BİKARA

[ fars. bikarə]
1. sif. dan. Gərəksiz, vecsiz, lazımsız, yararsız, faydasız, pis. Bikara adam. Bikara şey. – Mirzə Həbib cavab verdi ki, xalqın təzə padşahdan zəhləsi gedir.
Onu süstrəy və bikara bilirlər. M.F.Axundzadə.

2. zərf Avara, səfil, sərgərdan. Bikara gəzmək. Bikara dolanmaq.
– İllər, aylar gəzirəm boş-boşuna, bikarə; Laübali yaşayış etdi məni avarə. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİKARA bikara bax 1. vecsiz; 2. veyl
BİKAR
BİKARALAŞMAQ

Digər lüğətlərdə