BIN

bin1

n 1. daqqa, iri yeşik / sandıq; anbar; bunker; rezervuar, çən; 2. qab; a bread ~ çörək qabı; a rubbish ~ zibil qabı; 3. qəfəs (şərab anbarında butulka yığmaq üçün), 4. şərab növü; 5. silos quyusu

bin2

v daqqada / anbarda / bunkerdə / çəndə saxlamaq

BIMOTORED
BINARY
OBASTAN VİKİ
Aşot bin Şavur
Aşot bin Şavur — Şəddadi şahzadəsi və Əbüləşvar Şavurun ikinci oğludur. II Fəzl bin Şavur 1068-ci ildə gürcülərin əlində əsir olanda Aşot onun yerinə səkkiz ay dövləti idarə edib. (Avqust 1068 – Aprel 1069) O, hətta öz adına və Səlcuq hökmdarı Alp Arslan adına sikkə zərb etmişdir. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) H. E. Dr.
Qastone Bin
Qastone Bin (it. Gastone Bean; 11 avqust 1936) ― hücumçu mövqeyində çıxış etmiş İtaliya futbolçusu. San Kantsian d'İzontso kommunasında böyüyən Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı. Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi və 21 oyuna 23 qol vura bildi. 14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu, "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi. Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər. Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər.
Şon Bin
Şon Bin (17 aprel 1959) — film və kino aktyoru.
Bin (film, 1997)
Bin — rejissoru Mel Smit, ssenari müəllifi Riçard Kertis və Robin Driskoll olan 1997-ci ildə çəkilmiş komediya filmi. Rouen Atkinson və Kurtis tərəfindən yaradılmış Britaniya sitkom serialı olan Mister Bin əsasında çəkilmiş filmdə baş rolda Atkinson, köməkçi rollarda Peter Maknikol, Pamela Rid, Harris Yulin, Sandra Oh və Bört Reynolds çəkilir. Filmdə Bin Uistlerin anası tablosunun açılışı haqqında danışmaq üçün ABŞ-yə göndərilməzdən əvvəl London Milli Qalereyasında mühafizəçi işləyir. Working Title Films və Tiger Aspect Films tərəfindən istehsal olunan Bin filmi 2 avqust 1997-ci ildə Birləşmiş Krallıqda və 7 noyabr 1997-ci ildə ABŞ-də PolyGram Filmed Entertainment və Gramercy Pictures tərəfindən ekranlara buraxıldı. Film tənqidçilərdən qarışıq rəylər aldı, lakin 18 milyon dollarlıq büdcəyə qarşı dünya üzrə 251,2 milyon dollar gəlir əldə edərək böyük gəlir gətirdi. Fimin müstəqil davamı olan Mister Bin səyahətdə 2007-ci ildə ekranlara buraxıldı. Yaxşı niyyətli, lakin yöndəmsiz və dağıdıcı Mister Bin Londonda Milli Qalereyada mühafizəçi işləyir. Bini iş başında yatdığına görə xor baxan qalereyanın direktorlar şurası sədrin əmri ilə onu işdən çıxara bilmədikdə, onlar əvəzinə Bini Ceyms Uistlerin 1871-ci ildə çəkdiyi “Boz və qara rəngdə portret aranjmanı” (Uistlerin anası) əsərinin köçürülməsi üzrə nümayəndə kimi seçirlər. Həmin əsər Bindən bir müddət xilas olmaq üçün Los-Ancelesdəki Grierson İncəsənət Qalereyasına göndərilir və orada xeyriyyəçi general Nyuton tərəfindən 50 milyon dollara satın alı.nır Qriersonun kuratoru David Langley, "Dr. Bin"in saxta profilindən təsirlənərək, ailəsinin istəklərinə zidd olaraq Bini iki ay evində yerləşdirməyi təklif edir.
