Dəyirmiyarpaq pirola
Dəyirmiyarpaq pirola (lat. Pyrola rotundifolia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin pirola cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab (i,ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Gövdəsi 20-35 sm hündürlükdə olur. Kökətrafı rozetdə yerləşən yarpaqlar dairəvi və ya oval, əsasında nisbətən ürəkşəkilli, demək olar ki, tam kənarlı, çılpaq, 3-5 sm uzunluqda, 2-5 sm enindədir. Salxım düz, uzun, 8-15 çiçəklidir. Çiçəklər dairəvi yerləşir. Kasacığın dilimləri yumurtavari-lansetşəkilli, iti, təpə hissəsi aşağı ayilmişdir.