Molekulyar dinamika
Molekulyar dinamika
Femtokimya–kimyəvi reaksiyaları femtosaniyə vaxt diapa-zonunda (10–15 – 10–12 s) öyrənən elmdir
“Femto” sözönu femten (“on beş”) sözunun kökündən yaranmışdır. Atom və molekullar üçün zaman şkalası vahidi femto-saniyədir (fs). Bu saniyənin milyardda birinin milyonda bir hissəsidir, yəni on üstü on beşə bölünmüş bir saniyədir (1 fs=10–15 saniyə). Bir saniyə ərzində işıq 300 min kilometr –Yerdən Aya qədər olan məsafəyə bərabər məsafə qət edir; bir femtosaniyədə işıq 300 nanometr (0,0000003 metr) məsafəni - bakteriyanın ölçüsü, insan tükü yoğunluğunun kiçicik bir hissəsi ilə müqayisə oluna bilən uzunluqda məsafə ke¬çir. Yalnız femtosaniyə zaman şkalasında atomların hərəkəti lazımınca görünən olur.
Saniyədən fərqli digər vaxt ölçüləri də mövcuddur: atto¬saniyə (10–18s), pikosaniyə (10–12s), nanosaniyə (10–9s), mikrosaniyə (10–6s), millisaniyə (10–3 s). “Atto” skandinav sözü “on səkkiz”dən, “piko” ispanca “kiçik”, “nano” və “mikro” yunanca “cırtdan” və “kiçik”, “milli” latınca “min” sözündən yaranmışdır.
Femtokimya elmi istiqamətinin banisi Misir mənşəli ABŞ fiziki Əhməd Zevayldır. O, 1999-cu ildə “Kimyəvi reaksiyaların real vaxt miqyasında femtasaniyə spektroskopiyası ilə tədqiqatlarına” görə Nobel mükafatına layiq görülmüşdür. Ali İslam dəyərlərinə malik dahi alim 2011-ci ildə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş, Prezident İlham Əliyev tərəfindən qəbul oluinmuş, AMEA və BDU-da görüşlər keçirmişdir.