DON JUÁN

[bəzi Qərbi Avropa ədəbi əsərlərinin qəhrəmanı Don Juanın adından] Aşiqanə macəralar düşkünü; arvadbaz, qadın düşkünü.
DON
DON KİXÓT
OBASTAN VİKİ
Don Juan
"Don Juan" — hekayə dəfələrlə müxtəlif yazıçılar tərəfindən yazılmışdır. Don Juan adı məcazi olaraq "avara" mənasında işlədilir. == Don Juan əfsanəsi == Əfsanəyə görə Don Juan zadəgan bir ailənin gənc qızını başdan çıxararaq, özünə aşiq etmiş və atasını öldürmüşdür. Daha sonra məzarlıqda atasının heykəlini hörmətsiz şəkildə yeməyə dəvət etmiş və heykəl yemək təklifini qəbul etmişdir. Atasının heykəli, yeməyə Don Juanın qətli üçün gəlmişdir. Heykəl salamlaşmaq üçün əlini Don Juana uzatmış və Don Juan onun əlini sıxanda heykəl onu cəhənnəmə aparmışdır. Bu səbəblə "Don Juan" zamanımızda avaralıq üçün istifadə olunan məşhur söz halına gəlmişdir. Çox saylı fikirlərə görə Don Juanın ilk yazılı hekayəsi Tirso de Molinanın yazdığı "El burlador de Sevilla y convivado de piedra" (Sevil aldadıcısı və daşdan qonaq) -dır. Bu əsərin 1615-ci ilə aid yazılı variantının İspaniyada tapılmasına baxmayaq 1620 və ya 1625-ci ildə çap olunmuşdur. Bu obraz özünü qadınlara aşiq kimi göstərən və evlilik vəd edən avara obrazdır.
Don-Juan gölü
Don Juan gölü (lat. Don Juan) — Antarktidanın Viktoriya Torpağı, Rayt vadisində yerləşən kiçik göl. Dünyanın ən duzlu gölü statusuna namizəddir. == Tarixi == Göl 1961-ci ildə helikopter pilotları Don Ro (Don Roe) və Con Hiki (John Hickey) tərəfindən aşkarlanmışdır. Göldə onların şərəfinə adlandırılmışdır. Kəşf zamanı havada -30 °C olmasına baxmayaraq göl donmamışdır. 1977-ci ildə gölün sahəsi 0,25 km² təşkil edirdi. Gölün sahəsi 1995-ci ildə isə 0,03 km², dərinliyi isə 0,1 metrə qədər azalmışdır. Qrunt sularınln səthə çıxdığı yer olaraq düşünülür. Quru və sərt iqlimdə yerləşməsi və güçlü küləklər gölə böyük təsir göstərir.
Don Juan (opera)
Don Covanni və ya Cəzalandırılmış əxlaqsız (KV 527, it. Don Giovanni ossia Il dissoluto punito) — "Şən drama" (it. dramma giocoso) iki pərdəli Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu opera. Operanın ilk premyerası 29 oktyabr 1787-ci ildə Praqada Məhəllə teatrının (çex. Stavovské divadlo) səhnəsində oynanılır. 7 may 1788-ci ildə isə Vyanada təkrar oynanılır. Opera həm "Don Covanni…" həm də "Don Juan…" kimi də adlandırılır. Çünki personajın adı ispanca don Xuan (isp. Don Juan), fransızca don Juan, italyanca isə don Covanni (it. Don Giovanni) kimi tələfüs edilir.
Don
Digər Don (ad) — Dünyada işlədilən şəxs adı. Don — paltar növü. Don — şaxta, soyuq hava Don — İspaniyada, İtaliyada və Portuqaliyada zadəgan titulu. Don atı — Don Respublikası — Don Juan — müxtəlif yazıçılar tərəfindən yazılmış hekayə. Don Kixot — Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" romanının baş qəhrəmanı. Çaylar Don — Rusiyada çay. Don — İngiltərədə çay.
I Juan
I Juan (port. João) və ya Avizli Juan (port. João de Avis) (d. 11 aprel 1357 – ö. 14 avqust 1433) — Aviz sülaləsinə mənsub ilk Portuqaliya kralı. == Mənbə == Ana Echevarría Arsuaga: Catalina de Lancaster, edit. Nerea, 2002. ISBN 84-89569-79-7 Williamson, D. 1988. Debrett's Kings and Queens of Europe Metcalf, Alida C. (2005). Go-betweens and the Colonization of Brazil: 1500–1600.
Juan Lorensu
Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954[…], Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi. 26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur. == Həyatı == Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini Biye və Luanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir. 1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür.
