsidir.
Zeyno Baran
Zeyno Baran (31 yanvar 1972) — əslən Türkiyədən olan Cənubi Qafqaz bölgəsi üzrə tanınmış ABŞ tədqiqatçısı. Zeyno Baran 1972-ci ildə Türkiyədə jurnalist ailəsində anadan olub. Onun atası Əhməd Uran "Hürriyet" qəzetinin xüsusi müxbiri, anası Füsun Arsan isə "Günaydın" qəzetinin əməkdaşı olublar. Zeyno Baran ABŞ diplomatı Metyu Brayzanın həyat yoldaşıdır. Onlar 2007-ci ilin avqustunda ailə qurub.
Bolşoy Baran
Bolşoy Baran — Kolıma çayının mənsəbi yaxınlığında qayalıq burundur. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Bilibinski rayonu ərazisində yerləşir. İlk dəfə F. Х. Plenisner tərəfindən 1763-cü ildə xəritəyə salınmışdır. Ferdinand Vrangelin fikrinə görə burun öz adını çoxlu sayda vəhşi qoyunun görünməsi ilə əlaqədar adlandırılmışdır. Çukot dilində işlənən "Ralyaven" sözü "yol üzərində yaşayış yeri" mənasını verir. == Həmçinin bax == Baranix burnu == İstinadlar == == Mənbə == Баранов камень // Энциклопедический словарь Ф. А. Брокгауза и И. А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890–1907.
CJ Baran
CJ Baran (tam adı: Kristofer Con Baran; 13 fevral 1990, Melvill[d], Nyu-York ştatı) — ABŞ müğənnisi, mahnı yazarı, prodüseri və aktyoru. O, Push Play qrupunun üzvüdür. Cürbəcür sənətçilər üçün mahnılar yazıb: Panic! At The Disco, Melani Martines, Karli Rey Cepsen, Mika, Britni Spirs, COIN, Endrü Makmehon, One OK Rock, Bea Miller, Pentatonix, Simple Plan, Pixie Lott və Nelly. == Həyatı == Baran Nyu-York ştatının Melvil hamletindəndir. Orta təhsilini St. Anthony's High School-da alıb. O, yeniyetmə yaşlarında müxtəlif musiqi alətlərində ifa etməyi öyrənib. 11 yaşında Kaution adlı musiqi qrupunu yaradıb.
Baran xan
Baran Xan - türk və altay mifologiyalarında ev ilahı. Evləri qoruyan ruhdur. Çox güclü olaraq təsvir edilir. Türklərdə ev anlayışı çadır və otağları də ehtiva etdiyi üçün içərisində barınılan hər məkan ev olaraq qəbul edilə bilər. Bu məzmunda sığınacaq tanrısı demək daha doğru olacaq. == Etimologiya == (Bar) kökündən törəmişdir. Barınmaq (sığınmaq) kökündən törəmiş bir sözdür. Barımaq isə güclənmək mənasını verər. Bundan başqa bağça və əkilən yer mənası da vardır. Barun Monqol dilində sağ əl mənasını verər.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır. Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Barana rayonu
Barana rayonu, Noyemberyan rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Dağ Borçalının Loru mahalında rayon. 1937-ci il 31 dekabrda yaradılıb. Mərkəzi Noyemberyan (İncəsu, Barana) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 187 km-dir. Qərbi Azərbaycan - Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V.V.Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır.
Baranbat
Baranbat — Goranboy rayonu ərazisində dağ. İncəçayın sol sahilində yerləşir. Hündürlüyü 1635 m. == Ümumi məlumat == Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə burada Baranbat adlı yaşayış məntəqəsi olmuşdur. Həmin kəndin adını daşıyan qəbiristan indi də mövcuddur. Oronim baran (baranilər-qaraqoyunlu tayfa ittifaqının adı) və bat/bet (türk dillərində "yüksəklik", "dağ yamacı", "dağın guney hissəsi") sözlərindən düzəlib. Etnotoponimdir. Macarıstanda Baranya, Belorusda Baranovici, Baranq, Hindistanda Baranaqar, Türkiyədə Baran və s. qeydə alınmışdır.
Barandüz
Barandüz (fars. باراندوز‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 834 nəfər yaşayır (244 ailə).
Barani-i Kürd (Sulduz)
Barani-i Kürd (fars. باراني كرد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (61 ailə).
Barani-i Əcəm (Sulduz)
Barani-i Əcəm (fars. باراني عجمد‎, azərb. Əcəm Baranlısı‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (67 ailə). Əhalisi Azərbaycan türkləri və şiə inanclıdır.
Baranix burnu
Baranix burnu — Şərqi Sibir dənizində Kitepveem çayının mənsəbinə yaxın ərazidə yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. Burunda Malaya Baranix adlı stasionar stansiya fəaliyyət göstərir. Stansiyanın Radioizotop termoelektrik generatorunda radiasiya sızması müşahidə edilmişdir. Bununla belə ora giriş əngəllənməmişdir. 2012 ildə generator çıxarılmış və çıxdaş edilmişdir.
Baranlı (Təbriz)
Baranlı (fars. بارانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.169 nəfər yaşayır (299 ailə).
Baranlı oymağı
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu. Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı". Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı. Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi.
Baranlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Baranlılar sülaləsi

