1. Özündən getmiş, qəşş etmiş, ürəyi keçmiş, bayılmış. Bayğın düşmək. Bayğın kimi yatmaq.
– Səfər bu səsə əhəmiyyət vermədi, bayğın gözləri sayrışan ulduz arasında dolaşırdı.
2. məc. Xumar, məstanə, süzgün. Bayğın baxışlar.
– Qadınların bu hərəkəti, Almazın dalğın duruşu, bayğın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı.