BOMBARD

v bombardman etmək, bombalamaq, topa tutmaq

BOMB RAID
BOMBARDIER
OBASTAN VİKİ
2037 Bombardmançı
2037 Bombardmançı(ing. 2037 Bomber) — Amerika Hərbi Hava Qüvvələri tərəfindən planlaşdırılan ağır strateji bombardmançı təyyarəyə verilən qeyri-rəsmi addır.
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu — Rusiyanın Uzaqməsafəli Aviasiya Bölməsi idi. Ən son vaxtlar bu Ali Komandanlığının 37-ci Hava Ordusu daxil edilmişdir. O, 23 İyunun 1944-də əvvəlcədən formalaşmış Moskva Vilayətində 10 Oktyabr 1943 Yegoryevsk-də formalaşmış.326-cı Gecə Bombardmançı Aviasiya Divizionu kimi, bu 326-cı Bombardmançı Aviasiya Diviziyasının adı dəyişdirilib.
A seriyası bombardirləri
Aİtaliya A Seriyası "Qızıl butsu" titulu Mövsum sonunda futbol üzrə İtaliya çempionatında ən çox qol vurmuş oyunçuya verilir. Digər adı Capocannoniere (ital.: [ˌkapokanːoˈnjɛːre] ) adlanır. Bir mövsumdə ən çox qol vurma rekordu Cino Rossetti , Qonsalo Hiquain və Çiro İmmobileyə məxsusdur. Bu futbolçular bir mövsumə 36 qol vurublar. Hamıdan çox bombardir olmuş futbolçu isə Qunner Nordaldır. O, 1949/50, 1950/51, 1952/53, 1953/54, 1954/55 mövsumləri olmaqla 5 dəfə bu titula sahib olub. == İllər üzrə oyunçu sıralaması == A seriyasının ən yaxşı bombardirləri: == Klublar üzrə sıralama == Bu titulu 17 dəfə Milan klubunun futbolçuları qazanıb . Bunlardan ən sonuncusu 2012-ci ildə Zlatan İbrahimoviç olub == Maraqlı Fakt == Çiro İmmobile iki fərqli klub ilə bu titulu qazanıb.
Azərbaycan Premyer Liqasının bombardirlər siyahısı
Bu, hər mövsüm üzrə Azərbaycan Premyer Liqasının bombardirlər siyahısıdır. İlk milli çempionat 1992-ci ildə təşkil edilmişdir və ilk dəfə bu ada "Xəzər Sumqayıt" klubunun oyunçusu Nazim Əliyev layiq görülmüşdür. O, həmçinin bu adı ən çox, (3 dəfə) qazanan yeganə oyunçudur və bu günə qədər bir mövsüm ərzində Azərbaycan çempionatında ən çox qol vurmuş (39 qol) futbolçu sayılır. Çempionat tarixində yalnız 1 mövsüm 2 futbolçu eyni anda bombardir adını qazanmışdır. Belə ki, 1995/96 mövsümündə "Kəpəz"in iki futbolçusu - Rövşən Əhmədov və Fazil Pərvərov 23 qol vurub, lakin daha az oyun keçirmiş Fazil Pərvərov bu adda birinciliyi əldə etmişdir.
Azərbaycan Premyer Liqasının bombardirləri
Burada Azərbaycan Premyer Liqasında bir mövsüm ərzində ən çox qol vuran oyunçuların mövsümlərə görə sıralaması qeyd olunacaq. 1992-ci ildən başlayan liqanın ilk bombardiri 33 oyuna 39 qol vuran Nazim Əliyevdir. Son bombardiri isə 2021–2022 mövsümündə 12 qol vuran Qarabağın futbolçusu Kadi Borqesdir. Bu günə qədər 21 fərqli futbolçu ən çox qol vuran futbolçu adına yiyələnib. 3 dəfə bombardir olmağı bacaran Nazim Əliyev ən çox bu adı qazanan futbolçudur. 2 dəfə bombardir olan Zaur Ramazanov isə bu kateqoriyada ikincidir. Nazim Əliyev həmçinin ən çox — 3 fərqli klubun heyətində bombardir olmağı bacaran ilk oyunçudur. Bombardirlik titulunu qazanan 20 fərqli futbolçudan 13-ü yerli, 8-i isə xarici futbolçu olub. İlk dəfə bombardir olan legioner futbolçu Şəmkirin heyətində 1999–2000 mövsümündə 16 qol vuran Badri Kvaratsxeliya olmuşdur. Mövsüm ərzində ən çox qol vurmağı bacaran digər gəlmə futbolçular isə Yakuba Bamba, Valter Quqlemon, Georgi Adamiya, Bahodir Nasimov, Nikolas Kanales, Reynaldo Silva və Dani Kintanadır.