Juan Jesus
Juan Jesus, sadəcə Juan və ya Juje kimi də tanınır (10 iyun 1991, Belu-Orizonti) — Brazliyalı peşəkar futbolçu. "Napoli" klubunda müdafiəçi kimi çıxış edir. O, əvəllər Braziliya millisinin də şərəfini qoruyub. == Karyerası == Jesus karyerasına Braziliyanın "İnternasional" klubunun gənclər komandasında başlayıb. Joao buarada 2010-cu ildə böyük komandada debüt etdi və ilk mövsümündə 7 oyunda iştirak etdi. 2011-ci il mövsümündə Juan vaxtaşırı əsas komandada meydana çıxır və çempionluq üçün 18 oyun keçirdir. 2012-ci ilin yanvarında "İnter Milan"ın gənc braziliyalı müdafiəçi ilə maraqlandığı barədə məlumatlar ortaya çıxdı. Bütün transfer pəncərəsi ərzində Juanın alınması üçün danışıqlar gedir və nəticədə transfer pəncərəsinin son günundə transfer baş tutur. Juanın "Neradzurri"dəki debütü "Latsio" ilə son tur oyununda, gənc braziliyalı futbolçunun əsas vaxtda Dieqo Militonu əvəzləyərək meydana çıxması ilə baş tutur. Braziliyalı futbolçu avrokuboklarda ilk oyununu, Avropa Liqasının seçmə mərhələsində Rumıniya "Vaslui"sinə qarşı keçirib.
III Juan
III Con (port. João III de Portugal) və ya Dindar Con (port. João o Piedoso) (d. 7 iyun 1502 — ö. 11 iyun 1557) — Portuqaliya kralı. Atası Aviz sülaləsinə mənsub I Manuel, anası isə Kastiliyalı İzabella və Araqonlu Ferdinandın qızı Mariya idi. Atasının vəfatının ardından 1521-ci ildə hələ 19 yaşında ikən taxta çıxdı. Onun səltənət illərində Portuqaliya krallığı Asiyada və Yeni dünyada olan ərazilərini genişləndirdi. Hindistandan gələn ədviyyat yolu portuqalların nəzarəti altına düşdü. Üstəlik, ilk dəfə onun səltənətində Çindəki Min sülaləsi və Yaponiya krallıqları ilə diplomatik əlaqələr quruldu.
Juan Manuel
Con Manuel (port. João Manuel) (3 iyun 1537 – 2 yanvar 1554, Lissabon) — Portuqaliya kralı III Con və Avstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı. == Həyatı == Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı Yuanna və Habsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi — infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniya və Portuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür. 11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir.
İnfant Juan
İnfant Con (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. 11 il boyunca Portuqaliyanın ən ali hərbi rütbəsi olan Portuqaliyanın Baş Məmuru (port. Condestável de Portugal) ünvanını daşımışdır. İnfant Con 1400-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra atasının istəyi və Papa V Martinin təsidqi ilə Müqəddəs Ceyms Orderinin ustadı elan olundu. Həmin il (1418) qardaşı İnfant Henriylə birlikdə Seutaya əlavə donanma apardılar və bölgəni mühasirədən azad etdilər.
Juan Barboza Rodriqis
Juan Barboza Rodriqis (port. João Barbosa Rodrigues, 22 iyun 1842, Rio-de-Janeyro – 6 mart 1909) — Braziliya botaniki. == Elmi fəaliyyəti == Juan Barboza Rodriqis qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Elmi işləri == A Lingua Geral do Amazonas e o Guarany: observações sobre o alphabeto indigena. Rodrigues, 1888. Pacificação dos Crichanás. Rodrigues, 1885. Poranduba Amazonense. Rodrigues, 1890. Vocabulario indigena comparado.
Juan Bernardu Vieyra
Juan Bernardu Vieyra — Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009). 1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib. Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur. 1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.
Juan de Herrera
Juan de Herrera de Maliaño (1530 – 15 yanvar 1597, Madrid) — İspaniyalı memar, riyaziyyatçı, sörveyör və hərbçi. Rönesans ispan memarlığının ən böyük nümayəndələrində biri sayılır. Onun şərəfinə Herrerian ayıq və sərt memarlıq üslubu adlandırılıb. II Filipp (ö. 1556-1598) dövrünün təmsilçisi idi və sonrakı İspan memarlığına, əsasən XVII əsr boyunca əhəmiyyətli dərəcədə təsir etdi.
