COMICS

n pl bulvar ədəbiyyatı; komik / gülməli kitablar

COMICALLY
COMING
OBASTAN VİKİ
Archie Comics
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir."Archie Comics" nəşriyyatının personajları və süjetləri müxtəlif filmlərdə, televerilişlərdə, cizgi filmlərdə və video oyunlarda istifadə edilmişdir.
DC Comics
DC Comics — ABŞ komiks nəşriyyatı. Time Worner-in sahib olduğu Warner Bros. şirkətinin bir hissəsidir. DC Comics ABŞ-nin ən böyük və ən məşhur komiks nəşriyyatlarından biridir. Bir digəri Marvel Comics-dir. DC Comics tərəfindən yaradılmış məşhur personajlara Supermen, Betmen, Möcüzə qadın, Yaşıl Fənər, Fleş, Akvamen, Şahinqız, Yaşıl Ox və Şahin-adam aiddir. Nəşriyyat Ədalət Liqası, Ədalət Cəmiyyəti və Gənc Titanlar kimi məşhur komandaların, eləcə də Joker, Leks Lutor, Pişik-qadın, Darksayd, Ras al Qul, Detstrok, Sinestro və Breynyak kimi super cinayətkarların müəllifidir. DC Comics həmçinin DC dünyasına daxil olmayan "Gözətçilər" və "V Vandetta deməkdir" komikslərini çap etdirmişdir. Nəşriyyatın adı hələ Betmen personajı yaradılarkən yer aldığı "Dedektiv komiksləri" ("Dedective Comics") seriyasının baş hərflərindən götürülmüşdür. Nəşriyyatın baş qərargahı 2013-cü ilə qədər Nyu Yorkda yerləşmiş, o tarixdən etibarən isə Kaliforniyanın Berbank şəhərində yerləşməkdədir.DC Comics və Marvel Comics birlikdə 2008-ci ildə ABŞ-də çap olunan komikslərin 80 %-nin müəllifi idilər.
MLJ Comics
Archie Comic Publications, Inc. (ixtisarlaşmış adı: Archie Comics) — ABŞ komiks nəşriyyatı. Nəşriyyatın baş qərargahı Nyu-York ştatının Pelem qəsəbəsində yerləşir. "Archie Comics" nəşriyyatının əsas seriyaları – Arçi Endrüs, Betti Kuper, Veronika Loc, Caqhed Cons, Reci Mantl, Sabrin Spellman və "Cozi və pişiklər". Nəşriyyatın əsas personajı redaktor Con L. Qolduater və rəssam Bob Montana tərəfindən yaradılmışdır. Nəşriyyat 1939-cu ildə MLJ Comics adı altında fəaliyyətə başlamışdır. Arçi Endrüs ilk dəfə "Pep Comics" jurnalının 22 dekabr 1941-ci ildə nəşr olunan 11-ci nömrəsində nümayiş olunmuşdur. İlkin nömrələrin rəssamı Bob Montana, ssenaristi isə Vik Blum idi. "Archie Comics" 1942-ci ilin qışından başlayaq ən uzun komiks seriyasını nəşr etməyə başlamışdır və 114-cü nömrədən başlayaraq seriyanın adı "Archie" olaraq ixtisarlaşdırılmışdır. 2015-ci ilın iyul ayında nəşriyyat seriyanı yenidən başlatmış və 1-ci nömrədən başlayaraq personajlara yeni bir dizayn vermişdir."Archie Comics" nəşriyyatının personajları və süjetləri müxtəlif filmlərdə, televerilişlərdə, cizgi filmlərdə və video oyunlarda istifadə edilmişdir.
Marvel Comics
Marvel Comics (ing. Marvel Comics) — Amerika komiks və komikslərlə bağlı media nəşriyyatı. Nəşr edilmiş komikslər arasında Fantastik Dördlük, Hörümçək-adam, Halk, Dəmir adam, Tor, Daredevil, Kapitan Amerika seriyaları var. 1960-cı illərdən bəri DC Comicsin yanında ABŞın ən böyük iki komiks şirkətindən biri olma xüsusiyyətini davam etdirmişdir. 31 avqust 2009 tarixində The Walt Disney Company tərəfindən 4.000.000.000 $-a alındığı bildirilmişdir. == Tarixi == Pulp-jurnalının naşiri Martin Qudman 1939-cu ildə Timely Publications adı altında daha sonra Marvel Komiks kimi tanınan şirkəti yaratdı. 1933-cü ildə Qərb pulpası ilə başlayan Qudmen komikslərin yeni yaranan və o vaxta qədər çox populyarlaşan yeni mühitinə çevrildi. Timely-nin ilk nəşri olan Marvel Comics android superqəhrəmanı Karl Burqosun ilk görünüşü, İnsan Məşəli və Bill Everett-in anti-qəhrəman Namor ilk görünüşü daxildir. Buraxılış böyük uğur qazandı.