Baranlıq-i Hüseynxan (Miyanə)
Baranlıq-i Hüseynxan (fars. برنليق حسين خان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (36 ailə).
Baranlıq-i Mədədxan (Miyanə)
Baranlıq-i Mədədxan (fars. برنليق مددخان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 294 nəfər yaşayır (70 ailə).
Baranov adası
Baranov adası (ing. Baranof) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. 1805-ci ildə kapitan Yuri Lisyanski tərəfindən Aleksandr Baranovun şərəfinə adlandırılmışdır. Orada yaşayan Tlinqit hinduları onu Sheet’-ká X'áat’l (çox vaxt sadəcə "Şi") adlandırırlar. Admiralteyski və Çiçaqov adaları ilə birlikdə "ABC adaları" adlanan adaları əmələ gətirir. 2000-ci ildə əhalinin sayı 8532 nəfər olmuşdur. == Coğrafiya == Adanın sahəsi 4162 km², maksimum uzunluğu təxminən 160 km, eni isə 50 km-dir. Bu Aleksandr arxipelaqının ən dağlıq adası və Alyaskanın səkkizinci ən böyük adasıdır. Dünyanın ən böyük adaları siyahısında 135-ci yerdədir. Adanın demək olar ki, bütün ərazisi inzibati cəhətdən şimalda Çiçaqova adasına qədər uzanan Sitka şəhərinin məhəlləsinin bir hissəsidir.
Baranoviçi
Baranoviçi (belar. Баранавічы) — Belarusda şəhər. Brest vilayəti Baranoviçi rayonunun inzibati mərkəzi. 2017-ci il hesablamalarına görə, şəhər əhalisi 179,439 nəfər təşkil edir. == Tarix == Şəhərin tarixi 29 noyabr 1871-ci il tarixindən başlayır. 1884-cü ildə bu ərazidə 120 ev yerləşirdi və təqribən 500 nəfər sakin yaşayırdı. İmperator III Aleksandr tərəfindən təsdiq etdiyi plana əsasən, bu şəhərin yerləşdiyi ərazidən də keçən Vilnüs — Luninets — Pinsk — Rovno dəmiryolu inşa edilməli idi. Həmçinin, şəhərin yaxınlığından başqa bir dəmiryolu (Moskva-Brest) keçməli idi ki, bu da şəhərin strateji əhəmiyyətini daha da artırırdı. 1914-cü ildə Birinci dünya müharibəsi başladıqdan sonra şəhər Rusiya İmperiyası Ordusunun əsas qərargahlarından biri kimi fəaliyyət göstərməyə başlamışdır. Şəhər güclü müdafiə olunmasına baxmayaraq, 25 iyul 1916-cı ildə Almaniya İmperiyası tərəfindən işğal olunmuş və 2 il müddətinə işğal altında qalmışdır.
Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. == Həyatı == Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Pyotr Baranovski
Pyotr Dmitriyevic Baranovski (1892-1984) — rus-sovet memarı, qədim memarlıq nümunələrinin bərpaçısı.
Robert Barani
Robert Barani (22 aprel 1876[…], Vyana – 8 aprel 1936[…], Uppsala[d]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsində 1914-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını alan avstriyalı həkim. == Bioqrafiyası == Barani Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Bir elm adamının qızı olan Maria Hok və bank səlahiyyətlisi və daşınmaz əmlak idarəçisi olan Macar Yəhudi İqnaz Baraninin altı uşağından ən böyüyü idi. 1900-ci ildə Vyana Universitetinin tibb fakültəsindən məzun oldu. Barani Vyanada bir həkim olaraq çalışarkən xəstələrinin baş dönməsini rahatlaşdırmaq üçün onların daxili qulaqlarının içinə maye yeridirdi. Yeridilən maye çox soyuq olduğundan xəstələrində başgicəllənmə və Nistagmus (istəksiz göz hərəkəti) baş verirdi. Mayeni qızdırdıqda isə xəstələrdə tərs istiqamətdə Nistagmus meydana gəldiyini gördü. Barani bu təcrübəsiylə endolinfanın sərin ikən batan və isti ikən yüksələn bir xüsusiyyəti olduğunu və beləcə endolinfanın axın istiqamətinin vestibulyar orqana proprioseptiv siqnalları təmin etməsini təyin etdi. Kaloridən reaksiya olaraq adlandırdığı bu təcrübə ilə müşahidələrinə davam etdi. Etdiyi müşahidələr və araşdırmalar nəticəsində vestibulyar orqan xəstəliklərinin cərrahi müalicəsini mümkün etdi.
Sultan Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. == Həyatı == Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Sultanhüseyn Baranlı

Sultanqulu bəy Baranlı
Sultanqulu bəy Boranlı (1518–1543) — Qütbşahlar dövlətinin yaradıcısı. == Həyatı == Qaraqoyunlu şahzadəsi idi. 1470-ci ildə, Həmədanın Sədabad kəndində doğulmuşdur. Atası Üveysqulu bəy Baranlı, anası isə Məryəm xanım olmuşdur. Babası Pirqulu bəy Baranlı Qara İsgəndərin, nənəsi Xədicə bəyim isə Cahanşahın nəvəsi idi. Babası öləndə hələ 12 yaşı vardı. Ovlanmaq və hərb ilə məşğul olmaqdan xüsusi zövq alırdı. 31 dekabr 1477-ci ildə Uzun Həsənin ölümü və Sultan Yaqubun taxta çıxmasından sonra ailəsi qorxuya düşdü. Atası Üveysqulu buna görə də qardaşı Allahqulu oğlu ilə birlikdə dini yaymaq bəhanəsilə Kafiristana göndərdi. Nemətulla Vəlinin nəticəsi II Nemətullah da onlara kömək edirdi.
Şahmalik Barani

Digər lüğətlərdə