Azərbaycan çempionatında bombardirlərin siyahısı
5 fevral 2009-cu ilin məlumatlarına əsasən
Bombardmançı
Bombardmançı — bomba və raket silahları vasitəsilə yerüstü, yeraltı, suüstü, sualtı obyektləri vurmaq üçün nəzərdə tutulan hərbi təyyarə.
Erediviziya bombardirləri siyahısı
Bu, hər mövsüm üzrə Hollandiya Eredivize Liqası bombardirləri siyahısıdır. 1956/57 Mövsümündən başlayaraq hər il çempionatın ən sərrast oyunçusunun adı elan edilir. İlk dəfə bu adı "PSV Eyndhoven" klubunun oyunçusu olmuş Koen Dillen qazanmışdır. Bu adı ən çox Rud Gels, 5 dəfə qazanmışdır.
Gecikən Ağır Bombardman
Gecikən Ağır Bombardman və ya Ay fəlakəti — Yer kürəsindəki Katarxey və Eoarxey dövrlərinə uyğun bir zamanda, təxminən 4,1 -3,8 milyard il əvvəl baş verdiyi düşünülmüş bir hadisədir. Fərziyyəyə görə bu dövr ərzində çox sayda asteroid, Günəş sistemindəki Merkuri, Venera, Yer və Mars da daxil olmaqla erkən daxili planetlərlə toqquşmuşdur. 2018-ci ildən bəri, bu fərziyyənin mövcudluğu şübhə altındadır. Bu hadisə üçün dəlillər Apollon astronavtlarının gətirdiyi Ay nümunələrindən qaynaqlanır. Ay süxurlarının izotopik tanışlığı, xarici qüvvə təsirlərinin böyük bir qisminin zamanın dar bir intervalında meydana gəldiyini göstərir. Bir neçə fərziyyə Günəş sistemindəki cisimlərin (asteroidlər və kometlər) axınındakı aydın görünən eyni zaman dilimini izah etməyə çalışır, lakin hələlik konsensus mövcud deyil. Planetləri araşdıran alimlər arasında məşhur olan, "Yaxşı model" (ing. Nice model) adlandırılan model, nəhəng planetlərin orbital miqrasiyaya uğradığını və bu zaman asteroid və ya Koyper qurşağındakı sərbəst cisimlərin yer planetlərinin orbitinə daxil olduğunu söyləyir. Digər tədqiqatçılar isə aydan tapılan nümunələrin 3.9 milyard il yaxınlığında dağıdıcı bir toqquşma hadisəsi tələb etmədiyini, bu tarixə aid tapılmış dəlillərin hamısının eyni bir toqquşma nöqtəsindən götürülmüş nümunələr olduğunu bildirirlər. Həm də qeyd edirlər ki, toqquşmanın sürəti Günəş sisteminin xarici və daxili zonaları arasında əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Hiroşima və Naqasakinin atom bombardmanı
Hiroşima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. İkinci dünya müharibəsinin sonlarında Sakit Okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilmişdir. 1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinə atmışdır. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılmışdır. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Hiroşimada həlak olanların sayı 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olmuşdur. Yaponiyaya ABŞ-nin atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenorinin hökumətini müharibəni dərhal bitirməyə məcbur etmişdir.. 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan etdi. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci dünya müharibəsini formal olaraq bitirmişdir.
