DİLBƏR

sif. [ fars. ] şair. Gözəl, sevgili, canan. Dilbər qız. Dilbər gəlin.
– Zeynal özünü yalnız dilbər bir qadının ağuşunda əyləndirə biləcəyini iddia edirdi. S.Hüseyn.

// İs. mənasında.
Qiblənüma məhəbbəti dilbərin; Meyli bizdən qeyri yana dönübdü. Aşıq Ələsgər.
…Meşənin çıxacağında təzə tülu etmiş gün uyqudan oyanmış dilbər kimi üzümə güldü. A.Divanbəyoğlu.
Alagözlü Girdman dilbəri buz kimi soyuq çeşmədən su gətirib yaralı cəngavərə verdi. M.Hüseyn.

// Şairanə təşbehlərdə.
[Cəmil bəy:] Ormanları inlədən musiqi, ruhumuzu güldürən bülbül nəğmələri nə qədər munis, nə qədər dilbər! H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLBƏR sevgili — canan
  • DİLBƏR dilbər bax gözəl

Etimologiya

  • DİLBƏR Birinci komponenti (dil) farsca ürək deməkdir. Dilbər “ürək aparan” (bura­dakı bər hissəsi farsca bordən məsdərinin əsasıdır, mənası “aparan”deməkdir,
DİLBƏDİL
DİLBƏRANƏ
OBASTAN VİKİ
Dilbər
Dilbər — qadın adı. Dilbər Axundzadə — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. Dilbər Zeynalova — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. Dilbər Əjdərova — kimya elmləri doktoru.
Dilbər Axundzadə
Dilbər Hacı qızı Axundzadə (29 may 1914, Yelizavetpol – 21 oktyabr 1990, Bakı) — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. == Həyatı == İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur. O, gəncliyində Gəncə Şəhər Sovetinin, və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. Dilbər Axundzadə Azərbaycan Tibb İnstitutuna qəbul olmuş və iki il təhsil alsa da, həbsi onu təhsilini yarımçıq qoymağa məcbur etmişdir. === Həbsi və azad edilməsi === Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir. === Sonrakı illəri === Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır.
Dilbər Zeynalova
Dilbər məscidi
Dilbər məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. Naxçıvan memarlıq məktəbinə aid edilir. Məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Memarlıq kompzisiyası baxımından XVII əsrə xas olan üslub və tipoloji xüsusiyyətləri özündə əks etdirmişdir. Məscidin mehrabı, şəbəkəli pəncərələri, fasadında giriş portalı var. Şəbəkə pəncərələrinin işlənməsi, baş tağın asimmetrik yerləşməsi və s. məscid binasının Ordubad xalq yaşayış evləri ilə uyğunluq təşkil etdiyini göstərir.
Dilbər Əbdürrəhmanova
Dilbər Gülyamovna Əbdürrəhmanova (özb. Dilbar Gʻulomovna Abdurahmonova; 1 may 1936, Moskva – 20 mart 2018, Daşkənd) — SSRİ və Özbəkistan dirijoru, skripkaçı, pedaqoq, SSRİ xalq artisti (1977). Özbəkistanda ilk qadın dirijor. == Həyatı == 1 may 1936-cı ildə Moskvada anadan olmuşdur. 1948–1955-ci illərdə R. Qlier adına Daşkənd Musiqi Məktəbinin (indiki R. Qlier adına Respublika Xüsusi Musiqi Akademik Liseyi) skripka sinfində oxumuş, eyni zamanda 110 saylı riyaziyyat məktəbində təhsil almışdır. 1959-cu ildə Daşkənd Dövlət Konservatoriyasında (indiki Özbəkistan Dövlət Konservatoriyası) B. Titel yanında skripka sinfini, 1960-cı ildə opera və simfonik dirijorluq şöbəsində Muxtar Əşrəfinin sinfini bitirmişdir. Özbəkistan Dövlət Konservatoriyasında opera ifaçılığından professor kimi dərs demişdir. 1965-ci ildən Sov.İKP üzvüdür. O, 20 mart 2018-ci ildə, 82 yaşında Daşkənddə vəfat etmişdir. "Minor" qəbiristanlığında dəfn edilmişdir.
Dilbəran
Dilbəran- İranın Kürdüstan ostanının Qürvə şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,104 nəfər və 1,395 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Kərbəla dilbəri (roman)
Kərbəla dilbəri (ərəb. غادة كربلاء‎) — Ərəb yazıçısı, tarixçisi, maarifçisi və publisisti Circi Zeydanın Kərbəla hadisəsindən bəhs edən romanı. == Məzmun == Ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olan Circi Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəmanlarını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır. Min bir gecə nağıllarındakından heç də geri qalmayan sərgüzəştlərlə dolu, islam tarixinə hörülmüş məhəbbət romanı. Aleksandr Dümanın əsərlərinin xilafətin saray intriqaları, Mediçi üslubunda sui-qəsd və qətllərini təsvir edən ərəb analoqu. Eyni zamanda, Kərbəla düzündə İmam Hüseynin qətlini təsvir edəcək dərəcədə mötəbər bir əsər. Gənclər bu kitabı bir məhəbbət və sərgüzəşt romanı, yaşlılar isə islam dininin yaranmasının ilk illərinin xronikası kimi oxuya bilər. == Nəşr və tərcümə == Roman Eldar Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakı Kitab Klubunda 2008-ci ildə 336 səhifədə, 300 tirajla, 2019-cu ildə isə 100 tirajla çap edilib. Kitab Klubunun 2010-cu il yanvar monitorinqinə görə ən çox oxunan kitablar arasında 25-ci yerdə olub.

Digər lüğətlərdə