CAN-BAŞ

is. Adamın cismani və mənəvi halı; canlı dildə səhhət mənasında işlənilir.
Canın-başın salamatdırmı? Canın-başın necədir? – [Dostumun] rast və gözəl qaməti əyilib, rəngi soluxub… qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. F.Köçərli.
Odur ki, canımız-başımız sağdır; Elin yanında da üzümüz ağdır. S.Vurğun.
İyirmi dörd yaşlı, canı-başı sağlam, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı. M.İbrahimov.

CAN
CAN-BAŞLA

Digər lüğətlərdə