Cabir bin Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (ərəb. جابر بن حیان ابو موسی‎; 721, Tus – 815, Kufə) — İslamın qızıl dövründə yaşamış məşhur kimyaçı və filosof. O, elm tarixinin ən mühüm simalarından biri hesab olunur və müxtəlif sahələrə, o cümlədən kimya və tibbə verdiyi mühüm töhfələrinə görə tanınır. Cabir ibn Həyyanın əsərləri kimyəvi proseslər, kimyəvi reaksiyalar, maddələrin xassələri kimi geniş mövzuları əhatə edirdi. O, çoxsaylı eksperimentlər aparmış və əldə etdiyi nəticələri yazaraq müasir kimya elminin inkişafı üçün zəmin yaratmışdır. İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar. Onun əsərlərinin orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada yazılmışdır və çox ehtimal ki şifrələnmişdir. Bu şifrələri açmaq isə müasir günümüzə qədər mümkün olmamışdır. İlk baxışdan İbn Həyyanın əsərləri kimyəvi maddələrin ərəbcə adlarından ibarət düşünülmüş, mürəkkəb kimyəvi numeraloji sistemə əsaslanır.
Fəzl bin Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Hüseyn bin Abdulla
Hüseyn bin Abdulla (ərəb. الحسين بن عبد الله الثاني‎; 28 iyun 1994) — İordaniya Haşimilər Krallığının vəliəhdi, taxt-tacın birinci varisi, kral II Abdulla və kraliça Rania əl-Abdullanın böyük oğlu. 2004-cü ildə ögey əmisi Həmzə bin Hüseyni varislik siyahısında əvəz etmiş və 2009-cu ildə vəliəhd titulu almışdır. Yetkinlik yaşına çatandan sonra bir neçə dəfə kral naibi kimi öz atasını əvəz etmişdir. Hüseyn bin Abdulla 28 iyun 1994-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində doğulub. Məhəmməd peyğəmbərin nəslindən gələn 42-ci şəxsdir. 2 iyul 2009-cu ildə vəliəhd elan edilib. 2016-cı ildə Corctaun Universitetində beynəlxalq tarix və iqtisadiyyat fakültəsindən məzun olub. Hazırda Sandhörst Kral Hərbi Akademiyasında təhsil alır. Ərəb və ingilis dillərini mükəmməl, fransız dilini yaxşı dərəcədə bilir.
Hüseyn bin Abdullah

Kumeyt bin Zeyd
Kumeyt bin Zeyd (679-743) — Ərəb şairi. Bəni Əsəd qəbiləsindəndir. 679-cu ildə Kufədə dünyaya göz açmış və bu şəhərdə qəbiləsi arasında böyümüşdür. Kumeyt təhsilinə Quranı əzbərləməklə başlamış və eyni zamanda Hədis elmini də öyrənmişdir. O, ərəb dili, şeir, əyyamu-l-arab və xüsusilə nəsəb sahələrində alim idi. O, həmçinin öz nənələrindən Cahiliyyə dövrü haqqında ətraflı məlumat almışdır və bununla bağlı bir çətinliyi olanda onlardan öyrəndiyi söylənilir. Həmçinin sistemli bir təhsil alan Kumeyt Kufə məscidində dərs də demişdir. Onun məşhur şair Fərəzdəqlə uşaq yaşlarında görüşdüyü haqda rəvayətlər vardır. Əgər Fərəzdəqin qohumu olması ilə bağlı olan rəvayət doğrudursa onda onların tez-tez görüşdüyünü söyləmək olar. Əməvi dövrünün başlıca elm mərkəzlərindən biri olan Kufə məscidində müəllimlik etmiş olan Kumeyt, dövrünün tanınmış şəxsiyyətləri ilə əlaqəsi olmuşdur.
Mister Bin (personaj)
Mister Bin (ing. Mr. Bean) — İngiltərə istehsalı sitkom televiziya serialı Mister Bin, animasiya filmi və 2 komediya filmində olan personaj. Roven Atkinson tərəfindən yaradıldı və canlandırıldı. Personaj ilk dəfə televiziyada serialın 1 yanvar 1990-cı ildə yayımlanan "Pilot" bölümündə görünmüşdür.