Hollandiya Erediviziya bombardirləri siyahısı
Bu, hər mövsüm üzrə Hollandiya Eredivize Liqası bombardirləri siyahısıdır. 1956/57 Mövsümündən başlayaraq hər il çempionatın ən sərrast oyunçusunun adı elan edilir. İlk dəfə bu adı "PSV Eyndhoven" klubunun oyunçusu olmuş Koen Dillen qazanmışdır. Bu adı ən çox Rud Gels, 5 dəfə qazanmışdır.
Liqa 1 bombardirlər siyahısı
Bu, hər mövsüm üzrə Fransa Liqa 1 üzrə bombardirlər siyahısıdır. Mükafatlandırma 1932-ci ildən günümüzədək davam edir. Yosip Skoblar bir mövsüm ərzində ən çox qol vuran (44 qol) futbolçu statusunu hələ də qorumaqdadır. Karlos Biyanki, Deliyo Onnis və Jan Pyer Papen titulu rekord sayda, 5 dəfə qazanmışdır. Sonuncu dəfə isə bu titulu "Pari Sen-Jermen" klubunun oyunçusu Zlatan İbrahimoviç qazanmışdır.
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
Rusiya Premyer Liqasının bombardirlər siyahısı
Bu, hər mövsüm üzrə Rusiya Premyer Liqasının bombardirlər siyahısıdır. Rusiyanın ilk milli çempionatı 1992-ci ildə təşkil edilmişdir və ilk dəfə bu adı "Dinamo Moskva" klubunun heyətində çıxış edənazərbaycanlı futbolçu Vəli Qasımov və "Ural" komandasının heyətindən Yuri Matveyev qazanmışdır. 1992-ci ildə Rusiya çempionatı 2 qrupdan (1-8 / 9-20) ibarət sistem ilə keçirilirdi.
Rusiya Premyer Liqasının bombardirlər siyahısı (
Bu, hər mövsüm üzrə Rusiya Premyer Liqasının bombardirlər siyahısıdır. Rusiyanın ilk milli çempionatı 1992-ci ildə təşkil edilmişdir və ilk dəfə bu adı "Dinamo Moskva" klubunun heyətində çıxış edənazərbaycanlı futbolçu Vəli Qasımov və "Ural" komandasının heyətindən Yuri Matveyev qazanmışdır. 1992-ci ildə Rusiya çempionatı 2 qrupdan (1-8 / 9-20) ibarət sistem ilə keçirilirdi.
Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur: qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük; Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olması Taktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər. Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar. Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.
Super Liqa bombardirlərinin siyahısı
Super Liqa bombardirlərinin siyahısı — Super Liqada bir mövsümdə ən çox qol atan futbolçuların mövsümlərə görə hazırlanmış siyahısı. 1959-cu ildən başlayan liqanın ilk bombardiri, on beş matçda on bir qol vuran Türkiyə futbolçusu və baş məşqçi, "Tacsız kral" ləqəbli Mətin Oqtay, sonuncu bombardir isə 2016-2017 mövsümündə iyirmi səkkiz matçda iyirmi üç qol vuran "Alanyaspor" futbolçusu Vaqner Lavdır. Bu günə qədər qırx bir fərqli futbolçu bombardir adına layiq görülmüşdür. Mətin Oqtay altı dəfə bombardir adına layiq görülmüşdür. Tanju Çolaq beş dəfə bombardir adını layiq görülmüşdür və o, Mətin Oqtaydan sonra ikinci yeri tutur. Həmçinin Tanju Çolaq 1987-1988 mövsümündə vurduğu otuz doqquz qolla Avropanın ən çox qol atan futbolçusu olub. O, Qızıl buts mükafatını qazanmışdır. Bundan başqa, Tanju Çolaq birdən çox komanda ilə bombardir olan ilk futbolçudur. Qırx bir futbolçudan otuz üç nəfəri Türkiyə vətəndaşı, səkkizi isə xarici futbolçudur. İlk xarici bombardir 1983-1984 mövsümündə on altı qol vuran Yuqoslaviya əsilli Tariq Hodiçdir.
