DEVİRMƏK

f.
1. Altını üstünə çevirmək, başıaşağı etmək. Qazanı devirmək. Stolu devirmək.
2. məc. Yıxmaq, hakimiyyətdən məhrum etmək, ortadan qaldırmaq, ləğv etmək. Mütləqiyyəti devirmək. Burjuaziyanı devirmək.
– İndi artıq yıxıldı, batdı qanlı saraylar; Devirdilər taxtını, qan içən padşahın. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DEVİRMƏK yıxmaq — salmaq — çevirmək
  • DEVİRMƏK devirmək bax yıxmaq 2

Antonimlər (əks mənalı sözlər)

  • DEVİRMƏK DEVİRMƏK – QURMAQ İndi artıq yıxıldı, batdı qanlı saraylar: Devirdilər taxtını, qan içən padşahın (Ə
DEVİRMƏ
DEVİ́Z

Digər lüğətlərdə