COŞQUN

sif.
1. Coşmuş halda olan; qızışmış.
2. Bütün gücü, şiddəti ilə təzahür edən; güclü, gur, şiddətli; təlatümlü. Coşqun sel.
– Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun sular kimi axıb yayılırdı. A.Şaiq.
Coşqun Xəzər oynar ayaqlarında; İşıq saçan nefti torpaqlarında; Tarixlərin qızıl yarpaqlarında; Dadlı-dadlı sözləri var ölkəmin. C.Cabbarlı.

3. məc. Qızğın, güclü, şiddətli, hədsiz.
// məc. Ehtiraslı, qızğın, atəşin, həyəcanlı. Coşqun nitq. Coşqun baxışlar.
// məc. Dəliqanlı.
…Professor bu aramsız, diribaş, coşqun gəncdən çox şey gözləyirdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • COŞQUN 1. COŞQUN Haraya uçacaq balaca bir quş? Coşqun ümmanları keçə bilərmi? (M.Rahim); TƏLATÜMLÜ Bu gün Adriatik dənizi son dərəcə təlatümlü idi (S

Antonimlər (əks mənalı sözlər)

  • COŞQUN COŞQUN – SAKİT Coşqun Xəzər, qumsal üzüm bağları yadıma düşdü (S.Vəliyev); Axırsınız sakit, lal; Bu sahildən o sahilə (R
COŞDURMAQ
COŞQUNLAŞMA

Digər lüğətlərdə