Qatarqatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar?!
Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar.
Göylərin yolçusu durna qatarı, Süzəcək süzdüyün dumanlıqları.
◊ Durna boğazı məc. şair. – durnanın boğazı kimi uzun və zərif. Mahirə … durna boğazını yuxarı tutaraq çağırdı: – Sarxan! Sarxan!
Durna gözü kimi məc. şair. – çox təmiz, saf, şəffaf, bərraq, dupduru mənasında. Ortalıqda qoca, kühənsal bir ağac altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. “ ”.
Gözəl olur bizim elin yayları; Durna gözü kimi vardır bulağı.