Mister Bin (teleserial)
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Məhəmməd bin Şəddad
Məhəmməd bin Şəddad (v. 955) — Kürd mənşəli Şəddadilər sülaləsinin banisi və ilk hakimi. O, 951-ci ildə Dvini (Dəbil şəhərini) Salarilərin əlindən alıb. Ancaq görünən odur ki, qala salarilərə sadiq deyləmilərin əlində qalıb. O, hakimiyyəti 954-cü ilə qədər qoruyub saxladı. Ancaq həmin il Salarilər qalanı geri aldılar. Məhəmməd, ailəsi və tərəfdarları Vaspurakana qaçdılar. 955-ci ildə Məhəmməd bin Şəddad vəfat etdi. Minorsky, Vladimir. Studies in Caucasian History.
Mərziban bin Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadi hökmdarı.
Osman Bin Affan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman bin Əffan

Quteybə bin Müslüm
Qüteybə ibn Müslüm (668, Bəsrə – 715, Fərqanə vadisi) — ərəb sərkərdəsi. Qüteybə ibn Müslüm ərəblərin Bahili qəbiləsindən idi. Qüteybə ibn Müslüm Əfqanıstan və Orta Asiyada elədiyi işğallar ilə Əməvi torpaqlarının sərhədlərini genişləndirmişdir. 704cü ildə Əbdülməlik İbn Mərvan tərəfindən Xorasan valisi təyin edilən Qüteybə, həmdə təqribən 50 min nəfərlik bir ordunun sərkərdəsi olur. Xorasandan Şimala və şərqə doğru təşkil etdiyi hücumların birincisində (705) Toxarıstana girərək paytaxt Bəlx şəhərini işğal edir. Şəhər əhalisi təslim olsa da şəhəri dağıdır. Ardından o tarixdə Oxus olaraq adlanan Ceyhun çayını (Amu Dərya) aşaraq Buxara (bu gün Özbəkistanda) və şəhər ətrafındakı Soqdiana torpaqlarını işğal edir (706-709). İşğalları davam etdirərək 706-cı ildə Bəykəndi alır. Şəhər işğal olunarkən bu şəhəri də dağıdaraq bütün kişiləri öldurtdurur. Onun işğallarını durdurmaq üçun Buxara hökumətinin sərkərdə olaraq təyin etdiyi Vərdan xudanı da məğlubiyyətə uğradır.
Rizaəddin bin Fəxrəddin
Rizaəddin bin Fəxrəddin və ya tam adı Rizaəddin bin Fəxrəddin bin Seyfəddin eş-Şirdani (tatar. Ризаэтдин Фәхретдин; 4 yanvar 1859, Kiçüçat[d], Buqulma qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 11 aprel 1936 və ya 12 aprel 1936, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — tatar tarixçisi, ədib, pedaqoq, ilahiyyatçı, dini və ictimai xadim. Dini, siyasi və pedaqoji mövzularda yazdığı çoxsaylı əsərlər ilə cədidçilik hərəkatının tərəfdarı olmuş və nəşr etdiyi "Şura" jurnalı ilə Rusiya imperiyasındakı müsəlmanlar üçün siyasi müzakirə üçün əhəmiyyətli bir orqana çevirmişdir. Rizaəddin bin Fəxrəddin Samara quberniyasının Kiçüçat kəndində molla ailəsində anadan olub. O, atasının rəhbərlik etdiyi kənddə məktəbdə, daha sonra yaxınlıqdakı Şelçeli kəndindəki mədrəsədə oxuyub. 30 yaşında molla olub və İlbek kəndindəki mədrəsəyə rəhbərlik edib. 1891-ci ildə qazı seçildi, yəni Rusiyada müsəlmanlar üçün dini idarəetməyə üzv oldu. Bu səbəbdən geniş dini fəaliyyətini göstərə biləcəyi Ufada məkanına köçdü. 1905-ci il Birinci rus inqilabı zamanı, o, Müftilər yığıncağında geniş bir islahat proqramı təqdim etdi. Bu proqram digər məsələlərlə yanaşı idarəçiliyin Qazaxıstan müsəlmanları üzərindəki məsuliyyətinin uzadılmasını da əhatə etmişdir.