Civə (Marvel Comics)
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Coker (DC Comics)
Joker, DC Komiks tərəfindən nəşr olunan Batman komiks kitabının debüt buraxılışında (25 aprel 1940) ilk dəfə ortaya çıxan Bill Finger, Bob Kane və Jerry Robinson tərəfindən yaradılan bir nəzarətdir. Jokerin yaradılması üçün kredit mübahisəlidir; Kane və Robinson, Finger-in yazı töhfəsini qəbul edərkən Jokerin dizaynı üçün məsuliyyət daşımışdılar. Joker'in ilk görünüşü zamanı öldürülməsi planlaşdırılsa da, personajın super qəhrəman Batman'ın düşmənçiliyi kimi dözməsinə imkan verən redaktorun müdaxiləsindən xilas oldu. Komik kitabdakı çıxışlarında Joker cinayətkar usta kimi təsvir olunur. Çirkin, sadist yumor hissi ilə bir psixopat olaraq təqdim olunur; xarakter 1970-ci illərin əvvəllərində qaranlıq köklərinə qayıtmadan, Komiks Kod Təşkilatı tərəfindən tənzimlənməyə cavab olaraq 1950-ci illərin sonlarında bir goofy prankster oldu. Batman'ın nemesi olaraq Joker, Jason Todd-un ikinci Robin və Batman'ın kamerası və Batman'ın müttəfiqlərindən biri olan Barbara Gordonun iflici də daxil olmaqla superqəhrəmanın müəyyən hekayələrinin bir hissəsi olmuşdur. Joker, onilliklər ərzində meydana çıxdığı müddətdə müxtəlif mümkün mənşəli hekayələrə sahibdir. Ən çox yayılmış hekayə, onun dərisini ağartan və saçlarını yaşıl və dodaqlarını parlaq qırmızıya çevirən kimyəvi tullantıların bir tankına düşməsini əhatə edir; meydana gələn uyğunsuzluq onu dəli edir. Batman'ın şəxsiyyət və görünüşdəki antitezi, Joker tənqidçilər tərəfindən onun mükəmməl düşməni hesab olunur. Joker, kimyəvi mühəndislik sahəsindəki təcrübəsindən istifadə edərək, zəhərli və ya ölümcül fikirlər və tematik silahlar, o cümlədən ülgüclü oynaq kartları, ölümcül sevinc səsləri və turşu püskürən lapel çiçəkləri inkişaf etdirmək üçün istifadə etmir.
Cəzalandırıcı (Marvel Comics)
Cəzalandırıcı (ing. Punisher) — Marvel Comics tərəfindən yaradılmış komiks qəhrəmanı. İlk dəfə 1974-cü ilin fevralında "Heyranedici Hörümçək-adam" komiksinin 129-cu sayında peyda olmuşdur. == Bioqrafiya == Cəzalandırıcının əsil adı Frenk Kastldır. Cəzalandırıcı cinayətlə mübarizə aparmaq üçün adam qaçırmaq, insan öldürmək, işgəncə vermək kimi vasitələrdən istifadə edir. Ailəsi Nyu-York Mərkəzi Parkda bir mafiyanın törətdiyi cinayətin şahidi olduğundan mafiya tərəfindən öldürülür. Bundan sonra Frenk cinayətkarlara qarşı mübarizə aparan Cəzalandırıcıya çevrilmişdir. Bir çox onun ailəsinin intiqamını almaq istədiyini düşünür, amma əsil məqsədi bütün cinayətkarları cəzalandırmaqdır. Frenk Kastl Nyu-Yorkun Qvins rayonunda anadan olmuşdur. Katolik kilsəsində papaz işləmək üçün təhsil almış, amma cinayətkarları bağışlaya bilmədiyi üçün bu işdən əl çəkmişdir.
Dark Horse Comics
Dark Horse Comics — mərkəzi Amerika Birləşmiş Ştatlarının Oreqon ştatının Miluouki şəhərində yerləşən komiks nəşriyyatı. 1986-cı ildə Mayk Riçardson tərəfından qurulmuşdur.
