Sevgilim, eşqü həvəsdən daha mən bezaram; İndi bir başqa dilarama pərəstişkaram.
□ Bezar olmaq – usanmaq, bezmək, çiyrinmək, təngə gəlmək. Canından bezar olan tanrıya qarğar. ( Ata. sözü ).
Olmuşdu bəşərdən öylə bizar; Kim özgəsini sanırdı əğyar.
Bu saat camaat dünya davasından bezar olmuşdur.
Bezar etmək – usandırmaq, təngə gətirmək, cana gətirmək, bezikdirmək, çiyrindirmək.
Şəfqət bacısı yaxınlaşıb, hamını qışqırığı ilə bezar eyləyən bu əsgəri qaldırmaq istədi.