DAYANMAQ₁

f.
1. Dayaq etmək, dayamaq, söykənmək.
Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb dayanır yastıqlara. C.Məmmədquluzadə.
Nənə əlini yumruqlayıb masaya dayandı. S.Rəhimov.

// Dirənmək, lap yanaşmaq.
Bəylərbəyinin faytonu qapıya dayandı. M.S.Ordubadi.

2. Rast gəlmək, rastlaşmaq.
Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Tazə həyat”ın nəsihətinə əməl edək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlir, …oxucularımız ilə bir az söhbət eləyək. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAYANMAQ 1. DAYANMAQ Maşın onlara çatanda dayandı (H.Abbaszadə); AYAQ SAXLAMAQ [Mədinə] ürəyinin xoş bir sevinclə döyündüyünü hiss edib ayaq saxladı (M
  • DAYANMAQ gözləmək — toxtamaq
  • DAYANMAQ dözmək — qatlaşmaq
  • DAYANMAQ qalxmaq — yüksəlmək
  • DAYANMAQ kəsilmək — qurtarmaq
  • DAYANMAQ dayamaq — söykəmək
  • DAYANMAQ durmaq
  • DAYANMAQ rastlaşmaq
  • DAYANMAQ dirənmək — yanaşmaq

Antonimlər (əks mənalı sözlər)

  • DAYANMAQ DAYANMAQ – GETMƏK İri daşa toxunub dayandı (İ.Şıxlı); Otaqda xeyli gəzindi, sonra məktəbə getməyi qərara aldı (İ
DAYANMAQ
DAYANMAZ

Digər lüğətlərdə