Juan de Loureyru
Juan de Loureyru (port. João de Loureiro) (8 sentyabr 1717 — 18 oktyabr 1791) — Portuqaliya paleontoloqu və botaniki. == Əsərləri == "Flora cochinchinensis: sistens plantas in regno Cochinchina nascentes" (1790), == Biblioqrafiya == Robert Zander, Fritz Encke, Günther Buchheim, Siegmund Seybold. 1984. Handwörterbuch der Pflanzennamen. 13. Auflage.
Don (dəqiqləşdirmə)
Digər Don (ad) — Dünyada işlədilən şəxs adı. Don — paltar növü. Don — şaxta, soyuq hava Don — İspaniyada, İtaliyada və Portuqaliyada zadəgan titulu. Don atı — Don Respublikası — Don Juan — müxtəlif yazıçılar tərəfindən yazılmış hekayə. Don Kixot — Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" romanının baş qəhrəmanı. Çaylar Don — Rusiyada çay. Don — İngiltərədə çay.
Don (geyim)
Don — üstdən geyinilən uzunətəkli, belibuzməli və ya büzməli paltar. Qərb mədəniyyətində, don adətən qadınlar tərəfindən geyilən paltardır. Gövdəni əhatə edərək, ayaqlar üzərində asqılı parçadan ibarət olur. Donlar rəsmi və ya gündəlik olaraq dəyişə bilir. Müxtəlif ölçüdə və rəngdə olur. Donun qolları, qayışları ola bilər və çiyinləri açıq saxlanılaraq, sinə ətrafında elastik bir vəziyyətdə qala bilər. Paltarların ətəyinın uzunluğu daşıyıcının xarakterindən, şəxsi zövqündən, hava şəraitindən və dəbdən asılı olaraq dəyişir. == Tarixi == === XI əsr === XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı.
Don (şaxta)
Don, şaxta — havanın sıfırdan aşağı dərəcəsi. Havada və torpaqda temperaturun dəyişməsi nəticəsində yaranan təhlükəli atmosfer hadisələrindən biridə Şaxtadır.Şaxta davamlı müsbət temperatur müşahidə edilən zaman ,havanın və torpaq səthinin temperatutunun 0 °C və ya daha aşağı düşməsi adlanır.Şaxta əmələ gəlməsinə görə 3 tipə bölünür : "radiyasion" ,"advektiv" ,"advektiv-radiasion (qarışıq) .
Don Balón
Don Balón İspaniya və beynəlxalq futbol sahəsində ixtisaslaşmış həftəlik idman qəzeti idi. Jurnal 1975 və 2011-ci illər aralığında Barselona şəhərində çap edilirdi. Həmçinin qəzetin 5 qitədə satışı həyata keçirilirdi. == Tarix və Profil == Jurnal 1975-ci ildə tanınmış ispan idman jurnalisti olmuş Xose Maria Kasanovas tərəfindən təsis edilmişdir. Həmin ildə o, həmçinin Barselona haqda gündəlik idman qəzetini təsis etmişdir. Don Balón nəşrinin qərargahı İspaniyanın Barselona şəhərində yerləşirdi. Jurnal digər tanınmış idman nəşrləri olan World Soccer, Kicker, A Bola kimi Avropa İdman Jurnalları birliyinin üzvüdür və həftəlik olaraq dərc edilirdi. 1976-cı ildən etibarən jurnal ilin ən yaxşı ispan və əcnəbi futbolçusuna, məşqçisinə, baş hakiminə Don Balón qəzetinin özəl mükafatını təqdim edirdi. Jurnal həmçinin illik olaraq dünyada 100 ən yaxşı gənc futbolçunun siyahısını hazırlayırdı. 2011-ci ilin sentyabr ayında jurnal iqtisadi böhran səbəbiylə və baş redaktor olan Rocelio Rengelin sonda həbsi ilə yekunlaşmış dava ilə əlaqədar fəaliyyətini dəyandırmışdır.
Myortvı Don
Myortvı Dones — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don deltasının ən böyük axarıdır. Don çayını Taqanroq körfəzi ilə birləşdirir. Onun başlandığı ərazidən Don deltası başlayır. Deltanın şimal sərhəddini təşkil edir. Uzunluğu 36 km təşkil edir. Eni 50–200 metr arasında dəyişir, dərinliyi 4 metrdir. Myortvı Dones çayı Dones çayından Rostov-na-Donu şəhərinin ərazisində ayrılır. Mənbəyi Qərb körpüsünə yaxınlıqdan başlayır. Çay Snyavskoe kəndi yaxınlığında sonuncu qolu olan Donski Çulek axarını qəbul edir.