Suzanna Bombardye cinayəti
Suzanna A. Bombardye (ing. Suzanne A. "Suzie" Bombardier; 14 mart 1966–22 iyun 1980) — 22 iyun 1980-ci ildə qaçırılan, təcavüzə uğrayan və bıçaqlanan qız. Onun cəsədi 27 iyun San-Fransiskonun 60 mil şərqində, Antiok körpüsünün yaxınlığında, Antiokun şərqindəki San-Hoakin çayında üzən bir balıqçı tərəfindən tapıldı. 11 dekabr 2017-ci il əsaslı DNT analizindən sonra məhkum edilmiş seksual cinayətkar 63 yaşlı Mitçell Linn Bekom əsas şübhəli olaraq həbs edildi. O, ölümcül silahdan istifadə etməklə qətl, təcavüz, adam oğurluğunda ittiham edilmişdir. Bu, Antiokda üstü açılmayan ən qədim cinayət idi. Suzannanın cinayəti zamanı Bekom onun ailəsini tanıyırdı. Suzanna təcavüzə uğradı, sinəsindən bıçaqlandı və onun ürəyi deşildi. O, bacısının uşağına baxarkən Antiokda bacısının yaşadığı qəsəbədən oğurlandı. Suzannanın bacısı Stefani Mallen onu axtararkən saat 4-də evə çatdı.
UEFA Kuboku və Avropa Liqası bombardirlərinin siyahısı
UEFA Kuboku və Avropa Liqası bombardirlərinin siyahısına, 1971-ci ildən bəri UEFA tərəfindən təşkil olunan Avropa Liqası turnirinin mövsümlərlə qol statistikaları və bombardirlərin siyahısı daxildir.
İtaliya A Seriyası bombardirləri
Aİtaliya A Seriyası "Qızıl butsu" titulu Mövsum sonunda futbol üzrə İtaliya çempionatında ən çox qol vurmuş oyunçuya verilir. Digər adı Capocannoniere (ital.: [ˌkapokanːoˈnjɛːre] ) adlanır. Bir mövsumdə ən çox qol vurma rekordu Cino Rossetti , Qonsalo Hiquain və Çiro İmmobileyə məxsusdur. Bu futbolçular bir mövsumə 36 qol vurublar. Hamıdan çox bombardir olmuş futbolçu isə Qunner Nordaldır. O, 1949/50, 1950/51, 1952/53, 1953/54, 1954/55 mövsumləri olmaqla 5 dəfə bu titula sahib olub. A seriyasının ən yaxşı bombardirləri: Bu titulu 17 dəfə Milan klubunun futbolçuları qazanıb . Bunlardan ən sonuncusu 2012-ci ildə Zlatan İbrahimoviç olub Çiro İmmobile iki fərqli klub ilə bu titulu qazanıb.
Şayrat azviabazasının bombardman edilməsi
Şığıyıcı bombardmançı
Şayrat aviabazasının bombardman edilməsi
Şayrat azviabazasının bombardman edilməsi (ing. 2017 Shayrat missile strike) — ABŞ Hərbi-Dəniz Qüvvələrinin Suriya müharibəsi çərçivəsində Suriyada dövlətə məxsus Şayrat aviabazasını 59 Tomahauk raketləri ilə bombardman etməsi. Hücum əmrini ABŞ Prezidenti Donald Tramp 4 aprel 2017-ci il Xan-Şeyxunda kimyəvi silahdan istifadəyə cavab olaraq verib. Bu hadisə Suriya müharibəsi başlayandan ABŞ-nin Suriya dövlətinə məxsus obyektə ilk hücumudur. Avstraliya, İsrail, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq və Türkiyə hökumətləri hücumu kimyəvi hücuma cavab olaraq qiymətləndirib və müsbət dəyərləndirib. Rusiya və İran hücumu tənqid edərək, bunu suveren bir ölkənin hüquqlarının pozulması kimi qiymətləndiriblər. Xan-Şeyxunda kimyəvi silahdan istifadə "ABŞ Suriya hərbi bazasına zərbə endirdi, nə baş verir? - TƏHLİL" ( (az.)). islamazeri. 2017-04-07.