Drakula (Marvel Comics)
Drakula (ing. Dracula) — Marvel Comics personajlarından biri. Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsəri əsasında hazırlanmışdır. == Nəşr olunma tarixi == Marvel Comics Atlas Comics adlanarkən "Qeyri-müəyyənlik" komiksinin 7-ci sayında Drakula personajı görünmüşdü. Müasir Drakula personajı isə 1972-ci ildə Cerri Konuey və Cin Kolan tərəfindən yaradılaraq aprel ayında "Drakulanın qəbri" komiksinin ilk sayına daxil edilmişdi. "Drakulanın qəbri" komiksi 1979-cu ilə qədər nəşr olunmuş və Drakula personajı komiksin əsas personajı olmuşdur. Doktor Strenc personajının məşhurlaşmasından sonra dəbdən düşsə də, personaj yenidən özünə komiks tapmışdır. Marvel Comicsin çap etdirdiyi 4 saylıq "Drakulanın qəbri" komiksində Drakula ilə yanaşı Qurd adam və Kolan da yer almışdılar. 1990-cu illərdə qısa müddət "Naytstralkers" və "Bleyd" komikslərində görünmüşdür. Daha sonra "Drakula: Ölümsüzlük lordu" mini-seriyası nəşr olunmuşdur.
Dəlisov (Marvel Comics)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Elektra (Marvel Comics)
Elektra — Marvel Comics nəşriyyatının yaratdığı komiks personajı. 1981-ci ildə yaradılmışdır. Həyatı Daredevil ilə sıx bağlıdır. "Comics Buyer's Guide" jurnalının "Ən gözəl 100 qadın komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur. == Həyatı == === İlk illəri === Elektranın tam adı Elektra Natçiosdur. Bir yunan diplomatın qızıdır. Matt Murdokla (Daredevil) Kolumbiya Universitetində sevgili olmuşdur. (amma məzun olmamışdır) Bir hadisə zamanı atasının öldürülməsi ona böyük şok yaşatmışdır. Dünyaya küsən Elektra keçmiş həyatını və sevgilisini tərk etmişdir. Həyatına məna qatacaq məşğuliyyət atarırdı.
Elektro (Marvel Comics)
Elektro (ing. Electro) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 9-cu sayında peyda olmuşdur. Əsl adı Maksvell Dillon olan Elektro güclərini elektrik stansiyasındakı keçirdiyi qəzadan sonra əldə etmişdir. Məşum altılıq komandasının üzvüdür. Hörümçək-adamın əzəli düşmənidir. Elektro ilk dəfə 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filmində Ceymi Foks tərəfindən canlandırılmışdır. Elektro bir çox Marvel Comics animasiyasında və video oyununda peyda olmuşdur. 2009-cu ildə IGN onu "Bütün dövrlərin ən böyük komiks cinayətkarları" siyahısında 87-ci yerdə göstərmişdir. == Nəşrolunma tarixi == Personaj Sten Li və Stiv Ditko tərəfindən yaradılmışdır.
Fleş (DC Comics)
Fleş (ing. The Flash) - DC Comics personajlarındandır. Personaj ilk dəfə yazıçı Qardner Foks və rəssam Harri Lempert tərəfindən hazırlanmışdır. İlk Fleş #1 komiksi 1939-cu ildə çıxmışdır. O, super sürətə, super sürətli reflekslərə və sürətli sağalma gücünə malikdi. Cey Qarikdən başqa bütün Fleşlər Spidforsa(elementar sürət gücü ölçüsüdür) malikdilər, onlar güclərini Spidfors deyilən sürət ölçüsündən alırlar. İndiki dövrə kimi 4 Fleş olmuşdur, Bunlardan ilki Cey Qarik (ing. Jay Garrick) (1940–1951, 1961–indiki vaxt), ikincisi və əsas Fleş olan Beri Elın (ing. Barry Allen)(1956–1985, 2008–indiki vaxt) üçüncüsü ən sürətli Fleşlərdən sayılan Beri Elın olmayan zaman 50 ilə yaxın Fleş kostyumunu öz üzərində layiqli şəkildə daşıyan Voli Vest (ing. Wally West) (1986–2011, 2016–indiki vaxt)(yeni 52 dünyası xaric) sonuncusu isə İmpulse yəni Berinin gələcəkdən gələn nəvəsi olan Bart Elındır.