Usama Bin Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Usama Bin Ladin

Xalid bin Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, islamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir. O, bir il sonra bu vəzifədən istefa verir və 642-ci ildə vəfat edir. 1666.
Yezid bin Müaviyə
Yezid bin Muaviyə (646, Dəməşq, Rəşidi xilafəti – 11 noyabr 683, Dəməşq, Əməvilər xilafəti) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində — 680-ci ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qoşununu qətlə yetirmişlər.
Yusof bin İshak
Yusof bin İshak (d. 12.8.1910, Taypinq, Perak, Malay Federasiyası — ö. 23.11.1970, Sinqapur) — Sinqapur dövlət xadimi. Sinqapurun birinci prezidenti (1965-1970) 12 avqust 1910-cu ildə Malay Federasiyasının Perak əyalətinin Taypinq rayonunun Teronq kəndində anadan olan Yusof, 1759-cu ildə Penanqa köçən Sumatranın Malay Datuk Jannatunun nəslindəndir. Onun atası Minanqkabau əsilli, anası isə İndonesiyanın Lanqkart regionundan Malay əsilli idi. Onun qardaşı Əziz bin İshak, Malayziyalı jurnalist və azadlıq mücahidi idi. O, ilk təhsili Viktoriya məktəbində alır və daha sonra Raffles İnstitutunda təhsilini davam etdirir. Rafflesdə olduğu zaman Sinqapur Milli Kadet Korpusuna qoşulur. O, Korpusda ilk dəfə yeniyetmə zabit kimi işləyib. 1929-cu ildə dostları ilə birlikdə "İdmançı" jurnalını təsis edir.
Zeynalabdin bin Əli
Zeynalabdin bin Əli (ərəb. زين العابدين بن علي‎‎‎, fr. Zine el-Abidine Ben Ali; 3 sentyabr 1936[…] – 19 sentyabr 2019[…], Ciddə, Məkkə bölgəsi[d]) — Tunisin ikinci prezidenti Bir müddət əvvəl xalq üsyanı nəticəsində devrilmiş və ölkədən qaçmış Tunis prezidenti Zin əl-Abidin Ben Əlinin varidatının bir hissəsi ictimaiyyətə nümayiş etdirilib. yerli telekanallardan birində sabiq prezidentə məxsus külli miqdarda pul, zinət əşyaları və sair xalqa göstərilib. Varidat Ben Əlinin Tunis paytaxtı yaxınlığında yerləşən şəhərcikdəki iqamətgahında aşkarlanıb. Mütəxəssislər varidatın bir neçə milyon dollar olduğunu bildirir. Xatırladaq ki, Ben Əli yanvarın 15-də Səudiyyə Ərəbistanına qaçıb. Sonradan onun insult keçirdiyi və komaya düşdüyü haqda xəbərlər var. Tunisin devrilən prezidenti Zeynəlabdin Bin Əlinin səhhəti ilə bağlı spekulyasiyalar davam edir. Bin Əilinin Ciddədə müalicə olunduğu xəstəxanada öldüyü bildirilir.
