is. 1. “
Bağlamaq”dan
f.is. 2. İçi dolu və ağzı bağlı kisə; çuval və s. Nigarançılığım bir az da artdı, özümü itirdim.
Bağlamanın kəndirini dartıb qırdım. Mir Cəlal.
Nəhayət, [müəllimə] qazıdığı quyudan bir böyük bağlama çıxartdı. Ə.Məmmədxanlı.
// Düyünçə, bağlanmış şey, boğça.
İpək bağlamaya dayanıb oturan bu qadın, bizi görərkən ayağa qalxdı. M.S.Ordubadi.
[Göyüşoğlu] əlində tutduğu xırdaca bağlamanı dalında gizlətmişdi. M.Hüseyn.
Arvad tez bağlamanı götürüb açdı, nə idi? İki min manat pul. B.Talıblı.
// Bir yerə, yaxud üst-üstə yığılıb sarınmış şey.
Çamadanın dibində qaytanla sarıqlı bir bağlama kağız nəzərə gəldi. S.M.Qənizadə.
3. Bir yerə göndərilmək üçün qablanıb bağlanmış şey. Uşaqlar gənc və mehriban müəllimlərini unutmamışlar.
Məktəbdə … ona məktub və bağlamalar göndərməyi qərara almışdılar. Mir Cəlal.
4. Deyişmə zamanı aşıqların və keçmişdə şairlərin bir-birini bağlamaq (8-ci mənada) üçün söylədikləri müəmma, qıfılbənd, tapmaca və s.