Fırtına (Marvel Comics)
Fırtına (ing. Storm) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. İks-adamlarin ən tanınmış üzvlərindən biridir. 20th Century Fox tərəfindən çəkilən 5 İks-adamlar filminin 4-ündə yer almışdır. Len Veyn və Deyv Kokrum tərəfindən yaradılmış və ilk dəfə "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında (may, 1975) görünmüşdür. == Bioqrafiya == Əsl adı Ororo Munroedir. Anası N'Dare Keniyadakı bir qəbilənin şahzadəsi, atası Deyvid Munroe ABŞ fotoqrafıdır. Onlar evləndikdən sonra Manhettendə yaşamağa başlayırlar. Ororo burada anadan olur. Amma ailəsi ilə çox vaxt keçirmir.
Gözqamaşdırıcı (Marvel Comics)
Gözqamaşdırıcı (ing. Dazzler) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Daha çox İks-adamlar komandası ilə tanınır. İlk dəfə 1980-ci ilin fevralında "Əsrarəngiz İks-adamlar" komiksinin 130-cu sayında görünmüşdür. Gözqamaşdırıcı bir mutantdır. Əsas qabiliyyəti səsi işığa çevirməkdir. Gözqamaşdırıcı həmçinin bir müğənnidir, diskotekalarda rok üslubunda mahnılar ifa etmişdir. Gözqamaşdırıcı 1980-ci illərdə 42 buraxışılı nəşr olunmuş "Gözqamaşdırıcı", "Gözqamaşdırıcı: Film" Marvel qrafik romanında, 4 sayı nəşr olunmuş "Gözəllik və Vəhşi heyvan" komiksində yer almışdır. İks-adamlar və Ekskalibur komandalarının üzvü olmuşdur. == Nəşr olunma tarixi == İlk əvvəllər personaj Disko kraliçası adlanırdı və gücü insanlara həqiqəti söyləməyi məcbur etmək idi.
Halk (Marvel Comics)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Loki (Marvel Comics)
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur. Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir.Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. == Nəşrolunma tarixi == Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir. Loki Yupiterdən Yerə gedib nifrət səpələmək üçün icazə istəmişdir.
Polyaris (Marvel Comics)
Polyaris (ing. Polaris) — Marvel Comics personajı. İlk dəfə 1968-ci ilin oktyabrında "İks-adamlar" komiksinin 49-cu sayında peyda olmuşdur. Yaradıcısı Arnold Dreyk və Don Hekdir. Hekayədə atası Maqnitodur. == Haqqında == Əsil adı Lorna Deyndir. Maqnitonun nigahdan olmayan qızı kimi anadan olmuşdur. Həyatı boyunca insanlarla mutantlar arasında sülhü qorumaq uğrunda vuruşmuşdur. Bacarıqları maqnit qalxan və manipulyasiyadır. Lorna atası qədər güclüdür, amma müxtəlif qüvvələr onun güclərindən sui-istifadə etmişlər.
Alaycı quş (Marvel Comics)
Alaycı quş (ing. Mockingbird) — Marvel Comics tərəfindən 1971-ci ildə yaradılan xəyalı komiks personajı. Əsl adı Barbara Morsdur. 2014-cü ildə "SHIELD cəsusları" teleserialında ilk dəfə Andrianna Palikki tərəfindən canlandırılmışdır. == Həyatı == Barbara Mors əslində bir bioloqdur. Hətta bu sahədə doktoranturası da var. ABŞ hökuməti Kapitan Amerika kimi superəsgərləri yenidən yaradacaq zərdab üzərində işləməyə başlayınca Alaycı quş də onlara qoşulur. Bu zaman o SHIELD-in diqqətini çəkir. Mors işə itmiş elm adamını tapmaqla tapşırılan agent Paul Allenlə əməkdaşlıq edərək başlayır. Amma əslində Paulun bir AIM cəsusu olduğunu öyrənər.
Siklop (Marvel Comics)
Skott Sammers (ing. Scott Summers) və ya Siklop (ing. Cyclops) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Siklop qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, gözlərindən güclü, yandırıcı enerji şüaları yayır. Xüsusi qoruyucu eynəkləri olmadan Siklop həmin şüaları idarə edə bilmir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. 2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Marvelin ən məşhur personajlarından biri olan Siklop birinci yerə layiq görülmüşdür. 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 39-cu göstərilmişdir.Siklop rolunu İks-adamlar, İks-adamlar 2 və İks-adamlar: Son müqavimət filmlərində aktyor Ceyms Marsden, İks-adamlar: Başlanğıc.
Tor (Marvel Comics)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır. Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur. == Nəşr olunma tarixi == === 1962–1990 === Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür. Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera" komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu.
