BİÇMƏK

f.
1. Taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək. Taxılı biçmək. Otu biçmək. Tarlanı biçmək.
– Biz məgər bilmirik taxıl biçmək. S.Ə.Şirvani.

// məc. Götürmək, əldə etmək mənasında.
Nə əkərsən, onu biçərsən. (Məsəl).
Çün hər nə kim əkərsən, anı biçərsən, axır. Nəsimi.

2. Parçadan boya, bədənə görə paltar və s. kəsmək. Şalvar biçmək. Palto biçmək.
// Ümumiyyətlə, kəsmək.
Sıxır bədənimi bu kor fələyin; Əynimə biçdiyi don aşkaraşkar. B.Vahabzadə.

3. məc. Qırxmaq.
Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov.

4. məc. Kütləvi surətdə qırmaq, öldürmək, məhv etmək (bəzən “biçib-tökmək” şəklində işlənir).
[Həmzət:] İldırımmisal qılıncı ilə düşmənləri biçib-tökür. M.Hüseyn.

5. Bəzi sözlərə qoşularaq, ifadələr düzəldilir; məs.: boğazını biçmək, divan biçmək və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİÇMƏK qırmaq — öldürmək
  • BİÇMƏK kəsmək
  • BİÇMƏK qırxmaq
  • BİÇMƏK 1. BİÇMƏK (ot və s. biçmək) Ot biçməsəm, qırılmazını qoyunlar? Hardan olar hasil o vaxtı yunlar? (A.Səhhət); ÇALMAQ Şamxal bir az sakitləşdi
BİÇMƏ
BİDAD

Digər lüğətlərdə