Azərbaycan Bəstəkarlar İttifaqının binası
Azərbaycan Bəstəkarlar İttifaqının binası, Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı və ya Pionerlər evi ― XX əsrin əvvəllərində Xaqani küçəsində tikilmiş 3 mərtəbəli yaşayış binası. Eklektik üslubda olan bu binada müxtəlif vaxtlarda Azərbaycan Mədənçilər İttifaqı, Pionerlər evi, Türkiyə səfirliyi, 2008-ci ildən etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqı yerləşib. Azərbaycan Bəstəkarlar İttifaqının binası 1912-ci ildə Molokanskaya küçəsi 27 (indiki Xaqani küçəsi 55) ünvanında 3 mərtəbəli mülk kimi tikilib. 1922-ci ildən burada Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı yerləşib. 1924-cü ildə heykəltaraş Stepan Erzyaya binanın fasadına yerləşdiriləcək heykəllərin düzəldilməsi üçün sifariş verildi. Fasaddakı heykəllər 3 horizontal üzrə yerləşdirilib. Heykəllərin yerləşdiyi ən alt səviyyəyə gücü və ağılı simvolizə edən iki dəmirçi heykəli, orta səviyyədə istehsalat prosesini simvolizə edən fəhlə və qazmaçı heykəli, ən üst səviyyədə isə xalqların proletar birliyini və gələcək uğrunda birlikdə mübarizəni simvolizə edən, bir borudan yapışmış azərbaycanlı və rus fəhlə təsvir edilib. Fəhlənin dəmirçinin və qazmaçının çarıq geyib araxçın taxması eləcə də bığlarının olması onların azərbaycanlı olduğunu bildirir. Mərmər və bürüncün çatışmadığına görə heykəllər sementdən və güclü turşu tərkibi ilə işlənmiş dəmir qalıqlarından tökülüb. Bu neftçi işçilərə həsr edilmiş ilk heykəllər idi.
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qanunvericilik və binagüzarlıq sənədlərinin dərc olunduğu toplu. "Məcmuə"ni nəşr etmək üçün Azərbaycan Hökumətinin 1919 il iyunun 25-də qəbul etdiyi qərarla "AzərbaycanCümhuriyyəti Hökumətinin xəbərləri" nəşriyyatı yanında xüsusi şöbə yaradılmışdı. Həmin şöbə "Metropol" mehmanxanasında (indiki Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi) yerləşdirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Məcmuə"-nin Azərbaycan və rus dilləridə ayrı-ayrılıqda 4 nömrəsi nəşr olunmuşdur. "Məcmuə"nin ilk nömrəsi 1919 il noyabrın 15-də, son nömrəsi isə 1920 il yanvarın 1-də buraxılmışdır. Buraya Azərbaycan Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918 il mayın 28-dən həmin ilin oktyabrın 31 -nə qədər qəbul olunmuş 298 qanunvericilik və binagüzarlıq sənədi daxil edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Cümhuriyyəti hökümətinin xəbərləri qəzeti Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu maddəsi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası

Bakı Sovetinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Bakı real məktəbinin binası
Bakı real məktəbinin binası — 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi ilə Bakı real məktəbi üçün tikilmiş bina. Hazırda binada Azərbaycan Dövlət İqtisad Universiteti fəaliyyət göstərir. Bina 1901-1904-cü illərdə mülki mühəndis Dmitri Buynovun layihəsi əsasında Bakı real məktəbinin binası kimi inşa edilmişdir. Memar binanın ilkin layihəsini 1892-ci ildə təşkil etmiş, lakin, həm layihədə həm də smetada əhəmiyyətli dərəcədə çatışmazlıqların və nöqsanların olması səbəbindən qəbul edilməmişdir.1900-cü ilin əvvəllərində Buynovun dəyişikliklər edərək İtalya İntibah memarlığı stilində işlədiyi layihə təsdiq edilmişdir. Bina, qırmızı xəttə boyunca lüçənin rəvan xəttinə daxil edilmişdir və yan qanadlarının bucaq altında yerləşmiş olduğu mərkəzi hissənin əzəmətliyi ilə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Fasadın klassik quruluşu birinci mərtəbənin çox əsaslı şəkkildə yonulmamış daş hörgüsü ilə açıq-aydın ifadə olunmuş kürsülük və Korinf pilyastrları və çox çıxarılmış pərvazla möhkəmləndirilmiş iri tağ yerləri ilə birgə tamamlayıcı yuxarı mərtəbə magistralın memarlıq-planlaşdırılma quruluşunda binanın əhəmiyyətini müəyyən etmişdir. Fasadın gözəl plastikası, işlənmə mədəniyyəti və detalların aydın çəkilməsinə münasibət məktəb binasının bütün kompozisiyasında aşkar edilmişdir. Yüksək relyefdə daşdan düzəldilmiş, yan qanadların yuxarı künclərində klassik memarlıq motivinin kompozisiyasının dekorativ-ornamental inkişafı binanın memarlığına diqqət cəlb edir.
