DOĞRAMA


1.Doğramaq”dan f.is.
2. is. İçinə çörək doğranmış süd, qatıq və ya ayrandan hazırlanan duru yemək. Qatıq doğraması.
– Çoban İbrahim Əjdərə çox hörmət eləyib, süd sağıb ona süd doğraması verdi. (Nağıl).
De görüm, sən darı cadını ayrana doğrayıb yeyəndə, ağa da bir qaşıq götürüb səninlə o doğramadan yeyəcəkdirmi? Ə.Haqverdiyev.

3. sif. Bir boyda, bir ölçüdə, bir bərabərdə bölünmüş (kəsilmiş, doğranmış). Doğrama tənbəki.
// is. Xırda-xırda, bir boyda doğranmış taxta və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOĞRAMA parçalama — kəsmə — ayırma
DOĞRAM-DOĞRAM
DOĞRAMAC

Digər lüğətlərdə