Təpəgöz (Marvel Comics)
Skott Sammers (ing. Scott Summers) və ya Siklop (ing. Cyclops) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Siklop qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, gözlərindən güclü, yandırıcı enerji şüaları yayır. Xüsusi qoruyucu eynəkləri olmadan Siklop həmin şüaları idarə edə bilmir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. 2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Marvelin ən məşhur personajlarından biri olan Siklop birinci yerə layiq görülmüşdür. 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 39-cu göstərilmişdir.Siklop rolunu İks-adamlar, İks-adamlar 2 və İks-adamlar: Son müqavimət filmlərində aktyor Ceyms Marsden, İks-adamlar: Başlanğıc.
Vijn (Marvel Comics)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. == Keçmişi == === Düzəldilməsi === Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
Şahin (Marvel Comics)
Şahin (ing. Falcon) və ya əsl adı ilə Samuel Tomas "Sem" Uilson (ing. Samuel Thomas "Sam" Wilson) – Marvel Comics nəşriyyatı tərəfindən 1969-cu ildə yaradılmış komiks personajı. Sten Li və Cim Koland tərəfindən yaradılmış və ilk dəfə "Captain America" komiksinin 117-ci sayında peyda olmuşdur. "Şahin" ləqəbindən istifadə edən Sem Uilson mexaniki qanadları ilə sərbəst uçmaq və quşlarla telepatiya qurmaq bacarıqlarına malikdir. Stiv Rocersin yaxın köməkçisi olan Sem Uilson onun superqəhrəmanlıq karyerasını bitirməsindən sonra yeni Kapitan Amerika və Qisasçıların lideri olmuşdur. Sem Uilsonun dayısı oğlu Cim Uilson Halkın yaxın köməkçisi olmuşdur. Cimin atası Qideon Uilson Qamma korpusuna qoşulmuşdur. Semin Pol və Derleyn Uilson adlı valideynləri və Sara Kasper adlı bacısı var. Şahin Marvel Kinematoqrafiya Kainatının personajlarından biridir.
Şahingöz (Marvel Comics)
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Buz-adam (Marvel Comics)
Buz adam (ing. Iceman) — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək buz və qar əmələ gətirməkdir. Daha çox İks-adamlar komandası ilə birlikdə olmuşdur. Əsl adı Robert Luis Dreykdir. == Həyatı == Nyu York ştatının Floran Park şəhərində yəhudi ananın və katolik irland atanın ailəsində anadan olmuşdur. Güclərini gənc yaşında ikən soyuqdan titrərkən kəşf etmişdir. Oxuduğu məktəbin zorbası Rokki Biesi ona və qız dostuna hücum çəkərkən Robert panikaya düşmüş və Rokkini donduraraq güclərini ortaya çıxartmışdır.
Cin Qrey (Marvel Comics)
Cin Qrey (ing. Jean Grey) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Personaj eyni zamanda Marvel qız, Zümrüd quşu və Qara Zümrüd quşu kimi də tanınmışdır. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Cin Qrey qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, telekinez və telepatiya qabiliyyəti ilə dünyaya gəlmişdir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir. Onun gücləri ilk dəfə uşaqlıq dostunun avtomobil qəzasına düşdüyü zaman büruzə vermişdir. Qayğıkeş və sakit xarakteri ilə seçilən personaj Omeqa-səviyyəli mutantlardan biri və həm də kosmik Zümrüd quşu gücünün fiziki təzahürüdür. Böyük gücə sahib olan mutant dəfələrlə komikslərdə ölümlə üzləşmişdir.
Dəmir qız (Marvel Comics)
Dəmir qız (ing. Iron Maiden) — Marvel Comics tərəfindən ABŞ kompikslərində görünən uydurma supercanidir. İlk dəfə "Marvel Fanfare # 11" nəşrində təqdim edilmiş personaj Ralf Maççio və Corc Perez tərəfindən yaradılmışdır. Mənşəcə rus olan personaj digər Qara dulun düşmənlərindən biridir. Müxtəlif dövrlərdə personaj Şimşək zərbələri və Femizonlar dəstələrinin üzvü olmuşdur. Marvel Kinematoqrafiya Kainatına daxil olan "Qara dul" filmində Dəmir qız personajını aktrisa Reyçel Vays canlandırmışdır.
Marvel Comics filmlərinin siyahısı
Marvel Comics əsasında çəkilmiş bədii film və cizgi filmlərinin siyahısı.
Qara bülbül (DC Comics)
Qara bülbül (ing. Black Canary) — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır.
Qara pantera (Marvel Comics)
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.