Bakı Şəhər Dumasının binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Bakı Şəhər İcra Hakimiyyətinin binası

Bakı şəhər telefon qovşağının binası
Bakı şəhər telefon qovşağının binası — Bakıda Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında, 1912-ci ildə inşa edilmiş üç mərtəbəli inzibati bina. Binanın memarı Nikolay Marçenkodur. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina 1912-ci ildə Nikolay Marçenko tərəfindən modern üslubda tikilib. Binanın yerləşdiyi küçə 1923-cü ilə qədər Birjevaya adlanıb. Sovet işğalından sonra isə küçəyə "Sülh" adı verilib. 1949-cu ildən etibarən küçə Üzeyir Hacıbəyovun adını daşıyır. Sovet İttifaqının dövründə binanın dam örütüyü, damındakı saat və balkonları götürülüb. Müstəqillikdən sonra isə 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bir müddət Bakı şəhər telefon qovşağının binası kimi fəaliyyət göstərib.
Bakının ən yüksək binalarının siyahısı
Bank of Georgia baş ofis binası
Bank of Georgia baş ofis binası (gürc. ოფიცერთა სახლი) və ya Gürcüstan SSR-in avtomobil yolları nazirliyinin binası (gürc. საქართველოს საავტომობილო გზების სამინისტროს შენობა) – 1975-ci ildə Tbilisi şəhərində memar Georgi Çaxava və Zurab Calaqxaninin layihəsi əsasında inşa edilmiş memarlıq abidəsidir. Hazırda bina Bank of Georgiaya məxsusdur və inzibati bina kimi istifadə edilir. Binanın layihələndirilməsi zamanı Georgi Çaxava yol tikintisi naziri olduğuna görə, həm sifarişçi, həm də sifarişi yerinə yetirən tərəf kimi çıxış edirdi. Binanın inşası üçün yeri də memar özü seçmişdi. Sifariş, müsabiqə keçirilmədən birbaşa dövlət sifarişi ilə həyata keçirilmişdir. Bütün SSRİ dövründə, bina, Gürcüstan ərazisində individual layihələndirilmiş azsaylı binalardan biri olaraq qalmışdır. Layihənin hazırlanmasında memarlar G. Çaxava və Z. Calaqxani, mühəndislər T. Txilava və A. Kimberq iştirak etmişlər. İnaşaat xərcləri 6 milyon rubla bərabər olmuşdur..
Bayquşlu bina (Novoçerkassk)
Bayquşlu bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Novoçekassk şəhəri Sovetski ilə Dubrovski küçələrinin birləşdiyi yerdə yerləşir. Poçt ünvanına gəldikdə isə Sovetski küçəsi ev 8 ünvanında yerləşir. Bina modern stilində inşa edilmişdir. XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Sovetski küçəsi ev 8 ünvanında 1910-cu ildə inşa edilmişdir. Onun sahibi ilk əvvəllər kredit cəmiyyətinin rəhbəri Q. Q. Krivsov olmuşdur. Sonradan isə sahiblik Cənubi Rusiya Texniki Universitetinin professoru M. M. Qrişinə (1891—1979) keçmişdir. Yaşayış binasının arxitektur stili V. İ. Kulişovun fikirinə görə «fin modernizmidir». Bu cür yanaşmanın əsas səbəbi onun onun fasadının müxtəlif materiallardan istifadə edilərək bəzədulməsidir.