Samsun bombardmanı
Samsun bombardmanı — 7 iyun 1922-ci ildə ABŞ hərbi dəniz qüvvələri və Yunan hərbi dəniz qüvvələrinin Samsuna hücumu. Qurtuluş savaşı illərində Qara dənizdə bir neçə kiçik gəmi ilə Sovet İttifaqından silah və sursat gətirməyə çalışan türk dənizçiləri Yunan ovçu qayıqları və döyüş gəmilərinin öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. Daha böyük gəmilərə ehtiyacı olan dənizçilər üçün Trabzon Nəqliyyat Dəniz Qüvvələrinin komandanı Fəxri bəyin planına uyğun olaraq Qara dənizdəki böyük Yunan ticarət gəmilərindən birinin tutulmasına qərar verildi. Plana görə, Rusiyanın Novorossiysk limanında yüklənən “Enosis” yük gəmisi yola çıxdıqdan sonra iki kanoner qayığı tərəfindən dayandırılmalı, ələ keçirilməli və gizli şəkildə Trabzona gətirilməli idi. Plan 1922-ci il aprelin 26-da axşam həyata keçirildi. Bir neçə saatlıq təqibdən sonra 500 min lirəlik material və qızılla ələ keçirilən Enosis Trabzon adı ilə Türk gəmiçilik donanmasına qatıldı. O günə qədər Qara dənizdə yalnız daşınma ilə məşğul olan Qüvayi-milliyənin dənizçiləri bu əməliyyatla ticarət gəmiləri vasitəsilə Yunanıstan qüvvələrinə zərbə endirməyə başladılar. Yunanlar isə Samsun bombardmanını cavab tədbiri kimi planlaşdırmışdılar. 7 iyun 1922-ci il səhər saatlarında Yunan donanması Georgios Averof və Kilkis döyüş gəmiləri, Panter sinif iki destroyer, iki köməkçi kreyser və dörd kiçik minaaxtaran gəmi ilə Samsuna gəldi. Müdafiə tədbirləri görən Samsun Dəniz Mühafizə dəstəsi və 10-cu diviziya səngərlərə sursat yığmağa başlayır, sahilə artilleriya batareyaları yerləşdirir.
Sevgi bombardmanı
Sevgi bombardmanı (ing. Love bombing) — diqqət, qayğı və sevgi nümayişi ilə bir insana təsir etmək cəhdi. Müxtəlif yollarla və müsbət və ya mənfi məqsədlər üçün istifadə edilə bilər. Psixoloqlar sevgi bombardmanını sui-istifadə tsiklinin mümkün bir hissəsi kimi müəyyən ediblər və bununla bağlı xəbərdarlıq ediblər. Düşmən kimi qəbul edilən cəmiyyətə qarşı qrup daxilində birlik hissi yaratmaq üçün psixoloji manipulyasiya kimi də təsvir edilmişdir. 2011-ci ildə klinik psixoloq Oliver Ceyms "Sevgi bombardmanı: Uşağınızın Emosional Termostatını Sıfırlayın" (Love Bombing: Reset Your Child's Emotional Thermostat) kitabında valideynlərin öz uşaqlarının emosional problemlərini həll etmək üçün bir vasitə kimi sevgi bombarmanı metodunu müdafiə etmişdir. "Sevgi bombarmanı" (ing. Love bombing) ifadəsi 1970-ci illərdə Birləşmiş Ştatların Birlik Kilsəsinin üzvləri tərəfindən icad edilmişdir və Family International üzvləri tərəfindən də istifadə edilmişdir. Psixologiya professoru Marqaret Sinqer konsepsiya haqqında 1996-cı ildə nəşr olunan "Cults in Our Midst" kitabında məlumat vermişdir Müasir sosial media sevgi bombarmanının təsirini gücləndirə bilər, çünki o, təcavüzkarın öz qurbanı ilə demək olar ki, daimi əlaqə və ünsiyyətini təmin edir. Münasibətlərin başlanğıcındakı sevgi bombarmanının əlamətlərindən biri qısa müddət ərzində sıx diqqət və çox sürətli bağlılıq üçün təzyiqdir.