BUĞ

is. Su və ya başqa bir maye bərk qızdırıldığı zaman hasil olan damcı zərrələrindən ibarət qaz, ya duman; buxar. Qazandan buğ çıxır.
– Qara sapılcanın tortalı köpüyündən acı buğ qalxırdı. S.Rəhimov.

// Mayedən, yaxud nəm bir şeydən çıxan dumanabənzər buxar.
Hədsiz səslər birbirinə qarışıb hamamın səqfinə düşmüşdü; hovuzun buğundan içəridəki adamlar kölgə kimi görünürdülər. Çəmənzəminli.
Quşlar maşın səsinə hürküb, uzaqlara uçurdu.
Dağlardan buğ qalxırdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BUĞ buğ bax buxar
  • BUĞ buxar

Etimologiya

  • BUĞ “Buxarlanmaq” mənasını əks etdirən bu feili mövcud olub. Ba (bağla) feilindən bağ ismi əmələ gəldiyi kimi, həmin qəlib üzrə də bu feilindən buğ ismi t
BUGÜNKÜ
BUĞA

Digər lüğətlərdə