Bağçasarayev binası
Q. X. Bağçasarayevin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sosioliçeski küçəsi, Budenovski prospektində ev 26/57 ünvanında yerləşən bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Onun sahibi Qriqori Kristoforoviç Bağçasarayev olmuşdur. O şəhər dumasının üzvü olmuşdur. Şəhər sakinləri onun bağ həvəskarı olmasını bilirdi. Ancaq bürün rəsmi sənədlərdə binanınsahibi Krikor Xristoforoviç Bağçasayev göstərilir. Qriqori Kristofiroviç Bağçasarayev Rostovda ilk ağacəkmə bayramı kompaniyyası üzrə sovetin əsas ütəşkilatçılarından biri olmuşdur. Bağçasarayev binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Gəlirli ev XX əsrin əvvəllərində modern stilində inşa edilmişdir. Binanın quruluşu XIX əsrin sonları və XX əsrin əvvəllərində inşa edilən tikililərin quruluşuna bənzərdir.
Betulinskinin binası (Taqanroq)
Betulinskinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən iki mərtəbəli bina. Binanın mövcud olan eyvanın üzərində onun ünvanı yazılmışdır. Bins Lermontov xiyabanı, ev 11 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bibanın sahibi və inşa etdirəni Qriqor Yefimoviç Betulinski olmuşdur. İki mərtəbədən ibarət olan Lermontov xiyabanı, ev 11 ünvanında yerləşın bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Onun tikintisinə 1872-ci ildə başlanmışdır. Binanın Qriqor Yefimoviç Betulinski vəsaiti hesabına inşa edilmişdir. O, qubernatorun müavini olmuşdur. Oda məlumdur onun həyat yoldaşı Mariya Konstantinova olmuşdur.
Calophyllum bingator
Calophyllum inophyllum (lat. Calophyllum inophyllum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü. Balsamaria inophyllum Lour. Calophyllum apetalum Blanco [Illegitimate] Calophyllum bingator Roxb. Calophyllum blumei Wight Calophyllum inophyllum f. oblongata Miq. Calophyllum inophyllum f. obovata Miq. Calophyllum inophyllum var. takamaka Fosberg Calophyllum inophyllum var.
Cylicodaphne bindoniana
Litsea bindoniana (lat. Litsea bindoniana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. Cylicodaphne bindoniana F.Muell. Tetranthera bindoniana (F.Muell.) Benth.
Dairə məhkəməsinin binası (Taqanroq)
Dairə məhkəməsinin binası — Taqanroqun mərkəzində tarixi qədim bina. Taqanroqun arxitektura abidələri siyahısına daxildir. Hal-hazırda binada Taqanroq metallurgiya kolleci yerləşir. Dairə məhkəməsinin binası Dobrolyubovski xiyabanının küncündə (9-11) və Petrovskaya küçəsində yerləşir. Bina XIX əsrin ikinci yarısına xas arxitekturada inşa edilmişdir. 1860-cı illərdə gələcəkdə şəhər rəhbərliyində mühüm vəzifələrdən birini tutan, tacir N. T. Curiç öz imkanları hesabına Taqanroqun Petroskaya küçəsində bina tikməyi qərara alır. Bir müddət sonra o tikintiyə marağı itirir. Bina yarımtikili olaraq Dairə məhkəməsinə satılır. Bu bina taqanroqda ilk üç mərtəbəli bina olmuşdur. Dairə məhkəməsi bu binada 30 aprel 1869 ildə açılmışdır.
Dairəvi bina (Taqanroq)
Dairəvi bina — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşın yaşayış binadı. Bina bürü SSRİ ərazisində ilk dairəvi bina olmuşdur. Binanın yerləşdiyi adresı: Aleksandrovskaya küçəsi, ev 107. Uzun illər ərzində binanın layihə müəllifi hasısa Boqoblyudov hesab edilirdi. 2000-ci illərdə binaya olan marağın artması ilə əlaqədar binatın layihə müəllifi axtarılmağa başlanılmışdır. Nəticədə bina layihəsinin müəllifi məşhur rodtovlu arxitektor Mixail Nikolsyeviç Kondratev olması müəyyənləşmişdir. Sonradan Artur Qeorqeviç Tokarevin apardığı araşdırmalar nəticədində binanın layihəsinin İvan Qeorqieviç Taranova mənsub olması müəyyən edilmişdir. Layihə hələ öz dövründə hazırlandıqdan sonra Sənaye və mülki tikililər jurnalında dərc edilərək müzakirə edilmişdir. Dairəvi binanın tikintisinə Taqanroqda 1929-cu ildə başlanıılmışdır. 1932-ci ildə isə tikinti işləri başa çatmışdır.
