2) tamamilə məğlub etmək;
3) məc. alt-üst etmək, puça çıxarmaq, puç etmək, dağıtmaq.
Qızın bu sözü yenə də mənim fikrimi darmadağın etdi.
Darmadağın edilmək – 1) tamamilə dağıdılmaq, məhv edilmək.
Partlayışlar baş verəndən sonra çox böyük bir sahədə torpaq darmadağın edilirdi. ;
2) tamamilə məğlub edilmək;
3) məc. alt-üst edilmək, puça çıxarılmaq.
Darmadağın olmaq (dağılmaq) – 1) tamamilə dağılmaq, alt-üst olmaq.
Onların bizim haqqımızda çəkdiyi planlar özlərinin bizdən yediyi zərbə nəticəsində darmadağın olmuşdu. ;
2) tamamilə məğlub olmaq.
…Maralan altında duran düşmən qoşunu darmadağın oldu.