Stefflon Don
Stefani Viktoriya Allen (ing. Stephanie Victoria Allen; 14 dekabr 1991, Birminhem) və ya təxəllüsü ilə Stefflon Don (ing. Stefflon Don) — Böyük Britaniya repperi və müğənnisi. O, 2017-ci ildə buraxılan, "French Montana" ilə birlikdə ifa etdiyi "Hurtin' Me" mahnısından sonra populyarlaşmışdır. Mahnı "UK Singles Chart" musiqi çartında yeddinci yeri tutmuşdur. Don 2016-cı ildə debüt miksteypi olan "Real Ting"i, daha sonra 2018-ci ildə isə "Secure" miksteypini buraxmışdır. Stefani Viktoriya Allen 14 dekabr 1991-ci ildə Böyük Britaniyanın Vest-Midlends qraflığında yerləşən Birminhem şəhərində anadan olmuşdur. O, Yamayka əsillidir. Onun altı qardaş-bacısı var. Allen beş yaşında olarkən ailəsi ilə birlikdə Niderlandın Rotterdam şəhərinə köçür.
Don tütünü
“Donskoy tütünü” QSC və ya “Don Tobacco” — Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən siqaret və tütün istehsalı şirkəti. Siqaret istehsal edən beynəlxalq şirkət olan Japan Tobacco-nun bir qoludur. 2018-ci ildə “Don Tobacco” Rusiyanın dördüncü ən böyük siqaret istehsalçısı idi. == Tarixi == Don tütünü ilk dəfə 1857-ci ildə Rostov-na-Donuda rus sahibkarı Vasili Asmolov tərəfindən yaradılmış tütün fabrikinin varisidir. 1870-ci illərdə Asmolovun siqaretləri Vyana Ümumdünya Sərgisində, Filadelfiya Yüzillik Sərgisində və Paris Ümumdünya Sərgisində beynəlxalq arenaya tanıdılmışdı. Nəticədə Asmolovun tütün fabriki Rusiya imperatoru üçün “İmperator Əlahəzrət Məhkəməsinin Təchizatçısına” çevrildi. 1917-ci il inqilabından sonra fabrik milliləşdirildi və Don Dövlət Tütün fabriki (DSTF) adlandırıldı. 1992-ci ildə SSRİ-nin süqutundan sonra DSTF 1980-ci illərdən fabrikdə işləyən İvan Savvidi tərəfindən özəlləşdirilib. Savvidis fabrikin adını dəyişərək “Dons Tabak” qoydu. 1992-ci ilə qədər o, şirkətin səhmlərinin 75,71% -ni əldə etdi və 2003-cü ilə qədər bu vəzifəni tutaraq onun baş direktoru oldu.
Don Kifer
Donald H. "Don" Keefer (18.8.1916, Highspire, Pennsilvaniya, ABŞ) — aktyor.
Tim Don
Tim Don (14 yanvar 1978) — Birləşmiş Krallıqı təmsil edən triatlonçu. Tim Don Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 10-cu pillədə başa vurdu. Daha sonra Tim Don Birləşmiş Krallıqı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 18-ci pillədə başa vurdu. Növbəti dəfə Tim Don Birləşmiş Krallıqı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Don 2
Don 2 (Don 2: The King is Back; Don 2: Kral Geri Dönür) 2011-ci ildə döyüş və detektiv janrlarında istehsal olunan Bollivud filmidir. Fərhan Axtar həm rejissor, həm də Amit Mehta və Amriş Şahla birlikdə filmin ssenari müəllifləri sırasındadır. Filmə Riteş Sidvani, Şahrux Xan və Fərhan Axtar prodüserlik etmişdir. Bu film 2006-ci ildə çəkilmiş Don filminin davamıdır. Filmdə əsas rollarda Şahrux Xan, Priyanka Çopra, Lara Dutta, Om Puri, Boman İrani, Kunal Kapur digər rolda Hritrik Roşan kamea görünüşünü ifa edir. Əvvəlki filmin davamı olan bu filmin məzmunu belədir: Malayziyadan Avropaya gələn Don hal-hazırda Asiya yeraltı dünyasının kralıdır və O Avropa narkotik kartelini ələ keçirməkdədir. Filmin çəkilişi Hindistan, Tailand, Almaniya, Malayziya və İsveçrədə baş tutub. Don 2 buraxılışından əvvəl müəlliflik hüququ problemlərilə üzləşib. Filmin buraxılışı 25 Oktyabr 2011-ci il tarixində Reliance Entertainment tərəfindən həm 2D, həm də 3D formatlarında gerçəkləşib. Həmçinin filmin Tamil və Teluqu dilli versiyaları da çəkilib.
Don (ad)
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.