Dallaporte binası (Taqanroq)
Dallaporte binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 9 ünvanında yerləşir. İki mərtəbədən ibarət, Taqanroq şəhəri İtalyanski xiyabanı ev 9 ünvanında yerləşən bina ХIХ əsrin ikinci yarısında inşa edilmişdir. Bina Don qoşunlarının mayoru A. İ. Yeqorovun vəsaiti hesabına tikilmişdir. Bina sonradan I gildiya taciri İvan Pavloviç Dalaportenin həyat yoldaşı Yekaterina Yeqorovnanın xahişi ilə binanaya mətbəx əlavə edilir və ikinci mərtəbə artırılmışdır. Dallapoetenin ailəsində 1834-cü ildə oğul övladı doğulmuşdur. Oğlunun adı Panaqi idi. İvan Pavloviç Dallaporte 70 yaşında ikən 1870-ci ildə həyatını itirmişdir. ХХ əsrin əvvəllərində Dallaportenin vərəsələri bu iki mərtəbəli binanı Taqanroq şəhərinin fəxri sakini Minaya Yeqoroviç Sinodi-Popova və Konstantin Nikolayeviçin həyat yoldaşı Yelena Semenovna Averino tərəfindən satın alınmışdır. 1921-ci ildə Yelena Semenovna 78 yaşında infaktdan vəfat etmişdir.
Dallasda ən yüksək binaların siyahısı
Dallasda ən yüksək binaların siyahısı - ABŞ-nin Texas ştatında Dallasda hündürlüyünə görə sıralanmış hündür olan binalarını ehtiva edir.
Demina-Koçani binası (Taqanroq)
Demina-Koçani binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 47 ünvanında yerləşən bina. Bina XIX əsrin 60-cı illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanı adı onun iki məşhur bina sahiblərinin soy adı ilə əlaqədardır: Marqarita Koçani və Aleksandra Demina. İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreceskaya küçəsi ev 47 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində inşa edilmişdir. Bina kərpiç stilinə malikdir. Binanın ilk sahibi Marqarita Kaçioni olmuşdur.
Dismophyla binata
Drosera binata (lat. Drosera binata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Dövlət bankının binası (Rostov-na-Donu)
Dövlət bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sokolov prospekti, ev 22a ünvanında yerləşən bina. Bina Marian Marianoviç Peretyatkoviçin layihəsi əsaaında 1913–15-ci illər ərzində inşa edilmişdir. İlk əvvəllər binada Rusiya imperiyasının dövlət bankı yerləşir. Hazırda isə binada Sentrbankın filialı yerləşir. Bina neoklassizm stilində inşa edilmişdir. Dövlət bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. XX əsrin əvvəllərində Dövlət bankının binaası Bolşoy Sadovnaya küçəsi, Srednı prospektində yerləşirdi. Bir müddət banka artıq bu bina dar gəlirdi. Bu səbəbdən onlar bina kirayələməyə məcbur qalmışdılar. Bundan sonra bank məsulları yeni binanın inşasını qərara alır.
Dünyanın ən hündür binalarının siyahısı
Ən hündür binaların siyahısına hündürlüyü 300 metr və daha artıq olan göydələnlər daxil edilmişdir. Bu alt siyahıya tikintisi başa çatmış və hal-hazırda tikilməkdə olan, ancaq maksimal hündürlüyünə çatmış binalar daxil ediliblər. Bina sözünün altında insanların yaşayışı üçün və/yaxud fəaliyyəti üçün nəzərdə tutulmuş yerüstü tikililər başa düşülür. Digər məqsədlər üçün nəzərdə tutulmuş tikililər (məsələn: televiziya qüllələri, tüstü turbaları və d.) hesaba alınmır.

Digər lüğətlərdə